RəBİYYƏt aslanova qloballaşma və



Yüklə 396,29 Kb.
Pdf görüntüsü
səhifə45/64
tarix30.09.2017
ölçüsü396,29 Kb.
#2482
1   ...   41   42   43   44   45   46   47   48   ...   64

178
Q LO BA LLA ŞM A  VƏ M Ə D Ə N İ  M Ü X T Ə L İF L İK
1.1.  Tolerantlıq  dünyamızın  zəngin,  rəngarəng 
mədəniyyətlərinin,  insan  fərdiyyətinin  özünü  idarəetmə 
və  büruzə  formalarının  qəbulu,  düzgün  dərki  və  onlara 
hörmət deməkdir.  Bilik, aşkarlıq, ünsiyyət və  fikir, vicdan 
və  məslək azadlığı  tolerantlığa  xidmət  edir.  Tolerantlıq -  
rəngarəng  xüsusiyyətlərin  vəhdətidir.  Bu  yalnız  mənəvi 
borc  deyil,  həm  də  siyasi  və  hüquqi  tələbatdır.  Dö­
zümlülük  sülhə  nail  olmağı  mümkün  edir  və  müharibə 
mədəniyyətindən sülh mədəniyyətinə aparır.
1.2.  Tolerantlıq  sadəcə  güzəşt,  mərhəmət  və  ya  pis 
şeylərə  göz  yummaq  demək  deyildir.  Tolerantlıq  hər 
şeydən  əvvəl  insanın  hərtərəfli  hüquq  və  əsas  azadlıq­
larını  etiraf etmək əsasında  formalaşan  fəal  münasibətdir. 
Heç  bir  halda  dözümlülük  bu  əsas  dəyərlərə  qarşı  edilən 
qəsdlərə haqq qazandıra bilməz. Ayrı-ayn şəxslər, qruplar 
və dövlətlər tolerantlıq nümayiş etdirməlidirlər.
1.3.  Tolerantlıq  -   insan  hüquqlarının,  plüralizmin,  o
cümlədən  mədəni  plyüralizmin,  demokratiyanın  bərqərar 
olmasına  və  qanunun  təntənəsinə  dəstək  vennəkdir. 
Tolerantlıq  ehkamçılığı,  həqiqəti  mütləqləşdirməyi  rədd 
edən  və  insan  hüquqları  sahəsində  beynəlxalq  hüquqi 
aktları təsdiq edən bir anlayışdır. 
,
1.4.  İnsan  hüquqlarına  hörmətlə  həmahəng  səslənən 
tolerantlığın  təzahürü,  hər  kəsin  öz  əqidəsində  azadlığını 
və başqalarının da həmin hüququnu tanımasındadır.
Bu  o  deməkdir  ki,  insanlar  görünüşlərinə,  tərzlərinə, 
dillərinə,  davranış  və  dəyərlərinə  görə  fərqlənirlər və  bu 
fərqlərini  qoruyub  saxlamaq  hüququna  malikdirlər.  Bu 
həm də  o deməkdir ki, bir adamın fikirləri başqasına zorla 
qəbul etdirilə bilməz.
2.3.  Beynəlxalq  həmrəyliyin  mənafeyi  üçün  ayrı-ayrı 
adamların,  icmaların, millətlərin, bəşər birliyinin  müxtəlif 
mədəniyyətin  xarakterini  dərk etməsi,  ona hörmət etməsi 
vacibdir.  Tolerantlıq  olmadan  sülh,  sülh  olmadan  inkişaf 
mümkün deyildir və s.1
1  Dirçəliş -  XXI osr. 2001-ci il,  №42 (avqust), s.163-164.
Fosil  II.  Q loballaşm a və m əd ən iy y ətlərin   dialoqu
179
Müasir  qloballaşan  dünyamızda  tolerantlıq  bir  tərəf­
dən  bütün  insanların  qanun  qarşısında  bərabərliyi  və 
məsuliyyətini  önə  çəkməklə  hüquqi,  digər  tərəfdən 
yüksək  əxlaqi  keyfiyyətlər,  mədəniyyət,  dözümlülük, 
geniş  savad  və  dünyagörüş  aspektlərini  də  ifadə  etməklə 
mənəvi məzmun daşıyır.
11.6.  İslam dini və mədəniyyətinin 
dialoji potensialı
"Ey  insanlar!  Biz sizi  kişilər  və  qadınlar  kimi 
yaratdıq.  Sizlərdən  qəbilələr  və  xalqlar  etdik  ki, 
bir-birinizi  tanıya,  sevəsiniz!  Bir-birinizə  nifrət 
etm əyəsiniz."
Q uran.  Surə 49:13
"Başqa  xalqlara  baxıb  ibrət  götiirün:  onlar 
ye r üzündə dolana bilmədilər və məhv oldular. "  '
(H ədis...)
İyirmi  birinci  əsrin  və üçüncü  minilliyin  insanma mə­
nəvi  rəhbər  olmaq  missiyasını  üzərinə  götürmək  istəyən 
dinlər və müxtəlif təlimlər mövcuddur.
Dini-mənəvi  dəyərlər  mədəniyyətin  sakral  fondunu 
təşkil  edir.  Tarix  boyu  keçid  və  böhran  dövrlərində 
sabahın  yolları  qeyri-müəyyən  olanda,  ictimai  şüurun  ən 
dərin  köklərində  qərar  tutan  din  və  dini  təsəvvürlər 
dəyişiklik  və  böhrana  qarşı  sosial-mənəvi  müqavimət, 
“instinkt” rolunda çıxış edir.
İslam 
dininin, 
mədəniyyəti 
və 
mənəvi-əxlaqi 
dəyərlərinin  humanist-dialoji  potensialını,  ümumbəşəri 
məzmununun  dərk  edilməsinə  tarixin  bütün  dövrlərində 
olduğu kimi bu gün də böyük maraq və ehtiyac vardır.
Son  yüzildə  ictimai  elmi  səciyyələndirən  ən  mühüm 
xüsusiyyətlərdən 
biri 
mənəviyyat 
və 
mədəniyyət 
probleminə,  insan  fenomeninə  marağın  yüksələn  xətlə 
artmasının  müşahidə  olunmasıdır.  Yaşadığımız  reallığın 
inkişaf  ritminin  hədsiz  sürətlənməsi,  qlobal  inkişaf  və


180
Q LO BA LLA ŞM A   VƏ M Ə D Ə N İ M Ü X T Ə L İF L İK
inteqrasiya  prosesi  ilə  əlaqədar olaraq  insanların  mənəvi- 
dəyər oriyentasiyalarının köklü dəyişikliklərə uğraması da 
ictimai  və  elmi  idrakı  düşündürən  əsas  mövzulardandır. 
Baş  verən  hadisələrin  mahiyyəti  və  inkişaf  meyllərinin 
müəyyənləşdirilməsi  qlobal  hüdudda  gedən  proseslər 
çərçivəsində  olmaqla  yanaşı,  dünyada  yaşayan  hər  bir 
xalqın öz “mədəni  müqəddəratının” gələcəyindən naraha­
tlıq duyması kimi təbii “reaksiyalar” doğurur.
Bu  baxımdan  bir tərəfdən  siyasi,  iqtisadi,  demoqrafik 
və  s.  müstəvilərdə müşahidə  olunan  “sıxlaşma” meyli,  in­
san birliklərinin öz mədəni  irs və müxtəlifliyini qorumaq, 
identiklik  axtarışı  kimi  vüsət  alan  digər  meyllə  tərs 
mütənasiblik  təşkil  edir.  Demək  artıqdır  ki,  bu  ziddiyyət 
qarşısıalınmaz  və  dönməz  proses  olan  və  hələlik  aydın 
dərk  edilməyən  qlobal  tarixi  çevrilişin  nəticələrini  və 
xarakterini əhəmiyyətli surətdə müəyyən edəcəkdir.
Bəşəriyyətin  qlobal  transformasiya  ilə  əlaqədar 
keçirdiyi  sistemli  böhran  mənəviyyat  və  mədəniyyət 
aləminə  də  sirayət etmişdir. İrrasionalizm,  antielmi  əhval- 
ruhiyyə, 
bütün  dünya  miqyasında  ictimai 
şüurun 
alternativ,  qeyri-ənənəvi  cərəyan  və  təriqətlərin  təşəkkül 
tapmasını  dəstəkləməsinə  ən  müxtəlif məramlı  missioner 
təşkilatların  son  dərəcə fəallaşmasına rəvac vermişdir.  Ən 
çeşidli  dinlər  və  mənəvi  təlimlər  XXI  əsrin  və  III 
minilliyin  insanma  mənəvi  rəhbərlik etmək  iddiasındadır. 
Keçid  dövrlərinin  dialektikasına  müvafiq  olaraq,  for­
malaşmış  mənəvi,  ideoloji,  sosial,  individual,  ekzistensial 
və  s.  və  i.a.  “vakuum”ların  nə  ilə  “dolacağı”  ictimai 
elmin qarşısında duran ən aktual problemlərdəndir.
XX  əsrin  sonlarında  Azərbaycanın  müstəqillik  əldə 
etməsi  ilə  milli  tarix,  mədəniyyət  və  mənəviyyat 
məsələlərinin,  reallığa çevrilmiş  suveren  elmi  kontekstdə, 
sabit və  əbədi  müstəqil məkanda yenidən obyektiv təhlilə 
cəlb  edilməsi,  ictimai, elmimizin  həm  nəzəri-metodoloji, 
həm  də  praktiki  vəzifələri  baxımından  ən  yüksək  məram 
və məqsədini təşkil edir.
Fəsil II.  Q loballaşm a və m əd ən iy y ətlərin   dialoqu
181
Deyilənlər  “islam  dini  və  mədəniyyətin  qarşılıqlı 
təhlili” mövzusuna da aid edilməlidir.
Müstəqilliyimizə  döndüyümüz  andan  tarixi-milli 
yaddaş  və  genimizdə  əsrlər  boyu  qoruyub  saxladığımız, 
mədəniyyət və  mənəviyyatımızın bütün  qatlarını -   islam, 
türkçülük  və  müasirlik  -   vəhdətdə  birləşdirən  bariz 
simvol  -   bayrağımız  dünya  ölkələrində  dalğalandı. 
“Dinimizin-xalqımızın  milli-mənəvi  sərvəti  olduğu” 
(H.Əliyev)  bir  daha,  müstəqilliyimizin  səlahiyyət  verdiyi 
xüsusi qətiyyətlə vurğulandı.
Dini-mənəvi  dəyərlər  və  mədəniyyətimizin  bağlılığı, 
varisliyi 
prosesində, 
müxtəlif  zamanda, 
müxtəlif 
səbəblərdən  “nazilən”,  hətta  “qırılan”  bağları  epoxal 
kontekstdən  fəlsəfi  tarixi  nəzərlə  bərpa  etmək,  hansı 
mənəviyyat  və  mədəniyyətin  “yiyəsi”  olduğumuzu  doğ- 
rudan-doğruya  anlatmaq,  islamın  mədəniyyət  sistemində 
tutduğu  müstəsna  yerin  bütövlükdə  mənzərəsini  can­
landırmaq  bu  gün  qarşımızda  duran  miqyaslı  və 
məsuliyyətli vəzifələrdəndir.
Həm  dünya  elmində,  həm  də  keçmiş  soveUər 
birliyində  islam  və  mədəniyyət problemlərinə  elmilikdən 
çox  ideoloji  qərəz,  qərəzlilik,  təhrifçi  şərh  və  araşdırma 
yer almışdır.
Azərbaycan  əhalisinin  70  il  ərzində  islam  dinindən 
təcrid  edilməsini  həyata  keçirən  “direktia”,  “qırmızı” 
ateizm  siyasəti  nəticəsində,  mövzunun  tədqiqi  baxımın­
dan  üç  cisim  problemlər  yaranmışdır:  1)  dinin  mahiyyəti 
və  dinə  dair  biliklərin,  dini  təhsilin  çox  aşağı  səviyyədə 
olması;  2) dini təsisatların sərt nəzarət altında zəif inkişafı 
və  funksiyalarının  hər  vəchlə  məhdudlaşdırılması;  3) 
ümumbəşəri  mədəniyyətin  formalaşmasında  islamın  yeri, 
rolu  və  xidmətlərinə  dair  obyektiv  elmi  tədqiqatların 
aparılmasının qeyri-mümkün olması.
Azərbaycanda  müstəqilliyin  bərpa  olunması,  dini- 
mənəvi  dəyərlərə  qayıdış  prosesi  paralel  olaraq  bütün 
dünyada  Şərq  dünyasına,  İslam  dininə  münasibətdə  artan


Yüklə 396,29 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə