62
Q LO B A LLA ŞM A VƏ M Ə D Ə N İ M Ü X T Ə L İF L İK
xatirinə, dinc yanaşı yaşama zərurətindən irəli gələn,
lakin qarşılıqlı ahəngdar münasibətlərə gətirib çıxarmaya
da bilər. Mədəni identikliyə ziyanı olmayan sahələrdə,
hansısa həyat tərzinin qarşılıqlı, birtərəfli bəhrələnməsi
də baş verə bilər. Belə səviyyədə etnik birliklərarası
mədəniyyətin formalaşma təzahürü özünü göstərir.
Məsələn, hökmən milli amili də əhatə etməyən
insanlaıarası ünsiyyət dilləri belə mədəniyyətə nümunə
göstərilə bilər.
Etnik mədəniyyətlərin qarşılıqlı ünsiyyəti daxilən
ziddiyyətli prosesdir. Mədəniyyətdən bəhrələnmə inteq
rasiya proseslərinə təkan verməklə bərabər, paralel olaraq
etnik spesifikanın mühafizəsinə yönəlmiş özünüdərk
şüurunda götür-qoy edilir.
“Etnik insan birliyi” səviyyəsi millətin formalaşması
ilə yoxa çıxmır. Əksinə millətlərin əksəriyyəti üçün etnik
mənsubiyyət - “milli hiss” fenomeninin mənbələrindən
biridir. İnsanlar özlərini əsasən - mənşə, tarix və dil kimi
kollektiv birlik və ümumilik hissi sayəsində fərqlən
dirirlər.
Lakin hər halda millət - daha yüksək mərhələyə xas
olan təsisatdır. Çünki burada ünsiyyət və inteqrasiya,
birlik və vəhdət daha yüksək səviyyəyə çatdığından,
dövlət və iqtisadiyyatla birgə mədəniyyət də aparıcı amil
lər sırasına daxil olur və onun differensiasiya imkanları
çoxalır.
Mədəniyyətdə etnik əlamətlər, millətdən ayn (coğrafi
kontekstdə) öz mövcudluğunu davam etdirə bilərlər.
Məsələn, bizim dünya ölkələrində yaşayan həmvə
tənlərimiz uzun müddət öz vətənlərinə bağlılıq hisslərini
yaşadırlar. Həm də bu xüsusiyyət onların, vətəndaşları
olduqları əcnəbi ölkə və ya dövlətin sosial-mədəni həyat
tərzinin də daşıyıcıları olduğu halda davam edir.
Millət bir neçə, hətta çoxlu sayda etnik qrupların
məcmuyundan da formalaşa bilir. İngiltərədə, ingilislər,
şotiandlar və uelslilər arasındakı fərqlər bu günə qədər
Fosil I. Qloballaşma. Modəniyyot fenomeni qloballaşma kontekstində 63
özünü kəskin biruzə verir, yaxud Fransada elzashlar və
bretonlar ümumi fransız mədəniyyətinə tam assimilyasiya
olunmağa qarşı müqavimət göstərirlər. Etnik birliklərin
çulğaşması dünyada ziddiyyətli mənzərənin yaranmasını
şərtləndirir. Bizim dövrümüzdə etnik münaqişələrdə
minlərlə insan məhv olur. Azərbaycanda dostluq və
qardaşlıq şəraitində tarix boyu müxtəlif etnik-milli qruplar
və
xalqların
nümayəndələri
içərisində
ermənilər
“etnokratiya” rejimi, şovinist-irqi təfəkkür tərzi ilə
xüsusilə seçilmişlər. Uzun illər davam edən müharibə,
saysız-hesabsız qaçqın və köçkün dalğası erməni
millətinin xəstə təfəkkür daşıyıcısı kimi müxtəlifliyə
qarşıdurma kimi baxmasında əksini tapır.
LMillijnədanLİyyəfİjnüslayisi.
Çox hallarda biz elmi-kütləvi yaxud, publisistik
ədəbiyyatda “etnik və milli mədəniyyət” anlayışlarının
eyniləşdirilməsinin şahidi oluruq. Lakin yuxarıda qeyd
olundu ki, insanların etnik birliyinin mənbəyi genetik
xüsusiyyətlərin və təbii məişət şəraitinin ümumiliyi ilə
fəqlənən ilkin qrupdur.
Millət isə daha sonrakı və daha mürəkkəb təsisatdır.
Əgər etnoslar dünya tarixinin bütün dövrlərində
mövcud olmuşlarsa, millətlər daha sonra - yeni dövr və
hətta ən yeni dövrün məhsulu idi.1
XIX və XX əsrlərin ən mühüm siyasi, iqtisadi və
mədəni fenomeni hesab olunan millət və millətçiliyin
mahiyyətinin müəyyənləşdirilməsi çox mürəkkəb nəzəri
problem kimi ortaya çıxmışdır. Bu dövrdə “Qərb şimalı”
millətçilik formalaşmışdı.
Millətçiliyin yaşarılığı, nüfuzu və vüsəti, XX əsrin
sonlarına doğru sosializm sistemini də laxlatması, onun
təhlilinə yeni yanaşmalar tətbiq olunmasına zərurət ya
ratdı. Bura da millətçiliyin siyasi simasına, dövlətlərarası
münasibətlərə və iqtisadiyyata təsirinə xüsusi diqqət
yetirilirsə də, bütün aspektlərdə mədəni amillərin
1 Иорданский В.Б. Этнос
И'Нация.
1992. с.93.
64
Q LO B A LLA ŞM A VƏ M Ə DƏ N İ M Ü X T Ə L İF L İK
əhəmiyyətli rol oynaması fikri yekdilliklə qəbul edil
mişdir.
“Millət” probleminin sosial-mədəni aspektlərinə üç
mövqedən yanaşılır:
- formalist konsepsiyaya görə milli birlik xalqın - dil,
inam və təsəvvürlərində, tarixi təcrübəsində həyat tər
zində və s. əksini tapmış oxşar xüsusiyyətlərin özünü
təsdiqi ilə formalaşır.
Belə konsepsiyalar əksər hallarda hər hansı bir mil
lətin xüsusiyyətlərini ya sırf “mütləq müsbət” qiyafədə
təqdim edilməsi, yaxud belə xüsusiyyətlərin yalnız elə
buxaqla
immanent
xas
olan,
onun
başqalarından
üstünlüyünü göstərən cəhətlər kimi ideoloji çalar və
sxemlərlə dəstəkləmək məqsədi güdür. Bu yanaşmada
“crməniliyin” əlamətlərinin sezildiyini hiss etməmək
olmaz.
Ciddi-elmi təhlil gedişində aydın oldu ki, hər hansı
bir millətin “özəl” xüsusiyyəti sayılan cəhətlər, əslində
şərti-nisbi xarakter daşıyır.
Millət və mədəniyyət probleminə relyativist möv
qedən yanaşma tərəfdarları belə hesab edirlər ki, etnosun
və ya millətin identikliyi həmişə müəyyən xarici amilə:
müharibə təhlükəsi, sərvətlər uğrunda mübarizə, haki
miyyətə yaxud əraziyə münasibətdə rəqabət kimi şərtlərə
rəğmən formalaşır. Relativistlərə görə milliliyin mədəni
parametrləri obyektiv mövcud olan deyil, subyektiv-ideal
müstəvidə təsəvvür olunandır. İdentiklik hər birliyin
maraq və mənafeyin üstünlük və hökmranlıq uğrunda
mübarizədə tətbiq olunan vasitədir. Bu strategiya əsasında
əvvəllər dağınıq olan birliyin konsolidasiyası, ümumi
məqsəd uğrunda (yaxud da ümumi məqsəd adı altında
təqdim edilən) onun səfərbər edilməsi təşkil olunur.
Təbiidir ki, bunlar “başqa” millətdən olan insanlara qarşı
tətbiq olunur ki, “başqa”, dedikdə ya hakim vəziyyətdə
olan, ya da azsaylı olan insan birliyi nəzərdə tutulur.
Relyativist yanaşmaya görə millət hər şeydən əvvəl
Fosil 1, Qloballaşma. Mədəniyyot fenomeni qloballaşma kontekstində 65
özünüdərketmə və birlik iradəsi ətrafında birləşir, mədəni
spesifika sonrakı prosesdə formalaşır. Buna görə də
mədəni xüsusiyyətlər millətin xarici təsirlərə münasibəti
və daxili təşkilatlanma səviyyəsindən asılı olaraq
zəifləyə, ya güclənə, yarana yaxud yox ola bilər. Milli
vəhdətin təmin edilməsi üçün səylər həm daxili, həm də
xarici münaqişələrin qarşısını almağa yönəldilir. Buna
görə də müharibələr millətçiliyin müşayiətçisi olurlar.
Bu konsepsiyada bir çox suallar cavabsız qalır:
başqalarının maraqlarına belə biganəlik nümayiş etdirən
millətçilikdə müsbət olan cəhot varmı?; və ya milli
birliyin təsdiq edilməsində ideoloji-mədəni amillər nə
üçün belə mühüm rol oynayır?
Bütün bu suallara “millət və mədəniyyət” probleminə
mədəni-kommunikativ yanaşma nümayəndələri cavab
verməyə çalışır.
Millətçiliyə mədəni-kommunikativ yanaşma ünsiy
yət birliyinin əsas amil kimi önə çəkilməsi fikrinə əsas
lanır. İntensiv iqtisadi inkişaf, şəhərlərin böyüməsi, təh
silin, informasiya vasitələrinin geniş vüsəti gedişində
insanların ünsiyyətə dayaqlanan birliyi formalaşır. Məhz
kommunikasiya şəraitində pəıakəndə, lokal məhdudiyyə
tə qapılmış insanlar arasında əlaqə və mədəni mübadilə
genişlənir. Ümumi dövlət, ümumi bazar və deməli, bir-
birini anlamaq ehtiyacından doğan daimi ünsiyyət for
malaşır. Bunun uğurlu getməsi üçün dil və təhsilin in
kişafı önəmlidir. Dil həm mədəniyyətin milli inteqra
siyası, həm də differensiasiyası üçün ən zəruri vasitə olur:
Məsələn, Fransanın tarixində bir neçə əsrlər boyu hö
kumət Paris dialekti əsasında yeganə dilin bərqərar ol
ması, başqa ləhcələrin sıxışdınlması üçün daim tədbirlər
görmüşdür. Hələ XVII əsrdə kardinal Rişelye Fransa
akademiyasını təsis edəndə, onun ən böyük məram və
məqsədinin “Fransız dilinin - millətin vəhdətinin sementi
olan” bu amilin sağlamlığı qayğısına qalmaq olduğunu
bəyan etmişdi. Napoleon dövründə vahid dil naminə yerli
Dostları ilə paylaş: |