RəBİYYƏt aslanova qloballaşma və



Yüklə 396,29 Kb.
Pdf görüntüsü
səhifə36/64
tarix30.09.2017
ölçüsü396,29 Kb.
#2482
1   ...   32   33   34   35   36   37   38   39   ...   64

142
Q LO BA LLA ŞM A  VƏ M Ə D Ə N İ M Ü X T Ə L İF L İK
mədəni  identifıkasiya  formaları  gəlir.  Siyasi  ideyaların 
toqquşmasını,  mədəniyyət  və  dinlərin  toqquşması  əvəz 
edir  .
Yaxud  “özünü  dünyanın  mərkəzi  kimi  görən  və  öz 
tarixini  bəşəriyyət  tarixinin  mərkəzi  süjeti  kimi  yazan 
sivilizasiya  tipi  -   Qərb  sivilizasiyasıdır”  -   dedikdə  də 
müəllif haqlıdır.
S.Xantinqton,  mədəniyyət və sivilizasiya anlayışlarını 
eyni  mənada  işlətdiyini  kitabının  əvvəlində  vurğulayır. 
Bu,  mübahisəli  olsa  da,  müəllifin  mövqeyini  başa 
düşməyə  kömək  edir.  Mədəniyyətin  mahiyyətinə  dair 
A.Toynbi,  O.Şpenqler,  F.Brodel  və  başqalarının  tədqiqat­
ları  ilə  geniş  tanış  olsa  da,  S.Xantinqton  O.Şpenqlerin 
uzaqgörənliklə  söylədiyi  bu  fikirlərə  əhəmiyyət  ver­
məmişdir:  “Qərb  elə  bilir  ki,  sivilizasiya  bircə  çaydan  -  
bizimkindən  ibarətdir  və  yerdə  qalanlar  onun  kiçik 
axarları, ya da qurumuş qollarıdır.
Dünya  bizim  ətrafımızda  fırlanır,  inkişafdan  qalmış 
Şərq  və  mütərəqqi  Qərb  var.  Eyni  mövqeyi  O.Şpenq- 
lerdən  on  illər  sonra  A.Toynbi  Qərbin  “eqosentrik  illü­
ziyası,  qanmazlığı  və  utanmazlığı”  kimi  səciyyələn­
dirmişdi” 1
 2
Ümumiyyətlə,  qloballaşma  və  mədəniyyət  problemi­
nin  çözülməsində,  S.Xantinqton  yuxarıda  qeyd  etdiyimiz 
mədəni  hegemoniya,  yaxud  imperializm”  siyasətinə  bö­
yük  ümidlər  bəslədiyini  gizlətmir.  Həmçinin  ingilis  dili­
nin  ünsiyyət  dili  kimi  işlədilməsini  də  öz  məqsədləri  ba­
xımından  şərh  edir.  O  qeyd  edir ki, bütün  dövrlərdə  haki­
miyyətin  dili  hakim  dil  olmuşdur  və  s.  Bütün  hallarda 
“min  illər boyu  təşəkkül  tapmış,  tarixin sınaqlarından  çıx­
mış  mədəniyyətlərin  asanlıqla qərbləşəcəyinə  şübhə  etdi­
yini  də gizlətmir.
“Mədəniyyətlərin  toqquşması”  ssenarisinə  yenidən 
diqqətin  cəlb  edilməsi,  daha  doğrusu,  ona  yeni,  başqa
1 Бах:  C.Хантингтон.  Столкновение  цивилизации.  M, 2003.  c.70.
2  А.Тойнби.  Постижение  истории, с. 154.
Fəsil  II.  Q loballaşm a 
уэ
  m ədəniyyətlərin  dialoqu
143
baxış  bucağından  baxılması  zərurəti  bu  gün  yenidən 
gündəmə gəldi.
Hətta  11  sentyabr hadisələrindən  sonra  belə  bu  “toq­
quşma”  baş  vermədi,  “Tarixin sonu”  (xoşbəxtlikdən)  gəl­
mədi.  Ancaq  baş  verən  hadisələr  başqa  mədəniyyətlərə 
“qarşı,  əks”  kimi  mövqedən deyil,  “müxtəlif,  fərqli”  kimi 
baxmağı  zərurətə  çevirdi.  İlk  növbədə  də  “qarşıdurma” 
modelinin  əsassızlığını  göstərdi.  Yəni  münaqişəli  tərəflər 
yalnız  öz  sivilizasiyaları  içərisində  deyil,  həm  də  başqa, 
“qarşı”  sivilizasiyaların  nümayəndələri  arasında  tərəfdar 
və dəstək tapdılar.
Həm  də  aydın  oldu  ki,  qloballaşma  yalnız  ziddiyyət 
və  qarşıdurmaların  yaranması  və  genişlənməsini  deyil, 
həm  də  onların  baş  vermə  ehtimalını  da  azalda  bilmək 
səyi, cəhdlərinin bir araya gəlməsini şərtləndirir.
“Tarixin  sonu”na  dair  təsəvvürlər  qloballaşmanın 
Qərb  hökmranlığı  kimi  başa  düşülməsindən,  qarşıdurma 
və toqquşma isə, mədəni müxtəlifliyin əkslik, qapalılıq və 
təhlükə kimi başa düşülməsindən irəli gəlmişdir.
Lakin,  yəqin  hamımız  qloballaşmanın bir  proses  kimi 
başlanması  fikrindəyik.  Deməli  tarixin  sonu  deyil,  qlobal 
tarixin başlanğıcının şahidləriyik.
Tarix  boyu  davam  etmiş  toqquşmalara  dair  bildik­
lərimiz, bizim dialoq və anlaşma probleminə nə qədər çox 
ehtiyacımız olduğunu göstərir. “Hökmran mədəniyyət” si­
yasəti  gözümüz önündə  qlobal  şəbəkələrin ünsiyyəti,  əla­
qə və əməkdaşlığın genişlənməsinə doğru hərəkət edir.
Qloballaşma 
prosesi, 
milli-mədəni 
identikliyin 
yüksəlməsi  ilə  müşayiət  olunursa,  mədəni  müxtəlifliyin 
mühafizəsinə  yönələn  meyllər  də  bu  prosesin  kontur- 
hədlərini müəyyən etməkdədir.
Əgər  bəşəriyyət  qloballaşmanı  Qərb  hegemonizminə 
çevirmək  istəmirsə,  ona  mütləq  mədəni  müxtəlifliklə 
yanaşı adlamaq lazım olacaqdır.
XX  əsrin  sonlarında  identikliyin  taleyindən  duyulan 
narahatlıq  ən  müxtəlif,  ifrat  formalar  aldısa  da,  bu


144
Q LO BA LLA ŞM A  VƏ M Ə D Ə N İ M Ü X T Ə LİFLİK
narahatlığın  alternativ  yolları  da  aranmağa  başlandı. 
Bunlar  yuxarıda  adlarını  qeyd  etdiyimiz  dialoq,  bir  də 
lokal  mədəniyyətlərin  qlobal  mədəniyyətdə  əriyib 
qovuşması kimi  inkişaf modelləri  idi.
Dialoq  mövzusuna  geniş  yer  ayırdığımız  üçün  lokal 
mədəniyyətlərin  “qarışıb-yox  olma”  ssenarisinə  qısa 
diqqət yetirək.
Lokal  mədəniyyətlərin  qlobal  mədəniyyət  içəri­
sində  əriyib  “həll”  olmasından  ibarət  mövqenin  tərəf­
darları  da,  öz baxışları  üçün real əsasların  olduğunu ciddi- 
cəhdlə  müdafiə  edirlər.  Ədəbiyyatdan  mövcud  olan 
“konvergensiya”  nəzəriyyəsi  də  mədəni  müxtəlifliyin  ta­
leyinə  eyni  münasibəti  bəsləyirdi.  Bu  mövqeyini  öz əsər­
lərində  daha  bitkin  şəkildə  A.A.Zinovyev  əsaslandır­
mışdır.
A.A.Zinovyevə  görə,  “sivilizasiya”  anlayışına  ən  çox 
cavab  verən,  uyğun  gələn  Qərbi  Avropa,  daha  geniş 
mənada -  Qərb sivilizasiyasıdır.
Lokal  mədəniyyətlər  (Şimali  Avrasiya,  Afrika,  Ru­
siya  və  s.)  öz  qüvvələri  ilə  müasir  sivilizasiyalar  səviy­
yəsini  yarada  bilməzlər.  Digər  tərəfdən  də,  sivili­
zasiyaların  vaxtı  keçmişdir.  Onlar  öz  yerini  daha  yüksək. 
səviyyəli 
“sosial  təşkilatlanmaya”  verirlər. 
Qlobal 
miqyaslı sosial təşkilatlanma gedir.1
Müxtəlif  (lokal)  mədəniyyətlərin  taleyi  bu  ssenariyə 
görə necə təsəvvür edilir?
Tədqiqatçıların  fikrincə,  qloballaşmanın  bugünkü  üs­
tün  modeli  reallaşarsa,  bəşəriyyətin  unifıkasiyası  prosesi, 
lokal  mədəniyyətlərin  Qərbə  əsaslanan  qlobal  cəmiyyət 
içərisində  əriməsi  təhlükəsi  doğrudan  da  mövcuddur. 
İqtisadiyyat  və  texnologiyanın  bir  neçə  nəhəng  trans- 
nasional 
korporasiyaların  nəzarəti  altında  keçməsi, 
onların,  əsasən,  ABŞ  və  Avropada  yerləşməsi,  həmçinin 
qlobal  maliyyə  axınlarının  bir  anlığa  axınını  təmin  edən
'  Цивилизация и культура.  1999. c.76.
Fəsil  II.  Q loballaşm a va  m adoniyyatlarin dialoqu
145
mərkəzlərin olması  belə düşünməyə  əsas verir. Həmçinin 
dünyanın 
hələlik 
“birqütblü” 
vəziyyəti, 
yeganə 
fövqəldövlətin beynəlxalq qurumların dəstəyini qazanaraq 
dünyaya  təzyiq  göstərməyə  cəhd  etməsi  və  s.  də  buraya 
aid edilə bilər.
Lakin  hər  halda  qloballaşmanın  bu  istiqaməti  və 
modeli  reallaşarsa,  bu  heç  də  o  demək  deyil  ki,  bütün 
ölkələr  öz  iqtisadi,  siyasi,  texnoloji,  sosial-mədəni  səviy­
yəsinə,  həyat  tərzinə  görə  Qərblə  bir  sırada  duracaq. 
Çünki  Yer  üzündə  mövcud  olan  heç  bir  xammal  və  təbii 
ehtiyatlar  bu  “arzunu”  təmin  etmək  iqtidarında  deyil. 
Nəticə  daha  gözlənilməz  ola  bilər.  Sivilizasiyalararası 
fərq və uçurumlar görünməmiş həddə çata bilər.
Milyonlarla  insanı  özlərinin  fərqli  mədəni  irs  və  etik 
ənənələrdən  uzaqlaşmasını  şərtləndirən  birtərəfli,  bir 
istiqamətli  (qərbdən  şərqə)  şəkildə  gedən  qlobal  infor­
masiya  axını  daha  çox  təhlükə  və  gərginlik  yaradır.  Eyni 
cür  düşünən,  eyni  həyat  tərzi  keçirən  qlobal  cəmiyyət 
bəşəriyyətin  inkişafının  sonu  demək  olardı. 
Yəni 
qlobalaşmanın  belə  yöndə  reallaşması  çox  qısa  müddətdə 
davam  edə bilər.  Son nəticədə yenə də özünün min illərlə 
mövcud  olan  təcrübəsinin  dirçəldilməsinə  cəhd  edən 
müxtəlif mədəniyyətlərin müqaviməti labüddür.
Qloballaşma gedişində  müasir zamanın tələblərinə  ən 
çox  uyğun  gələn  və  həm  də  arzu  olunan  istiqamət  - 
strategiya,  müxtəlif  mədəniyyətlərin  qarşılıqlı  inteqrasi­
yası,  mövcud  reallığa  cavab  verən  dialoq  və  anlaşmanın 
qurulması  yoludur.  Biz  bu  mövqedən  çıxış  edirik  və 
fikrimizi  əsaslandırmaq  üçün  dialoq  və  inteqrasiya 
mövzusuna geniş yer veririk.
II.2.  Na üçün  dialoq?
Qloballaşmanın  alternativi  yoxdur.  Onu  geriyə 
döndərmək  və  ya  qarşısını  almaq  mümkün  deyildir. 
Söhbət  prosesin  bəşəriyyətin  gələcəyini  təmin  edən,


Yüklə 396,29 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə