RəBİYYƏt aslanova qloballaşma və



Yüklə 396,29 Kb.
Pdf görüntüsü
səhifə38/64
tarix30.09.2017
ölçüsü396,29 Kb.
#2482
1   ...   34   35   36   37   38   39   40   41   ...   64

150
Q LO B A LLA ŞM A  V Ə  M Ə D Ə N İ M Ü X T Ə L İF L İK
Bu qısa məlumatda, müasir mədəniyyətlərin nə qədər 
çoxçalarlı,  inkişafın  müxtəlif  səviyyələrində  yerləşmiş 
olmaları,  öz  həyat  dövrlərinin  müxtəlif  fazalarını 
yaşamaları  aydın nəzərə  çarpır.  Bunlara yalnız qarşıdurma 
yolunun  tətbiq  edilməsi  nə  ilə  nəticələnə  bilər?  -  sualı 
çoxlarını  düşündürdüyü  üçün  dialoq  yolu  həm  də  gələcə­
yin yoludur.
5.  Mədəniyyətlərin  dialoqu rəvan,  hamar və  asan  yol 
kimi  təsəvvür  edilə  bilməsə  də,  bu  yolu  heç  cürə  istisna 
da  edə  bilməz.  Hazırda  dünya  ictimaiyyətinin  yalnız  bu 
yolu məqbul  hesab etməsi, yeni  anlaşma və inteqrasiyanın 
elmi-nəzəri  əsaslarının  formalaşması  prosesi  gedir.  Bizim 
bu  mövzunu  seçməyimizin  bir  səbəbi  də  elə  budur.  XXI 
əsrdə  sivilizasiyaların  dialoqu  və  qarşılıqlı  ünsiyyəti 
yollarının  müəyyənləşdirilməsi,  elmi-nəzəri  qanunauy­
ğunluq,  meyl  və  alternativlərinin  aydınlaşdırılması 
sahəsində hələ  indidən xeyli işlər görülür.
Hələ yuxarıda adları çəkilən A.Toynbi və P.Sorokinin 
1961-ci  ildə  birgə  təsis  etdikləri  “Sivilizasiyaların  mü­
qayisəli  öyrənilməsi  üzrə  Beynəlxalq  Cəmiyyət”  hazırda 
öz  fəaliyyətini  genişləndirir.  Bu  barədə  mövzunun 
yekununda geniş bəhs ediləcəkdir.
6.  Qlobal  problemlərin  həll  etmək  və  qlobal  inkişafı 
təmin 
etmək  səlahiyyətini 
öz  üzərinə 
götürəcək 
fövqəldövlətin  hökmranlıq  etdiyi  birqütblü  dünyanın 
mövcudluğuna,  uzunömürlülüyünə  bəslənən  ümidlərin 
gələcəyi 
yoxdur. 
Müasir 
sivilizasiyalar 
arasındakı 
müxtəliflikləri  heçə  endinnəyə  yönəlmiş  qloballaşmanın 
bu  gün  reallaşan  modeli  təhlükəli  meyldir  və  qeyri-qərb 
sivilizasiyaların  haqlı  müqavimətinə  rast  gələrək,  sivili­
zasiyaların proqnozlaşdırılan toqquşmasını  reallığa çevirir. 
Dünyanın  vahid  gələcəyi  dünya  sivilizasiyasının  ümumi 
maraqlarının  mövcudluğu.və  lokal  sivilizasiyanın  müxtə­
lifliyindən 
qaynaqlanan  yaşarılığı 
faktlarının  etiraf 
edilməsindən  asılıdır.  Üstəlik  də,  qeyd  etdiyimiz  kimi,
Fəsil II. Q loballaşm a və  m ədəniyyətlərin dialoqu
151
mədəni  müxtəlifliyin  qorunmasına  yönəlmiş,  lokal 
sivilizasiyaların  yeni  “ailəsinin”  formalaşması  prosesi, 
onların  arasındakı  münasibətlərin  -   Qərbin  (Şimali 
Amerika)  iqtisadi  və  hərbi  üstünlüyünə  əsaslanan  şaquli 
xətt  üzərində  deyil,  bütün  mədəniyyətlərin  qarşılıqlı 
inteqrasiyasına əsaslanan bərabər əməkdaşlığın üfıqi xətti 
üzərində  qurulmasını  tələb  edir.  Bu  mədəniyyətlərin  hər 
birinin  mahiyyəti  və  xüsusiyyəti,  onların  identikliyini 
təmin 
edən 
sosial-mədəni 
nüvənin 
özəlliyi 
və 
bütövlüyündə təzahür edir.
7. 
“Nə üçün  dialoq?”  -  sualına cavablar arayarkən,  11 
sentyabr  (2001-ci  il)  hadisələrinin  dünyada  doğurduğu 
əks-sədaya  toxunmamaq  olmur.  Qloballaşma  prosesinin 
tədqiqatçıları  içərisində,  qərbin,  xüsusilə  də  ABŞ-ın, 
qloballaşma  prosesindən  yararlanmaq  üçün  “terrorizm” 
fenomenindən  belə  istifadə  etmək  arzusunda  olduğu 
tənqid  edilir.  ABŞ  prezidenti  C.Buşun  2001-ci  il  20 
sentyabrda  konqresdəki  çıxışı  zamanı  dediyi  bu  sözlər 
xüsusilə  vurğulanır:  “İndi  hər  bir  bölgədə  hər  bir  millət 
qərar  qəbul  etməlidir.  Ya  siz  bizimləsiniz,  ya  da  terrö- 
ristlərləsiniz.  Bu  gündən etibarən,  terrorizmi  dəstəkləyən 
və  ya  onu  ört-basdır  edən  istənilən  dövlət  Birləşmiş 
Ştatlar tərəfindən düşmən rejim qismində tanınacaqdır”.
Tədqiqatçıların  qənaətinə  görə,  terrorizmin  nə  olub- 
olmadığını  müəyyənləşdirmək  hüququnu  Buş  adminis­
trasiyası  “mənimsəmişdir.”  Amerikalı  filosof,  Beynəlxalq 
Fəlsəfə  Cəmiyyətləri  Federasiyasının  Direktorlar  Şura­
sının  üzvü  U.Makbrayd  belə  hesab  edir  ki,  ABŞ  ya 
bizimlə, ya bizə qarşı  seçimini  irəli  sürərək, faktiki olaraq 
qalan  ölkələrə  heç  bir  seçim  imkanı  qoymur.  Yəni 
alternativ  münasibət  və  mövqeyə  yer qoymur.  Seçimlərin 
olmadığı  vəziyyətdə  “yerdə  qalanlar terrorla  diqqəti  cəlb 
etməkdən başqa” çıxış yolu tapmırlar.'
Müəllif belə bir maraqlı təklif irəli sürür ki, əgər hamı 1
1 Вопросы философии. 2003, №1. c.81-82.


152
Q LO BA LLA ŞM A   VƏ M Ə D Ə N İ M Ü X T Ə L İF L İK
Amerika  kimidirsə  və  Amerika  ilə  biıgədirsə,  onda  biz 
ölkələr,  mədəniyyətləraıası  dialoqdan  deyil,  mədə- 
niyyətdaxili  dialoqdan danışmalıyıq.  Bir halda ki, dünyada 
bir  hegemon  mədəniyyət  mövcuddur  və  onunla  dialoqa 
heç  bir  ümid  qalmamışdırsa,  onda  terror  yeganə  müqa­
vimət  forması,  “dialoq”  formasıdır.  Yaxud  da  hegemon 
mədəniyyətin  şərtlərinin  qəbul  edilməməsi  kimi  başa 
düşülən “dialoqdur”.
Göründüyü  kimi,  dialoq  və  inteqrasiyanın  vacibliyi 
dərk  edilməkdədir.  İctimai  şüurun  dialoq  kontekstinə 
köklənməsi  üçün, dialoqun elmi-fəlsəfi  əsasları müəyyən­
ləşdirilməli,  onun  reallaşdırılması  mexanizmləri  təqdim 
edilməlidir.
II.3.  Dialoqun mədəni-fəlsəfi statusu
Dialoqda  hökmən  iştirakçı  tərəflərin  bərabər  hüquq 
və  imkanlara malik olması  müqəddəm şərt hesab edilir.
Dialoq yalnız o  halda mümkündür ki,  onu  reallaşdıran 
tərəflərin  hər biri  başqasına  hörmət  edir  və  ona  özü  kimi 
yanaşır.  Yaxud  da  biz  deyə  bilərik  ki,  dialoq  yalnız  mü­
əyyən  zamanda,  müəyyən  fəlsəfi,  psixoloji,  mədəni,  etik 
və s. şərtlərin mövcudluğu sayəsində mümkün ola bilir.
Deməli,  istənilən  dünyagörüş  və  inam,  ya  da  dini, 
fəlsəfi  sistemlərə  əsaslanan  insan  bir anda dialoqa  girmək 
barədə  qərar  qəbul  edə  bilməz.  Buna  görə  də  həqiqi 
dialoqun  problem  kimi  qoyulması  üçün  biz  bu  barədə 
müəyyən  elmi-nəzəri,  fəlsəfi-nəzəri  müqəddəm  prinsip 
və 
şərtləri 
müəyyənləşdirməliyik. 
Dialoq 
hərənin 
“könlündəki”  deyil,  bu  anlayışın  məna  və  məzmununa, 
mahiyyətinə cavab verən prosesi nəzərdə tutur.
Biz  bilirik  ki,  dünyanın  müxtəlif yerlərində,  müxtəlif 
zamanlarda  insanlar  heç  də  həmişə  dialoq  təklifinə,  çağı­
rışma həmin  an cavab  yerməyə  hazır olmamışlar.  Dialoqa 
çağırış  həmişə  peyğəmbərlərin,  mütəfəkkirlərin  və  başqa 
dühaların  fəaliyyətində  öz  əksini  tapmışdır.  Lakin  o  da
Fəsil II.  Q loballaşm a və  m ədəniyyətlərin  dialoqu
153
məlumdur ki, yeni  inam, yaxud da yeni  ideallar və ya yeni 
əməllər  naminə  dialoqa  çağırış  çox  vaxt  eşidilməmiş, 
biganəliklə  qarşılanmışdır.  Lakin  bərabərhüquqlu  dialoq 
təklifinin 
gerçəkliyini 
görəndə 
insanlar  həm 
də 
düşünmüşlər.
Dialoqa  dair  dünyanın  mütəfəkkirləri  çox  fikir  yürüt­
müşlər.  Onların dərin təhlilini  sadalamaq  fikrində  deyilik. 
Lakin  “dialoq”  termininin  fəlsəfi-mədəni  statusunu  qısa 
müəyyənləşdirməyə cəhd edəcəyik.
Dialoq  -   paradoksal  bir  anlayışdır.  Bir  tərəfdən  o 
dünya  mədəniyyəti  və  sivilizasiyası  qədər qədimdir.  Di­
gər tərəfdən sanki yeni bir hadisədir.
Dialoq (yun:  dialogos) -  iki və ya  üç nəfər arasında 
söhbət  danışıq,  nitq  və  ünsiyyətin  əsas  təşkil  for­
masıdır.
Dialoq  həm  danışmağı,  həm  də  dinləməyi  nəzərdə 
tutur;  daha  doğrusu  danışa  bilmək  və  -qulaq  asmaq 
məharətini  tələb edir.
Fəlsəfi  mənada  dialoq  -   ən  zəruri  mənəvi  və  sosial 
dəyər,  şəxsi  tələbat,  idrak fəaliyyəti,  ünsiyyət münasibəti 
və s.  kimi qatlarda təzahür edən mədəniyyət hadisəsidir.
Dialoqun  fəlsəfi  statusu,  fəlsəfə  tarixində  müəyyən 
edilmişdir.  Dialoq  insan  varlığının  elə  meyarlarındandır 
ki,  özündə  çox  dərin  evristik  potensial  daşıyır,  onun 
“həqiqəti”  bu  günə  qədər  çözülməmiş,  hər  dövrə  uyğun 
yeni çalarlan üzə çıxmaqdadır.
Biz  bilirik  ki,  filosoflar  fəlsəfi  janr  qismində  məhz 
dialoqa üstünlük vermişlər.  Aristotelin fikrincə, ilk dialoq 
fəlsəfi  janr  kimi  Aleksamen  Striyalı  tərəfindən  istifadə 
edilmişdir.  Dialoq  əsaslandırmanın  təbii  formasını  əks 
etdirir  və  eristika  -   mübahisə  etmək  sənəti  ilə  paralel 
gedirdi.  Eristik  dialoqu  təcrübədə  ilk  dəfə  sofistlər tətbiq 
edirdilər.  Dialoq  öz  həqiqi  fəlsəfi  əhəmiyyətinə  Sokrat 
sayəsində malik olmuşdur.
Maraqlıdır ki,  Sokrat şəxsiyyəti məhz dialoq tarixində 
yadda  qalan  ilk  həqiqi-tarixi  fiqur  kimi  yadda  qalmışdır.


Yüklə 396,29 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə