RəBİYYƏt aslanova qloballaşma və



Yüklə 396,29 Kb.
Pdf görüntüsü
səhifə16/64
tarix30.09.2017
ölçüsü396,29 Kb.
#2482
1   ...   12   13   14   15   16   17   18   19   ...   64

62
Q LO B A LLA ŞM A  VƏ  M Ə D Ə N İ M Ü X T Ə L İF L İK
xatirinə,  dinc  yanaşı  yaşama  zərurətindən  irəli  gələn, 
lakin  qarşılıqlı  ahəngdar  münasibətlərə  gətirib  çıxarmaya 
da  bilər.  Mədəni  identikliyə  ziyanı  olmayan  sahələrdə, 
hansısa  həyat  tərzinin  qarşılıqlı,  birtərəfli  bəhrələnməsi 
də  baş  verə  bilər.  Belə  səviyyədə  etnik  birliklərarası 
mədəniyyətin  formalaşma  təzahürü  özünü  göstərir. 
Məsələn,  hökmən  milli  amili  də  əhatə  etməyən 
insanlaıarası  ünsiyyət  dilləri  belə  mədəniyyətə  nümunə 
göstərilə bilər.
Etnik  mədəniyyətlərin  qarşılıqlı  ünsiyyəti  daxilən 
ziddiyyətli  prosesdir.  Mədəniyyətdən  bəhrələnmə  inteq­
rasiya proseslərinə  təkan  verməklə  bərabər, paralel olaraq 
etnik  spesifikanın  mühafizəsinə  yönəlmiş  özünüdərk 
şüurunda götür-qoy edilir.
“Etnik  insan  birliyi”  səviyyəsi  millətin  formalaşması 
ilə  yoxa  çıxmır.  Əksinə  millətlərin  əksəriyyəti  üçün  etnik 
mənsubiyyət  -  “milli  hiss”  fenomeninin  mənbələrindən 
biridir.  İnsanlar özlərini  əsasən -  mənşə,  tarix  və  dil  kimi 
kollektiv  birlik  və  ümumilik  hissi  sayəsində  fərqlən­
dirirlər.
Lakin hər halda  millət - daha yüksək mərhələyə xas 
olan  təsisatdır.  Çünki  burada  ünsiyyət  və  inteqrasiya, 
birlik  və  vəhdət  daha  yüksək  səviyyəyə  çatdığından, 
dövlət və  iqtisadiyyatla birgə mədəniyyət də aparıcı  amil­
lər  sırasına  daxil  olur  və  onun  differensiasiya  imkanları 
çoxalır.
Mədəniyyətdə etnik əlamətlər, millətdən ayn (coğrafi 
kontekstdə)  öz  mövcudluğunu  davam  etdirə  bilərlər. 
Məsələn,  bizim  dünya  ölkələrində  yaşayan  həmvə­
tənlərimiz  uzun  müddət  öz vətənlərinə  bağlılıq  hisslərini 
yaşadırlar.  Həm  də  bu  xüsusiyyət  onların,  vətəndaşları 
olduqları  əcnəbi  ölkə  və  ya dövlətin  sosial-mədəni  həyat 
tərzinin də daşıyıcıları olduğu halda davam edir.
Millət  bir  neçə,  hətta  çoxlu  sayda  etnik  qrupların 
məcmuyundan  da  formalaşa  bilir.  İngiltərədə,  ingilislər, 
şotiandlar  və  uelslilər  arasındakı  fərqlər  bu  günə  qədər
Fosil I. Qloballaşma. Modəniyyot fenomeni qloballaşma kontekstində  63
özünü  kəskin  biruzə  verir,  yaxud  Fransada  elzashlar  və 
bretonlar ümumi  fransız mədəniyyətinə  tam assimilyasiya 
olunmağa  qarşı  müqavimət  göstərirlər.  Etnik  birliklərin 
çulğaşması  dünyada  ziddiyyətli  mənzərənin  yaranmasını 
şərtləndirir.  Bizim  dövrümüzdə  etnik  münaqişələrdə 
minlərlə  insan  məhv  olur.  Azərbaycanda  dostluq  və 
qardaşlıq şəraitində tarix boyu müxtəlif etnik-milli qruplar 
və 
xalqların 
nümayəndələri 
içərisində 
ermənilər 
“etnokratiya”  rejimi,  şovinist-irqi  təfəkkür  tərzi  ilə 
xüsusilə  seçilmişlər.  Uzun  illər  davam  edən  müharibə, 
saysız-hesabsız  qaçqın  və  köçkün  dalğası  erməni 
millətinin  xəstə  təfəkkür  daşıyıcısı  kimi  müxtəlifliyə 
qarşıdurma kimi baxmasında əksini tapır.
LMillijnədanLİyyəfİjnüslayisi.
Çox  hallarda  biz  elmi-kütləvi  yaxud,  publisistik 
ədəbiyyatda  “etnik  və  milli  mədəniyyət”  anlayışlarının 
eyniləşdirilməsinin  şahidi  oluruq.  Lakin  yuxarıda  qeyd 
olundu  ki,  insanların  etnik  birliyinin  mənbəyi  genetik 
xüsusiyyətlərin  və  təbii  məişət  şəraitinin  ümumiliyi  ilə 
fəqlənən ilkin qrupdur.
Millət isə daha sonrakı və daha mürəkkəb təsisatdır.
Əgər  etnoslar  dünya  tarixinin  bütün  dövrlərində 
mövcud  olmuşlarsa,  millətlər  daha  sonra  -   yeni  dövr  və 
hətta ən yeni dövrün məhsulu idi.1
XIX  və  XX  əsrlərin  ən  mühüm  siyasi,  iqtisadi  və 
mədəni  fenomeni  hesab  olunan  millət  və  millətçiliyin 
mahiyyətinin  müəyyənləşdirilməsi  çox  mürəkkəb  nəzəri 
problem  kimi  ortaya  çıxmışdır.  Bu  dövrdə  “Qərb  şimalı” 
millətçilik formalaşmışdı.
Millətçiliyin  yaşarılığı,  nüfuzu  və  vüsəti,  XX  əsrin 
sonlarına  doğru  sosializm  sistemini  də  laxlatması,  onun 
təhlilinə  yeni  yanaşmalar  tətbiq  olunmasına  zərurət  ya­
ratdı.  Bura  da  millətçiliyin  siyasi  simasına,  dövlətlərarası 
münasibətlərə  və  iqtisadiyyata  təsirinə  xüsusi  diqqət 
yetirilirsə  də,  bütün  aspektlərdə  mədəni  amillərin
1 Иорданский В.Б. Этнос 
И'Нация. 
1992.  с.93.


64
Q LO B A LLA ŞM A  VƏ  M Ə DƏ N İ  M Ü X T Ə L İF L İK
əhəmiyyətli  rol  oynaması  fikri  yekdilliklə  qəbul  edil­
mişdir.
“Millət”  probleminin  sosial-mədəni  aspektlərinə  üç 
mövqedən yanaşılır:
-  formalist konsepsiyaya görə milli birlik xalqın -  dil, 
inam  və  təsəvvürlərində,  tarixi  təcrübəsində  həyat  tər­
zində  və  s.  əksini  tapmış  oxşar  xüsusiyyətlərin  özünü 
təsdiqi  ilə formalaşır.
Belə  konsepsiyalar  əksər  hallarda  hər  hansı  bir  mil­
lətin  xüsusiyyətlərini  ya  sırf  “mütləq  müsbət”  qiyafədə 
təqdim  edilməsi,  yaxud  belə  xüsusiyyətlərin  yalnız  elə 
buxaqla 
immanent 
xas 
olan, 
onun 
başqalarından 
üstünlüyünü  göstərən  cəhətlər  kimi  ideoloji  çalar  və 
sxemlərlə  dəstəkləmək  məqsədi  güdür.  Bu  yanaşmada 
“crməniliyin”  əlamətlərinin  sezildiyini  hiss  etməmək 
olmaz.
Ciddi-elmi  təhlil  gedişində  aydın  oldu  ki,  hər  hansı 
bir  millətin  “özəl”  xüsusiyyəti  sayılan  cəhətlər,  əslində 
şərti-nisbi  xarakter daşıyır.
Millət  və  mədəniyyət  probleminə  relyativist  möv­
qedən  yanaşma  tərəfdarları  belə  hesab  edirlər  ki,  etnosun 
və  ya  millətin  identikliyi  həmişə  müəyyən  xarici  amilə: 
müharibə  təhlükəsi,  sərvətlər  uğrunda  mübarizə,  haki­
miyyətə yaxud əraziyə  münasibətdə rəqabət kimi şərtlərə 
rəğmən  formalaşır.  Relativistlərə  görə  milliliyin  mədəni 
parametrləri  obyektiv  mövcud  olan  deyil,  subyektiv-ideal 
müstəvidə  təsəvvür  olunandır.  İdentiklik  hər  birliyin 
maraq  və  mənafeyin  üstünlük  və  hökmranlıq  uğrunda 
mübarizədə tətbiq  olunan vasitədir.  Bu strategiya əsasında 
əvvəllər  dağınıq  olan  birliyin  konsolidasiyası,  ümumi 
məqsəd  uğrunda  (yaxud  da  ümumi  məqsəd  adı  altında 
təqdim  edilən)  onun  səfərbər  edilməsi  təşkil  olunur. 
Təbiidir  ki,  bunlar  “başqa”  millətdən  olan  insanlara  qarşı 
tətbiq  olunur  ki,  “başqa”,  dedikdə  ya  hakim  vəziyyətdə 
olan, ya da azsaylı  olan insan birliyi  nəzərdə tutulur.
Relyativist  yanaşmaya  görə  millət  hər  şeydən  əvvəl
Fosil 1, Qloballaşma. Mədəniyyot fenomeni qloballaşma kontekstində  65
özünüdərketmə və birlik iradəsi ətrafında birləşir, mədəni 
spesifika  sonrakı  prosesdə  formalaşır.  Buna  görə  də 
mədəni  xüsusiyyətlər  millətin  xarici  təsirlərə  münasibəti 
və  daxili  təşkilatlanma  səviyyəsindən  asılı  olaraq 
zəifləyə,  ya  güclənə,  yarana  yaxud  yox  ola  bilər.  Milli 
vəhdətin  təmin  edilməsi üçün  səylər həm  daxili, həm də 
xarici  münaqişələrin  qarşısını  almağa  yönəldilir.  Buna 
görə də müharibələr millətçiliyin müşayiətçisi olurlar.
Bu  konsepsiyada  bir  çox  suallar  cavabsız  qalır: 
başqalarının  maraqlarına  belə  biganəlik  nümayiş  etdirən 
millətçilikdə  müsbət  olan  cəhot  varmı?;  və  ya  milli 
birliyin  təsdiq  edilməsində  ideoloji-mədəni  amillər  nə 
üçün belə mühüm rol oynayır?
Bütün bu suallara “millət və mədəniyyət” probleminə 
mədəni-kommunikativ  yanaşma  nümayəndələri  cavab 
verməyə çalışır.
Millətçiliyə  mədəni-kommunikativ  yanaşma  ünsiy­
yət  birliyinin  əsas  amil  kimi  önə  çəkilməsi  fikrinə  əsas­
lanır.  İntensiv  iqtisadi  inkişaf,  şəhərlərin  böyüməsi,  təh­
silin,  informasiya  vasitələrinin  geniş  vüsəti  gedişində 
insanların  ünsiyyətə  dayaqlanan  birliyi  formalaşır.  Məhz 
kommunikasiya  şəraitində  pəıakəndə,  lokal  məhdudiyyə­
tə  qapılmış  insanlar  arasında  əlaqə  və  mədəni  mübadilə 
genişlənir.  Ümumi  dövlət,  ümumi  bazar  və  deməli,  bir- 
birini  anlamaq  ehtiyacından  doğan  daimi  ünsiyyət  for­
malaşır.  Bunun  uğurlu  getməsi  üçün  dil  və  təhsilin  in­
kişafı  önəmlidir.  Dil  həm  mədəniyyətin  milli  inteqra­
siyası, həm də differensiasiyası üçün ən zəruri vasitə olur:
Məsələn,  Fransanın tarixində  bir neçə əsrlər boyu hö­
kumət  Paris  dialekti  əsasında  yeganə  dilin  bərqərar  ol­
ması,  başqa  ləhcələrin  sıxışdınlması  üçün  daim  tədbirlər 
görmüşdür.  Hələ  XVII  əsrdə  kardinal  Rişelye  Fransa 
akademiyasını  təsis  edəndə,  onun  ən  böyük  məram  və 
məqsədinin  “Fransız dilinin -  millətin vəhdətinin  sementi 
olan”  bu  amilin  sağlamlığı  qayğısına  qalmaq  olduğunu 
bəyan  etmişdi.  Napoleon  dövründə  vahid  dil  naminə  yerli


Yüklə 396,29 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə