RəBİYYƏt aslanova qloballaşma və



Yüklə 396,29 Kb.
Pdf görüntüsü
səhifə31/64
tarix30.09.2017
ölçüsü396,29 Kb.
#2482
1   ...   27   28   29   30   31   32   33   34   ...   64

122
Q LO BA LLA ŞM A  VƏ M Ə D Ə N İ M Ü X T Ə L İFL İK
tərəfin  təşəbbüs  və  uyğunlaşmasından  xeyli  dərəcədə 
asılı  olur.  Mədəni  antropologiyada  adaptiv  yanaşma 
“supermarket  mağazası  rəfləri  qarşısında  tədqiqat”  kimi 
yumorlu  deyimlə  ifadə  olunur.  Müxtəlif  etnik  və  dini 
qrupların 
gündəlik 
həyatda, 
reklam, 
informasiya, 
kommersiya  kontekstində  davranış  xüsusiyyətlərinə  dair 
geniş tədqiqatlar sistemi mövcuddur.
Nəzəri-təkamül  mövqeyindən  yanaşma  nümayən­
dələri,  başqa  mədəniyyətlə  rastlaşan  “şəxsiyyət  və 
mədəniyyətdə”  baş  verən  dəyişikliklər,  insanların  mədə- 
niyyətlərarası  ünsiyyət  sahəsində  nə  kimi  potensiala 
malik  olmasını  aşkara  çıxarmağa,  dilə,  davranış  for­
malarına,  yeni  sosial  əlaqələrinə  yiyələnməyə,  beləliklə 
də,  ünsiyyətdə vasitəçi-körpü rolunu oynamağa qabil olan 
insanın  tədqiqinə  mühüm  diqqət  verirlər.  Burada  da 
ünsiyyətə  nail  olmağın  ən  mühüm  xüsusiyyəti  mə- 
dəniyyətlərarası  fərq  və  müxtəlifliklərə  necə  münasibət 
bəslənməsidir.  Mədəni  müxtəlifliyə  insanın məhz pozitiv 
münasibəti, 
nəzəri 
yanaşmada, 
mədəniyyətlərarası 
ünsiyyət  üçün  zəruri  olan  şərtlərə  malik  olduğunun  əsas 
göstəricisidir.
Mədəni  dialoq  və  ünsiyyətin  tədqiqinə  hər  iki 
yanaşma  müasir Azərbaycan üçün xüsusi  əhəmiyyət kəsb 
edir.  Ölkəmizdə 20-dən artıq milli-etnik qrupun yaşaması, 
ən  müxtəlif  mədəni-məişət  adət-ənənə  və  dinə  mənsub 
olan  insanların  birgə  fəaliyyəti  mədəniyyətlərarası  ün­
siyyəti  siyasi  və  iqtisadi  əlaqələr  kimi  ən  zəruri,  aktual 
problemə  çevirir.  Biz  bu  mövzuya  geniş  toxunacağıq. 
Buna  görə  də  başqa  mədəniyyətlə  qarşılaşmanın  təsir  və 
nəticələrini  “kultur  şok”  kimi  adlandıran  konsepsiya 
üzərində dayanaq.
Adaptiv  praktiki  yanaşmaya  görə,  istənilən  mədəni- 
sosial  davranış, həm  də kommunikasiya,  yəni  bir-birindən 
fərqli  dəyər,  stereotip  və  mədəniyyətə  mənsub  olan 
insanların  qarşılıqlı  təsiri  və  ünsiyyəti  kimi  başa  düşülə 
bilər.  Bu  proses  gedişində  mədəni  təcrübə  mənimsənilir,
Fəsil I. Qloballaşma. Mədəniyyət fenomeni qloballaşma kontekstində  123
ötürülür,  yeni  çalarlar  kəsb  edir.  Hər  bir  insan  müəyyən 
sosial  qrupun:  millətin,  etnik  birliyin,  peşənin,  nəslin, 
təbəqənin  və  s.  nümayəndəsidir.  İstənilən  mədəniyyətdə 
bu sadalananlara  mühüm diqqət yetirilir.  İnsanın davranış 
və  mədəniyyəti  daşıyıcısı  olduğu  bu  qruplara  əsasən  və 
deməli,  mədəni  rol  və  funksiyalarına  görə  müəyyən 
olunur.
Mədəniyyətlərarası  kommunikasiyada öz tərəfdaşının 
davranışını  şərh  etmək  lazım  gələndə  bunları  nəzərə 
almaq lazım gəlir.
Naməlum  mədəni  “ab-havaya”  düşən  insan  (müvəq­
qəti,  yaxud  daimi)  elə  şəraitə  düşür  ki,  adət  etdiyi 
normalar  qeyri-məqbul  sayıla,  yaxud  sadəcə  səmərəsiz 
ola  bilər.  Bəzən  hətta  ən  mədəni,  savadlı  sayılan  insan 
belə,  mədəniyyətlərarası  ünsiyyətdə  özlərini  qeyri- 
adekvat,  dözümsüz  apara  bilirlər.  Bu  baxımdan  “kultur 
şok”  -   mədəni  toqquşma  nəzəriyyəsinin  nümayəndələ­
rinin izahı  diqqəti cəlb edir.
Mədəniyyətlərarası  ünsiyyəti  ifadə  etmək  üçün  “U- 
dalğası”  (“U-curve”)  adlı  anlayışı  tətbiq  edərək,  bununla 
insanın  fərqli  mədəniyyətə  reaksiyasının  psixoloji, 
mədəni  və  emosional  məzmunlu  olaraq  ,  dalğa  şəklində 
dəyişməsini,  bunu göstərmək üçün  ingilis əlifbasının “U” 
hərfinin  formasından  istifadə  edirlər  (izah  üçün  deyək  ki, 
“U”  hərfi  əvvəlcə  sanki  “düz  xətt”  şəklində,  adi  vərdiş 
edilmiş  mədəniyyətin  ifadəsi  idi,  fərqli  mədəniyyətlə 
tanışlıqdan  “zərbə”  -   şok  -  alan  düz  xətt  “U”  şəklinə 
düşür, ikiləşir, haçalanır -  R.A.).
“U”-  dalğasının,  yaxud  ünsiyyətin  ilkin  fazası  “bal 
ayı”  adı  ilə  ifadə  olunur:  yeni  mədəniyyət,  onun 
nümayəndələri  ilə  tanışlıq  xoş  əhval,  optimizm,  gələcək 
perspektivlərə 
ümid 
yaradır. 
Bu 
model, 
yalnız 
tədqiqatçıların  qeyd  etdiyi  fərdi,  şəxsi  təəssürat  və 
qavrayışa  deyil,  fikrimizcə,  bütövlükdə  cəmiyyətin 
ictimai  əhval  və  təəssüratına  da  tətbiq  edilə  bilər. 
Aşkarlıq  dövründən  üzü  bəri,  “yenidənqurma”  gedişində


124
Q LO BA LLA ŞM A  VƏ  M Ə D Ə N İ M Ü X T Ə L İFL İK
sosial-modoni  reaksiya  cəmiyyətimizdə  yüksəliş,  eniş  və 
yeni yüksəliş kimi  getmişdir.
Əvvəllər naməlum  olan qərb  (maddi) mədəniyyətinin 
“nümayiş  effekti”  öz  təsirini  göstərmiş,  “qərbin  zən­
ginliyi,  xüsusi  mülkiyyət,  demokratiya,  həyat  səviyyəsi, 
texnoloji  qüdrətinə”  mədəni  reaksiya  müsbət  münasibət 
doğurmuşdur.
Növbəti  mərhələ  pozitiv  (“bal  ayı”)  reaksiyadan 
“kultur  şok”a  keçid  kimi  baş  verir.  Bu  dövr  bəslənən 
ümidlərin 
boşa  çıxması, 
müsbət  reaksiyanın 
ruh 
düşkünlüyü,  tərəddüd  və  nifrətlə  əvəzlənməsi  ilə 
səciyyələnir.  Bunlar  xüsusilə  də  emosional  sferada  baş 
verir.  Şok  -  ilk  növbədə  qabarıq  nəzərə  çarpan  zənginlik 
və  yoxsulluğun  seçilməsində,  həyat  tempində,  maddi 
imkanların  aşkar  təzahüründə,  sosial  təzadlar,  parlaq 
reklamlar və  s.  fonunda  ortaya çıxır.  “Kultur şok” əhvalın 
əlamətlərilə biz tez-tez üzləşirik.
Mədəniyyətlərin  qarşılaşması  və  təsirində  üçüncü 
faza  şəraitin  realist  qiymətləndirilməsi,  real-obyektiv 
anlamı  və  özünün  davranış  və  məqsədlərində  nəyə  nail 
ola  bilməyin  aydınlaşdırılması  baş  verir.  Burada  yeni 
mədəniyyətin  tam  inkarı,  “azadlıqdan  qaçın”,  “miqrasiya 
və beyin axım” kimi təzahürlər də olmamış deyil.
