RəBİYYƏt aslanova qloballaşma və



Yüklə 396,29 Kb.
Pdf görüntüsü
səhifə41/64
tarix30.09.2017
ölçüsü396,29 Kb.
#2482
1   ...   37   38   39   40   41   42   43   44   ...   64

162
Q LO B A LLA ŞM A  VƏ M Ə D Ə N İ  M Ü X T Ə L İFL İK
itərsə,  tənəzzülə  uğramaq  (sabitliyini  itirərək  sonrakı  in­
kişafını  təmin  edə  bilməmək)  imkanı  kəskin şəkildə  artır. 
Çünki  bu  halda  mədəniyyətin  müxtəlif  qatlarını  “qida­
landıran”  ünsiyyət  və  innovasiyalarm  mənbəyi  tükənir. 
Məsələn,  alimlərin  fikrincə,  on  qədim  və  möhtəşəm  sivi­
lizasiyalardan  olan  Şumerin  süqutu,  onun  özünü  təcrid 
etməsinin,  (xüsusilə  də  şimalın  maldarlıqla  məşğul  olan 
tayfalarından)  məntiqi  nəticəsi  olmuşdur.  Öz  növbəsində 
dəyişikliklərə  uyğunlaşmaq,  varlığın yeni  tələblərinə  isti­
qamət  götürməyə  qabil  olmamaq,  konkret olaraq  Şumerin 
timsalında  qida  mənbələrinin  tükənməsi  və  münbit  tor­
paqların  şoranlığa  çevrilməsi  kimi  sonluğa  gətirib  çıxar­
mışdı.  Nəticədə,  dünya  ilk  əlifbanı  və  yazını  -   gil  ki­
tabları kəşf edən sivilizasiyanın mövcud olduğunu unutdu.
Mədəniyyətlərin  qarşılıqlı  təsiri  tarixindən  başqa 
məlum  misalları  da  gəlirə  bilərik.  Sivilizasiyalararası  əla­
qələrin  intensivləşməsi  (bəzən  hətta  faciəli  səbəblərdən) 
isə  onların  gələcək  inkişafına  təkan  verə  bilər.  Məsələn, 
“yəhudilərin  Babilistanlılar  tərəfindən  əsir  alınması 
nəticəsində yəhudilər,  bu sivilizasiyadan bəhrələnərək öz 
mənəvi  təlimlərini  yaratdılar;  buna  görə  yəhudilər 
babillilərə  Musa  peyğə'mbərə  minnətdar  olduqları  qədər 
minnətdar olmalıdırlar.1
Tarixin  mərhələlərinə  uyğun  əlaqələrin  intensivliyi 
də  artır. 
Məsələn,  hazırkı  qlobal  informasiya  cəmiy­
yətində  ölkələrin  bir-birindən  hətta  qısa  müddətə  belə 
təcrid  olunması  məhvə  bərabər  ola  bilər.  Qloballaşma, 
qeyd  etdiyimiz  kimi,  bütün  səviyyələrdə  ünsiyyətin 
hədsiz sürətlənməsi  ilə səciyyələnir.
Dialoq  təşəbbüsü  və  dialoqa  çağırış,  qlobal  cəmiy­
yətin  bütün  üzvlərinə  ünvanlanmışdır.  Dialoq  dəvətindən 
belə  nəticə  əldə  olunur  ki,  dünyanın  bütün  ölkələri  heç 
bir məhdudiyyət qoyulmadan dialoqda iştirak edə bilər.
İnsanların  etnik,  dini  mənsubiyyəti,  irqi,  nəinki  dili, 
ənənə,  təhsil  və  mədəniyyətinin  müxtəlifliyinin  təbii-
1 Моисеев H.  Новое  политическое  мышление.  M, 2000,  c.48.
Fəsil II. Q loballaşm a va m ədəniyyətlərin  dialoqu
163
bioloji  kökləri,  mənbələrlə  izah  edilməsinə  dair müxtəlif 
fikirlər  mövcuddur.  Lakin  insanın  genetik  kodunun  öy­
rənilməsi  göstərir  ki,  bütün  bəşəriyyət  bir  “xəmirdən” 
yoğrulmuşdur.  Təbiətdə  müxtəliflik  nə  qədər  gərək- 
lidirsə, qlobal cəmiyyətdə də mədəniyyətlərin çələngi  bir 
çalarlı  ola  bilməz.  Lakin,  insanların  müxtəlif  mədəni- 
sosial  mühitdə  böyüməsi, sosiallaşması,  fərqlərin -  əkslik 
və  qarşıdurma  kimi  təlqin  edilməsi,  müxtəlif  “izm”  lər 
kimlər üçünsə həmişə faydalı olmuşdur.
İnsanları,  mədəniyyətləri  fərqləndirən  cəhətləri 
bir  araya  gətirə  biləcək  körpü  dialoqdur.  Qlobal 
bəşəriyyətin  yeni  inkişaf  modeli,  mədəniyyətlərarası 
dialoqa  əsaslanan  yeni  dünya  nizamı  kimi  təsəvvür 
edilə bilər.
Nə  üçün?  Ən  başlıcası  budur  ki,  mədəniyyətlərin 
dialoqu  siyasi,  geosiyasi,  ideoloji,  hərbi  və  s.  Da­
nışıqlardan  köklü  surətdə  fərqlənir.  Çünki  bu  halda 
dialoq  dedikdə  “özünümüdafiə”  üçün  aparılan  söhbət 
başa  düşülür.  Mədəniyyətlərin  dialoqu bütün  hallarda 
başqa  dialoqların  daşıdığı  “ideoloji  yüklərdən”  azad­
dır, daha doğrusu  azad olmalıdır.
Hərtərəfli  əsaslandırılmış  dialoq  konsepsiyası  üçün, 
tarixdə  baş  verən  qarşıdurmaların  və  münaqişələrin  sə­
bəblərinin  araşdırılması,  onların  baş  vermə  səbəblərinin 
öyrənilməsi  və  məhz  bu  səbəblərin  dialoq  mövzusu  ol­
ması  gərəklidir.  Qüvvə  və  hərb  siyasətindən,  sülh  mə­
dəniyyətinə  keçidi  mümkün  edən  yollar  müəyyənləş­
dirilməlidir.
Sivilizasiyalararası  qarşıdurmaların  ən  kəskin  forması 
müharibə  və  silahlı  toqquşmalar  olmuşdur.  Bir  çox 
hallarda  çiçəklənmə  dövrünü  yaşayan  sivilizasiyaların 
dünyanın  xəritəsindən  silinməsini  şərtləndirən  (iqtisadi, 
siyasi  və  s.)  motivlər  arasında  sosial-mədəni  amillər  və 
fərqlər  də  rol  oynamışdır.  Müxtəlif  din,  mədəniyyət  və 
birini düşmən obrazında görmüşlər.
Müharibə  “kultu”,  ictimai  şüurda  min  illər  boyu  çox


dərin  köklər  atmışdır.  Onun  aradan  qaldırılması  bir  neçə 
nəsillərin könüllü, ciddi  dialoqunu tələb edir.
Müharibəyə  və  münaqişəyə  gətirib  çıxaran  səbəbləri 
aradan  qaldırmağa  səy  göstərmək,  əgər  münaqişə  baş 
veribsə  də onların  həllinin qeyri zorakılığa əsaslanan  sülh 
yolunu  aramaq,  qarşılıqlı  anlaşma  və  müxtəlif  xalqların 
mədəniyyətlərin  dialoqu  -   bütün  bunlar  “sülh  mədə­
niyyəti”  anlayışına  daxildir.  Dialoq  mövzusu  olan  bu 
problemləri  YUNESKO  “sülh  mədəniyyəti”  adlandırmış- 
dır. Mədəniyyətlərarası dialoqun təməl prinsiplərindən və 
mexanizmlərindən  biri  yalnız  demokratik  dəyərlər  sıra­
sında  deyil,  ümumbəşəri  dəyərlər  içərisində  ən  mühüm 
sayılan tolerantlıqdır.
II. 5.  Tolerantlıq-mədəniyyətlərarası münasibətlərin 
təməl prinsiplərindəııdir
"Məlumdur  ki.  yüksək  tolerantlıq  ilk  növbədə 
yüksək mədəniyyətin  təzahürüdür.  İnsanlarda  belə 
bir  mədəniyyətin  formalaşdırılmasına  erkən  yaş­
larından başlamaq lazımdır.  Ölkəmizdə yetişməkdə 
olan  nəslin  təhsil  və  maariflənməsində,  müasir 
elmi-pedaqoji konsepsiyalar daxilində biz  ünsiyyət 
mədəniyyətini,  dini  dözümlülük  və  əməkdaşlıq 
mədəniyyətini formalaşdırmağa  cəhd göstəririk  və 
ümumən  desək,  buna  nail oluruq.  Bunu  demək çox 
asandır.  Lakin  gerçəkləşdirmək  kifayət  qədər 
mürəkkəb bir prosesdir ".
H eydər Əliyev.
(“Demokratik cəmiyyotdə dinin və əqidənin rolu: 
terrorizm və ekstremizmə qarşı  mübarizə yollarının 
araşdırılması” mövzusunda beynəlxalq konfransda çıxışından).
Son  onillikdə  dünya  elmi  ictimaiyyəti  tərəfindən 
geniş  təhlil  predmeti  olan  mövzulardan  biri  kimi  - 
tolerantlıq  diqqəti  cəlb  edir.  Xüsusilə  də  demokratiyanın 
təməl  dəyərlərindən  biri  kimi  tolerantlığın  tədqiqi  geniş 
yayılmışdır.
164___________ Q LO BA LLA ŞM A   VƏ M Ə D Ə N İ M Ü X T Ə L İF L İK
Fəsil II.  Q loballaşm a və  m ədəniyyətlərin dialoqu
165
Tolerantlıqdan  söhbət  düşəndə  yalnız  bu  terminin 
mənasını  tərcümə  etmək  kifayət  deyildir.  (Tolerantlıq  -  
latınca  ’’tolerantia”  -  dözüm,  səbir  mənasını  verir).  Baş­
qasının  fikrinə,  fəaliyyətinə,  baxışlarına,  fərqli  zövqünə 
və  dünyagörüşünə  dözümlü  yanaşmaq  kimi  başa  düşülən 
Tolerantıq  ideyası  mənəvi-əxlaqi, mədəni kateqoriya kimi 
məzmununun  aşkar  edilməsi  müasir  dünyada  tolerantlıq 
probleminin  yeri  və  rolunu  dəyərləndirməyə  kömək  edə 
bilər.
1995-ci 
ildə 
YUNESKO-nun 
Baş 
Konfransı
Tolerantlıq  prinsipləri  üzrə  Bəyannamə  qəbul  etmişdir. 
Həmin  il,  YUNESKO-nun  təşəbbüsü  ilə  tolerantlıq  ili 
elan  olunmuşdur. 
1995-ci  ilin  noyabrında  Parisdə 
YUNESKO-nun  üzvü  olan  185  dövlət  tolerantlıq  haqda 
bəyannaməni  imzalamışdır.  Birləşmiş  Millətlər  Təşkila­
tına  üzv  olan  dövlətlər  hər  il  noyabrın  16-da  Beynəlxalq 
Tolerantlıq günü keçirilməsini elan etmişlər.
Rusiyada 2001-ci  ildə  tolerantlığı  dəstəkləyən  federal 
proqram qəbul edilmişdir.
Azərbaycan  Respublikasının  prezidenti  28  dekabr 
1999-cu  ildə  “Beynəlxalq  sülh  mədəniyyəti  ili”  (2000-ci 
il)  və  4  iyul  2001-ci  il  tarixdə  isə  “Sülh  mədəniyyəti  və 
dünya  uşaqlarına  münasibətdə  qeyri-zorakılıq  beynəlxalq 
onilliyinin  (2001-2010)”  Azərbaycanda  qeyd  olunması 
haqqında sərəncam imzalanmışdır.
Tolerantlığın  nəzəri-elmi  konsepsiya  kimi  formalaş­
dırılması  və  praktiki  reallaşdırılması  istiqamətində,  dün­
yanın,  demək  olar,  bütün  inkişaf etmiş  ölkələrində  mər­
kəzlər,  institutlar,  o  cümlədən  Rusiyada,  Yekaterinburq 
şəhərində tolerantlıq institutu təsis edilmişdir.
YUNESKO-nun  Bəyannaməsində  tolerantlığa  belə 
başa düşülən təyinatlar verilir:
1.  Zəmanəmizdə  mədəni  müxtəlifliyi,  özünü  ifadə 
formalarını  və  insanın  bənzərsiz,  fərqli  cəhətlərinin 
təzahürlərini anlamaq, hörmət etmək və qəbul etmək.
2.  Həqiqətin  mütləqləşdirilməsi  və  doqmatizmdən


Yüklə 396,29 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə