RəBİYYƏt aslanova qloballaşma və



Yüklə 396,29 Kb.
Pdf görüntüsü
səhifə40/64
tarix30.09.2017
ölçüsü396,29 Kb.
#2482
1   ...   36   37   38   39   40   41   42   43   ...   64

158
Q LO BA LLA ŞM A   VƏ M Ə D Ə Nİ  M Ü X T Ə LİFLİK
ümumiləşdimıələr,  mədəniyyətlərin  ünsiyyət  tiplərini 
müəyyənləşdirməyə  imkan  verir,  təsnifləşdirmə  və 
sistemləşdinnə  üsullarını  təqdim  edir.  Mədəniyyətin 
fəlsəfəsi  sahəsində  aşağıdakı  dörd  ünsiyyət  -  qarşılıqlı 
təsir tipologiyası mövcuddur:
1
. Ənənəvi tip:
-  ənənəvi  tipdə  “təcridolunma  -   monoloq”  forması 
ayırd  edilir ki,  bu  forma mədəniyyət dünyasının  yalnız öz 
etnik mədəniyyəti çərçivəsi  ilə məhdudlaşdırılması, başqa 
etnik  mədəniyyətlərin  “anti  mədəniyyət”  kimi  səciy­
yələndirilməsi  ideyasına əsaslanır;
-  ənənəvi  tipin  daha  bir  forması  “assimilyasiya  -  
monloq”dur  ki,  burada  da  münasibətlərin  dialoji  deyil, 
monoloji  xarakterinə  üstünlük  verilir.  “Assimilyasiya  -  
monoloq”  forması  qarşılıqlı  təsirdə  başqa  mədəniyyət­
lərin  “udulması”  və  öz  etnik  mədəniyyətinin  mütləqləş- 
dirilməsinə yönəlmiş fəaliyyət tipidir.
2
. Hibrid tip:
-  hibrid  tipdə  “plüralizm-vəhdət”  forması,  mədə­
niyyət 
aləmini 
mədəniyyətlərə 
məxsus 
idealların 
qarşıdurması  ziddiyyəti kimi qəbul edir.
- “plüralizm-təcridolunma” tipi  mədəniyyət  dünyasını 
bir-birindən  təcrid  olunmuş  avtonom-qapalı,  lokal  etnik 
mədəniyyətlər  kimi  təsəvvür  edərək  qarşılıqlı  təsiri  bu 
əsasda görürlər.
3
J  UtilitarJip.ı
-  burada da “məqbul  militarizin'’  forması  fərqləndirilir 
ki,  bu  halda,  öz  etnik  mədəniyyətini  mütləqləşdirməklə 
paralel  olaraq,  başqa  mədəniyyətlərə  də  rifah,  firavanlıq 
mənbəyi  kimi baxmaq “qoşa” mövcud olur.
-  “inkişaf  etdirilmiş  utilitarizm”  -   başqa  mədəniy­
yətlərə  münasibətini  “pozitiv-praqmatist”  əsasda  qurur, 
mədəniyyətlərarası  inteqrasiyanın məqsədini bunda görür.
-  liberal  tipdə  mədəniyyətlərarası  münasibət  pro­
sesini,  “mədəniyyətlərin  sintezi”  ideyası  üzərində  quran
Fəsil II. Qloballaşma və  mədəniyyətlərin  dialoqu
159
“Dialoq” tipi  mövcuddur.1
Sadaladığımız  bu  tipologiya  mədəniyyətlərarası 
münasibətlərin  tədqiqində  metodoloji-fəlsəfi  prinsiplər 
kimi  istifadə  edilə  bilər.  Bu  prinsiplərə  dayaqlanaraq, 
mədəniyyətlərarası  təsirlər,  sadalanan  tiplər üzrə  mədəni 
fəaliyyətin reallaşdırılması prosesi kimi tədqiq edilə bilər.
Məsələn,  sovet  dövründə  mədəniyyətlərarası  proses­
lərin  dinamikasında  müxtəlif  tiplər  özünü  büruzə 
vermişdir.  İlk  dövrdə,  “hibrid”  tipin,  “plüralizm-vəhdət” 
forması mövcud olmuşdur.
Mədəniyyətlərarası  vəhdət  idealının,  məlum  olan 
şərhi,  “formaca  milli,  məzmunca  sosialist”  olan  sovet 
mədəniyyəti 
şüarı 
yaxşı 
yadımızdadır. 
Qardaşlıq, 
kollektivizm,  başçı,  ictimai  mülkiyyət,  vahid  xalqlar 
ailəsi,  eləcə  də  dünyanın  “özününkü”  və  özgələrə 
bölünməsi  və  s.  kimi  anlayışlar  sanki  qəbilə-icma 
münasibətləri  sistemindən götürülmüş kimi  idi.  İqtisadi və 
mədəni  cəhətdən  geri  qalmış  xalqlar,  “mütərəqqi 
rus”mədəniyyəti  ilə müqayisə olunurdu.
“Plüralizm-vəhdət”  münasibətləri,  adı  nə  qədər  xoş 
məramla  səslənsə  də  əslində  “ikili  standartlar”  adlı  feno­
meni  doğururdu.  Mədəni  identikliyin  belə  “haçalanması” 
özündə  böhranın  işartılarını  da  daşıyırdı.  Məsələn:  hamı 
rus  dilini  öyrənməyə  cəhd  etsə  də,  onlar  yerli  mə­
dəniyyətlərin  dilini  “geri  qalmış”  xalqın  dili  sayaraq,  onu 
öyrənməyə  cəhd  göstərmirdilər.  Bu  da  son  nəticədə 
mədəniyyətlərin  ünsiyyətində  böhrana  gətirməyə  bil­
məzdi.  Bütün  xalqlar  üçün  vahid  olan  “sosialist  mə­
dəniyyəti”,  sovet  modeli  yalnız  mədəniyyətlərdaxili 
innovasiyalarm  təşəkkülünə  əngəl  olmayıb,  mədəniyyət- 
lərarası  modernləşmənin  uğurlarından  bəhrələnməyə  də 
mane  olurdu.  Sözdəki  “intemasionalizm”,  əməldəki  dur- 
ğunluqla nəticələnirdi.
1  Динамика  культуры:  теоретико-методологические  аспекты.  M, 
1989. С.179.


160
Q LO BA LLA ŞM A   VƏ  M Ə D Ə N İ  M Ü X T Ə L İFL İK
II.4.  Mədəniyyətlərin dialoqu: prinsipləri 
və mexanizmləri
Dialoqa  tələbat  dünya  və  mədəniyyət  qədər 
qədimdir.  Lakin  bu  gün dialoq qeyd  etdik ki, yeganə  çıxış 
yoludur.  Başqa  mədəniyyətləri  qəbul  etməyən  insanlar, 
onu  tanımadıqları  üçün  nifrət  etməyə,  qüw ə  tətbiq 
etməyə, “düşmən” hesab etməyə meylli olurlar.
Əksinə  başqa  mədəniyyətlə  ünsiyyət  prosesində  onu 
qəbul  edir, yeni fərqli  nə isə öyrənirlər.
Qloballaşma  prosesində  ən  müxtəlif irq,  mədəniyyət, 
etnik qrup  və dinlərin nümayəndələri bir-biri  ilə daha tez- 
tez üzləşir.  İnsanlar indi  daha çox başa düşürlər ki, onların 
yaşam  tərzi  bir  çox  mədəniyyətlərin  təsiri  altında  baş 
verir;  eyni  zamanda  həm  özünün,  həırı  də  başqasının 
mədəniyyətinə  həssaslıq  göstərmək  zərurətə  və  məlumat 
mənbəyinə  çevrilir.  Hər  kəs  öz  inamı,  keçmişi  və 
mədəniyyəti  ilə  fəxr  edə  bilər,  lakin  mütləq  başqasına 
nifrət  bəsləməyə  də  bilər.  Mədəniyyətlərarası  dialoqun 
əbədi  humanist  idealı, böyük siyasi  və  praktiki  potensialı, 
qlobal  gələcək  üçün  əhəmiyyəti  və  dəyəri  məhz  buna 
dayaqlanır.
Mədəniyyətlərarası dialoqun elan edilməsi  ilk baxışda 
praktiki-siyasi  deyil,  fəlsəfi  xarakterli  çıxış  kimi  qəbul 
edilmişdi. 
Dialoq  ideyasının  məhz  Şərq-müsəlman 
aləminin  təşəbbüsü  kimi  irəli  sürülməsi  xüsusilə  vacib 
fakt kimi vurğulanmalıdır.
Bundan  ə w ə l  S.Xantinqtonun  “sivilizasiyaların  toq­
quşması”  ideyası  çox  geniş  müzakirə  olunurdu.  Çox  təəs­
süf  ki,  S.Xantinqton  ən  naşı  ideoloq  kimi  də  olsa  diplo­
matların  və  qlobal  qarşılıqlı  münasibətlər  sahəsində  mü­
təxəssislərin  düşüncələrinə  böyük təsir göstərə  bilmişdir. 
Onun  ideyasının  uğuru,  hər  şeydən  əvvəl  sadə,  səthi  mü­
şahidə  nəticəsində  dünyada  baş  verən  prosesləri  bir  kəl­
mədə  ifadə  edə  bilməsində  idi,  dərin  elmi-nəzəri  arqu­
mentlərə  deyil,  hissi-enıosional  təəssüratlara ünvanlanmış
Fosil II.  Q loballaşm a və m adəniyyotlərin  dialoqu
161
olmasında  idi.  Əbəs  deyil  ki,  tədqiqatçıların  əksəriyyəti, 
onun  əsərini  geopolitika  və  ya  siyasətə  deyil,  publisis­
tikaya, daha doğrusu  ABŞ-ın  strateji  müdafiə doktrinasına 
dair publisist düşüncələr üslubuna aid etmişlər.
Digər  tərəfdən  də  belə  bir  faktın  vurğulanması  diq­
qəti cəlb edir:  NATO-nun Yuqoslaviya əleyhinə müharibə 
əməliyyatları  zamanı,  xristianlığın  qərb  və  pravoslav 
variantları  arasında  nə  üçün  bu  qədər  böyük  uçurumun 
olduğunu  izah  etmək  üçün  S.Xantinqtona  müraciət 
etmişdilər  və  üç  ildən  sonra  prezidentlər  C.Buş  və
V.Putinin  birlikdə  pravoslav  ibadətlərində  çıxış  etdikləri 
zaman  başqa  bir  sualla:  nə  üçün  Qərb  və  islam  dünyası 
arasında  bu  qədər böyük  uçurumun  olması  sualı  ilə  yenə 
də S.Xantinqtona müraciət etmişdilər.
Hər  halda,  “hegemon  mədəniyyətin  monolit  birliyi” 
mövqeyi  ilə  bir  neçə  “müqavimət”  və  “maneə”  mənbəyi 
olan  ocaqların  “ləğv”  edilməsi  fikrində  olanlar  və  müx­
təlif,  barışmaz  mədəniyyətlərin  fasiləsiz  münaqişəsi 
fikrində  olan  iki  tərəfdən  əlavə  daha  bir  yol  vardır. 
Müasir  dünyanın  mədəni  gələcəyinin  və  çox  güman  ki, 
gələcəyin  də  mədəniyyətinin  təminatçısı  kimi  çıxış  edə 
biləcək bu yol mədəniyyətlərin dialoqu yoludur.  J
Yuxarıda  göstərilən  tipoloji  təhlil  və  müqayisə,  mə­
dəniyyətdə  müxtəlif müstəvilərin  nisbətini  ayırd  etməyə, 
inteqrativ-dialoji 
potensialın 
müəyyənləşdirilməsinə 
imkan  verir.  Yəni,  həqiqi  mədəniyyətlərarası  dialoq 
yalnız  o  halda  mümkün  olur  ki,  bütün  mədəniyyət  forma 
və  tiplərində  əks  olunan  ümumbəşəri  mənəvi  dəyərlərə 
dayaqlansın  və  bu  təməldə  yeni-yeni  çalarların  təşəkkül 
tapmasını şərtləndirsin.
Ümumbəşəri  mənəvi  dəyərlər,  ideal  və  normalar 
bütün  mədəniyyətlərin  vahid  müstəvidə  bütövləşməsinin 
əsas prinsipidir.
Hər  bir  sivilizasiya  nəinki  özü  müstəqil  mədəni  sis­
temdir,  həm  də  bütün  sivilizasiyalar  ailəsinin  bir  üzvü, 
tərkib  hissəsidir.  Onun  başqa  mədəniyyətlərlə  əlaqəsi


Yüklə 396,29 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə