RəBİYYƏt aslanova qloballaşma və


Qloballaşma və mədəniyyətlərin dialoqu



Yüklə 396,29 Kb.
Pdf görüntüsü
səhifə34/64
tarix30.09.2017
ölçüsü396,29 Kb.
#2482
1   ...   30   31   32   33   34   35   36   37   ...   64

FƏSİL  II.
Qloballaşma və mədəniyyətlərin dialoqu
II.  1.  Mədəniyyətlərin  qarşılıqlı təsirinin  qlobal modelləri.
Müasir dünyada dialoq problemi
"Qloballaşan 
dünyamızda 
hamımız 
bir- 
birimizə 
yaxın 
olmuşuq. 
Xatqlararası, 
mədəniyyəllərarası,  dinlərarası  dialoqun  bu  gün 
dərin  məna  kəsb  etməsi məhz  bununla  bağlıdır.  Bu 
dialoqu inkişaf etdirərək,  ona dəstək verərək,  məhz 
bütün  insanların  gələcəyi  naminə  biz  hamımız 
mədəniyyətlərin  və  dinlərin  qarşılıqlı  dialoqunda 
ümumi dil tapmalıyıq ".
H eydər Əliyev.
Bütün  səviyyələrdə  məkanı  və  zamanı  sıxlaşdıran 
qloballaşma,  Müxtəlif  mədəniyyətləri  də  bir-birinin 
“ağuşuna itələyir”, üz-üzə, “nəfəs-nəfəsə” qoyur.
Dünya  mədəniyyətinin  ortaq  nailiyyətlərinə  yiyə­
lənmə  bir tərəfdən,  mədəni  müxtəliflik amilinə  yüksələn 
diqqətlə  müşayiət  olunan  mədəni-intibah,  qlobal  “ünsiy­
yət”  texnologiyaları,  inteqrasiya proseslərinin  intensivləş­
məsi  və  s.-də  digər  tərəfdən  dialoq  problemini  təkcə 
nəzəri-elmi  deyil,  həm  də  praktiki  həlli  mexanizmlərinin 
çözülməsini gündəmə gətirmişdir.
Bu  istiqamətdə  ən  müxtəlif mövqe  və  yanaşmaların, 
ünsiyyət  və  qarşılıqlı  təsir  strategiyalarının  irəli  sürül­
məsinə  baxmayaraq,  bu  gün  dialoq  probleminin  ümumi 
konsepsiyası  və  uzunmüddətli  strategiyası,  aydın  və 
ziddiyyətsiz  həlli  mexanizmi  hələlik  formalaşmamışdır. 
Çünki  söhbət  sadəcə  beynəlxalq  və  ya  dövlətlərarası
p əsil П.  Q loballaşm a va m əd ən iy y ətlərin   dialoqu
135
yaxınlaşma meyllərinin  geniş  vüsət almasından da getmir. 
Bir şey aydın dərk olunmalıdır:
Planetimizdə  XXI  əsrdə  bəşəriyyətin  taleyini  həll 
edəcək yenLqloJbaLfenomen. təşəkkül tapır.
Dünya  sivilizasiyası  müxtəlif  qitələr,  materiklər, 
ölkələr  çərçivəsində  yalnız  ticarət-iqtisadiyyat  sahəsində 
deyil,  həmçinin  elmi-mədəni,  ictimai-siyasi  sahələrdə  də 
əlaqələr  həmişə  mövcud  olmuşdur.  Hazırda  artıq  milli 
iqtisadiyyat  və  dövlət  təsisatlarının  daha  yüksək 
səviyyədə  sivil  qurumlar  formalaşdırmasından  deyil 
(Məsələn,  Avropada  milli  iqtisadiyyat  və  müstəqil 
dövlətlərdən  fərqli  müştərək  Ümumavropa  Birliyi  və  s. 
kimi  təsisatlar və  s.)  dünya  sivilizasiyasının  vahid  bir tam 
kimi  mövcudluğunun  təməlini  təşkil  edən  müxtəlif 
mədəniyyətlərin  dayanıqlı  təkamülünün  davam  etdiril­
məsi  probleminin  kəskin  aktuallaşmasından  söhbət  gedir. 
Çünki,  biz  bilirik:  bəşər  mədəniyyəti  və  sivilizasiyasının 
yaşarılığmı,  lokal  sivilizasiyaların  çoxçalarlığı  təmin  edir. 
Bu  baxımdan  mədəni  müxtəliflik  və  lokal  siviliza­
siyaların,  qlobal  unifıkasiya  və  “qəlibəsalma”"  axınına 
qərq olmaq təhlükəsi taleyüklü məsələyə çevrilmişdir.
XX  əsrin  sonlarından  etibarən  qloballaşmaqda  olan 
dünyada  istər lokal,  istərsə  də  qlobal  mədəniyyətin  taleyi 
probleminin  araşdıran  tədqiqatları  ümumiləşdirməsi, 
burada üç istiqamət yaxud ssenarinin mövcudluğunu ayırd 
etməyə  imkan  verir.  Bunlar:  1)  qarşıdurma,  2)  dialoq  və 
3)  lokal  mədəniyyətlərin  qlobal  hakim  mədəniyyətə 
əriyib qarışması kimi səciyyələndirilən istiqamətləridir.
Mədəniyyətlər 
və 
dialoq 
problemini 
xüsusi 
vurğuladığımız  və  qlobal  dünyanın  gələcəyini  yalnız 
dialoq  yolunda  gördüyümüz üçün ondan  fərqli  və  ya  onun 
əksi olan digər mövqelərə toxunmaq zəruridir.
Mədəniyyətlərin  qarşıdurması  və  ya  toqquşması 
istiqamətiıji,  XX  əsrin  sonlarından  ən  çox  əks-səda 
doğurmuş  konsepsiya-ssenarilərdən  idi.  Bu  istiqamətin 
təməlində  F.Fukuy amanın  “Tarixin  sonu”  əsərinin


136
Q LO BA LLA ŞM A  VƏ M Ə D Ə N İ M Ü X T Ə L İFL İK
durmasını  söyləyən  tədqiqatçılar  da  çoxdur.  Məlum 
olduğu  kimi,  Frensis  Fukuyama  özünün  “Tarixin  sonu” 
əsərində  bəşəriyyətin  siyasi  tarixinin  sona çatması,  bütün 
xalqların 
gec-tez 
Qərbin 
siyasi 
(liberalizm 
və 
demokratiya)  inkişaf modelini  qəbul  edəcəyi,  belə  demək 
mümkünsə,  “qərbləşəcəyi”  proqnozunu  irəli  sürdü.  İn­
kişafın  başqa  yolunun  olmaması  və  bütün  dünya  üçün 
yalnız  bu  yolun  məqbul  sayılması,  bütün  dünyada  eyni 
anlam  və  yaşam  tərzinin  bərqərar  olacağı  və  s.  kimi 
fikirlər  “Tarixin  sonu”  əsərinin  əsas  xəttini  təşkil  edirdi. 
Bu  əsərdən  əldə  edilən əsas  nəticə  “Qərb  və  yerdə  qalan 
dünya”  dixotomiyasında  Qərbin  təcrübəsinin  universal- 
laşdırılması cəhdi  idi
.- \
Mədəniyyətlərin1  roqquşması 
istiqamətini 
qlobal 
inkişafın  əsas  strateji  xətti  elan  edən  ABŞ  alimi
S.Xantinqtonun  eyni  adlı  əsəri  daha  da  genişləndirdi. 
S.Xantinqton  sivilizasiyaların  mümkün  qarşıdurma  və 
toqquşması  ehtimalını  çox  kəskin  şəkildə  ifadə  etmişdir: 
“Soyuq  müharibə  amilinin  səbəb  olduğu  bəşəriyyətin 
fərqləndirilmə  səbəbləri  artıq  mövcud  deyil.  Lakin 
xalqların  etnik,  din  və  sivilizasiya  əlamətlərinə  görə 
bölünməsi,  fərqləndirilməsi  hələlik  qalır  və  çox  böyük 
münaqişələr  yaradır.  XX  əsrdə  sivilizasiyalararası  müna­
sibətlərdə  qarşılıqlı  təsirin  sürəti  çoxalmışdır.  “Qərbin 
işğalı”  erası  sona  çatmışdır  və  “Qərb  əleyhinə  qiyam” 
başlanmışdır.
Mədəniyyətlərin  və  dinlərin  sivilizasiyalararası  toq­
quşması  Qərb  tərəfindən  törədilmiş  sivilizasiyalardaxili 
siyasi  ideyalar toqquşmasını sıxışdırıb aradan çıxarır.1
“Sivilizasiyaların  toqquşması”  ssenarisinin  və  qeyd 
edilən  eyni  adlı  əsərin  konsepsiyası  kimi  ortaya 
qoyulmasının real əsasları  olmamış  deyildi. Gələcəyindən 
narahatlıq  duymaq  və  bundan  irəli  gələn  fəaliyyəti 
görmək  sahəsində  üzə  çıxan  problemlər,  dünyada 
ölkələrin  “kasıb”  və  “varlı”  cəhətlərə  bölünməsi,
1 Bax:  С.Хантингтон.  Столкновение цивилизации.  M, 2003.  610с.
Fəsil II.  Q loballaşm a  və m əd ən iy y ətlərin   dialoqu
137
fövqəldövlətlərin  diktəsi,  qərbləşmə  kimi  başa  düşülən 
modemizasiyanm  gedişində,  XX  əsrin  sonunda  qarşı­
durmanın  ən  müxtəlif  və  ifrat  formaları  bütün  dünyada 
əksini  tapmışdır.  Hökmranlıq  altına düşmək,  identiklik və 
mədəniyyətini  itirmək  qorxusu  və  s.  yaranmış  “qaynar 
nöqtələrin”  əsas  səbəblərindən  idi.  Münaqişələr,  əvvəlcə 
lokal  müharibələr  səviyyəsində  ayrı-ayrı  ölkələr  daxi­
lində  gedirdi.  Hindistanda  müsəlmanlarla  hindlilər 
arasında,  yaxud  İzrail  və  Fələstində  gedən  qarşıdurmanın 
acı  təcrübəsi  göstərir  ki,  sivilizasiyaların  toqquşması 
perspektivi  realdır,  ona  biganəlik  göstərmək  olmaz.  Həm 
də  burada  Qərbin  “hər  şeyə  qadir  olması”,  öz  rəqiblərini 
və ya münaqişədə olan tərəfləri barışdırmağa qabil olması 
“mifı’ nə arxayın olmaq da əsassızdır.
11  sentyabr  (2001-ci  il)  tarixində  baş  vermiş  faciəvi 
hadisələr,  Qərb  və  Şərq  sivilizasiyaları  arasında  dərin 
ziddiyyətlərin  olduğunu tam  qabarıqlığı  ilə üzə  çıxardı  və 
artıq 
qarşıdurma  dövlətlərarası 
müstəviyə 
çıxaraq 
beynəlxalq məkan müstəvisinə çıxdı.
Burada  ən  çox  narahatlıq  doğuran  qfobal  səviyyədə 
baş  verəcək  qarşıdurmaların  nəticələri  problemidir. 
Müasir  lokal  sivilizasiyaların  da  çoxu  nüvə  və  başqa 
kütləvi 
qırğın  silahlarına  malikdir. 
Belə  şəraitdə 
ümumiyyətlə  sivilizasiyaların  gələcəyi  problemi  öz- 
özlüyündə  ortadan  qalxır,  çünki  gələcəyin  subyekti  və 
obyekti  özü sual  altında  qalmış  olur.  Digər tərəfdən  hətta 
kiçikmiqyaslı 
qarşıdurma 
yenə 
də 
sivilizasiyanın 
inkişafını yüz illərlə gerilədə, ləngidə bilir.
S.Xantinqton  dünyanın  xəritəsində  8  lokal  siviliza­
siyanı  ayırd  edir:  qərb,  pravoslav,  islam,  çin, hind,  yapon, 
afrika  və  latın  amerikası.  Bununla  yanaşı,  sivilizasiyalar- 
arası  toqquşmanın,  əsasən,  qərb  və  müsəlman  aləmi 
arasındakı  məkanda  baş  verəcəyi  qənaətinə  gəlir.  Öz 
əsərinin 5  əsas ideya üzərində qurulduğunu vurğulayır.
1. 
Tarixdə  ilk  dəfə  qlobal  siyasət  çox  qütblüdür, 
çoxçalarlıdır;  Modernləşmə  prosesi  “qərbləşmə”  istiqa­


Yüklə 396,29 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə