RəBİYYƏt aslanova qloballaşma və



Yüklə 396,29 Kb.
Pdf görüntüsü
səhifə39/64
tarix30.09.2017
ölçüsü396,29 Kb.
#2482
1   ...   35   36   37   38   39   40   41   42   ...   64

154
Q LO BA LLA ŞM A   VƏ M Ə D Ə N İ M Ü X T Ə L İF L İK
Sokratm  dialoqu  bizim  üçün  dünyanın  dərk  edilməsi  və 
bizim  xeyirxah  münasibətimizi nəzərdə  tutan  idrakın yolu 
kimi  fərqli  olmuşdur.  İnsanın  ən  dərin  qatlarını  aşkara 
çıxarmaq  və  onlara  təsir  etmək  üçün  müəllim-filosof 
xüsusi  məharətə  -  dialoq  sənətinə,  dialektikaya  yiyələn­
məlidir.
Canlı  şifahi  danışıq  və  ünsiyyət  sənəti  kimi  qəbul 
edilən  dialoqdan,  ədəbi  forma  kimi  janr  və  üslub  kimi 
olan  dialoqa  keçid  baş  verir.  Platon  “yazılı  dialoq”  forma­
sını  ən  kamil  formaya  çatdırır.  Dialektika  haqqında  təlim 
deyəndə  -   söhbəti  aparmaq  məharəti,  sənəti  başa 
düşülürdü.
Platonun  fikrincə,  düşüncə  dialoji  struktura  malikdir, 
insanın  mahiyyəti  “mən”  və  “sən”in  vəhdətindən 
ibarətdir.
Eyni  dövrdə  sxolastika  və  teologiyanın  geniş  inkişaf 
etdiyi  dövrdə  dialoqun  disput,  diskussiya  kimi  formaları 
təşəkkül  tapdısa  da,  fəlsəfi  janr  kimi  monoloji-traktat 
səviyyəsinə endi.
Dialoqun  fəlsəfi  prinsip  kimi  mahiyyətinə  çox  fəlsəfi 
əsərlər  həsr  edilib.  Dialoqun  fəlsəfəsinə  görə  “dialoq”  -  
vasitə  deyil,  varlığın  “iç”  strukturudur,  mahiyyətindədir.. 
Varlıq münasibətdə  aşkara çıxır və  bu  münasibət hökmən 
dialoji  xarakterlidir.  İdrak  da  mahiyyətcə  belədir.  “Öz- 
özündən”  kənara  çəkilərək,  “özünü”  dərk  edən  idrak 
dialoji  münasibət  qurur,  və  ya  idrakın  yeganə  mümkün 
yolu dialoqdur.
Dialoq  fəlsəfəsinə,  demək  olar,  bütün  yaradıcılığını 
həsr  edən  M.Baxtin,  “dialoqşünaslıq”  elminin  əsaslarını 
belə müəyyən edir:
“Var  olmaq  -   dialoqda  olmaq  deməkdir.  Dialoq 
bitərsə,  hər şey bitər.  İki  səs -  minimum varlıq,  minimum 
həyat  deməkdir.  Həyat  dialoqdur,  insan  isə  dialoqun 
subyektidir.  Dialoq vasitə deyil, məna və mahiyyətdir”.1
Dialoqun  real  qüvvəyə  çevrilməsi  hər halda müəyyən
1 M.M.Бахтин.  Эстетика словесного творчество.  M, 1979, с.93.
Fəsil П.  Q loballaşm a və  m odəniyyotlarin  dialoqu
155
sosial-mədəni mühitin varlığını tələb edir.
Cəmiyyət  və  mədəniyyət  inkişaf  etdikcə  dialoqun 
fəlsəfi-nəzəri  müstəvidən,  praktiki  müstəviyə  keçid 
alması mümkün olur.
Müasir  dünyada  dialoq  yalnız  kommunikasiya  məz­
munlu  fəaliyyətlə  məhdudlaşmır.  Elmi  texnologiyalarda, 
ən  müasir  kompyüter  texnologiyalarında,  süni  intellekt 
adlı  müasir  istiqamətlərdə  də  dialoq  təməl  metod  kimi 
istifadə  olunur.  Müasir  informasiya  cəmiyyətinin  ontoloji 
ölçüləri-monoloqa  yaxud  “mono-vasitələrə”  deyil,  çoxöl- 
çülü,  çox  çalarlı,  rəngarəng  “şəbəkə-mozaika”  struktur- 
ludur.
Ünsiyyət  və  qarşılıqlı  təsirlərin  daha  tez  sürətlə  baş 
verdiyi  müasir  dövrdə  dialoqun  alternativi  olmadığını 
sübut edən bəzi səbəblər mövcuddur:
1.  Hər  hansı  bir  ölkənin  məğlubedilməzliyinə  dair 
illüziyaların əbəsliyi  (11  sentyabr hadisələri bunu bir daha 
sübut etdi).
2.  Təklik -   (tənhalıq)  salamatlıqdır  mövqeyi.  Bu  gün 
“qızıl  milyard”  adlandırılan  təbəqə  özünü  dünyada  baş 
verən proseslərdən təcrid edə bilməz.
3.  Bir  irqin  digərindən  üstünlüyü,  mədəni  və  “mə­
dəniyyətsiz”  xalqlar  kimi  mövcud  olan  bölgü  (sosial-dar- 
vinizm);  hər  bir  mədəniyyətin  özünəməxsus  dəyər  və 
fərqlərə,  unikallığa  malik  olması  fikri  modernləşmə  dal­
ğasının gedişində əldə olunan ən mühüm nəticələrdən oldu.
4.  Dünyada  bilik,  infonnasiya  və  texnologiyalara 
nəzarət edilməsinin mümkünlüyü ideyasının boşa çıxması. 
Müasir  beynəlxalq  infonnasiya  şəbəkəsinin  formalaşması 
bunu  qeyri-mümkün  edir.  “2000-ci  il  problemi”  infor­
masiya  fenomeninin  də  bütün  dünya  tərəfindən  birgə 
fəaliyyət əsasında tənzimləndiyini bir daha sübut etdi.
Dialoqun  dəyəri  və  mahiyyətinin  çatdırılması  bütün 
fəlsəfənin  əsas  mövzularından  olmuşdur  -   desək,  yanıl­
marıq.  Dialoq  həmişə  ifrat əkslikləri  dəf edən “orta yol -  
qızıl  yol”  kimi  böyük  imkanlar  verir.  Elm  və  texnikanın


156
Q LO BA LLA ŞM A  VƏ M Ə D Ə N İ M Ü X T Ə L İFL İK
uğurları  insan biliyinin üfüqlərini genişləndirmişdir.  Lakin 
onun  dərinliyi  barədə  əminliklə  fikir  yürütmək  çətindir. 
A.Eynşteyn  qeyd  edirdi  ki,  “Biz  necə  də  çox  bilirik,  biz 
necə  də  az  anlayırıq”.  Yəni  hər  eşitdiyimiz  informasiya, 
hər  informasiya  bilik,  hər  bir  bilik  isə  müdrik  bilik 
deyildir.  Dialoqa  hazır  olmaq  üçün  məlumatlı  və  “çox 
bilmiş”  insan  olmaq  yox,  ən  azı  həyat  müdrikliyi  kimi 
təcrübə  də  gərəkdir.  Dialoqa  hazır  olmaq  yollarına  bələd 
olmadan onun nəticəsi qeyri-müəyyən olur.
Bu  yollardan  birincisi  dinləmə  məharətidir.  Dinləmə 
məharəti  daha  çox  həssaslıq  və  dözüm  tələb  edir.  Buna 
görə  də  dözümlülük  -   “tolerantlıq”  mövzusuna  ayrıca 
toxunulacaqdır.  Dialoq  həqiqi  anlaşmaya  dayaqlanır.  Hə­
qiqi  anlaşma  isə  səbir  və  həssaslıq  olmadan  mümkün 
deyildir.
ikincisi,  birbaşa  -   üz-üzə  şəxsi  ünsiyyətdir.  Birbaşa 
ünsiyyət  başqa  formalardan  gözlənilməyən  səmərəli 
sonluğa  gətirə  bilər.  Üzbəüz  ünsiyyət  başqa  tərəfin 
iştirakını zəruri hesab edir.
Üçüncüsü,  mədəniyyət  və  fəlsəfə  tarixində  sınaqdan 
çıxmış  müdrik dialoq  təcrübəsinə  isnad etməkdir.  Mənəvi 
ideallar və məqsədlər çox böyük əhəmiyyətə malikdir.
Dialoqun  mədəni-fəlsəfi  statusunu  müəyyənləşdir­
məyə çalışsaq, onu belə ifadə etmək olar:
1.  Qloballaşma  yekcins  simasızlığa,  fərqlərin  silin- 
məsinə  apara  bilər,  buna  görə  də  yalnız  dialoq  müx­
təlifliyin, çoxçalarlı bütövdə -  qlobal cəmiyyətdə yaşardı­
ğını təmin edə bilər.
2.  Yalnız  identikliyə  qapanıb  qalmaq,  məhdudluğa  və 
təcridolunmaya  səbəb  ola,  zorakılıq  və  toqquşmaya 
gətirib  çxara  bilər;  buna  görə  də  dialoq  müxtəlifliyə 
həqiqi  hörmət  və  ünsiyyətin  müqəddəm  şərtlərini  təmin 
edə,  milli və bəşərinin vəhdətini qovuşdura bilər.
“Mədəniyyətlərin  dialoqu”  anlayışının,  qloballaşma 
proseslərinin  ən  zəruri  metodoloji  konsepsiyası  kimi, 
bitkin  nəzəri  formada  təqdim  edilməsinə  hələ  xeyli  vaxt
Fosil II. Q loballaşm a vo  m odaniyyotlorin  dialoqu
157
var.  Qloballaşma  isə  gözləmir.  Buna  görə  də  dünyada 
inkişaf və  təkamül  gedişində  ictimai  proseslərin  mədəni 
nizamlayıcı  faktorlarına  dair  fəlsəfi  prinsiplərin  təd­
qiqatlara  cəlb  edilməsi  çox  mühüm  kömək  göstərə  bilər. 
Mədəniyyətlərin  qarşılıqlı  təsirinin  sistemli  ümumiləş­
dirilməsi  baxımından  belə  prinsiplərdən  biri  yenə  də,  hər 
bir mədəniyyətin  “etnik,  milli  və bəşəri”  qatların vəhdəti 
olması müddəasıdır.
Hər  bir  etnik  mədəniyyət,  müəyyən  dəyərlər  və 
mənalandırma  sistemi  kimi,  ümumiyyətlə,  “mədəniyyət 
aləminin”  və  o  cümlədən  də  “öz  mədəniyyəti’ nin  bu 
aləmdə  tutduğu  fərqli  yerə  dair  təsəvvürlərə  malik  olur. 
Mədəni  universumun  vəhdəti  və  çoxçalarlığı  əsasında, 
mədəniyyətlərarası  qarşılıqlı  təsirin  müəyyən  strategi­
yaları  formalaşdırılır.  Bu  strategiyalar  həm  də  mədə- 
niyyətlərarası  münasibətlərin  davranış-ünsiyyət  nümunə­
ləri kimi də çıxış edirlər.
Məsələn,  öz  etnik-milli  mədəniyyətinin  mütləqləş- 
dirilməsi,  dünyanın  mədəniyyət  aləminin  yalnız  bu 
çərçivəyə  salınması,  “lokalçılığın”,  yəni  haradasa  yalnız 
“etnik-milli” qatın genişləndirilərək dünyanın mədəniyyət 
modeli  kimi  təsəvvür  edilməsinə,  ən  betəri  mədə- 
niyyətlərarası  ünsiyyət  və  kommunikasiyanın  etalonu 
kimi  qəbul  edilməsinə  səbəb  olur.  Buna  misal  kimi, 
modernləşmə  gedişində  bütün  mədəniyyətləri  Qərb 
mədəniyyəti  səviyyəsinə  qataraq  “modernləşməsi”  kimi 
başa  düşülən  prosesi  gətirmək  olar.  Bu  mövqeyin  indi  də 
“mədəni  hegemoniya”  xəttində  davam  etdirilməsi,  Qərb 
mədəniyyətini  bütün  dünya mədəniyyəti  üçün  etalon,  son 
hədd sayılması kimi yanlış təsəvvürlərə dayaqlanır.
Bu  baxışda,  mədəniyyətlərarası  münasibətlərə  yalnız 
öz  mədəniyyətinin  “pəncərəsindən”  baxmaq,  mədəniy­
yətin  mahiyyətində  duran  etnik-milli  və  bəşəri  qatları 
onların birinə müncər etməklə məhdudiyyət qoyulması ilə 
nəticələnir.
Müxtəlif  mədəniyyətlərin  təhlilinə  dair  fəlsəfi


Yüklə 396,29 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə