36
Q LO B A LLA ŞM A VƏ M Ə D Ə N İ M Ü X T Ə L İF L İK
tamlıq və sosial sistemlər problemi tutur. O, amerikan
empirik sosiologiyasını tənqid edərək, tarixi gerçəkliyə
müxtəlif mədəni və sosial sistemlərin mürəkkəb
iyerarxiyası kimi baxmışdır. İki minillik antik (yunan-
roma) və Avropa mədəniyyətlərini dərindən öyrənən
P.Sorokin iki əsas mədəniyyət tipini-ideyasional və hissi
tiplərini
göstərmişdir.
Birinci
tip
mədəniyyət
daşıyıcılarının çoxluğu ilə səciyyələnir və öz baxışlarında,
primitiv olsa belə, hakim ideyalara əsaslanır; ikincisi,
həyatda
hiss
edilməklə
anlaşılan
predmetlərin
üstünlüyünü rəhbər tutur. Bu iki əsas tiplərin arasında iki
keçid tipi də göstərilir. Onlardan birini P.Sorokin idealist
tip adlandırmışdır. O, iki əsas tipləri əlaqələndirir
(nümunə olaraq, Qədim Yunanıstanın e.ə. V-IV əsrlərini
və Renessansı, XII-XIV əsrləri). Eyni zamanda əsas
tiplərin elementlərini qarşı-qarşıya qoyur (eramızın ilk
əsrlərində Avropanın vəziyyəti, xristiançılıq ünsürlərinin
bütpərəstliyə qarşı dunnası).
Bu tiplər mədəni və sosial dinamika nəzəriyyələrinin
müddəalarına müvafiqdir. P.Sorokinə görə, bir xalqın
mədəniyyəti başqa xalqların mədəniyyətlərindən təcrid
oluna bilməz. Mədəniyyətlər arasındakı əlaqələr həmişə
olmuş və bundan sonra daha da güclənəcəkdir.
Dünyanın ən görkəmli alimlərinin mədəniyyət
haqqında fikirlərindən aydın olur ki, mədəniyyət olduqca
mürəkkəb bir hadisədir. Bu gün mədəniyyət anlayışının 3
əsas meyarını göstərmək olar. Birincisi, o, şəxsiyyətin
azad özünüreallaşdınlması sahəsi, onun yaradıcılıq
fəaliyyətinin təzahürü kimi başa düşülür. İkincisi, o, təbii
və sosial reallığa mənəvi qiymətverici münasibət,
meyardır. Üçüncüsü, mədəniyyət - insan tərəfindən süni
şəkildə
yaradılmış
yeni
təbii-ictimai
varlıqdır.
Mədəniyyət haqqında başqa mülahizələr də mövcuddur.
Tanınmış filosof M.Mamardaşvilinin (1930-1990) obrazlı
sözləri
ilə
desək,
“mədəniyyət-insanın
mövcud
olmasıdır”. Hələ qədim insanlar düşünürdülər ki, insanın
Fəsil I. Qloballaşma. Modəniyyət fenomeni qloballaşma kontekstində 37
mövcudluğu o qədər də mürəkkəb deyildir. Lakin insan
olmaq - çətindir və həmişə qəhrəmanlıqdır. Olmaq, ən
başlıcası, ictimai tərəqqi naminə öz-özünü və başqalarım
idarə etməyi bacarmaqdır. Dediklərimiz onu sübut edir ki,
birincisi, mədəniyyət həqiqətən də insanın həyatında
şəxsi və fərdin öz üzərində çox da əhəmiyyətsiz olmayan
yüksəliş cəhdi kimi başa düşülməlidir. İ.Kantın aşağıdakı
tələbini xatırlamaq yerinə düşərdi. “Elə hərəkət elə ki,
sənin əməlinin maksiması (əxlaq qaydası) ən ümumi
qanuna çevrilə bilsin”. İkincisi, mədəniyyət insanın İnsan
olmaq üçün şəxsən dərk edilmiş cəhdidir. “İnsanın borcu
öz xüsusi istəyi və cəhdi ilə öz təbiətinin ibtidailiyindən,
heyvan vəziyyətindən çıxmağı və daha yüksək insani
vəziyyətə qalxa bilməsidir”. Üçüncüsü, mədəniyyət
mükəmməl insan olmaq arzusudur. Yalnız mədəniyyəti
yaratmaqla və eyni zamanda ondan faydalanmaqla insan
sözün həqiqi mənasında insan olur. İ.Kant vurğulayırdı ki,
insan və iradə mədəniyyətin ən təmiz, xeyirxah fikir,
düşüncə tərzinə qədər qaldırmalıdır.
Adamların
həyat
fəaliyyətinin
məhsulu
olan
mədəniyyət yalnız fəlsəfi refleksiya vasitəsilə tam
qavranılır. Yalnız onun vasitəsilə mədəniyyətin mümkün
olan özünüdərk yolunun struktur-metodik xüsusiyyətlərini
təsəvvür etmək olar. “Latınca-rusca lüğəf’də “mədə-
niyyət”in (kultura) üç əsas mənasını oxuyuruq: 1) kənd
təsərrüfatı işləri - torpağa qulluq, onun əkin üçün
hazırlanması; 2) tərbiyə, təhsil, inkişaf; 3) yaranan
yeni nə
varsa, etiqad, təzim. Mədəniyyətin birinci mənası,
doğrudan da, əkinçiliklə əlaqədardır. Burada insan üçün
daha da yaxınlaşdırılmış qida məhsullarının yetişdirilməsi
nəzərdə tutulur. Artıq elə birinci mənada onun yaradıcı
başlanğıc olması ideyası irəli sürülür. H.Qadamer yazırdı
ki, XIX əsrdən başlayaraq mədəniyyət anlayışı sıx
surətdə maariflə əlaqədardır. Nəticədə mədəniyyət təbii
olanın məqsədəuyğun dəyişdirilməsi üçün spesifik insan