138
Q LOBALLAŞM A VƏ M Ə D Ə N İ M Ü X T Ə L İF L İK
mətində getmədi,
ondan aynldı; Qərb
ideal və
normalarının yayılması hələlik nə vahid “yekcins” qərb-
ümumdünya sivilizasiyasının formalaşmasına, nə də ayn-
Qərb ölkələrinin “vestemizasiyasına” gətirib çıxardı.
2. Sivilizasiyalararası təsir balansı yerdəyişməyə uğ
rayır. Qərbin nisbi nüfuzu azalır, Asiya sivilizasiyalarının
iqtisadi, hərbi və siyasi qüdrəti yüksəlir: İslam demoqrafik
“partlayışı” müsəlman ölkələri və onların qonşuları üçün
gözlənilməz nəticələrə gətirib çıxaracaq, qeyri-qərb
sivilizasiyaları öz mədəniyyətlərinin dəyər və əhəmiy
yətini mühafizə edirlər.
3. Sivilizasiya faktorlarına dayaqlanan yeni dünya
nizamı formalaşmaqdadır: mədəniyyətləri bənzər olanlar
bir-biri ilə əməkdaşlıq edir; bir cəmiyyətin sivilizasiyasını
“başqalaşdırmaq” cəhdləri əbəs görünür; ölkələr öz sivi
lizasiyalarının “aparıcı - özək” dövlətləri ətrafında birlə
şirlər.
4. Qərbin universal nümunə olmaq iddiası həmişə
başqa sivilizasiyalarla münaqişəyə gətirib çıxanr, ən ciddi
şəkildə bu, islam və Çinlə münasibətdə özünü göstərir;
lokal
səviyyələrdə,
əsasən,
müsəlman və qeyri-
müsəlmanlar arasında baş verən qarşıdurmalar “doğma”
ölkələrin birləşməsinə səbəb olur.
5. Qərbin gələcəyi bir şeydən asılı olacaqdır:
amerikalılar öz Qərb identikliyini təsdiq edəcəklənni,
qərblilər öz mədəniyyətlərini universal etalon deyil,
unikal Qərb mədəniyyəti kimi qavraya biləcəklərini, bu
yolla da öz sivilizasiyalarını qeyri-qərb mədəniyyətlərin
təhlükəsindən xilas edə biləcəklərmi? Sivilizasiyaların
qlobal müharibəsinin qarşısını yalnız o halda almaq olar
ki, dünyanın liderləri qlobal siyasətin çoxçalarlı mədəni
müxtəlifliyini nəzərə alaraq, onun dəstəklənməsi üçün
əməkdaşlıq etsinlər.1
Tədqiqatçıların rəyinə görə, S.Xantinqtoney mövqeyi
Qərbin mövcud vəziyyəti əldə saxlamağa yönəlmiş
1 Bax: С.Хантингтон. Столкновение цивилизации. M, 2003. c.15.
Fəsil II. Q loballaşm a və m əd ən iy y ətlərin dialoqu
139
“uzunmüddətli strateji müdafiə” konsepsiyasıdır.
Bizim fıkrimizcə, S.Xantinqtonun əsas məhdud cəhəti
onun, sivilizasiyaların qarşılıqlı təsirini yalnız bir yol və
istiqamətdə görməsi və ya qarşıdurma - münaqişə
yolunun mütləqləşdirməsindədir.
S.Xantinqton mədəni müxtəlifliyi “əkslik” kimi təhlil
və qəbul edir. Onun fikrincə, insanlar “kim” olduqlarını
bilməyincə, öz şəxsi maraqlarını həyata keçirən siyasəti
də müəyyənləşdirə bilmirlər. “Biz yalnız o halda
“kimliyimizi”
başa düşürük
ki,
“kimin
əleyhinə
olduğumuzu başa düşək”. Hər bir insan “Mən kiməm”
sualını verir və sonda bu mövqeni seçir.
Dünyanın siyasi xəritəsində Qərbin nüfuz və
hökmranlığı altında olan ərazilərin 1920-ci ildən 1990-cı
ilə qədər necə azaldığını əyani sübut kimi təsvir edərək,
S.Xantinqton Qərbin fövqəlmədəniyyət daşıyıcısı kimi
mövqeyinin tənəzzülə uğramasına misallar çəkir.
O həmçinin yazır ki, “soyuq müharibə”dən sonra
mədəniyyət amili həm birləşdirici, həm də ayırıcı qüvvə
kimi çıxış edir. “İdeologiyanın ayırdığı insanları, mədə
niyyət birləşdirir. Məsələn: İki Almaniyanın etdiyi kimi.
Bu işi iki Koreya və “bir neçə” Çin də, çox güman ki, da
vam etdirəcəklər. Sovet İttifaqında olduğu kimi, ideolo
giyanın gücünə birləşdirilən ölkələr, tarixi səbəblərdən
mədəniyyət amilinə görə parçalanırlar. Mədəniyyətləri
yaxın olan ölkələr iqtisadi və siyasi sahələrdə əməkdaşlıq
edirlər. “Mədəni birlik” amilinə əsaslanan beynəlxalq qu
rumlar, məsələn, Avropa İttifaqı və s. başqa məqsədli qu
rumlara nisbətən daha uğurlu və müvəffəqdir. Bir
neçə on
illər Avropanı ayıran əsas xətt “dəmir pərdə” idi; hazırda
bu ayırma xətti xristianlar və müsəlmanlar arasından
keçir”.1
Dünyanı iki cəbhəyə, “biz” və “onlara” bölən
S.Xantinqton qeyd edir ki, insanlar mahiyyətlərinə görə
həmişə “biz”-“onlar”, “mədəni-sivil-barbar” bölgülərini
1 Bax: С.Хантингтон. Столкновение цивилизации. M, 2003. c.25.