38
Q LO B A LLA ŞM A VƏ M Ə D Ə N İ M Ü X T Ə L İF L İK
qabiliyyəti kimi başa düşülür.1
XX əsrdə, necə deyərlər, mədəniyyətin “klassik”
modelinin formalaşması başa çatır. O, insanın amansız,
sərt təbii determinasiyadan azad olmasının nəticəsi kimi
qəbul edilir.
Mədəniyyətin hesabına insan yalnız
təbiətdən təcrid olunmur. Mədəniyyət həm də onun
yüksək səviyyədə inkişafının təminatçısı rolunda çıxış
edir.
Həqiqi mədəniyyətin, ümumbəşəri sərvət səviy
yəsinə yüksəlmiş bu fenomenin əsasında humanizm,
rasionalizm və tarixilik durur. Mədəniyyət insanı və onun
yaratdıqlarını tarix-sosial baxımından şərtləndirir. Mədə
niyyət təbii və sosial şəraitin mənimsənilməsinin ölçüsü
rolunda çıxış edir. Əlbəttə, mədəniyyətin bu cür
anlamının qüsurlu olması göz qabağındadır. Onun
insanların öz ehtiyaclarını ödəmək üçün tarixi fəaliy
yətlərindən yaranan bir nemət olduğunu söyləmək azdır.
Burada təbii və süni dünyanın zəngin və mürəkkəb
dialektikasmı da nəzərə almaq lazımdır. Mədəniyyətdə
subyekt-obyekt nisbəti fəlsəfi yozumda klassik inversiya -
(yerdəyişmə) kimi ortaya çıxır. Mədəniyyətdə “inversiya-
təsir” istiqamətinin daimi və dialektik dəyişməsidir.
Məhdud mənada, mədəniyyətin “subyekt-obyekti” -
adamların məqsədli fəaliyyətidir. Bu fəaliyyət isə
fərdlərin mənəvi, cismani meyllərinin nəcibləşdirilməsi,
onların anadangəlmə qabiliyyətlərinin və təbii vərdiş
lərinin təkmilləşdirilməsidir.
Ümumiyyətlə,
mədəniyyət
hadisəsini
çoxsaylı
konkret elmlər, o cümlədən, arxeologiya, etnoqrafiya,
tarix, sosiologiya, incəsənət, etika, din və s. öyrənir. Bu
elmlərdən hər biri mədəniyyətin konkret tərifini verir,
onu xüsusi tədqiqat predmeti kimi öyrənir. Fəlsəfi fikrin
qarşısında olduqca çətin bir vəzifə: -dövrlərin, xalqların,
ölkələrin, dünyanın, adamların həyat fəaliyyətinin bütün
sahələrini əhatə edən mədəni ənənələrin öyrənilməsi
1 Г.Г.Гадамер. Актуальност прекрасного. M, 1991. с.96.
Fosil I. Qloballaşma, Madanjyyat fenomeni qloballaşma kontekstində 39
durur. Burada, hər şeydən əvvəl, humanitar
dəyərlərə yol
verilir.
Mədəniyyət sosial hadisə kimi bəşər tarixinin
məhsuludur və ikinci təbiətdir. L.Vitgenşteyn yazırdı ki,
mədəniyyət nəhəng bir təşkilat olub, hər kəsə mənsub
olduğunu göstərir. Mədəniyyətin yox olması bəşər
dəyərlərinin yox olması deyil, həmin dəyərləri ifadə edən
bəzi vasitələrin yox olmasıdır. Fəlsəfə və həyatın özü bir
daha sübut edir ki, insanın və bəşəriyyətin inkişaf meyarı
kimi mədəniyyəti götürmək olar. Bu, konkret cəmiyyətin,
sosial qrupun və hər bir ayrıca fərdin yaradıcı
fəaliyyətinin üsulu, daha dəqiq demək üslubudur. Bu,
tənqidi və reflektiv təfəkkürün obrazı, üsuludur. Bu,
etiqad üslubudur, ictimai davranışın xarakteri, xalq adət-
ənənələridir. Nəhayət, bu, dilin forma və üslubu, dil və
təfəkkürün, təfəkkür və gerçəkliyin qarşılıqlı təsirindən
yaranan
dialektik vəhdətin
ifadəsi,
şəxsiyyət və
cəmiyyətin yaradıcı həyat prinsipidir.
Mədəniyyətin inkişafı və dinamikasında qloballaşma
prosesinin yeri və rolunun aydın sezilməsi üçün,
mədəniyyətə daxilən xas olan spesifik cəhətləri göz
önünə gətirmək vacibdir.
1.4. Mədəniyyətin daxili quruluşu
Mədəniyyət
haqqında elmlərin formalaşmasının
mədəniyyətin müstəsna rolu və əhəmiyyətinin dərk
edilməsinin nəticəsi olduğunu qeyd etdik. Bu elmlər
sistemində mədəniyyətin mahiyyət xüsusiyyətlərinə də
ayrıca diqqət verilir. Mədəniyyətin ilkin təşəkkül
dövrlərində sinkretik mahiyyətli olub, vaxt keçdikcə
differensiasiyaya
uğraması,
müxtəlif
mədəniyyət
sferalarının formalaşması məlumdur. Mədəniyyət sistemi,
onu təşkil edən siyasi, hüquqi, mənəvi, bədii, dini, iqtisadi
və s. və i.a. Sahə-elementlərin vəhdətindən ibarətdir.
Mədəniyyətin daxili quruluşunda “nüvə”, özək, kod