RəBİYYƏt aslanova qloballaşma və



Yüklə 396,29 Kb.
Pdf görüntüsü
səhifə22/64
tarix30.09.2017
ölçüsü396,29 Kb.
#2482
1   ...   18   19   20   21   22   23   24   25   ...   64

86
QLOBALLAŞM A   VƏ  M Ə DƏ Nİ  M Ü X T Ə LİFLİK
fərdi-psixoloji  müxtəlifliyin  ən  mühüm  struktur  element­
lərindən biri tənəzzülə uğrayır.
Sosiologiyada  da  “sosial  identiklik”  anlayışı  tətbiq 
olunur.
“Mentalitet”  termininin  fəlsəfə,  mədəniyyətşünaslıq, 
sosiologiya  və  s.  sahələrdə  “kollektiv  mentalitet”  (A.  De 
Tokvil), “sosial  mentallıq” (E.From)  və s.  kimi  tətbiqi  hər 
bir  mədəniyyətə  xas  olan  özünəməxsus  cizgilərin,  “mə­
dəni xarakterin” olması kimi baxışlara marağı artırmışdır.
Mentalitet  insanın  mədəniyyəti,  ənənələr,  sosial 
strukturlar  və  bütün  aşayiş  mühitindən  asılı  olaraq  for­
malaşır  və  eyni  zamanda  bu  sadalananların  forma­
laşmasında  mədəni  tarixi  ruhun  başlanğıcı,  təməli  kimi 
çıxış edir. İnkişaf və dinamika prosesinə sabit xarakteri ilə 
cavab  verən  mentalitet  anlayışı  elmə  Amerika  filosofu 
R.Emerson  tərəfindən  (1856-ci  ildə)  gətirilmişdir.  Tə­
rəqqi  və  inkişaf ideyasına  birmənalı,  birxətli  proses  kimi 
baxmağın  yanlış  olduğu  mentalitet,  milli  və  mədəni  xa­
rakter  kimi  mövzuların  təhlilində  daha  qabarıq  üzə  çıxdı. 
Bunlar  da  şüurun  yalnız  bilik  və  ağıldan  ibarət  olduğu 
kimi  maarifçilik  və  klassik  rasionalizm  baxışlarının, 
şüurun  ən  dərin  qatları  haqqında  elmi  təsəvvürlərin  in­
kişaf etməsinin nəticəsi  idi.
Mentalitetin  müəyyən  növlərini  tədqiqatlarda  milli, 
coğrafi,  yaş,  formasiya  və  s.  xüsusiyyətlərə  görə  fərq­
ləndirirlər:  məs.  uşaq mentallığı, rus, amerika, feodal  və s.
İnsanın  daxili  aləmində  sabit  dayaq  nöqtəsi  kimi 
mövcud  olub,  onun  sosial  qrupa  və  ya  tarixi  birliyə 
mənsubluq  hissini  ifadə  edən  mentalitet barədə  fikirlərini 
E.From  belə  bildirirdi:  “Bizim  qəlbimiz  daş  dövründə 
yaşayır, ağlımız isə bu əsrdə, müasiri olduğumuz zamanda 
yaşayır”.
Mentalitet  anlayışı  ictimai  elmdə  yalnız  mədəni-milli 
xüsusiyətlərin  təhlilində  deyil,  başqa  çalarlarda  da  tətbiq 
olunur.  Məs.:  “uşaq mentalitetini,  Avropa, Afrika,  totalitar
Fosil I. Qloballaşma. Mədəniyyət fenomeni qloballaşma kontekstinda  87
mentaliteti,  bürokratik  yaxud  orta  əsrlər”  mentalitetinin 
konkret  tədqiqatlarda  fərqləndirir  və  təhlil  edirlər”.1 
Mahiyyətcə  ictimai  fenomen  olan  mentalitet,  ictimai 
şüurun  yüksək  səviyyədə  rasionallaşdınlmış  formalarını 
(elm,  din,  fəlsəfə,  ideologiya,  siyasət,  mədəniyyət  və  s.) 
təhtəlşüur  aləminin  dərin  qatları  ilə,  arxetip  “mədəni 
simvol  və  kodlarla”  əlaqələndirərək  insanın  bütövlükdə 
həyat  tərzini  formalaşdırır.  Şüurda  mövcud  olan  dual-ikili 
təsəvvürlər:  təbiət-mədəniyyət, rasional-emosional,  fərdi- 
ictimai,  lokal-qlobal,  milli-bəşəri  və  s.  məhz  mentalitet 
müstəvisində  kəsişir,  onun  “iç”  strukturunda  “həll”  olu­
nur, aydın cizgilər kəsb edir.
Mentalitet  anlayışı  E.Levi-Bryul,  J.Lefevr,  İ.Meyer- 
son,  Fransanın  “Annallar”  məktəbi  (başda  F.Brodel 
olmaqla),  K.Levi-Stros,  M.Fuk  və  başqalarının  diqqətini 
cəlb  etmişdir.  Göründüyü  kimi  mentalitet  mövzusuna 
maraq,  ffansızdilli  ictimaiyyətşünaslıqda  daha  qabarıq 
əksini tapmışdır.
Bunların  içərisində,  tarixçi  alim  J.Lefevrin  “kollektiv 
mentalitet”  konsepsiyası  xüsusilə diqqəti cəlb edir. Lefevr 
müasir “kütləvi  cəmiyyət” adlandırılan cəmiyyətdə  insan­
ların  psixologiyasını  məhz  xarakterik  sayılan,  keçmiş  nə­
sillərdən  əxz  edilən  adət,  vərdiş,  ənənə  və  s.-lə  sabitlə­
şən,  adamların  davranış  və  düşüncə  tərzini  müəyyənləş­
dirən  “kollektiv  mentalitet”  anlayışını  tətbiq  etməklə  öy­
rənmək  zəruridir.  Alim  öz  “İnamsızlıq  problemi”  tədqi­
qatında belə bir nəticəyə gəlir ki, müxtəlif mədəni tiplərə 
mənsub  olan  insan  birliklərinin  davranışını,  xüsusilə  də 
keçid  və  böhran  dövrlərində,  kollektiv  düşüncə  və 
mentaliteti nəzərə almadan düzgün izah etmək olmaz.
Kollektiv  yaddaş,  əhval-ruhiyyənin  belə  dövrlərdə 
təzahür  edən  zahiri  görüntüləri,  əslində  özünəməxsus 
inkişaf  dinamikasına  malik  olan  kollektiv  mentalitetin
1 Современная западная философия. M,  1991. с. 177.


88
QLOBALLAŞM A   VƏ M Ə D Ə N İ  M Ü X T Ə LİFLİK
xüsusi  qanunauyğunluqlarına  tabedir.  Fərdi,  milli  və 
ictimai-bəşəri  müstəvilər  alimin 
fikrincə  qarşılıqlı 
şərtləndirilmiş  sabit  təzahür  xüsusiyyətləri  konstantalar 
kimi çıxış edir.
Tarixi  keçid  mərhələlərində  həyat  boyu  formalaşmış 
bu  strukturlar  mənəvi-mədəni  sahədə  dəyişikliklərə  ya 
“müqavimət”, ya da ciddi  “götür-qoy  etmə”,  mövqeyi  nü­
mayiş  etdirərək  maddi,  sosial  təsisat  və  qurumlara  nisbə­
tən daha asta, tədrici xarakterli reaksiyası  ilə fərqlənir.
Mental  struktur  və  əsas  kimi  çıxış  edərək,  yenilik  və 
dəyişikliklərin  ya  qəbul  edilməsini  və  daha  sürətli 
inkişafını  (mental  ruha  uyğun  və  yaxın  gələrsə)  təmin 
etmək,  ya  da  bunları  qəbul  edə  bilməyərək  reallaşmasına 
maneə  yaratmaq  potensialına  malikdir.  Kollektiv  men- 
tallıq  elə  sabit  və  bənzərsiz  xarakter  və  tərzin  ifadəsidir 
ki,  sonrakı  tarix  və  inkişaf məhz bu  bənzərsiz  unikallığın 
təkrarlanması və mühafizəsinə yönəlməlidir.
Mentalitetin  şərhinə  E.From  da  yaxın  mövqedən 
yanaşır.  E.From  “Azadlıqdan  qaçış”  (1941)  əsərində  qeyd 
edir  ki,  cəmiyyətdə  sosial,  siyasi,  mədəni,  psixoloji  və  s. 
faktorların  qarşılıqlı  şərtləndirilmiş,  “ikili  əlaqə  sistemi” 
kimi  mövcud  olan  inkişaf modeli  mövcuddur.  Bu  modelə 
görə  tarixi  dəyişikliklər  dövründə  insanların  fəallığının 
sosial-mədəni  və  siyasi  ideoloji  motivləri  yalnız  o  halda 
reallaşa  və  uğur  qazana  bilər  ki,  bu  motivlər  insanların 
şüurundakı  ictimai-mədəni-psixoloji  “aurada”  əks-səda 
(rezonans)  versin,  qəbul  edilsin.  Başqa  sözlə  dəyi­
şikliklərin  potensialı,  məhz  həmin  sabit  mədoni-psixoloji 
“matrisa” yaxud “kulturkod” adlanan nüvəyə dayaqlanır.
“Kollektiv  mentallıq”  anlayışına amerikalı  sosioloq  A. 
De  Tokvil  də  müraciət  etmişdir.  O,  özünün  “Amerikada 
demokratiya”  (1835)  əsərində,  amerikalıların  ictimai 
şüurunu  təhlil  edərək,  həmin  cəmiyyətdə  formalaşmış 
mövhumat,  vərdiş,  meyllərin  və  s.  səbəbini  axtarmağa 
cəhd etmişdir.
Fəsil 1. Qloballaşma. Modoniyyət fenomeni qloballaşma kontekstinda  89
A.  De  Tokvilin  fikrincə  bunların  məcmuyu  milli- 
mədəni xarakteri müəyyən edir.1
Mentalitet  probleminin  təhlilində  də  gözlənilməsi  tə­
ləb olunan  ən  mühüm  qayda həddinin  gözlənilməsi,  onun 
mütləqləşdirilməsi  yaxud  əhəmiyyətinin  inkar  edilməsi 
kimi  mövqelərə  ehtiyatla  yanaşılmasıdır.  Milli-mədəni 
bütövlükdə  sadəcə  təməl-nüvə  və  dəyişkən-yenilik  tə­
rəflər bir-birini tamamlayır, xarakter və simanın vəhdətini 
şərtləndirir.  Bu problemə biz mədəni dinamikanın “mexa­
nizm və prinsipləri” mövzusunda toxunacağıq.
Mədəni  müxtəliflik  və  identikliyin  bəzi  struktur  ele­
mentlərinə  və  çalarlarına  toxunduq.  Burada  təfəkkür 
tipləri  və  mədəni  identikliyi  həm  də  insanın  təməl  bio- 
fızioloji  parametrləri,  beynin  funksional  asimmetriyası  ilə 
şərtlənməsi  probleminə  dair  mövcud  olan  tədqiqatlara 
toxunmaq da yerinə düşərdi.
Maraqlı  cəhətdir  ki,  qloballaşma  prosesləri  fonunda 
bu  mövzuya  marağın  artması  bir  daha  müşahidə  olunur. 
Bunlar  mədəni  müxtəlifliyi  şərtləndirən  genetik  amillər 
kimi tədqiq olunur. 
j
Mədəniyyətlərin  müxtəlifliyi  öz  təzahürünü  qeyd 
etdiyimiz  kimi,  insan  birliklərinin  özünəməxsus  düşüncə, 
anlam  və  yaşam  tərzində  özünü  biruzə  verir.  Bu 
istiqamətdə  aparılan  tədqiqatlarda  başlıca  fikir  müx­
təlifliyin  genetik  səbəblərinin  insan  beyninin  yanm- 
kürələri  arasındakı  funksional  asimmetriyadan  irəli  gəl­
məsi  ilə  izah  etməkdir.  Dünyanın  inikası  və  qavranıl- 
masının  hər  yarımkürəyə  xas  olan  tərzində  üstünlüyü  və 
məhdud  cəhətləri  vardır.  Məlumdur  ki,  məntiqi-verbal 
sxemlərlə  qavrama  və  oxumaq  beynin  sol  yanm- 
kürələrinin  funksiyası  ilə  bağlıdır.  Bütöv  surətlərin 
qavranılması,  məkanda  oriyentasiya,  mürəkkəb  obyekt­
1 Бах.: Токвиль Алсксись де. Демократия в Америке.  М,  1992.


Yüklə 396,29 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə