RəBİYYƏt aslanova qloballaşma və



Yüklə 396,29 Kb.
Pdf görüntüsü
səhifə32/64
tarix30.09.2017
ölçüsü396,29 Kb.
#2482
1   ...   28   29   30   31   32   33   34   35   ...   64

126
Q LO BA LLA ŞM A  VƏ M Ə D Ə N İ  M Ü X T Ə LİFLİK
vasitələrin  qıtlığı  elmdə  hiss  edilir.  “Milli  azlıq”  yaxud 
“qafqaz  millətinə  mənsub  şəxslər”  və  s.  kimi  ifadələr 
elmi  və  ictimai  idrakı  təmin  edə  bilməyən  ifadələrə 
çevrilmişdir.1
Bu  problemi  bütün  sahələrdə  olduğu  kimi,  mədə­
niyyət və ünsiyyət probleminin də dərin alim  və  siyasətçi 
fəhmi  ilə  sezən  müdrik  prezidentimiz  H.Əliyev  də  dönə- 
dönə  vurğulamışdır.  Azlığından,  çoxluğundan  asılı 
olmayaraq,  hər  bir  xalqın  dünya  mədəniyyəti  çələngində 
“öz qoxusu, ətri” ilə  fərqlənən mədəniyyətə malik olması 
baxımından  qiymətləndirmək  kimi  elmi  mövqedən  çıxış 
edən  prezident  dönə-dönə  “öz  görüşlərini  milli  azlıqlarla 
deyil,  Azərbaycan xalqının nümayəndələri  ilə keçirdiyini” 
vurğulamışdır.2
Başqa  mədəniyyətləri  qəbul  etməyə  hazır olmayan, 
bu  xüsusiyyəti  tarixən  formalaşmış  vərdiş  kimi  yaşadan, 
düşünülmüş  şəkildə  “özgələşmə,  yadlaşma”  siyasətini 
üstün  tutaraq  başqa  mədəniyyətlər  öz  arasında  fiziki  və 
sosial  maneələrlə  sədd  çəkənlər  ədəbiyyatda  “inkar  və 
separatizm  siyasətinin  daşıyıcıları”  adlandırılır.  Postsovet 
məkanında 
yeni 
mədəni-siyasi 
nizam 
şəraitində 
ermənilərin  də  bu  qrupa  daxil  olduqlarına  heç  bir  şübhə 
yoxdur.  Ünsiyyətdən  inkar  etmə  və  separatizmə  meyl 
etməyin  təməlində  ideoloji,  irqi  və  etnik  motivlərin 
ifratlaşması  durur.  “Bəzən  belə  inkar  nümayişkaranə 
xarakter  daşıyır.  Belə  separatizmə  parlaq  nümunə  kimi 
eyni  millət, etnik vəziyyət, eyni  dinə malik birlik-dövlətin 
təsis  edilməsini  göstərmək  olar”.'  Bu  deyilənlərin 
Ermənistana aid olduğu aydın görülür.
Dünya  mədəniyyətinin  tarixi  dinamikası  və  qarşılıqlı 
təsir  formalarına  dair  elmin  əldə  etdiyi  nəticələrə  bələd
1 Динамика культуры:  теоретико-методологические проблемы.  M, 
1999, с.78.
2  Q.Cavadov.  Azərbaycanın  azsaylı  xalqlan  və  milli  azlıqları.  Bakı, 
Elm, 2000, 4 4 0 s.-s.1 5 .
1 Сравнительное изучение  культур.  M,  1999, -c.185.
Fəsil I. Qloballaşma. Mədəniyyət fenomeni qloballaşma kontekstində  127
olmaq böyük əhəmiyyətə malikdir.
Mədəniyyətlərin  qarşılıqlı  təsirinin  formaları  və 
nəticələrindən  bəhs  edərkən,  “simbioz”  şəklində  gedən 
proseslər  də elmi marağa səbəb olmuşdur.
Simbioz  -  mədəniyyətlərin  qarşılıqlı  təsirində  elə 
minimal  qarşılıqlı  təsir  və  bəhrələnmə  formasıdır  ki,  hər 
bir  mədəniyyətin  nisbi  müstəqil  mövcud  olmaq  imkanını 
özündə  saxlayır.  Bu  gün  yaşadığımız  sosial-mədəni 
situasiyada  “simbioz”  variantının  çoxlu  təzahürlərini 
görürük.  “Simbioz”  formalı  qarşılıqlı  təsir  əsasən 
modernləşmə  gedişində  səciyyəvi  idi.  Burada müasirliklə 
keçmişin  kəskin  təzadlarının  təzahürü,  ən  müasir 
informasiya  texnologiyaları  ilə  “qonşuluq”  edən  primitiv 
sənət  və  maddi  mədəniyyət  nümunələrinin  çapa 
mövcudluğu  gözə  çarpır.  “Simbiotik”  qarşılıqlı 
təsir 
nəticəsində  mədəniyyətin  öz  məxsusi  cizgiləri  və 
mənimsədiyi  elementlər  bir-birindən  kifayət  dərəcədə 
avtonom  məsafədə  mövcud  olur,  cəmiyyətdə  müəyyən 
mədəniyyətlər  yeniliklərə  çevik  reaksiya  göstərir,  hətta 
dünya  səviyyəsi  ilə  müqayisə  oluna  bilijsə,  başqaları  çox 
geridə qalır, hətta arxaik cizgi və xüsusiyyətləri daşıyırlar. 
Bu özü də simbioz təzahürlərə misaldır.
Sintez  -   mədəni  ünsiyyət  və  qarşılıqlı  təsirin, 
müxtəlif mədəni  hadisələrin  qovuşmasının  elə  formasıdır 
ki,  burada  yeni  hadisə,  cərəyan,  üslub,  tərz  və  sairin  elə 
yeni  təzahürü  yaranır  ki,  bu  yenilikdə  mənimsənilmiş  və 
özünəməxsus 
(təməl) 
elementlərin 
nisbətində 
özünəməxsusluq  üstünlük  təşkil  edir.  Bu  da  sintez 
nəticəsində  yaranan  yeniliyin,  tipi  və  xüsusiyyətini 
müəyyənləşdirməyə, 
onda 
əsas, 
təməl 
sayılan 
mədəniyyəti  görməyə  imkan  verir.  Məsələn:  Avropa 
mədəniyyətini, 
antik 
ənənələri 
də 
ötürən 
islam 
mədəniyyətindən  çox  şeyi  sintezə  götürməsi,  ispan- 
portuqal  mədəniyyətini  mənimsəyən  simbiotik  -   sintetik 
Latın Amerikası sivilizasiyasının təcrübəsi misal çəkilir.
“Qloballaşma 
dövrünün 
sivilizasiyası 
-   sintez


128
Q LO B A LLA ŞM A   VƏ  M Ə D Ə N İ M Ü X T Ə L İFL İK
sivilizasiya  olacaqdır”  kimi  fikirləri  tez-tez  eşidirik. 
Doğrudan  da  sintez  transformasiyalar  dövründə  qarşılıqlı 
təsirin  nəinki  forması,  həm  də  başlıca  mənbəyi  rolunu 
oynayır.  Milli  və  bəşəri,  etnik  və  bəşəri,  etnik-milli  və 
bəşərinin  sintezə  qovuşması  bütün  mədəniyyətlərin 
inteqrasiyası üçün ən məqbul sayılan yoldur.
Sintezi  yalnız  maddi-texniki  anlamda  başa  düşülməsi 
məhduddur.  Cəmiyyətin  və  dövlətin  mənafeyini,  inkişaf 
taktikası  və  strategiyasının  perspektivləri  müəyyən- 
ləşdirilərkən,  ictimai  əhəmiyyətli  ideologiyalarda  sintez 
mahiyyətə əsaslanır.  Bu gün Avropada dalğalanan və hələ 
XX  əsrin  əvvəllərindən  təməli  qoyulan  “islam,  türk, 
avropa”  məzmunlu  sintezə  dayaqlanan  inkişaf  ideyası 
buna  parlaq  misaldır.  Azərbaycanda  mədəni  müxtəliflik 
mövzusunda bundan ətraflı bəhs ediləcəkdir.
QloballaşmavəQəxb_mədəniyyati
Qərb  mədəniyyətinin  bütün  dünyaya  qəbul  et­
dirilərək,  özünü  “qloballaşdırması”nda  bəhs  edən  təd­
qiqatlar  da  çoxdur.  Bu  mühakimələri  “mədəni  hege- 
moniya”,  “mədəni  imperializm”  və  s.  kimi  anlayışlarla 
əsaslandırırlar.  Qloballaşma  gedişində  dünya  imperia­
lizminin  yeni  simaya  girməsi,  yeni  imperializmin  beş 
istiqamətdə  mövcud  olduğunu  hesab  edənlər  də  vardır. 
Bunlar  iqtisadi,  siyasi,  hərbi,  informasiya  kommunikasion 
və mədəni imperializm kimi səciyyələndirilir.
“Mədəni  imperializm”  adətən  Qərb  mədəniyyətinin 
xüsusiyyətlərinin  iqtisadi  və  siyasi  vasitələrin  dəstəyi  ilə 
başqa  millətlərə  qəbul  etdirilməsi  məqsədini  güdən 
fəaliyyət kimi müəyyənləşdirilir.
“Mədəni  və  ideoloji  hegemoniya”  fəaliyyətinin 
əsasları  1964-cü  ildə  İngiltərədə  təsis  olunmuş  Müasir 
Mədəni  Tədqiqatlar  İnstitutunun  araşdırmaları  ilə  əlaqə­
ləndirilir.  Mərkəzi  1964-cü  ildə  təşkil  edən  R.Hoqqartm 
“Mədəniyyət  və  savadın  istifadəsi  (1958)  əsərinin  ideya­
ları tədqiqatların əsas istiqamətini təşkil edir.
Fosil I. Qloballaşma. Mədəniyyət fenomeni qloballaşma kontekstində  129
Bundan  daha  əvvəl  ABŞ-da,  1950-60-cı  illərdə  geniş 
müzakirələrin  obyekti  olan  “siyasi  mədəniyyət”  prob­
leminin  tədqiqi  gedişində  “mədəni-siyasi,  ideoloji  hege­
moniya”  mövzusu  da  təhlil  edilmişdir.  Amerikalı  alimlər
C.Almond  və  S.Verba  üçcildlik  “Vətəndaş  mədəniyyəti” 
əsərini  yazmışlar.  Burada  “mədəni  hegemoniya”  adlan­
dırılan  siyasi-mədəni  fəaliyyətin  əsaslan  müəyyən  edil­
mişdir.  Müəlliflər  burada  belə  bir  fikri  əsaslandmnağa 
çalışırlar ki, siyasi mədəniyyət həm də mədəni və ideoloji 
hegemoniyanı da əhatə etməlidir.
Qloballaşma prosesini,  həm  də “amerikanlaşma” kimi 
təhlil  edən  istiqamətlərdə  mədəni  “hegemoniya  və  impe­
rializm” siyasətinin əsas cəhətləri bunlar sayılır:
1.  Qərb  cəmiyyətinə  xas  olan  həyat  tərzi  və  tələbat 
oriyentasiyalarının başqa mədəniyyətə təlqin edilməsi.
2.  Qərb  mədəniyyətinin  universal,  etalon  nümunə 
kimi  təbliği,  başqa  mədəniyyətlərin  töhfəsinə  biganə 
yanaşma.
3.  Mədəni  əlaqələr  vasitəsilə  siyasi  məqsədlərə  nail 
olmağa səy göstərmək.
4.  İnformasiyanın  birtərəfli:  “mərkəzdən  periferiya­
ya”  axını,  Qərbdən  Şərqə  axını  (yəni  nəhəng  şou-biznes 
industriyası  və  kütləvi  informasiya  vasitələrindən  başqa 
ölkələrin çoxsaylı auditoriyasına yönəlməsi).
5.  Qərbpərəst  sosial-mədəni  elitanın  formalaşdırılma­
sı  və  onların  Qərbin  təsir  və  nüfiız  dayağı  kimi  istifadə 
edilməsi.
Mədəniyyətlərin  qarşılıqlı  təsiri  sistemində  kütləvi 
mədəniyyətin  də  yeri  və  roluna  toxunmaq  mühüm 
məsələdir.
Bu  gün  mədəni  məkanımıza  axıb  dolan  kütləvi  mə­
dəniyyət  qərbin  maddiyata  əsaslanan  həyat  tərzi  və  də­
yərlər  sisteminə  qeyri-tənqidi  yanaşma,  hətta  onu  ideal­
laşdırma  kimi  effektlər  yaradır,  həmçinin  öz  doğma  mə­
dəniyyətinə  münasibətdə  “aşağı  səviyyəli”  mədəniyyət 
kimi  təsəvvürlər  də  doğurur.  “Yüksək”  həyat  tərzi  və


Yüklə 396,29 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə