RəBİYYƏt aslanova qloballaşma və



Yüklə 396,29 Kb.
Pdf görüntüsü
səhifə20/64
tarix30.09.2017
ölçüsü396,29 Kb.
#2482
1   ...   16   17   18   19   20   21   22   23   ...   64

78
QLOBALLAŞM A  VƏ M Ə D Ə Nİ M Ü X T Ə L İFL İK
landırmaq  üçün  identiklik  anlayışı,  adı  çəkilən  qrupların 
bütün  inkişaf  mərhələlərində,  rol  münasibətlərində 
sabitliyini saxlayan fenomen kimi tətbiq olunur.
Elmin  diqqət  mərkəzində  olan  “özünəməxsusluq” 
anlayışı  mədəniyyət  sahəsində  beynəlxalq  qurum  və 
təsisatların  da  fəaliyyət  və  diqqətini  cəlb  etdi.  1982-ci 
ildə  YUNESKO-nun  mədəni  siyasət  üzrə  beynəlxalq 
konfransında  identiklikdə  müasir  dövrün  ən  mülıüm 
problemlərindən  biri  elan  edildi.  YUNESKO  materi­
allarında  identiklik  də  “mədəniyyətin  həyati  nüvəsi”ndə 
yer almışdır.
“Özünəməxsusluq”  anlayışının  elmi  müəyyənləşdiril­
məsi  prosesi  hələ  davam  edir.  Burada  obyektiv  və 
subyektiv  aspektlərin  hədsiz  mürəkkəb  çulğaşması, 
onların  nisbəti  məsələsi  hələlik  qeyri-müəyyən  olaraq 
qalır.
Mədəni  müxtəliflik kontekstində  mədəni  irs  məsələsi 
də elmi maraq predmetidir.
Müxtəliflik vəmədoniirs.üMirasizmü.
Dövrlərin  və  nəsillərin  bir-birini  təbii  təkamül  yolu 
ilə  əvəzləməsindən  fərqli  olaraq  keçid,  böhran  və  s.  adlı 
mərhələlərdə  mənəvi-mədəni  təcrübə  və  kollektiv  tarixi 
yaddaşın  ötürülməsi  prosesində  fasilələr yarana bilər.  Bu 
fasilələrdə  cəmiyyətin  və  xalqın  vəhdətini  və  varlığını 
təmin  edən  tellərin  qırılması  təhlükəsi  mövcud  olur. 
İnkişafın  strateji  və  taktiki  yolları,  modelləri  təhlil 
olunarkən  bu  baxımdan  mədəni  irs  probleminə  elmi 
maraq  və  kəskin  sosial  sifarişin  verilməsi  bununla 
əlaqədardır.
Elmi  ədəbiyyatda  hər  hansı  bir  cəmiyyətin  bütün 
mədəni  nailiyyətlərinin,  ictimai  yaddaşında  həkk  olunan, 
keçmişi  də  əhatə  edən  tarixi  təcrübənin  məcmuyu  -  
mədəni  irs adlandırılır..
Mədəni  irs,  ən  uzaq  tarixi  keçmişə  aid  olan 
nailiyyətləri  də  özündə  əks  etdirdiyi  üçün  zamanın
Fosil I. Qloballaşma. Mədəniyyət fenomeni qloballaşma kontekstinda  79
fövqündə  durur.  Çünki  yeni  mərhələlər  və  yeni  nəsillər 
üçün örnək olmaq potensialını özündə saxlayır.
Mədəni  irs  -   ənənəyə  nisbətən  daha  geniş  anla­
yışdır.  Burada  cəmiyyətin  mədəniyyətində  yaradılmış, 
hətta  bir  vaxtlar  qəbul  edilməyən,  bəyənilməyən,  lakin 
sonralar  öz  layiqli  yerini  bərpa  edən  bütün  sərvətlər 
mühafizə 
olunur. 
Mədəni  irs  baxımından 
ənənə
“mədəniyyət  və  ya  sosial-siyasi  təsisatların  elə  təkrar 
istehsalı  mexanizmidir  ki,  onlara  müraciət  edilməsi, 
tarixin  sınağından  çıxması,  tarixi  keçmişdə  mövcud 
olması faktı  ilə əsaslandırılır”.'
Mədəni  inkişaf  və  təkamülün  dialektikası  daimi 
keçmişdən  indiyə  və  indidən  gələcəyə  yönəlmişdir. 
Toplanmış  təcrübə,  yeni  əldə  edilmişlə  tamamlanır, 
əvvəlkinin  daim  yenidən  şərhi  və  qiymətləndirilməsini, 
seçilmiş və zənginləşməsini nəzərdə tutur.
“Mədəni  irsə  münasibət”  probleminə  dair  elmi 
ədəbiyyatda  aparılan  qızğın  diskussiyalarda  bir  neçə 
nəzəri  baxış  və  konsepsiyalar  formalaşmışdır.  Onlardan 
ilk  növbədə,  nisbətən  az  məlum  olan və  Şərq-müsəlman 
mədəniyyətinə  aid  olan  “mirasizm”  adlı  istiqamətdən 
bəhs etmək yerinə düşür.
Sovet  imperiyasında  islam  mədəniyyəti  daşıyıcıları 
olan  xalqların  öz  keçmişinə,  mədəni  irsinə  bağlılığı  o 
zamankı 
xarici 
elmin 
diqqət 
mərkəzində 
duran 
problemlərdən  idi.  Hamısı  vahid  Sovet  mədəniyyəti 
nümayəndələri  kimi  təqdim  olunan  SSRİ  xalqlarının  öz 
mədəni  identiklik  və  irsinə  münasibəti  gec-tez  gərginliyi 
şərtləndirəcək səbəb kimi  çox ciddi  izlənilirdi.
Hətta  əcnəbi  alimlərin  “islam  mədəniyyəti”  sözünü 
işlətməsi, 
qəbahət 
sayılır, 
onların 
antisovetizm 
siyasətində  əsas  vasitə  kimi  istifadə  etdiyi,  real  islam 
mədəniyyətinin  SSRİ-də  olmamasına  dair  tədqiqatçılar 
cavab olaraq aparılırdı. 1
1  Левада  Ю.А.  Традиция.  //Философская  энциклопедия.  M.  1970. 
Том  5, с.253.


80
Q LO BALLAŞM A  VƏ  M Ə D Ə N İ  M Ü X T Ə LİFLİK
Modernləşmə  dalğası  və  Sovet  imperiyasının  daxili 
ziddiyyətlərinin  gərginləşməsi  gedişində  Qərb  alimləri
B.Lapidus,  A.Rorlix,  S.Burq  və  başqaları,  SSRİ-də  islam 
zəminində  yüksələn  milli  ruhun  siyasi  və  elmi  qayğının 
əsas  predmetinə  çevrilməsini  irəli-  sürürdülər.  Onların 
fikrincə  SSRİ-də  milli  ruhu  və  “yeni  millətçiliyi”  islam 
mədəniyyəti bölgəsinin özünüdərki qidalandırır.'
Həmin  dövrdə  Paris  siyasi  elmlər  institutunun 
professoru  Elen  de  Ankoss  yeni  tip  sovet  adamının  -  
“homo  islamikus”  -   mövcudluğundan  danışmağı  vacib 
hesab  edirdi:  “Sovetlər onları sovet özbəyi,  azərbaycanlısı 
və  s.  mənsub  olmağa  məcbur  etməyə  çalışsalar  da  onlar 
bunun  müqabilində  özlərini  islam  dünyasının  bir  hissəsi, 
bütün  dünya  müsəlmanlarının  nümayəndələri  kimi  hiss 
edirlər.1
 2
Digər  müəllif  B.Ollcott  dini-mənəvi  dəyərlərin 
mədəni  irsin  təməl  hissəsi  olduğunu  nəzərə  alaraq 
yazırdı:  “Sovet  müsəlmanı  bilir  ki,  o  ateist  ölkənin 
vətəndaşıdır.  Lakin  orduda  xidmət  dövrü  istisna  olmaqla, 
müsəlman  adətən  ateist  deyil,  sadəcə  sekulyar  dünyada 
yaşadığını aydın hiss edir.
İslam  mədəniyyətidə  və  dəyərlərinə  diqqət  və 
münasibət,  ziyalıların  öz  tarixi,  mədəni  keçmişinə  həssas  ' 
münasibəti  Qərb  elmində  “mirasizm”  hərəkatı  adı  ilə 
səciyyələnmişdi. 
(Mirasizm-“miras-irs” 
sözündəndir). 
Qərb 
tədqiqatçılarının 
fikrinə 
görə 
“müsəlman 
intellektuallarının  öz  keçmişlərinə,  tarixi  və  mədəni 
köklərinə  marağı  Şərq  mədəniyyəti  ilə  daha  yaxından 
tanış  olmağa,  panislamist  və  pantürkist  əhval-ruhiyyənin 
yüksəlişinə  səbəb  olmuşdur.  Los-Ancelesli  professor 
Ayişə  Rorlix  göstərir  ki,  tarix,  ədəbiyyat  və  incəsənət 
müharibə meydanını xatırladır.
1 d'Encause H. The Islamic minorities.  1985.
2  Ж.Э.Мамедов.  «Исламская  культура»  как  «политический  ре­
сурс»  антисоветизма.  Критика  советологических  концепций.  В 
кн: Актуальные проблемы ислама.  Баку,  1988, с.221.
Fəsil I. Qloballaşma. Mədəniyyət fenomeni qloballaşma kontekstində  81
Müəllif  daha  sonra  qeyd  edir  ki,  “mirasizm”  rəsmi 
ritorika,  “proletar  intemasionalizmi”nin  təsiri  altında  de­
yil,  ümumi  tarixi  keçmiş,  ümumi  mədəniyyət  və 
ənənələr “körüyündə” əriyib, bərkidilmiş əcdad obraza, 
milli  mahiyyətə  mənsubluq  hissindən  təşəkkül  tapmış, 
azərbaycanlılar  arasında  aşkar  təzahür  edən  millilik 
əlamətlərindəndir.1
Qərb  alimlərinin  tədqiqatlarında  mirasizm  mədəni 
millətçiliyin  ifadəsi  olub,  siyasilik  və  millətçilikdən  çox 
mədəniyyətə  əsaslanan  hərəkat  idi.  İlk  baxışda  öz 
məktəbləri, dili, qəzeti, nəşriyyatları olsa da, müsəlmanlar 
mədəni  müxtəliflik  və  identiklik  baxımından  bərabər 
deyildir.  Onların  mədəniyyəti  kök  və  dayılardan,  milli- 
mənəvi ruhdan uzaqda olan müstəvidədir.
Hər  bir  mədəniyyətdə  elə  sahə  vardır  ki,  burada 
mədəni  irs əbədi dəyərlərin əbədi həyatı ilə daim yaşayır, 
sosial-siyasi  sarsıntı  və  fəlakətlərin  təzyiqinə  tab  gətirir. 
Mədəni  sərvət  və  abidələrə  hər  bir  xalqın  qayğısını 
görərkən biz buna əmin oluruq.
Yalnız  lokal  mədəniyyətlərin  deyil,  qlobal  səviyyədə 
bəşər  mədəniyyətinin  sərvətinə  münasibət  YUNESKO 
kimi  beynəlxalq  qurumların  təsis  olunmasını  şərtlən­
dirmişdir.
Mədəni  irsə  münasibət  tarixdə  birmənalı  olmamışdır. 
Burada  bütün  dəyərləri  inkar  edən  nihilizm,  primitiv- 
anarxist  mövqelərdən  tutmuş,  mədəni  inteqrasiyanın 
birtərəfli  mütləqləşdirilməsinə  kimi  müxtəlif  cəhdlər 
olmuşdur.  Burada  mədəni  dinamika  və  obyekt-subyekt 
münasibətlərinin tam təhlil olunmamış aspektləri çoxdur.
Mədəniyyətin 
mahiyyətinin 
mühafizə 
edilməsi, 
varislik,  ənənə,  eləcə  də  innovasiya  kimi  cəhətlərin  rolu 
mütləqləşdirilə  bilməz.  Mədəniyyətin  mahiyyəti  və 
strukturunda  mədəni  nüvə,  irs  və  s.  nisbi  müstəqil  rola 
malikdir.
1  A.Rorlich.  Not  by history  alone:  The retrieval  of the past  among the 
Tatar and  the Azeris -Central  Asian suvvey. Oxford,  1984, v.3, №2.


Yüklə 396,29 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə