70
Q LOBALLAŞM A VƏ M Ə D Ə N İ M Ü X T Ə LİFLİK
tuturdu. Lakin bu təsəvvürlərə qarşı lokal mədəniy
yətlərdə rast gəlinən sabit müqavimət, “geri qalmış”
cəmiyyətlərin kökündən dəyişməsi kursunun özünü
doğrultmaması və s. proseslərin təhlili göstərdi ki, bu
sabit, dayanıqlı müqavimət, “tezliklə qərbləşmə” arzu
sunda olmamaq dəyişikliklərin və mədəni dinamikanın
müqəddom şərtlərindəndir. İnsanların həyat fəaliyyətini
onların ruhuna uyğun, onlar üçün məqbul sayılan formada
dəstəkləyən, təmin edən bu sabitlik, baş verən
dəyişikliklər yönündə prosesini uğurla başa çatdıra da
bilər.
Bütün elmi müşahidələr yeni inkişaf ideyasını, “en-
dogen” - yəni hər bir mədəni birliyin, cəmiyyətin öz
daxili potensiallarına dayaqlanan, onun özünəməxsus
luğuna xələl gətirməyən müstəqil, “avtonom” inkişaf
yolunun olması qənaətinə gəlməyə əsas verdi.
“Ənənə sözünün çoxçalarlı, həddən çox “yüklənmiş”
məzmun və mənası: spesifika, mədəni nüvə, mentalitet,
cndogenlik, irs, özünəməxsusluq kimi anlayışlar arasında
bölünmüş oldu. Bu da öz növbəsində mədəniyyətin ma
hiyyətinə dair daha əhatəli konsepsiyaların formalaş
masına imkan verdi.
XX əsrin sonlarına doğru “yüz faiz modernləşmiş”
ölkələrdə qarşıya çıxan sistemli (mədəni, siyasi, iqtisadi,
demoqrafik, ekoloji, mənəvi və s. sahələrdə) qlobal
böhran, “ənənə” mövzusunu yenə də tam ciddiliyi ilə
qabartdı. Cəmiyyətin “yenicə” kəşf edilən layihə və rəsmi
qaydalarla
nizamlanmasının
arzuolunmaz
nəticələrə
gətirib çıxarması, burada “sosial eksperiment”lərin
təhlükəli metod olması fikri, zamanın sınağından çıxmış”
dayanıqlı mənəvi konstruksiyanın mədəni müxtəlifliyin
daşıyıcılarından biri olan ənənələrin ciddi elmi çözül-
məsini gündəmə qaytardı.
İstər lokal, istərsə də qlobal səviyyələrdə nizam və
sabitliyin mədəni amil və dayaqlarının araşdırılması kon
kret nəticə verdi. Ənənə “müstəqillik” və “baxımsızlıq”
Fasil I. Qloballaşma. Modoniyyət fenomeni qloballaşma kontekstində 71
kimi anlayışlarla bir sıraya düzüldü.
Ənənələr mədəniyyətin (istər maddi, istərsə də
mənəvi) varisliyini, nəsildən-nəslə ötürülməsini, beləliklə
də keçmiş, indi və gələcək arasında görünməyən tellərlə
bağlı olan əlaqə və vəhdətin təmin olumasında əsas,
təməl rolunu oynayır.
Daha dəqiq deyilsə, ənənə
mədəniyyətin əbədi və nisbi, sabit və dəyişkən tərəfləri
arasında dinamikanın, fasiləsizliyin həyata keçirilməsi
mexanizmidir.
Ənənələr tarixi təcrübə və xalq yaddaşı süzgəcindən
keçirilmiş mədəni irsi sərvətdir. Onların dəyəri zamansız
və əbədidir. Hətta deyə bilərik ki, ənənələrin əzəməti,
onların zamanın fövqündə durması ilə şərtlənmişdir.
Bəzən zorakılıq və təzyiqə məruz qalaraq sıxışdırılmasma
baxmayaraq ənənələr yaşadılır. Mənəvi, mədəni, siyasi,
ideoloji sahələrdə qoyulan qadağalar götürülən, dəf
olunan kimi ənənələrin “sönmüş vulkanı- püskürməyə”
başlayır. Xalqımızın tarixi təcrübəsində bu kimi faktlar
çoxdur. Sovet dövründə Azərbaycan xalqının üç nəslinin
böyüməsi, mənəvi yaddaş və ənənələrin ötürülməsində
böyük fasilə yaranmasına baxmayaraq bu gün ənənə
mövzusuna ziyalıların, dövlətin və ictimaiyyətin marağı,
diqqəti və qayğısı göz qabağındadır.
Elmi ədəbiyyatda ənənənin ictimai, mədəni, siyasi
təsisatların cəmiyyətin nizamlanması prosesində topladığı
təcrübə, mənəvi mədəniyyətin təkrar istehsalı - keçmişin
uğurlu, əzəmətli nümunələrinin daim yenidən yaradılması
kimi başa düşülən - mexanizmi kimi də izahı mövcuddur.
Çox hallarda milli, mədəni, dini və s. ənənələrin daimi
sosial qayda və normalar kimi qeyd-şərtsiz qəbul edilməsi
təcrübəsi mövcuddur. Mədəniyyətdə, həyatda baş verən
hər bir yenilik ənənələr tərəfindən çox ciddi qarşılanır.
Cəmiyyətdə ünsiyyət və dialoqun təmin edilməsində
hüquqi-siyasi, rəsmi praktiki vasitə və amillərlə yanaşı
ənənələrin bu prosesdə rolu böyükdür. Onların tarixi çox
qədimlərə gedir. Hələ mənəvi-milli tarix və yaddaşın
72
Q LO BA LLA ŞM A VƏ M Ə D Ə N İ M Ü X T Ə L İFL İK
ötürülməsi və varisliyinin “yazı” kimi üsulları lcəşf edil
məmişdən, ənənələr şifahi, qeyri-verbal kommunikasiya
yolu ilə də ötürülə bilirdi.
Məşhur mədəniyyət tarixçisi və etnoqraf M.Eliade
yazır ki, kollektiv yaddaşda ən əhəmiyyətli, ibrətli,
cəmiyyətin dayanıqlı olması üçün zəruri olan prinsipləri
əks etdirən ictimai təcrübə iz buraxır. Birliyi və vəhdəti
parçalamağa gətirib çıxaran hadisələr, “tarix və yaddaşın
məhkəməsinə” verilir.1 Ənənələrə dair, nobelçi alim
Avstriya-Amerika iqtisadçısı F.A.Hayekin fikirləri də
maraqlıdır: “Cəmiyyətdə nizam üç şey: ağıl, instinkt və
iradə arasında, ənənələr tərəfindən tarixən forma
laşdırılmış nə isə ortaq bir şeydir. İnsanlar ona görə
davranış qaydalarına əməl etmirlər ki, onlar şüurla, ağılla
hərəkət edirlər, əksinə insan ənənələrə tabe olduğu üçün
tarixən ağıllanıb, ağıllı olub”.2
Mədəni ənənələr mənəvi həyatın formalaşmış
spesifikanı əks etdirir və mənəvi nizamlama sisteminin
hər hansı sahələrinin sabitliyini təmin edir.
Ənonalor qlobalLaşmapxosesiııdə.
Biz bilirik ki, müasir mürəkkəb cəmiyyət yalnız
adətlərlə hüdudlanmır. Tarixən insanlar tərəfindən, kon
kret şəxsiyyətlər tərəfindən irəli sürülərək düşünülmüş
dünyəvi, hüquqi, rəsmi norma və qaydalar sistemi də
bəşəri mədəniyyətinin dəyərli hissəsini təşkil edir.
Bu baxımdan ənənələrin daha bir başlıca xüsusiyyəti
ondadır ki, ideoloji, rasional-praktiki, siyasi-hüquqi ni
zamlama strukturları onlara dayaqlanır, onları tamamlayır
və zənginləşdirir. Bu sistemlər çərçivəsində tətbiq və
şərh oluna bilir.
“Ənənə və müasirlik” problemi xüsusi olaraq XX
əsrin 60-70-ci illərindən elmi mübahisə və tədqiqatların
pıedmetinə çevrilmişdir. O zamana qədərki təsəvvürlərə
1 Бах: Элиадс M. Космос и история. M, 1987.
2 Ф.А.Хайек. Общество свободных. Лондон. 1990. с.239.
Fəsil I. Qloballaşma. Motləniyyot fenomeni qloballaşma kontekstindo 73
görə ənənələr inkişafa maneə törədən, ikinci dərəcəli,
yaxud vacib sayılmayan bir fenomen hesab olunurdu. Bu
baxışların məntiqi nəticəsi kimi “qeyri-qərb” mədə
niyyətlər də ənənəvi, müasir ictimai nizamlama
mexanizmlərinin
tətbiqinə
mane
olan kontekstdə
qiymətləndirilirdi. “Modernləşmə”, müasirliyə mütləq
üstünlük verilməsi, keçmişin mənəvi-mədəni dəyər və
aktuallığa malik olması faktına biganəliyi şərtləndirmişdi.
Bütün bunlar ciddi təhlil və tənqid süzgəcindən
keçirildi. Həqiqətdə ənənələrin nizam və sabitliyin
özünəməxsus forması olduğuna dair fikirlər geniş yayıldı.
“Postmodern”, yaxud qloballaşma kimi mənalandı
rılan indiki dövrdə ənənə mövzusu, mədəni müxtəlifliyin
mühüm parametri və dayanıqlı cəmiyyətin əsas şərt
lərindən biri kimi yenə də ciddi elmi təhlilə möhtacdır.
Bu sahədə kifayət qədər elmi ədəbiyyat, ən yaxşı və uzaq
ölkələrin təcrübəsinin təhlili də mövcuddur.
Çox vaxt Şərq və Qərb kontekstində Yaponiya və
Sakit okean ölkələrini nümunə gətirirlər. Bu ölkələr j
qismən deyil, tam modernləşmiş ölkələrdir.
Biz yaponlara nə qədər oxşayırıq deyə bilmərəm.
Ancaq türklərə oxşamağımıza şübhə yoxdur. Buna görə
də Rusiya ictimai elminin çox ciddiyyətlə öyrəndiyi
Türkiyə təcrübəsindən qısaca misal gətirmək istərdim.
“Öz səhvlərimizdə öyrənməkdənsə, başqa ölkələrin
səhvlərindən nəticə çıxartmağın düzgünlüyünə” inanan
V.Fedotova, türkiyəli alim, filosof, Bosfor universitetinin
professoru Gürol İrcikin “Elmin fəlsəfəsi və Türkiyədə
intellektual islam” əsərini tərcümə etmişdir.1
Müxtəlif əsəri təhlil edərək belə qənaətə gəlir ki,
ənənələrə söykənən inkişaf yolunun seçilməsi, əzəldən
düzgün startın götürülməsi, müəyyən müddətdən sonra
yenidən “geriyə atılma” böhranı ilə, yenə də “sıfırdan”
başlama təhlükəsi ilə üzləşməyə gətirib çıxarır. Bunun
dərk
edilməsi,
cəmiyyətdə
uzunmüddətli,
latent
1 Вопросы философии. 1999, №2, c.68.
Dostları ilə paylaş: |