RəBİYYƏt aslanova qloballaşma və



Yüklə 396,29 Kb.
Pdf görüntüsü
səhifə35/64
tarix30.09.2017
ölçüsü396,29 Kb.
#2482
1   ...   31   32   33   34   35   36   37   38   ...   64

138
Q LOBALLAŞM A   VƏ M Ə D Ə N İ M Ü X T Ə L İF L İK
mətində  getmədi, 
ondan  aynldı;  Qərb 
ideal  və 
normalarının  yayılması  hələlik  nə  vahid  “yekcins”  qərb- 
ümumdünya  sivilizasiyasının  formalaşmasına,  nə  də  ayn- 
Qərb ölkələrinin “vestemizasiyasına” gətirib çıxardı.
2.  Sivilizasiyalararası  təsir  balansı  yerdəyişməyə  uğ­
rayır.  Qərbin  nisbi  nüfuzu  azalır,  Asiya sivilizasiyalarının 
iqtisadi, hərbi və siyasi qüdrəti yüksəlir:  İslam demoqrafik 
“partlayışı”  müsəlman  ölkələri  və  onların  qonşuları  üçün 
gözlənilməz  nəticələrə  gətirib  çıxaracaq,  qeyri-qərb 
sivilizasiyaları  öz  mədəniyyətlərinin  dəyər  və  əhəmiy­
yətini  mühafizə edirlər.
3.  Sivilizasiya  faktorlarına  dayaqlanan  yeni  dünya 
nizamı  formalaşmaqdadır:  mədəniyyətləri  bənzər  olanlar 
bir-biri ilə əməkdaşlıq edir; bir cəmiyyətin sivilizasiyasını 
“başqalaşdırmaq”  cəhdləri  əbəs  görünür;  ölkələr  öz  sivi­
lizasiyalarının  “aparıcı  -  özək”  dövlətləri  ətrafında  birlə­
şirlər.
4.  Qərbin  universal  nümunə  olmaq  iddiası  həmişə 
başqa sivilizasiyalarla münaqişəyə gətirib çıxanr,  ən ciddi 
şəkildə  bu,  islam  və  Çinlə  münasibətdə  özünü  göstərir; 
lokal 
səviyyələrdə, 
əsasən, 
müsəlman  və  qeyri- 
müsəlmanlar  arasında  baş  verən  qarşıdurmalar  “doğma” 
ölkələrin birləşməsinə səbəb olur.
5.  Qərbin  gələcəyi  bir  şeydən  asılı  olacaqdır: 
amerikalılar  öz  Qərb  identikliyini  təsdiq  edəcəklənni, 
qərblilər  öz  mədəniyyətlərini  universal  etalon  deyil, 
unikal  Qərb  mədəniyyəti  kimi  qavraya  biləcəklərini,  bu 
yolla  da  öz  sivilizasiyalarını  qeyri-qərb  mədəniyyətlərin 
təhlükəsindən  xilas  edə  biləcəklərmi?  Sivilizasiyaların 
qlobal  müharibəsinin  qarşısını  yalnız  o  halda  almaq  olar 
ki,  dünyanın  liderləri  qlobal  siyasətin  çoxçalarlı  mədəni 
müxtəlifliyini  nəzərə  alaraq,  onun  dəstəklənməsi  üçün 
əməkdaşlıq etsinlər.1
Tədqiqatçıların  rəyinə  görə,  S.Xantinqtoney  mövqeyi 
Qərbin  mövcud  vəziyyəti  əldə  saxlamağa  yönəlmiş
1 Bax:  С.Хантингтон. Столкновение цивилизации.  M, 2003.  c.15.
Fəsil II.  Q loballaşm a və m əd ən iy y ətlərin   dialoqu
139
“uzunmüddətli strateji müdafiə” konsepsiyasıdır.
Bizim fıkrimizcə, S.Xantinqtonun əsas məhdud cəhəti 
onun,  sivilizasiyaların  qarşılıqlı  təsirini  yalnız  bir  yol  və 
istiqamətdə  görməsi  və  ya  qarşıdurma  -   münaqişə 
yolunun mütləqləşdirməsindədir.
S.Xantinqton  mədəni  müxtəlifliyi  “əkslik” kimi təhlil 
və  qəbul  edir.  Onun  fikrincə,  insanlar  “kim”  olduqlarını 
bilməyincə,  öz  şəxsi  maraqlarını  həyata  keçirən  siyasəti 
də  müəyyənləşdirə  bilmirlər.  “Biz  yalnız  o  halda 
“kimliyimizi” 
başa  düşürük 
ki, 
“kimin 
əleyhinə
olduğumuzu  başa  düşək”.  Hər  bir  insan  “Mən  kiməm” 
sualını verir və sonda bu mövqeni seçir.
Dünyanın  siyasi  xəritəsində  Qərbin  nüfuz  və 
hökmranlığı  altında  olan  ərazilərin  1920-ci  ildən  1990-cı 
ilə  qədər  necə  azaldığını  əyani  sübut  kimi  təsvir  edərək, 
S.Xantinqton  Qərbin  fövqəlmədəniyyət  daşıyıcısı  kimi 
mövqeyinin tənəzzülə uğramasına misallar çəkir.
O  həmçinin  yazır  ki,  “soyuq  müharibə”dən  sonra 
mədəniyyət  amili  həm  birləşdirici,  həm  də  ayırıcı  qüvvə 
kimi  çıxış  edir.  “İdeologiyanın  ayırdığı  insanları,  mədə­
niyyət  birləşdirir.  Məsələn:  İki  Almaniyanın  etdiyi  kimi. 
Bu  işi  iki  Koreya və  “bir neçə” Çin də,  çox güman ki,  da­
vam  etdirəcəklər.  Sovet  İttifaqında  olduğu  kimi,  ideolo­
giyanın  gücünə  birləşdirilən  ölkələr,  tarixi  səbəblərdən 
mədəniyyət  amilinə  görə  parçalanırlar.  Mədəniyyətləri 
yaxın  olan ölkələr iqtisadi  və siyasi  sahələrdə  əməkdaşlıq 
edirlər.  “Mədəni  birlik” amilinə  əsaslanan beynəlxalq qu­
rumlar,  məsələn, Avropa İttifaqı və s.  başqa məqsədli qu­
rumlara nisbətən daha uğurlu və müvəffəqdir.  Bir neçə on 
illər Avropanı  ayıran əsas  xətt “dəmir pərdə”  idi; hazırda 
bu  ayırma  xətti  xristianlar  və  müsəlmanlar  arasından 
keçir”.1
Dünyanı  iki  cəbhəyə,  “biz”  və  “onlara”  bölən 
S.Xantinqton  qeyd  edir  ki,  insanlar  mahiyyətlərinə  görə 
həmişə  “biz”-“onlar”,  “mədəni-sivil-barbar”  bölgülərini
1 Bax:  С.Хантингтон. Столкновение цивилизации. M, 2003.  c.25.


140
QLOBALLAŞM A  VƏ  M Ə DƏ N İ  M Ü X T Ə LİFLİK
süzgəcdən  keçirir,  seçimlər  edir.  Müsəlmanlar  da, 
müəllifə  görə,  dünyanı  “dar-ül-islam”  (sülh)  və  “dar-ül- 
hərb” (müharibə) hissələrə bölürlər.
Göründüyü  kimi,  müəllif  mədəni  fərq  və  müxtə­
liflikləri yalnız insanları ayıran səbəblər kimi təhlil edir.
Dünyanın  mədəniyyət  çələngini  “Qərb  və  yerdə 
qalan ölkələr” dixotomiyasına bölməklə çox kasadlaşdınr. 
iHər  bir  mədəniyyətdə  olan  milli  və  ümumbəşəri  müs- 
"tbviləri  fərqləndirmir.  Buna  görə  də  o,  F.Fukuyamaya  is­
nad  edərək, onun ümumbəşəri “mədəni harmoniyam” yal­
nız  Qərb  mədəniyyətinin  “universallaşdırılması”  kimi  ba­
şa  düşməsini  misal  çəkir.  Lakin  həmin  F.Fukuyama  özü 
də  belə  dünyanın,  “Tarixin sonu”nun  çox  darıxdırıcı, yek­
cins və usandırıcı mənzərə olacağını  xüsusi vurğulamışdı.
Mədəni  müxtəlifliyin  yalnız  “ayırıcı”  faktor olmasTnT 
müəllif  əsaslandırmaq  üçün,  öz  dəlil  və  müddəalarını 
təklif edir.  Bunlann  bəzilərini  misal  çəkirik:  keçmiş  Yu­
qoslaviyada  müsəlmanlarla  serblər  arasındakı  münaqişə­
nin  davamı  və  güclənməsi,  Qərbin  Bosniyalı  müsəlman­
lara  öz  dəstəyini  bildirməsi  və  xorvat  və  serblərin 
vəhşiliyini  etiraf etməsində  gücsüz  mövqeyi,  Azərbaycan 
və  Ermənistan arasında müharibənin güclənməsi, Türkiyə 
və  İranın  Ermənistana  işğal  olunmuş  ərazilərdən  əl 
çəkməsi  tələbi,  Rusiyada  çeçen  münaqişəsi;  Avstriyanın 
Vyana  şəhərində  insan  hüquqları  üzrə  beynəlxalq 
konfransda  “mədəni  relyativizm  və  müxtəlifliyi”  inkar 
edən  ABŞ  dövlət  katibi  U.Kristofer  (Qərb)  və  “qərb 
universalizmini”  qəbul  etməyən  müsəlman  dövlətləri 
arasındakı  (Şərq)  qarşıdurma;  2000-ci  il  Olimpiadasına 
namizəd  şəhərlərdə  “Qərb  həmrəyliyi” nümayiş  etdirərək 
Pekinə deyil,  Sidneyə səs  verilməsi,  ABŞ-m İran və  İraqa 
qarşı  hazırladığı  strateji  siyasət;  İran  prezidentinin  Çin  və 
Hindistana  müraciət  edərək,  “beynəlxalq  hadisələrdə  son 
sözü  biz  söyləyək”  deməsi;  Almaniyanın  miqrantların 
gəlişinə  məhdudiyyət  qoyan  yeni  qanunları,  ABŞ-ın 
Bağdadı  bombalamasım  Qərbin  yekdil,  Şərqin  müsəlman
Fəsil II.  Q loballaşm a və m əd ən iy y ətlərin  dialoqu
141
ölkələrinin “ikili standartlar” kimi qiymətləndirməsi və s.1
S.Xantinqtonun  fikrincə,  dünyada  XX  əsrin  sonlarına 
doğru  istənilən  “bir  ilin”  hadisələrini  təhlil  etməklə 
mədəniyyətin  oynadığı  rolu  görmək  çox  asandır.  O, 
Şərqdə  doğulan yeni cəmiyyətlərin,  qərbdəkilərin  sadəcə 
surəti  (“kopyası”)  olacağına  dair  illüziyaların  doğrul­
madığına da vurğulayır.
“Mədəniyyətdə  milli  və  bəşərinin  bütövlüyünün  ən 
yüksək,  bariz  nümunəsi  olan  sivilizasiya”  səviyyəsi 
(S.Xantinqton),  mədəni  identikliyin ən geniş müstəvisidir. 
Yaxud, “sivilizasiya -  ən böyük “Biz”dir, bunun daxilində 
hamı  özünü  öz  evində  hiss  edir  və  başqalarından 
fərqləndirir” kimi fikirlərini bildirir.
Mədəniyyətlərin  ən uzunömürlü, yaşarı  olmasına dair 
müddəa  elmdə  qəbul  edilmişdir.  İmperiyalar  çiçəklənir, 
dağılır,  hakimiyyətlər  gəlir  və  gedir,  mədəniyyətlər  isə 
həmişə  qalır;  siyasi,  iqtisadi,  sosial  hətta  ideoloji 
sarsıntılara da qalib  gəlir.  XX əsrdə dünyada mövcud olan 
bütün əsas  sivilizasiyalar ən azı  min  il  əvvəl  yaranmış, ya 
da  bundan  daha  çox  əvvəllər  mövcud  olmuş  oxşar 
mədəniyyətlərin varisləridir”.2
XX  əsrdə  “bir  hakim  mədəniyyətin  qalanlara  təsiri 
mərhələsindən,  bütün  mədəniyyətlər  arasında  çox  vari- 
antlı  təsir  və  münasibətlər  mərhələsinə  keçid  almışdır. 
S.Xantinqtonun  bir  fikri  maraqlıdır.  O  yazır  ki,  XX  əsrin 
əsas  siyasi  ideologiyalarını  (liberalizm,  sosializm,  anar- 
xizm,  korporativizm, marksizm,  kommunizm, nasionalizm 
və  s.)  bir  şey  birləşdirir:  onlar  hamısı  qərbdə  təşəkkül 
tapmışlar.  Heç  bir  başqa  sivilizasiya  siyasi  ideologiya 
doğurmamışdır.  Qərb  də  öz  növbəsində  heç  zaman  əsas 
dinlərin  heç  birini  yaratmamışdır.  Bütün  böyük  dini 
təlimlər çox-çox  əvvəl,  qeyri-qərb  sivilizasiyalarda ortaya 
gəlmişdir. 
Qərbin 
hökmranlığı 
zəiflədikcə, 
siyasi 
ideologiyalar  da  süquta  uğrayır,  onların  yerinə  dini  və
1 Бах: С.Хантингтон.  Столкновение  цивилизации.  M, 2003. с.43.
2 Ф.Бродель.  История цивилизации.  1980, с.35.


Yüklə 396,29 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə