RəBİYYƏt aslanova qloballaşma və



Yüklə 396,29 Kb.
Pdf görüntüsü
səhifə24/64
tarix30.09.2017
ölçüsü396,29 Kb.
#2482
1   ...   20   21   22   23   24   25   26   27   ...   64

94
QLO BALLAŞM A VƏ M Ə D Ə N İ M Ü X T Ə L İFL İK
maraqla 
izlənilir. 
“Biz 
bəşər 
tarixinin 
çevriliş 
məqamlarından  birini  yaşayırıq.  Bir  cəmiyyət  və 
mədəniyyət forması  itmək üzrədir,  başqa forma hələ yeni 
təşəkkül  tapır”.1  Alimin  fikrinə  görə  müasir  dövr  XII 
əsrdən  başlayaraq liderlik etmiş  Qərb  tipli,  mədəniyyətin 
(“hissi”  mədəniyyət  tipi)  tənəzzülü,  böhranı  dövrüdür. 
Yaradıcı  liderlik  mərkəzinin  Şərqə  doğru  yer  aldığı, 
müəllifin  Şərqə  məxsus  “ideasional”  (ideyadan  çıxış 
edərək  yaradan)  tip  kimi  səciyyələndirdiyi  inteqral 
mədəniyyət  tipinin  yenidən  bərqərar  olacağı  dövr 
başlayır.  P.Sorokin  yazır:  “Biz,  görünür  iki  dövr  arasında 
yaşayırıq:  dünənin,  süqut  edən  “hissi”  (selaılyar-Qərb 
tipli)  mədəniyyəti  ilə,  sabahın  yaradıcı  (ideasional -  Şərq 
tipli),  yeni  yüksəlişdə  olan  mədəniyyəti  arasında.  Keçid 
dövrü  özünün  bütün  müdhiş  kölgələri  ilə  bizi  qorxuya 
salsa  da,  uzaqda,  gələcəyin  insanlarını  gözləyən  böyük, 
ulu mədəniyyətin işartısı bərq vurur”.2
Alim  belə  nəticəyə  gəlir  ki,  Şərq  tipli  mədəniyyətin 
liderliyi  şəraitində,  Qərb  və  Şərqin  mənəvi-mədəni 
dəyər,  ideya,  təsisat,  qayda  və  normalarının  qarşılıqlı 
ünsiyyət  və  sintezi  baş  verəcəkdir.  Lakin  yeni  dünya 
nizamı ya sırf Şərq, ya da sırf Qərb cizgili deyil, “inteqral” 
mahiyyətli  olacaqdır.  “Yetişməkdə  olan  mədəniyyət 
forması  daha  çox  Şərqə  məxsus  olan  inteqral  nizam 
olmaqla,  keçmiş  mərhələnin  eynilə  təkrarı  olmayacaqdır. 
Bu  daha  əzəmətli  və  müdrik,  daha  ədalətli  və  gözəl  bir 
nizam  olmaqla  həqiqəti  (elmi),  gözəlliyi  (ali  sənəti)  və 
xeyirxahlığı  (yeni  əxlaq  və  mənəviyyatı)  bir  məcrada 
birləşdirəcəkdir”.3
P.Sorokinin  mədəni  dəyişikliklər  nəzəriyyəsi  qlobal­
laşmanın  başlanğıcından  onu  bir  proses  kimi  duyması  və 
təhlil  etməsi,  nəticələrini  müəyyən  etməsi  kimi  filosof
1 П.Сорокин.  Человек.  Цивилизация. Общество.  M,  1992. с.427.
2 П.Сорокин.  Главные тенденции нашего времени.  М,  1997. с.16- 
17.
3 П.Сорокин.  Главные тенденции нашего времени.  М,  1997. с. 102.
Fosil I. Qloballaşma. Modaniyyot fenomeni qloballaşma kontekstinda  95
fəhminin 
düzgün 
yönəldiyini 
göstərir. 
Bu 
gün 
qloballaşmanın  ən  müxtəlif  aspektlərini  tədqiq  edənlər 
onun “inteqralizm” nəzəriyyəsinə maraq göstərir.
Mədəniyyət  tiplərinin  bir-birini  əvəzləməsi  prose­
sində,  keçid-aralıq  mədəniyyət  tipinin  də  mövcudluğunu 
əsaslandıran alim, ən müxtəlif tipli mədəniyyətlərin nüfuz 
və  “qalıqları”nın  təsirindən  mühafizə  olunmağı  mühüm 
məsələ  hesab  edirdi.  Keçid  mərhələlərində  “mədəni 
zibil” anlayışını tətbiq edərək, öz irsini “mədəni zibilliyə” 
çevrilmək  təhlükəsindən  qorumağı  tövsiyə  edir:  “İstə­
nilən əzəmətli mədəniyyət öz ömrünü,  fasiləsiz “zibillik” 
olmaq  variantında  davam  etdirirsə,  özünəməxsusluğunu 
itirir,  başqa  mədəniyyətlər  üçün  “sivilizasiya  gübrəsinə” 
çevrilir.  Dəyişikliklərə  həssas  olmağı  bacarmayan,  zama­
nın  nəbzini  tutaraq  yeni  mədəni  nizam  yarada  bilməyən 
xalq, yaxud millət sadəcə “etnoqrafik materiala” çevrilir”.
Bu  müddəa,  fikrimizcə  dərindən  düşündürməlidir. 
Biz  bilirik  ki,  hazırda  kütləvi  mədəniyyətdə  bir-biri  ilə 
uyuşmayan,  ən  müxtəlif növlü  mədəniyyət  tiplərinin  sel 
kimi  axması  “mədəni  zibillik”  anlayışını  göz  önünə 
gətirir, yaradıcılıq potensialının böyük enerjisi sönüklənir. 
Mədəni  məkanımıza  Qərbin  həqiqətən  ali,  “katarsis” 
mahiyyətli  mədəni  nümunələri  deyil,  zövqü,  əxlaqı  və 
mənəviyyatı  korşaldan,  meyl  və  ənənələr  daha  çox  yol 
tapır. “Burada böyük H.Cavidin dedikləri yada düşür:
“Avropada -  fəzilət,
Hümmət, ciddiyyət, vüqar,
Dururkən -  yalnız çürük,
Bir züppəlik aldılar!”
...  Zəhərləndi getdikcə.
Məmləkətin hər yeri.
“Uçurum” pyesində Uluğbəy daha sonra deyir: 
Avropada işıq da, var zülmət də.
Orda səfahət də var, fəzilət də,


96
Q LOBALLAŞM A   VƏ M Ə D Ə N İ  M Ü X T Ə LİFLİK
...  Ayıq davranmalı, mətin olmalı
Həp nura qoşmalı, haqqı bulmalı.1
Mədəniyyətin  dəyişikliklərində  böhran-keçid  dövrü 
kimi  səciyyələndirilən  tip  də  fərqləndirilir.  Böhran-möv­
cud mədəni-mənəvi strukturların zəifləməsi, tənəzzülü ilə 
yeniliyə  cavab  verən  formaların təsis  olunması  arasındakı 
parçalanma meyli,  şəraiti  kimi müəyyənləşdirilir.  Qlobal­
laşma mədəni  dəyişiklərə həm xaricdən, həm də daxildən 
təsir edən amilləri intensivləşdirir.
Mədəniyyətin  dinamikasında  inversiya  -   variantı  da 
tarixdə  tez-tez  rast  gəlinən  forma-tiplərdən  biridir. 
İnversiya  xətti  yaxud  dairəvi  şəkildə  deyil,  rəqqas- 
“lcəfkir”sayağı  gedən,  bir  mədəni  qütbdən  digərinə 
“ləngər”  vurmaqla  davam  edən  dəyişiklik  formasıdır. 
Əgər  mədəniyyətin  sabit  nüvəsi,  “qızıl  orta  həddi” 
möhkəmlənməmişdirsə  mədəni  potensial  və  qüvvə 
inversiya  prosesinə  sərf  olunur,  nəzarətdən  çıxır,  hərc- 
mərclik yaranır, mədəniyyətin süqutuna “bir addım” qalır.
İnversiya  dalğası  ən  müxtəlif  zaman  kəsiyində  bir 
neçə  ildən -  bir neçə əsrədək davam edə bilər.
İnversiyanın  bir  qütbdən  digərinə  və  əksinə  getməsi, 
onun “mədəni  inqilab” kimi də səciyyələndirən baxışların 
formalaşmasını  şərtləndirmişdir.  Tarixi  miqyasda  baxsaq, 
bütpərəstlikdən  monoteizmə  əvvəlki  kult-ayinlərin  yox 
edilməsi  ilə  müşahidə  olunan,  dindən  ateizmə  doğru 
müqəddəs  inanc  və abidələrin  məhvi  ilə müşayiət edilən, 
ruhaniliyin  və  dinin  tənqidi  ilə  əvəzlənən,  mədəni  qapa- 
lılıq  və  təcrid  olunmadan,  qərbin  həyat  tərzini  elliklə 
təqlid  etməyə  doğru,  totalitarizmdən  plyüralizmə  -   bir 
sözlə  mədəniyyətin  bir-birinə  əkslik  təşkil  edən  model­
lərinə keçidlər inversiya tipli sayılır.
Hazırda  sovet  imperiyasının  dağılması  ilə,  milli- 
mədəni  dəyər  və  köklərə  qayıdış  prosesi  inversion
1 H.Cavid. Əsərləri. 4 cilddə,  c.2.  Bakı,  1982. 394  s. -  s. 189.
Fəsil I. Qloballaşma. Mədəniyyət fenomeni qloballaşma kontekstində  97
səciyyəli  olsa  da,  onun  uzun  müddət  davam  etməsi 
arzuolunmazdır.  Yəni  qayıdış,  totalitar  modelin  sadəcə  o 
biri  tərəfi-qütbünə  keçid  kimi  zahiri  xarakterli  prosesdən 
-  dərk olunmuş, mahiyyət xarakterli, dönməz proses kimi 
anlaşılmalı,  reallaşmalıdır.  Bu  da  öz  növbəsində  tarixin 
sınaqlarından  çıxmış  zəngin  mənəvi  dəyərlərə  müraciət 
edilərək,  onların  dirçəldilməsini  təmin  edən  “dirçəliş” 
tipli dəyişikliyə öz yerini verməlidir.
“Dirçəliş  və  intibah”  xarakterli  mədəniyyət  dəyi­
şiklikləri  mədəniyyətdə  müxtəliflik  və  çoxçalarlığın  ən 
qədim  dövrdən  mövcud  olan  nümunələrinə  qayıdışla 
səciyyələnir.
Mədəniyyətin  dinamikasında,  gərgin  keçid dövrlərin­
də  əvvəlki  mədəni  dəyər  və  nailiyyətləri  heçə  endirən 
nihilist-desakralizasiya  meylli  istiqamətlər  də  mövcud 
olur.  Baş  verən  proseslərdə  mövcud  mədəniyyətin  gü­
nahkar  hesab  edilməsi,  “yeni  mədəniyyət”lə  onun  əvəz 
edilməsi  səyi  və  arzuları  mədəni  irsi  inkar edən  meyllərə 
rəvac verir.
Mədəniyyət  həm  də  insan  təbiətini  kamilləşdirmək 
funksiyasını daşıyır. Lakin XX əsrdə  kütləvi  mədəniyyət, 
şou-biznes  industriyası  əvvəllər  “mədəniyyətsizlik”  kimi 
qəbul  edən  təzahürlər üzərində  qurulmuş  bir  sistem  kimi 
mövcud olmaqda davam edir.
Əvvəllər  kütləvi  informasiya  vasitələrindən  deyilən, 
söylənilən  söz-nümunə,  etalon  kimi  qəbul  edilirdi.  Baş 
verən  transformasiya  gedişində  desakralizasiya  -   yəni 
məna  və  mahiyyətin,  təzahürlər  səviyyəsinə  endirilməsi, 
zahiri  efektlərin  yaşam  tərzi  üçün  “təqlid  edilməsi” 
kifayət  hesab  olunan  “nəsihətlər”  kimi  qəbul  edilməsi 
müşahidə  olunur.  Mədəniyyətin  ülvi,  müqəddəs  sayılan 
dəyərlərinə  biganəlik,  mədəni  müxtəlifliyin  solğun- 
laşnıasına,  tənəzzülünə,  kütləvi-“sürü”  mədəniyyətinə 
doğru  süqutuna  gətirib  çıxara  bilər.  “Kitab”  mədə­
niyyətini,  “ekran”  mədəniyyəti  əvəz  etdiyi  müasir 
dövrdə  kütləvi  informasiya  vasitələrindən  təqdim


Yüklə 396,29 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə