RəBİYYƏt aslanova qloballaşma və



Yüklə 396,29 Kb.
Pdf görüntüsü
səhifə30/64
tarix30.09.2017
ölçüsü396,29 Kb.
#2482
1   ...   26   27   28   29   30   31   32   33   ...   64

118
Q LO BA LLA ŞM A  V Ə  M Ə D Ə N İ M Ü X T Ə L İFL İK
münasibətlər,  qlobal  miqyasda gedən proseslərlə  çulğaşır. 
Etnik və  milli problemlərin həllində  həmsərhəd ölkələrin 
və  bütün  dünyaya  yayılmış  etnik  diasporaların  maraq  və 
mənafeləri  də  az  rol  oynamırdı.  Burada  tarixi-etnik  ən­
ənələrin  yalnız  əzəməti  və  unikallığını  vurğulamaqla  ki­
fayətlənilməməli,  həm  də  və  ən  başlıcası,  onların  qar­
şılıqlı  təsir,  anlaşma  və  inteqrasiya  problemlərində  ortaya 
qoya biləcəyi dialoji potensialı aşkara çıxarılmalıdır.
Tarix  boyu  bütün  mədəniyyətlər bu və  ya  digər təsir­
lərə  məruz  qalmış,  bunun  gedişində  “ortaq”  bəhrələnmə, 
sintezə  əsaslanan  müxtəlif səviyyəli  mexanizmlər əxz  et­
miş,  məhz bunun  sayəsində  sonrakı  təkamül  və  inkişafını 
təmin  etmişdir.  Bunun əksinə  olan proseslər bütöv mədə­
niyyət  sistemlərinin  tənəzzülünü,  süqutunu  şərtləndirmiş, 
“qapalı,  təcrid  olunma”  mexanizminin  özünü  doğrult­
madığını  aşkara  çıxarmışdır.  Millilik  ictimai  şüura  yeni 
məzmun  və  ahəng  verir.  Cəmiyyətdə  sosial-mədəni 
nizamın  etnik  və  dini  səpkili  müqavimətə  söykənən 
formaları  tədricən  əvvəlki  əhəmiyyətini  itirir  və  milli 
dövlət səviyyəsində  inteqrasiyaya meyl güclənir,  mədəni- 
milli-etnik və siyasi  əsaslarda təşkilatlanma işi gedir.
1.12.  Qloballaşma  və mədəniyyətlərin qarşılıqlı 
təsir meylləri, prinsipləri və formaları
Tarixin  müəyyən  mərhələsində,  böhran  və  keçid 
dövrlərində baş verən proseslər mədəniyyətləri bir-birinin 
“ağuşuna”  itələyir,  istər  fəlakətli  işğal  və  ya  müharibələr 
dövrü,  istərsə  də  qloballaşmanın yüksək templərlə  getdiyi 
indiki  dövr  olsun  hamını  ən  çox  ən  müxtəlif səbəblərin 
şərtləndirdiyi  qarşılıqlı  təsirlərin  mexanizmi,  fonnası  və 
aqibəti  narahat  edir.  İctimai  elmdə  bu  prosesə  dair  əldə 
edilmiş  mühüm  nəticələrə  bələd  olmaq,  mədəniyyətlərin 
qarşılıqlı  təsiri  probleminə  düşünülmüş,  elmi  şəkildə 
yanaşmağı  şərtləndirər  və  həm  də  düşünülməmiş,  arzu­
olunmaz  addımlar  atmağın,  müxtəlif  “dəhşətli”  proqnoz
Fəsil I. Qloballaşma. Mədəniyyət fenomeni qloballaşma kontekstində  119
və ssenarilər verilməsinin qarşısını ala bilər.
Mədəniyyət  və  qloballaşma  proseslərinin  təhlilində 
pessimist,  faciəvi-“alarmist”  proqnozların  çoxluq  təşkil 
etməsi, ictimai  idrak üçün məqbul, başa düşülən hal sayıla 
bilərsə  də,  elmi  idrak  üçün  qeyri-məqbul  sayılmalı, 
burada  ciddi,  soyuqqanlı  elmi  təhlilə  əsaslanan  baxışlar 
daha  çox  üstünlük  təşkil  etməlidir.  Çox  geniş  əks-səda 
doğuran  “Sivilizasiyaların  toqquşması”  və  s.  kimi  ortaya 
atılaraq,  narahatlıq  və  gərginliyi  daha  da  artıran  ssena­
rilərin  irəli  sürülməsi  də,  bizə  elə  gəlir  ki,  mədəniy­
yətlərin  qarşılıqlı  təsirinin  tarixən  mövcud  olan  formaları 
ilə  yaxından  bələd  olmamağm  nəticəsi  idi.  Belə  ki, 
mədəniyyətlər və  onların qarşılıqlı  təsirinin  min  illər yaşı 
vardır.  Bu tarix boyu mədəniyyətlər ancaq “toqquşma” ilə 
məhdudlaşsa  idi  “öz-özünü  məhv  edər”,  bugünkü  bəşər 
mədəniyyəti heç mövcud ola bilməzdi.
Mədəniyyət  probleminə  dair  araşdırmalarda  pozitiv 
və  neqativ  nəticəli  qarşılıqlı  təsir  növlərindən  danışılır. 
Yəni 
ya 
bəhrələnmə—^mürəkkəbləşmə, 
ya 
da 
durğunluq—>kasadlaşma—riənəzzül  kimi  gedən  meyllər 
aşkar  edilmişdir.  Buna  misal  kimi  Avropanın  hər  dəfə 
qarşılaşdığı  mədəniyyətdən  bəhrələnməsi,  istər  yeni 
ölkələrin kəşfi,  istərsə də  sonralar Şərqin mənəvi-mədəni 
sisteminin  nailiyyətlərini  mənimsəməsi  göstərilir.  Avro­
panın  kütləvi  mədəniyyəti  səviyyəsində  bunun  ifadəsi 
çoxsaylı  hərəkatlar,  şərqin  mənəvi  və  fiziki  kamillik 
təcrübəsini  öyrənən  mərkəzlər,  məktəblər,  qrupların 
təşəkkülündə  tapırsa,  yüksək  mədəniyyət  səviyyəsində 
bu  təsir  görkəmli  yazıçı,  filosof,  rəssam  və  bəstəkarların 
bənzərsiz  yaradıcılığında  əksini  tapır.  Bu  proseslər 
nəticəsində  Qərb  mədəniyyəti  öz  məzmun  çoxçalarlığını 
və  müxtəlifliyini  daha  da  artırdı,  pozitiv  mənalı  sonluğa 
gətirib çıxardı.
Neqativ  meylli  təsirlərə,  əsasən,  o  etnik  mədəniy­
yətlər məruz  qalır ki,  kənardan  göstərilən təzyiqə  kifayət 
qədər  müqavimət  göstərə 
bilmir,  öz  mədəniyyətinin


120
Q LO BA LLA ŞM A  VƏ M Ə D Ə N İ M Ü X T Ə L İF L İK
kifayət  qədər  sabit  inkişafını  təmin  edə  bilmir.  Məsələn, 
məlumdur  ki,  müstəmləkəçiliyin  tüğyan  etdiyi  dövrdə 
hindular  (Amerika)  yalnız  süni  yaradılmış  rezervasiyalar 
hesabına  əvvəlki  həyat  tərzlərini  və  etnik  mədəniyyət­
lərini mühafizə edə bilmişlər.
Mədəniyyətlərin  qarşılıqlı  təsirinin  müsbət  məcraya 
yönəlməsini  şərtləndirən  amillər  mövcuddur.  Onların 
sırasında:
-  təsiri  qəbul  edən  mədəniyyətin  diferensiasiya 
dərəcəsini  vurğulamaq  lazımdır.  Cəmiyyət  kifayət  qədər 
inkişaf  etmiş  hüquq,  əxlaq,  mənəvi-mədəni  dəyərlər, 
fəlsəfi  dünyagörüş  və  s.  sisteminə  malikdirsə,  özünün 
təməl  mədəni  kök  və  dayaqlarını  laxlatmadan  yeni 
məqbul  sayılan  innovasiyalara uyğunlaşdırmaq  iqtidarında 
olur;
-  qarşılıqlı  təsir  və  əlaqələrin  tədrici,  uzunmüddətli 
formaları,  qəfil  hərbi-işğalçı  təzyiqlərə  nisbətən  daha çox 
müsbət  nəticəli  olur.  Tədrici  təsirlər sarsıntı  və  münaqişə 
deyil, bir-birini tanımağa və alışmağa şərait yaradır;
-  qarşılıqlı  təsirin  mədəni  şərtlərə  və  prinsiplərə
dayaqlanan  fonnaları  siyasi  diktə  və  ideoloji  çərçivədən 
azad olmalıdır.1 
,
Siyasi  ağalıq  və  hökmranlıq  mədəni  ünsiyyətin 
məzmununu  dəyişir.  Asılılıq  vəziyyəti  ünsiyyət  və 
dialoqdan  çox  qarşı  tərəfin  etiraz  və  üsyana  qalxmasını 
şərtləndirir.  Kolonializm siyasətinin fəth edilmiş ölkələrin 
mədəniyyətinə təsirini xatırlamaq kifayətdir.
Mədəniyyətlərarası  ünsiyyətin  elmi-obyektiv  prin­
sipləri  və  formalarına  dair,  XX  əsrin  70-ci  illərindən 
qərbin  bir  çox  elm  mərkəzlərində  geniş  araşdırmalar 
aparılır.  Çünki,  qeyd  etdiyimiz  kimi,  Qərb  və  “qeyri- 
Qərb” mədəniyyətləri  arasında əlaqələr” probleminə yeni 
yanaşma  da  məhz  bu  dövrə  təsadüf edir.  Məlum  olur  ki, 
siyasət  və  iqtisadiyyatla  bahəm  mədəniyyət  də  həm
1  Bax:  Лотман  10.M.  Типология  культуры.  Взаимное  воздействие 
культуры.  М,  1992.
Fosil 1. Qloballaşma. Mədəniyyət fenomeni qloballaşma kontekstində  121
xalqlar arasında, həm də hər bir cəmiyyət daxilində nizam 
və  sabitliyin  formalaşmasının  ən  mühüm  amillərindən 
biridir.  Elə  həmin  vaxtdan  da  “inkişaf  və  mədəniyyət” 
adlı  daimi  nəşrlər  işıq  üzü  görür,  mədəniyyətlərarası 
kommunikasiyanın  praktiki  problemlərinə  dair,  ünsiyyət 
və  dialoq  vərdişlərinə  yiyələnmə  metodikasına  dair 
çoxsaylı tədqiqatlar aparılır, konkret tövsiyələr verilir.
Qarşılıqlı təsir və  anlaşmaya dair tədqiqatlarda ən çox 
diqqət  mədəni  müxtəlifliyə,  mədəni  spesifikaya  ayrılır. 
Çünki  bunlar  qarşılıqlı  təsirdə  iştirak  edən  ən  sabit 
formalardır.  Qarşılıqlı  ünsiyyətin  ən  mühüm  şərti  də  elə 
məhz  bu  səpkili  idi:  Qərbin  inkişaf  yolu  və  mədə­
niyyətinin  universallığı  ideyasının  inkar  edilməsi  və 
mədəni  müxtəlifliyin  obyektiv-elmi  fakt  kimi  qəbul 
edilməsi.
Mədəniyyətlərin  qarşılıqlı  təsiri  keçid  dövrü  cəmiy­
yətlərinin  mədəni  və  siyasi  təkamülünün  ən  mühüm 
göstəricisi və amilidir.
Qarşılıqlı  ünsiyyət  probleminə  elmi  yaçaşmalar 
müxtəlif  cürdür.  Ən  ümumi  şəkildə  iki  mövqe  yanaşma 
göstərmək  olar.  Bunlar  praktiki-adaptiv  və  nəzəri- 
təkamül mövqeləridir.1
Praktiki-adaptiv  (instrumental)  yanaşma  əsasən  etnik- 
miqrantların  dünyanın  hər  yerindən  Qərb  ölkələrində, 
yaxud  Qərbdən  olan  alim,  biznesmen  və  turistlərin  -  
Şərqdə 
yaşadığı 
zaman 
yeni 
mühitdə, 
naməlum 
mədəniyyətlə  qarşılaşması  və  ünsiyyətinin  mahiyyətini 
üzə çıxarmağı diqqətə çəkir.
Müxtəlif  mədəniyyətlərə  -   dil,  mənəvi  dəyər  və 
stereotiplərə 
malik 
insanların 
kommunikasiya 
və 
adaptasiya 
mexanizmlərinin 
nəzəri 
və 
metodiki 
xüsusiyyətləri  “kultur  şok”,  “mədəni  toqquşma”  kimi 
təqdim  edilən  konsepsiyada  əksini  tapmışdır.  Qarşılıqlı 
ünsiyyətin  nəticəsi,  mədəniyyəti  qəbul  edən  resipiyent
1 Механизмы  культуры. M,  1990. c.81.


Yüklə 396,29 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə