RəBİYYƏt aslanova qloballaşma və



Yüklə 396,29 Kb.
Pdf görüntüsü
səhifə42/64
tarix30.09.2017
ölçüsü396,29 Kb.
#2482
1   ...   38   39   40   41   42   43   44   45   ...   64

166
Q LO BA LLA ŞM A  VƏ M Ə D Ə N İ  M Ü X T Ə L İFL İK
inkar  edilməsi,  insan  hüquqlarına  dair  beynəlxalq  hüquqi 
aktlarda  təsbit  olunmuş  normaların  təsdiqi  və  dəstək­
lənməsini təmin etmək.1
Buradan  göründüyü  kimi,  tolerantlıq  və  “multikul- 
turalizm  —
  mədəni  müxtəliflik  anlayışları  çox  yaxın 
mənalı, sıx bağlı təsir bağışlasa da eyniyyət təşkil etmir.
Tolerantlıq  anlayışının  ictimai-fəlsəfi  fikir  tarixində 
təhlilinin  ən  ümumi  istiqamətlərini  qısa  xatırlamaq  yerinə 
düşərdi.
Fəlsəfi  baxımdan  tolerantlıq  dedikdə  -   həmçinin 
müxtəliflik  və  fərqlərin  qəbul  edilməsi,  onlara hörmət və 
rəğbət  nəzərdə  tutulur.  Tolerantlıq  həm  də  başqalarının 
hüquqlarım  tanımaq  əsasında,  fərqli  düşünmək  tərzinə 
malik 
olduğunu 
anlamaq 
əsasında 
münaqişə 
və 
ziddiyyətlərin  həlli  imkanlarının axtarılmasım təmin  edən 
əxlaqi  imperativ,  maksimadır.  Çox  hallarda  tolerantlıq 
deyəndə  özgəsinin  qüsurlarını  güzəştə  getmək,  nəyə  isə 
dözümlü  olaraq  barış  yolunu  tutmaq,  başqa  fikrin 
mövcudluğunu  obyektiv  fakt  kimi  qəbul  etmək və  s.  başa 
düşülür.
Tolerantlıq  həm  psixoloji,  həm  sosioloji,  həm  də 
kulturoloji  məna  və  məzmunlar  kəsb  edir  və  mütləq 
qarşılıqlı ünsiyyət və əlaqələrdə özünü büruzə verir.  Qeyd 
etmək  yerinə  düşərdi  ki,  tolerantlığın  fəlsəfəsi,  məntiqi, 
pedaqogikası,  tarixi,  praktiki  reallaşdırılması  mexanizm­
ləri  və  s.  kimi  istiqamətlərin  mövcudluğu  mövzunun 
əhatəliyindən  xəbər verir.  Həm  də  digər tərəfdən  hələlik 
bitkin  tolerantlıq  nəzəriyyəsinin  formalaşmasından söhbət 
gedə  bilməz.  Nə  qərb  elmində,  nə  də  qeyri-qərb 
məkanında hələlik tolerantlığın mənəvi-əxlaqi dəyər kimi 
statusu və rolu aydın müəyyənləşdirilməmişdir.
Məsələn, 
liberalizmə 
nümayəndələrinə 
görə 
tolerantlıq,  fundamental  prinsip  kimi,  “hüququn  rifahla 
müqayisədə  prioritet  yerə  (imtiyaza)  malik  olması”
1  Bax:  Толерантность.  Под.  Ред.  Хомякова  М.Б.  -   Екатеринбург, 
2000
.
Fəsil II.  Q loballaşm a və m ədəniyyətlərin  dialoqu
167
ideyasına dayaqlanır.
Digərləri  belə  fikirdədirlər  ki,  Reformasiya  və  dini 
müharibələrin  tüğyan  etdiyi  dövrlərdə  elmi  dövriyyəyə 
gətirilən  tolerantlıq  anlayışı,  müasir  zamanda  prinsipial 
xarakterli  məzmun  dəyişikliklərinə  uğramışdır.  Üçüncü 
qisim  isə  belə'  hesab  edir  ki,  K.Niderman  (ABŞ), 
C.K.Larsen  (Böyük  Britaniya)  tolerantlıq  tarixi  anlayış 
kimi  nəzəri  baxımdan  ən  qədim  sivilizasiyalar dövründən 
təhlilə cəlb oluna bilər.
Tolerantlıq  və  mədəni  müxtəliflik,  yaxud  da 
“multikulturalizm”  anlayışları  məzmunca  çox  yaxındır, 
lakin  bir-birinə  müncər  edilə  bilməz.  Multi  kulturalizm  -  
ən  müxtəlif  sosial  subyektlərin  (dövlət  və  ya  başqa 
təşkilatların)  mədəni  müxtəlifliyin,  əhalinin  müxtəlif 
təbəqələrinin  cəmiyyət  həyatının  bütün  sahələrində 
bərabərhüquqlu  iştirakının  təmin  edilməsi,  ayrı-seçkiliyin 
aradan  qaldırılmasına  yönəlmiş  ideya  və  fəaliyyətlər 
kompleksidir.
Tolerantlıq  düşüncə  tərzi  -   cəmiyyətin  tarixi  inki­
şafının  məhsulu,  müxtəlif  mədəniyyət  və  lokal  insan 
birliklərinin  birgə  yaşayışının  nəticəsidir.  Tolerantlığın 
əsasını  müxtəlif  mədəni-mənəvi  prinsiplər  təşkil  edir. 
Tədqiqatçıların  fikrincə,  məsələn,  yunan-roma  siviliza­
siyası  üçün  belə  bir  prinsip  qismində  dini  dözümlülük 
çıxış  etmişdir.  Yunan  filosofları,  ilk  növbədə  də  Sokrat 
tərəfindən və  həmçinin sofıstlərin timsalında  irəli  sürülən 
dözümlülük  -   “biganəlik”,  həqiqətin  mütləqləşdirilmə- 
sinə  yol  verməmək  və  s.  prinsiplər  tolerantlığın  fəlsəfi 
əsaslarını təşkil etmişdi.
Tolerantlığın  mənəvi-əxlaqi  kateqoriya  kimi  məzmu­
nunu aşkar etmək onun əhəmiyyətini müəyyənləşdirməyə 
kömək edir. Burada aşağıdakı aspektləri ayırd etmək olar:
-  birincisi,  cəmiyyət,  sosial  qrup  və  ya  ayrıca  insan 
üçün  konkret  əhəmiyyəti  olan  konkret  əməldə  təzahür 
edərək obyektiv amil kimi çıxış edir;
-  ikincisi,  tolerantlıq,  hər hansı  bir  hadisəni  müəyyən


168
Q LO BA LLA ŞM A  VƏ M Ə D Ə N İ M Ü X T Ə L İFL İK
maraqlar,  siyasi,  mənəvi,  estetik,  dini  dəyərlər  priz­
masından  qiymətləndirilməsini  nəzərdə  tutan  subyektiv 
amili  də  özündə  daşıyır.  Əgər  tolerantlığın  mənəvi 
qiymətləndirilməsi  xeyir  və  ya  şər  mövqeyindən 
aparılırsa,  onun  siyasi  qiymətləndirilməsi  artıq  başqa 
prizmadan  -   müəyyən  sosial  qrupların  maraqlarına  uyğun 
olub-olmaması  baxımından  həyata keçirilir.  Burada yalnız 
gündəlik-güzəran 
səviyyəsində 
insanlar 
arasındakı 
münasibətlərdə  dözümlülük  və  ya  dözümsüzlükdən 
söhbət  getmir.  Həm  də  ictimai həyatın  bütün  sahələrində 
-   (iqtisadi,  sosial,  siyasi,  mənəvi  və  s.)  sosial  müs­
təvilərdə:  millətlərarası,  mədəniyyətlərarası,  sosial  qrup­
lar,  bütün  rütbələrdən  olan  dövlət  məmurları  və  s. 
arasında dözümlü münasibətlər də əhatə olunur.
Tolerantlıq  ideyası  doğrudan  da  fəlsəfi 
ideyalar 
tarixində  çox  qədimdən  özünə  yer  almışdır.  Hələ  çinli 
müdrik, 
filosof  Konftısi 
söyləmişdi,  “özünə  rəva 
bilmədiyini, başqasına rəva görmə!”
Dünyanın  bütün  əsas  müqəddəs  təlimləri  və  dinləri 
insanlara  şəfqət  və  həssaslıq,  hörmət  və  s.  kimi 
ümumbəşəri  dəyərləri  özündə  əks  etdirir  ki,  həqiqi 
dözümlülük bunlar olmadan mümkün deyildir.
Orta  əsrlərdə 
yuxarıda 
qeyd 
etdiyimiz  kimi, 
tolerantlıq əxlaqi  keyfiyyət və prinsip qismində (məsələn, 
nəfsin  hökmünə  dözüm  və  ruhi  tələbatların  önə 
çəkilməsi),  həmçinin  əsas  dinlərə  zidd  olan  bidətlərin, 
təriqət  və  ibadətlərin  yaranmasına  səbirli  yanaşma 
mövqeyi  kimi  də başa düşülmüşdür.
Məsələn:  Foma  Akvinalınm  “Teologiyanm  məğzi” 
əsərində  bu  mənaların  hər  ikisini  tapmaq  olar:  Qeyri- 
xristian  din  və  təlimlərə,  bidətə  o  vaxta  qədər  tolerantlıq 
göstərmək  olar  ki,  1)  bu  fərqli  təriqətlərdən  heç  kimə 
ziyan gəlməsin və 2) daha böyük şər və hərc-mərcliyə yol 
verməmək  üçün  tolerantlıq  nümayiş  etdirilsin.  Burada 
göründüyü  kimi,  tolerantlıq  məcburi-instrumental  xarakter 
daşıyırdı.
Fosil II.  Q loballaşm a vo m ədəniyyətlərin dialoqu
169
İnsanların  yalnız  maddi  baxımdan  (status,  imkan, 
vəzifə  və  s.)  deyil,  mənəvi  baxımdan  da  fərqli,  azad 
olmaq  hüquqlarının  da  müdafiə  edilməsi,  demək  olar, 
ictimai  fikir  tarixində  bütün  mütəfəkkirləri  düşün­
dürmüşdür.  Bütün  insanların  təbiətən  azad  doğulması,  öz 
fəaliyyətlərində  seçim  azadlığına  malik  olması  ideyaları 
J.Russo,  T.Hobs,  B.Spinoza,  Monteskyo  və  s.  kimi 
mütəfəkkirlərin  “təbii  hüquq”,  “ictimai  müqavilə”  kimi 
nəzəriyyələrində öz əksini tapmışdır.
Bu  ideyalara  görə,  insanlar  öz  əməllərində  eyni, 
bərabər  hüquqlara  malikdirlər,  hərə  fəaliyyəti  gedişində 
öz  hüququnu  reallaşdırmağa  çalışdıqda  hökmən  ma­
raqların  qarşıdurması  baş verir,  bütün bəşəriyyətə təhlükə 
yarada  biləcək  münaqişələr  yaranır.  Həyatın  mühafizəsi 
naminə  insanlar  “ictimai  müqavilə”  bağlayır  və  hər  biri 
beləliklə  azad  vətəndaşlar  birliyinin  -   vətəndaş  cəmiy­
yətinin üzvü olur.
Dövlət  ictimai  həyatı  nizamladığı  üçün  insanlar 
qanunlara  tabe  olur.  Məhz  bu  tabelik  insanları  azad  edir; 
insan  öz  təbii  hüquqlarının  bir  qismini  dövlətə  verir. 
Beləliklə  də,  təbiətən  insana  xas  olan  “hamının  hamıya 
qarşı  müharibəsi”,  dözümsüzlüyü  hissi  (Hobbs)  qarşılıqlı 
məqbul  sayılan  razılıq və  tolerantlıqla  əvəz olunur.  Bu  da 
ilk  növbədə  bütün  vətəndaşların  qanun  qarşısında 
bərabərliyinə dayaqlanır.
Hələ  kilsə  hakimiyyətinin  çox  güclü  olduğu  dövrdə 
tolerantlığın  müdafiəsi  üçün  çıxış  edən,  daha  doğrusu, 
tolerantlığın  tədqiqinin  banisi  kimi  çıxış  edən  Yeni  dövr 
fılosofiı  Con  Lokk  olmuşdur.  O  özünün  “Dini  dözüm­
lülüyün  təcrübəsinə  dair”,  “Dini  dözümlülük  haqqında” 
və  s.  əsərlərində,  tolerantlığı  həqiqi  kilsənin  ən  vacib 
xüsusiyyəti,  meyarı  kimi  əsaslandırmağa  çalışmışdır. 
C.Lokkun  fikrincə,  əgər  dində  məhəbbət,  nəcabət, 
xeyirxahlıq  və  şəfqət  yoxdursa,  o,  saxta  dindir.  Kim  ki, 
başqalarını  İsa  peyğəmbər  adından  təqib  edir,  bu  dini


Yüklə 396,29 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə