22
Q LO BA LLA ŞM A VƏ M Ə D Ə N İ M Ü X T Ə L İF L İK
niyyətin yaranması ilə, əslində, şüurlu insan tipinin tarixi
yolu başlanmışdır, digər tərəfdən, ağıllı insanın for
malaşması ilə onun mədəniyyətinin inkişafı başlanmışdır.
Doğrudan da, həmin dövrdən başlayaraq insanın tə
kamülündə bioloji inkişaf tempi enir, sonra isə
tamamlanır. Bu mərhələnin axırında onun sosial varlıq
kimi tarixi təkmilləşmə prosesi başlayır. Bütün bu dövr
ərzində bəşəriyyət unikal fenomenin mahiyyətini -
insanların ictimai varlığını başa düşməyə, dərk etməyə
cəhd göstərmişlər. Bunsuz isə onları insan deyil,
insanaqədərki canlılar hesab etmək olar.
“Kultura” - “mədəniyyət” sözü ilk dəfə XVIII əsrdə
işlədilmişdir. Ancaq həmin əsrdə İ.X.Adelunq (1739-
1806) “İnsan nəslinin mədəniyyət tarixinin təcrübəsi”
(1782) adlı kitabında mədəniyyət haqqında “insan
ruhunun tarixi” kimi söhbət açmışdır. Görünür, onun bu
fikirləri ilə razılaşmaq lazımdır ki, mədəniyyət nəinki xal
qın və onun ayrı-ayrı nümayəndələrinin ruhudur, o həm
də onların ağlı və vicdanıdır. Yaradıcı şəkildə düşünmə
yən, məsuliyyəti və yaradıcı qabiliyyəti olmayan adamlar
da mədəniyyət ola bilməz. XVIII əsrin görkəmli ma
arifçisi İ.Herder (1744-1803) mədəniyyətə aşağıdakı tərifi
vermişdir: “Biz insanın bu genezisini istədiyimiz kimi ad
landıra bilərik, ikinci mənada bunu mədəniyyət adlandır
maq olar. Daha dəqiq desək, torpağın becərilməsini, işığı
yada salaraq, maarif adlandıra bilərik, bu zaman mədəniy
yət və maaıif zənciri dünyanın o başına qədər çata bilər”.
Rusiyalı alim A.Medvedko, “mədəniyyət”, “kultura”
sözünün İraqdakı Ur məbədi ilə bağlı olmasını irəli sürür.
O yazır ki, “kult”Ur”a”, “Ur kultu”, Ur şəhərinin kultu
deməkdir. “Ur kultuna” sitayiş deməkdir.1
Herderin fikrincə, əgər insan cəmiyyətdə yaşayırsa və
fəaliyyət göstərirsə, o, mədəniyyətdən xali ola bilməz.
Həqiqətən də, yalnız mədəniyyət insana bəşəri (mənəvi)
1 “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının tədqiqatları.
Bakı, 2001, s. 130.
Fəsil I. Qloballaşma. Mədəniyyət fenomeni qloballaşma kontekstində 23
sima verir və yaxud onun yoxluğu insanı daha da
eybəcərləşdirir. Ona görə də mədəniyyətin başlıca
mənası və əsas təyinatı insanı yüksəltmək və xeyirxah
etmək, eləcə də onda ən yaxşı hisslər və fikirlər
doğurmaqdır. Əks təqdirdə insan kobud olmaq, eləcə də
amansızlaşmaq təhlükəsi qarşısında qalır.
Nə vaxtsa Yer kürəsində mədəniyyət (kultura) adı
altında yaranmış və o qədər də sadə olmayan ictimai
hadisənin fəlsəfi təhlilinə başlayarkən, hər şeydən əvvəl,
diqqət onun ayrıca bir adamın və bütövlükdə bəşəriyyətin
rolunun, daha dəqiq desək, insanın mahiyyət qüvvələrinin
daimi aydınlaşdırılmasına yönəldilməsidir. Ernst Kassi-
rerin (1874-1945) fikrincə, mədəniyyətin fəlsəfi cəhətdən
aydınlaşdırılması diqqətimizi onun son məhsul kimi
təminatı ödəməməsinə və həmin məhsulun istehsal
üsulunu başa düşməyə cəlb edir. Axı həmin məhsuldar
fəallıqdan, ruhun uzun sürən və daim təzələnən işindən
təkcə dil deyil, həm də mif, din və incəsənət asılıdır.
İnsanın
mənəvi
fəaliyyətinin
ayrı-ayrı
sahələrini
aydınlaşdırmaq, onun fərdi xüsusiyyətlərini, mövcud
luğunun üsul və təkrarolunmaz formalarını başa düşmək
üçün vacib olan fəlsəfə elmidir. Çünki mədəniyyətin
həqiqi mənasını, onun insanın hansı yaradıcı qüvvəsi ilə
doğulmasmı ancaq fəlsəfə aydınlaşdırır.1
Mədəniyyətin bir fenomen kimi dərk edilməsi nəinki
böyük alimlərin, yazıçıların, sənətkarların elmi və bədii
yaradıcılığını nəzərdə tutur, eyni zamanda onların
maarifçilik fəaliyyətini də tələb edir. Harada kütlələr
mədəniyyətə yiyələnibsə, orada mədəniyyət vardır. Ona
görə də mədəniyyət üzvi surətdə görkəmli maarifçilərin
adları ilə əlaqədardır. Onlardan Hobbs (1588-1679), Lokk
(1632-1704), Volf (1679-1754), Volter (1694-1778),
Didro,
D.Alaraber,
Russo,
Kant,
M.F.Axundov,
A.N.Radişev və bir çox başqalarını göstərmək olar. Onlar,
insanın fizioloji-mədəni funksiyalarının vəhdəti haqqında
1 Э.Кассирер. Опыт о человеке. M, 1993, с. 123.
24
Q LO B A LLA ŞM A VƏ M Ə DƏ Nİ M Ü X T Ə L İFL İK
fikri inkişaf etdirərək, insanın həyat və fəaliyyətinin əsas
növləri sırasına həm də yaradıcılığı daxil etmişlər. Onlar
mədəniyyəti
təbiətdən asılılığı aradan qaldırmağın
yaradıcılıq aktı, instiktin hüdudlarından kənara çıxma,
təbiət üzərində
yüksəlmə
kimi başa
düşürdülər.
Mədəniyyət azadlığın qazanılması sahəsi kimi anlaşılırdı.
Elə buna görə də onlar mədəniyyəti şəxsiyyətin azad
özünüreallaşdmnasmm təcəssümü kimi başa düşürdülər.
Mədəni adam öz gələcəyini müəyyənləşdirmək və bunun
uğrunda çalışmaq qabiliyyətinə malik olur. İnsan
şəxsiyyətinin formalaşması mədəniyyətin əsas vəzifəsi və
əsas məqsədi kimi dərk olunurdu.
Başqa maarifçilərdən fərqli olaraq, J.J.Russo belə
hesab edirdi ki,
mədəniyyət bizi formalaşdırır və
insanların iztirabına laqeyd edir. Elə buna görə də Russo,
faktiki olaraq, mədəniyyəti bəşəriyyətə düşmən və yad
bir hadisə kimi qiymətləndirirdi. Etiraf etmək lazımdır ki,
indinin özündə belə “mədəniyyət” anlayışının mahiyyəti
haqqında aydınlıq yoxdur. Lakin bir şey aydındır ki, Russo
elmi, incəsənəti, ədəbiyyatı insan şüuruna böyük təsir
göstərdiyinə görə ittiham da etmişdi. Guya bununla o,
azadlıq kimi təbii hissi boğur. Russo elan edirdi ki, elm və
incəsənət təkmilləşdikcə bizim ruhumuz daha da yolunu
azır.
LJ.Russodan bir neçə əsr əvvəl böyük ərəb alimi və
siyasi xadimi İbn-Xaldun (1332-1406) göstərirdi ki,
“sivilizasiya və mədəniyyət insan cəmiyyətinin sonu
deməkdir”. Mədəniyyətin inkişafı insanlar arasındakı
ünsiyyəti, insanlarla dövlət arasındakı münasibətləri
pozur.
Bir neçə yüz il ərzində mədəniyyətin fəlsəfi
tədqiqində ciddi irəliləyişlər olmasına baxmayaraq onun
holə də birmənalı tərifi yoxdur.
Amerika mədəniyyətşünasları Alfred Kreber və
Klayd Klakxon birgə yazdıqları əsərlərində mədəniyyətin
180 tərifini göstərmişlər. Onların hesablamasına görə,
Fosil I. Qloballaşma. Mədəniyyət fenomeni qloballaşma kontekstində 25
əgər 1871-ci ildən 1919-cu ilə kimi mədəniyyətin cəmi 7
tərifi olmuşdusa (ilk tərif görkəmli ingilis etnoqrafı
E.Teyloıa məxsusdur), 1920-1950-ci illərdə 157 tərif
yaranmışdır. L.E.Kertmana görə, mədəniyyətin 400-dən
çox tərifi olmuşdur. Hazırda isə, alimlərin fikrincə,
mədəniyyətin tərifini 4 rəqəmli ədədlə sayırlar. Bir sözlə,
istənilən qədər tərif vardır. Lakin bütün bunlar qətiyyən
mədəniyyətin mahiyyətini dəyişmir.1
İntibah dövrünün filosofları mədəniyyətə ideal,
universal şəxsiyyətin formalaşması vasitəsi, hərtərəfli
təhsil, tərbiyə almağa, elm və incəsənətə təsir
göstərməyə, dövlətin möhkəmləndirilməsinə kömək
etməyə qadir bir qüvvə kimi baxırdılar. Həmin filosoflar,
eyni zamanda, barbarlıqdan fərqli ictimai quruluşa keçid
yolunda sivilizasiya problemini də irəli sürürdülər.
Lakin XIX əsrdə mədəniyyətə təkamül yanaşma
nəzəriyyəsi
meydana
gəldi.
Həmin
kulturoloji
konsepsiyanın görkəmli nümayəndələrindən biri ingilis
etnoqrafı və tarixçisi E.B.Teylor (1832-1917) olmuşdur.
E.Teylora
görə,
mədəniyyət
yalnız
mənəvi
mədəniyyətdir: bilik, incəsənət, etiqad, hüquqi və əxlaqi
normalar və s. Deməli, mədəniyyətdə təkcə ümumbəşəri
yox, həm də ayn-ayrı xalqlar üçün spesifik olan dəyərlər
vardır. E.Teylor mədəniyyətin inkişafında təkcə onun
daxili təkamülünün deyil, həm də tarixi təsirin və tarixi
dinamikanın əhəmiyyətini göstərmişdir. Onun fikrincə,
mədəni inkişaf düz xəttlə gedə bilməz. Lakin təkamülçü
kimi o, bütün və əsas diqqətini bəşəriyyətin mədəni
inkişafının vəhdətdə olmasını sübut etməyə yönəltməklə
yanaşı, tənəzzül imkanını, geriyə hərəkəti, mədəni
deqradasiyanı da inkar etmirdi. Tənəzzül və tərəqqi
münasibətlərini təhlil edərkən o, tərəqqinin qələbəsinə
şübhə etmədiyini bildirirdi.
Teylorun “vahid xətt” təkamül nəzəriyyəsi XIX əsrin
1 А.Кребср, К.Клакхон. Култура: критический обзор концепций и
определений. М, 1977. с. 159.
Dostları ilə paylaş: |