ÇIXIŞ 1:1
44
ÇIXIŞ 1:22
ÇIXIŞ
KİTABI
GİRİŞ
«Çıxış» Kitabının adı İsrail tarixində olan ən mühüm hadisə ilə bağlıdır. Bu, İsrail xalqının Allahın
köməyi ilə Misir köləliyindən çıxmasıdır. Allah Öz möhtəşəmliyini, sədaqətini, mərhəmətini seçdiyi
xalqına belə aşkar etdi.
Bu kitab dörd əsas hissədən ibarətdir: (1) İsraillilərin köləlikdən azad olması; (2) Onların Sina dağına
getməsi; (3) Allahın Öz xalqı ilə bağladığı əhdi və onunla bağlı İsrailə yaşamaq üçün əxlaqi, mülki və
dini qanunların verilməsi; (4) İsrail üçün ibadətgahın – müqəddəs məskənin və onun avadanlığının
qurulması, həmçinin kahinlər üçün Allaha ibadət qayda-qanunların verilməsi.
Bu kitab hər şeydən əvvəl köləlikdən qurtarıb gələcəyə ümidlə baxan Allah xalqının formalaşmasın-
dan danışır. Kitabın əsas qəhrəmanı olan Musa peyğəmbər İsrail xalqını Misirdən çıxarmaq üçün
Allah tərəfindən rəhbər seçilmişdir.
Kitabın məzmunu:
1:1–15:21 İsraillilərin Misir köləliyindən azad olması
1:1-22 Misirdə köləlik
2:1–4:31 Musanın doğulması və həyatının ilk dövrü
5:11–11:10 Musanın və Harunun Misir fironuna qarşı çıxması
12:1–15:21 Pasxa və Misirdən çıxış
15:22–18:27 Qırmızı dənizdən Sina dağına köçmə
19:1–24:18 Sina dağında bağlanmış əhd və qanunlar
19:1-25 İsraillilər Sina dağında
20:1-26 Allahın On Əmri
21:1–24:18 Digər hökmlər
25:1–40:38 Müqəddəs məskən və ibadət üçün qaydalar
İsrail övladlarının Misirdəki vəziyyəti
1
* Yaqubla birlikdə ailələri ilə Misirə gələn İsrail övladlarının adları bunlar idi:
2
Ruven, Şimeon,
Levi, Yəhuda,
3
İssakar, Zevulun, Binyamin,
4
Dan, Naftali, Qad, Aşer,
5
Yaqubun nəslindən törənən
yetmiş nəfər idi. Yaqubun oğlu Yusif artıq Misirdə idi.
6
Vaxt yetişdi, Yusif, qardaşları və o nəslin
hamısı öldü.
7
* Amma İsrail övladları çoxalıb böyüdülər, sayları artdı və onlar çox qüvvətləndi; ölkə
onlarla doldu.
8
* Misirdə Yusifi tanımayan yeni bir padşah taxta çıxdı.
9
O, xalqına dedi: «Baxın İsrail övladları
sayca bizdən çox və daha qüvvətlidir.
10
* Gəlin onlarla ağılla rəftar edək, yoxsa çoxalar və müharibə
vaxtı düşmənlərimizlə birləşib bizə qarşı vuruşar, sonra isə ölkəni tərk edərlər».
11
Misirlilər İsrail övladlarına əziyyət vermək üçün onların üzərinə zülmkar iş nəzarətçiləri
qoydular. İsrail övladları firon üçün Pitom və Ramses adlanan şəhərlər tikdilər. Orada anbarlar
yerləşdirdilər.
12
Ancaq İsrail övladlarına əziyyət vermələrinə baxmayaraq, onlar çoxalıb artırdı.
Onda Misirlilər İsrail övladlarından qorxub,
13
onları sıxıntılı əsarətdə saxladılar.
14
Misirlilər İsrail
övladlarını ağır işlərlə – palçıq tapdalamaqla, kərpic kəsməklə və hər cür tarla işləri ilə amansızcasına
işlədib onların həyatını acı etdilər.
15
Misir padşahı birinin adı Şifra, o birinin adı Pua olan İbrani mamaçalarına dedi:
16
«İbrani
qadınlarını doğuzduranda baxın: əgər uşaq oğlan olarsa, onu öldürün, yox, əgər qız olsa, qoy yaşasın».
17
Ancaq mamaçalar Allahdan qorxurdular və buna görə Misir padşahının onlara əmr etdiyi kimi
etmədilər və oğlan uşaqlarını sağ buraxdılar.
18
Misir padşahı mamaçaları çağırtdırıb onlara dedi:
«Niyə belə etdiniz? Niyə oğlan uşaqlarını sağ buraxdınız?»
19
Mamaçalar firona dedilər: «Çünki İbrani
qadınları Misirli qadınlar kimi deyil, onlar daha sağlamdırlar və mamaçalar onların yanına gəlməzdən
ə
vvəl doğurlar».
20
Buna görə Allahın xalqı çoxalıb artdı. Allah mamaçalara da xeyirxahlıq göstərdi.
21
Ondan qorxduqlarına görə bu qadınlara da ailə nəsib etdi.
22
* Firon bütün xalqına əmr edib dedi: «İbranilərdən hər doğulan oğlan uşağını Nil çayına atın!
Hər qız uşağını isə sağ qoyun».
*
1:1 Yar. 46:8-27
*
1:7 H
ə
v. 7:17 *
1:8 H
ə
v. 7:18 *
1:10 H
ə
v. 7:19 *
1:22 H
ə
v. 7:19
ÇIXIŞ 2:1
45
ÇIXIŞ 3:6
2
Musanın doğulması
1
O zaman Levi qəbiləsindən bir kişi öz nəslindən bir arvad aldı.
2
* O hamilə olub oğul doğdu və
uşağın gözəl olduğunu görüb üç ay gizlətdi.
3
Bundan artıq onu gizlədə bilməyərək qamışdan bir
səbət götürüb ona qır və qatran sürtdü, körpəni səbətin içinə salıb Nil çayının kənarındakı qamışlığın
arasına qoydu.
4
Körpənin bacısı isə onun başına nə gələcəyini bilmək üçün uzaqda durub baxırdı.
5
Fironun qızı çimmək üçün çaya girdi. Onun qarabaşları isə çayın kənarında gəzişirdilər. Fironun
qızı qarğıların arasında səbəti görüb onu gətirmək üçün kənizini göndərdi.
6
Sonra səbəti açıb bir
oğlan gördü. Körpə ağlayırdı. Fironun qızı ona rəhmi gəldiyindən dedi: «Bu, İbrani oğlanlarındandır».
7
Körpənin bacısı fironun qızına dedi: «Bəlkə gedib sənin üçün İbrani qadınlarından bir dayə çağırım
ki, körpəni əmizdirsin?»
8
Fironun qızı ona «get» dedi. Qız gedib körpənin anasını çağırdı.
9
Fironun
qızı ona dedi: «Bu körpəni götürüb mənim üçün əmizdir, sənə bunun haqqını verərəm». Qadın
körpəni götürüb əmizdirdi.
10
* Uşaq böyüdü və qadın onu firon qızının yanına apardı. Fironun qızı
uşağı oğulluğa götürdü. O, uşağın adını Musa* qoyub dedi: «Oğlanı sudan çıxartdığım üçün ona bu
adı qoydum».
Musa Misirlini öldürür
11
* * Çox illər keçdi, Musa böyüdü. Bir dəfə o öz xalqının yanına getdi və onların ağır zəhmətini
gördü. Bir Misirlinin onun xalqından olan İbranini döydüyünü gördü.
12
Musa ətrafına baxıb heç
kəsin olmadığını görəndə Misirlini öldürüb qumda gizlətdi.
13
Ertəsi gün o yenə gedəndə gördü ki,
iki İbrani bir-biri ilə dalaşır. Musa haqsız olana dedi: «Yoldaşını niyə vurursan?»
14
O adam dedi:
«Səni bizim üstümüzə kim başçı və hakim qoyub? Yoxsa Misirlini öldürdüyün kimi məni də öldürmək
fikrindəsən?» Musa qorxaraq ürəyində dedi: «Deyəsən, bu iş barədə bilirlər».
15
* Firon bu işdən
xəbərdar olanda Musanı öldürtdürmək istədi. Ancaq Musa fironun əlindən qaçıb Midyan torpağına
çataraq bir quyunun yanında oturdu.
Musa Midyanda yaşayır
16
Midyan kahininin yeddi qızı var idi. Onlar gəlib quyudan su çəkərək atalarının qoyun-keçilərinə
su vermək üçün təknələri doldurdular.
17
O vaxt çobanlar gəlib onları qovdular; onda Musa qalxıb
qızlara kömək etdi və qoyun-keçilərinə su verdi.
18
Qızlar ataları Reuelin yanına gələndə o dedi: «Necə
oldu ki, bu gün tez gəldiniz?»
19
Onlar dedilər: «Bir Misirli bizi çobanların əlindən qurtardı və bizim
üçün quyudan su çəkib qoyun-keçiyə su verdi».
20
O, qızlarına dedi: «O adam haradadır? Onu niyə
buraxdınız? Çağırın, gəlib çörək yesin».
21
Musa o adamın evində qalmağa razı oldu. O da qızı Sipporanı Musaya arvad olaraq verdi.
22
Sippora bir oğlan doğdu. Musa onun adını Gerşom† qoyub dedi: «Mən yad bir ölkədə qərib oldum».
Allah İsraillilərin fəryadını eşidir
23
Xeyli vaxt keçəndən sonra Misir padşahı öldü. İsrail övladları ağır zəhmət çəkdikləri üçün fəryad
edib inlədilər. Ağır zəhmətlərinə görə etdikləri nalələri Allaha çatdı.
24
* Allah onların iniltisini eşitdi;
İbrahimlə, İshaqla və Yaqubla olan əhdini xatırladı.
25
Allah İsrail övladlarının qul olduqlarını gördü
və onlara nəzər saldı.
3
Rəbb Musanı çağırır
1
* Musa qayınatası Midyan kahini Yetronun sürüsünü otarırdı. Bir dəfə o, sürünü səhranın o
biri tərəfinə aparıb Allahın dağı Xorevə gəldi.
2
Birdən Rəbbin mələyi ona bir kol arasından od-
alov içərisində göründü; od içində kolun sönmədən yanmasını görüb
3
Musa öz-özünə dedi: «Gedim,
bu qəribə mənzərəyə baxım, görüm nə üçün bu kol yanıb qurtarmır».
4
Rəbb Musanın baxmağa
gəldiyini görəndə Allah kolun ortasından onu çağırıb dedi: «Musa, Musa!» O da «mən buradayam»
dedi.
5
* Allah dedi: «Buraya yaxınlaşma. Ayaqlarından çarıqlarını çıxart, çünki durduğun yer
müqəddəs torpaqdır».
6
* Sonra dedi: «Mən atanın Allahı, İbrahimin Allahı, İshaqın Allahı və Yaqubun
Allahıyam». Musa üzünü örtdü, çünki Allaha baxmağa qorxurdu.
*
2:2 H
ə
v. 7:20-21; İbr. 11:23 *
2:10 H
ə
v. 7:20-21 *
2:10 Musa – ibrani dilind
ə
çıxaran. *
2:11 İbr. 11:24
*
2:11 H
ə
v. 7:23-28,35 *
2:15 H
ə
v. 7:29; İbr. 11:27 †
2:22 Gerşom – ibrani dilind
ə
orada qərib. *
2:24 Yar.
15:13-14
*
3:1 H
ə
v. 7:30-34 *
3:5 Yeşua 5:15
*
3:6 Çıx. 3:15; Mat. 22:32; Mark 12:26; Luka 20:37; H
ə
v. 3:13; 7:32