Mədəni 
ünsiyyətin 
təhlilində,  qarşılıqlı  təsirin 
müddəti  çox  mühüm  rol  oynayır.  Burada  uzun  müddət 
üçün olan, dönməz-labüd mədəni təsirlərdən söhbət gedir.
“Mədəni  şok”dan  irəli  gələn  stress  və  narahatlıq 
“diaspora  və  mədəniyyət”  probleminin  təhlilinə  marağı 
gücləndirmişdir.  Bu  sahədə  mövcud  ədəbiyyatda belə  bir 
fikir də  vurğulanır ki,  həmvətənləri,  həmkarları,  yaxın və 
əziz  adamları  ilə  ayrılarkən  münasibətlərin  müvəqqəti 
kəsilməsi,  yeni  mədəniyyətlə  yeni  sosial  əlaqələrin 
bərqərar  edilməsi  əksər  hallarda  belə  bir  sonluqla 
nəticələnir  ki,  bir  neçə  aylığa,  yaxud  ilə  xaricə  getmiş 
insanlar, orada həmişəlik qalmaq qərarını verirlər.
Digər  nəticələrdən  biri  budur  ki,  yüksək  savad  və
Fəsil I. Qloballaşma. Mədəniyyət fenomeni qloballaşma kontekstində  125
sosial  status  (ünsiyyət  vərdişlərinə  yiyələnmək,  doğma 
mədəniyyətin  bütün  aspektlərində  özünü  reallaşdıra 
bilmək)  heç  də  naməlum  mədəniyyətlə  ünsiyyətin  rəvan 
formalaşacağına dəlalət etmir.
Mədəniyyətlərarası  ünsiyyətdə  çox  şey,  ünsiyyətə 
cəlb  olunan  insanların  yeniliyə  adekvat  münasibəti, 
anlaşmaya hazır olmalarıdır.  Bu baxımdan nəzəri-təkamül 
yanaşma  başqa  mədəniyyətə  sosial-mədəni  reaksiyanın 
bir  neçə  tiplərini  müəyyənləşdirmişdir.  Bunlar  mədəni 
müxtəlifliyin inkar edilməsi, öz mədəni  istisnalığı hissinin 
üstün 
gəlməsi, 
başqa  mədəniyyətlərin 
mövcudluq 
hüququnun başa  düşülməsi,  yeni  mədəniyyətə  inteqrasiya 
kimi meyl və tiplərdir.
Mədəni  müxtəliflik  problemi  yaxın  keçmişdə  -  sovet 
dövründə  özünəməxsus  şəkildə  təhlil  edilirdi.  Məsələn: 
Qərbin  öz  mədəniyyətinə  malik  olması,  ən  azı  sovet 
mədəniyyətinin  “əksi”  kimi  mövcud  olması,  yaxud  dost 
sosialist  ölkələrinin  mədəniyyəti  ilə  bağlı  təsəvvürlər 
mövcud idi. 
\
Lakin  ayrı-ayrı  müttəfiq  respublikaların  daxili 
mədəni  müxtəlifliyi,  çoxçalarlığı,  etnik  və  dini  iden- 
tikliyi  mövzusu  müxtəlif  ritorik  maska  və  simvollarla 
ört-basdır  edilir,  sovet  adamının  mədəniyyəti  önə 
çəkilirdi.  Sovet  ideologiyası  elmilik prinsipinə  biganə 
qalaraq  mədəni  müxtəlifliyi  subyektiv,  müvəqqəti  və 
qeyri-əsas  kateqoriyaya aid edirdi.
Bu gün şərait tamamilə dəyişmişdir.  Baş verən sosial- 
mədəni  dəyişikliklər,  suveren-müstəqil  mədəniyyətlərin 
bir-birinə münasibətini də dəyişdirmişdir.
Lakin  “sovet  stereotiplərinin”  tamamilə  aradan  qalx­
dığını  söyləmək  tezdir.  Mədəni  müxtəlifliyə  və  qarşılıqlı 
təsir probleminə  ləng reaksiya hətta problemin tədqiqində 
“söz-anlayış”  seçiminin  çətinliyi  ilə  üzləşməyə  gətirib 
çıxarmışdır.
Mövcud  olan  millətlərarası  və  dinlərarası  mədəni 
müxtəlifliyi  “nəzakətli”  surətdə  ifadə  edə  bilən  leksik


Yüklə 396,29 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə