RəBİYYƏt aslanova qloballaşma və



Yüklə 396,29 Kb.
Pdf görüntüsü
səhifə47/64
tarix30.09.2017
ölçüsü396,29 Kb.
#2482
1   ...   43   44   45   46   47   48   49   50   ...   64

186
Q LO BA LLA ŞM A   VƏ  M Ə D Ə N İ M Ü X T Ə L İF L İK
vurğulanması  məlum  faktdır.  Mədəniyyətdə  dini-ilahi  və 
dünyəvi-elmi  qatlar  bir-biri  ilə  harmoniya  təşkil  edir.  Bu 
harmoniya  pozulanda  mədəniyyət  deyil,  “antimədəniy- 
yət”,  “postmədəniyyət” kimi  fenomenlər formalaşır.  “XX 
əsrdə planetdə böhran ona görə baş verdi ki, zaman mədə­
niyyətdə,  sivilizasiyada  sintez,  qaynaq  və  vəhdətdən  yan 
keçdi”.1
Din  və  mədəniyyətin  nisbəti  ictimai  elmin  doğrudan 
da  əbədi  problemlərindəndir.  Mədəniyyətşünaslıq  sa­
həsindəki  bütün  istiqamətlərdə  dinlə  mədəniyyətin 
ayrılmaz,  ümumi  tarixi  köklərə,  sinkretik  varisliyə  malik 
olmasına  dair yekdil  fikir mövcuddur.  Cəmiyyət haqqında 
elmlərdə,  dinin  cəmiyyətdə  sosial  nizamlama  sistemləri 
içərisində  ən  mühüm  sahə  olduğu  müəyyənləşdirilmişdir. 
Dinin  sosial-mədəni  funksiyaları  arasında  ən  başlıcası 
cəmiyyətdə birlik və vəhdəti şərtləndirməsidir.
Məlumdur  ki,  “Qurani-Kərim”  nazil  olmadan  İslam 
dövlətçiliyinin,  eynilə  də  Tövrat  və  İncil  olmadan  da 
xristian  dövlətçiliyinin  əsaslan  qoyula  bilməzdi.  Bə­
şəriyyətin  şüur,  düşüncə  və  əməllərini,  mədəni  kodeks­
lərini  müəyyənləşdirdiklərinə  görə  bu  kitablan  ilahi, 
“müqəddəs”  kitabları  adlandınnışlar.  Hökmdarlar  zaman- 
zaman  dəyişir,  İslam  isə  insanların  ürəyinin  və  qəlbinin 
ən dərinliklərində yaşayır”.2
Din  və  mədəniyyətin  qarşılıqlı  təhlilinin  vacibliyi 
“kulturteologiya”  adlı  konsepsiya  və  istiqamət  tərəfdarla- 
nnın fikrincə bütün dövrlərdə nəzərə alınmalıdır.  “Kultur­
teologiya”  (Paul  Tillix)  konsepsiyasına  görə,  “din  mədə­
niyyətin  mahiyyəti,  mədəniyyət  dinin  təkamüldə  olan 
təzahür  formasıdır”.  Bənzər  fikri  Azərbaycan  alimləri  də 
irəli  sürürlər:  “Mədəni  olan  mahiyyətcə  dinidir  və  dini 
olan  mahiyyətcə  mədənidir”,  yaxud  “müsəlman  mədə­
niyyətinin  mənəvi  məhvərini  islam  dini  təşkil  edir,  mə­
1 Y.Qarayev. Azərbaycan odobiyyaü : XIX-XX yüzillər.  Bakı, 2002. s.737.
2 R.Mustafayev.  Fikir azaddır. Bakı, 2002, s.237.
Fəsil  II.  Q loballaşm a vo  m ədən iy y ətlərin   dialoqu
187
dəniyyət tarixində dinin yerini danmaq, tarixin özünü dan­
maqdır. Azərbaycan fəlsəfi və ictimai siyasi  fikri, xüsusən 
də  çoxəsrlik  zəngin  ədəbiyyatı,  elə  bütövlükdə  elmi  və 
mədəniyyəti  İslamın  güclü  təsiri  altında  inkişaf etmişdir. 
On  dörd  əsrdir  ki,  dünyaya  ölməz  şəxsiyyətlər,  elm  və 
mədəniyyət  xadimləri  bəxş  edən  islamın  rolu  ən  geniş 
şəkildə  öyrənilməyə,  tədqiq  və  təbliğ  edilməyə  la­
yiqdir.”1
Mühüm  mənəvi  fenomen  kimi  mədəniyyətin  dinlə 
yaxınlığı  konseptual-metodoloji  baxımdan  ayırd  edil­
mişdir.  Mədəniyyətin  məkanda  lokallaşması  (məsələn 
“Şərq  mədəniyyəti”  və  s.),  zamanda  lokallaşması  (mə­
sələn,  “Orta  əsrlər  mədəniyyəti”),  yaxud  onun  milli- 
spesifik çalarlarında (məsələn “Azərbaycan mədəniyyəti” 
və  s.)  diqqətə  çəkilməsi,  din və  mədəniyyət  mövzusunun 
faktiki  məzmun  və  məntiqi  həcmini  müəyyənləşdirmək 
istəyən  tədqiqatçının  elmi  maraqları  çərçivəsindən  asılı 
olur.  Lakin  bütün  hallarda  alman  nəzəri  ümumiləş- 
dirmələr fəlsəfi-tarixi aspektdə cəmlənməyə möhtacdır.
Konkret-tarixi  təhlil  prosesində  din  və  mədəniyyət 
faktorlarının  qarşılıqlı  təsirinin  təsdiq  və  ya  inkar 
edilməsi,  birtərəfli  yanaşma  kimi  məhdudiyyətlər, 
mövzunun  epoxal  dinamikada  izlənilməsi  ilə  yaradılan 
bütöv  mənzərədə  aydın  sezilir.  Din və  mədəniyyət prob­
lemində  təkcə  ümumi-xüsusi  kimi  kateqorial  müstəvilər, 
etnik-milli-ümumbəşəri  kontekstlərin  vəhdətdə  inkişaf 
etməsini görməyə imkan yaradır.
İslam  dininin  spesifik,  özünəməxsus  cəhətləri  ilə 
yanaşı,  ümumbəşəri  dəyərlərin  yaradılması  və  inkişaf et­
dirilməsi  sahəsində  əhəmiyyəti və xidmətləri  göz önündə 
canlanır.  Mədəniyyətin daxili vəhdəti,  onun iki başlanğıcı 
-  dini  və  dünyəvi  arasında  müxtəlifliyin  mövcudluğunu 
inkar  etmir.  Dünyəviliyin  və  diniliyin  mədəniyyətin
'  F.Qasımzadə.  Klassiklərimiz  və  islam.  “Kəlam”. 
Elmi-ədəbi, 
publisistik jurnal, 2002, №8, s.21.


188
Q LO B A LLA ŞM A  VƏ M Ə D Ə N İ  M Ü X T Ə L İF L İK
məzmununda  nə  kimi  çəkiyə  malik  olması  məsələsi, 
yalnız  müəyyən  konkret-tarixi  kontekstdə  yanaşılmaqla 
deyil,  yenə  də  bir-birini  əvəzləyən  əsrlərin  zirvəsindən 
daha  aydın  görünür.  Müasir  dövrdə,  ümumiyyətlə  bəşər 
mədəniyyətinin  keçirdiyi  böhran  və  sıxıntılar,  onun  dini- 
mənəvi  tərəfinin  unudulması,  Qərb  anlamlı  rasionallıq 
prinsiplərinə  əsaslanan,  mənəvi-dəyər  aspektini  deyil, 
yalnız  idraki-dünyəvi  tərəfin  inkişaf  etdirilməsini  üstün 
tutan  Qərb  mədəniyyəti,  daha  doğrusu  “qərb  məzmunlu 
mədəniyyətin” bərqərar olmasından irəli gəlir.
Mədəniyyətə  və  elmə  onun  bütün  tərəfləri  və  daxili 
məzmununun  vəhdətində  yanaşan  islam  dininə  görə, 
yalnız  eksperimental-empirik  metodlara  üstünlük  verən 
Qərb  elminin  mövqeyi  anlaşılmaz,  qəbuledilməz  sayıldı 
və  elmin  birtətəfli  inkişafının  tərəqqi  olması  qənaətini 
qəbul etməyərək sarsıntıya məruz qaldı.
Bu  münaqişə  mədəniyyətin  ən  mühüm  sahələrindən 
olan  elmə  təsirsiz  ötüşmədi.  “Nəzəriyyənin  təhlükə 
doğurmadığı  sahələrdə  müsəlman  elmi  müvəffəqiyyətlə 
iş  aparırdı:  optika,  təbabət,  botanika,  əczaçılıq  və  praktiki 
səhiyyə  çox  şeylərə  görə  islam  tədqiqatlarına  borcludur. 
Eksperimental  metodlarda  mümkün  olanla  mümkün 
olmayan  arasındakı  həddin  dəqiq  müəyyənləşdirilməsi 
olmadığı, yaxud da vacib sayılmadığı üçün fövqəltəbiiliyis 
ilahi  olanı  təbiiliyin  ayrılmaz  hissəsi  qəbul  edən  islam 
aləmi  şaşırmış  kimi  oldu”.1  Bu  gün  klonlama  və 
transplantologiyanı  laboratoriyaya 
çıxaran  Qərb  elmi 
neçə  əsrlər  əvvəl  unutduğu  dini-mənəvi  prinsipləri  yada 
salır,  blostika  və  s.  kimi  istiqamətlərlə  onu  kompensasiya 
etməyə  çalışır.  Maddi  tərəqqi  və bolluq, mənəvi  tənəzzül, 
korşalma  və  qıtlıq  fonunda  çıxılmaz  vəziyyət  yaradır. 
Mədəniyyətin  məzmununda  dini  və  dünyəvi  aspektlərin 
pozulmuş  ahənginin  bərpasına  dair  çağırışları  Qərb
1  Г.Э.Грюнебаум.  Классический  ислам.  (600-1258-е  годы).  Баку, 
1998,  с. 146-147.
Fəsil II. Q loballaşm a 
уэ
  m odəniyyotlarin  dialoqu
189
alimlərinin  yalnız  Nobel  mükafatı  təqdimatı  zamanı 
xüsusilə  vurğulaması,  səbəblərlə  deyil,  nəticələrlə  məş­
ğul olmağın Qərb elminə o qədər də böyük nüfuz və şərəf 
gətirmədiyini sezməyə imkan verir.
Tarixdə  bir  fenomen  kimi  özünə  yer  alan  islam  dini 
və  mədəniyyətinin  ümumbəşəri  norma,  dəyər  və 
prinsiplərinə,  unikallıq  və  universallığın  vəhdəti  səbə­
bindən  qloballaşma,  inteqrasiya  və  mədəniyyətlərarası 
dialoqun  aktuallaşdığı  müasir  dövrdə  də  sosial-mənəvi 
sifarişin  olması  göz  qabağındadır.  Ümumbəşəri  mədə­
niyyətin  pozulmuş  ahəngini  bərpa  etmək  üçün  islam 
dəyərlərinin  potensial  gücü  mövzusuna  ictimai  elm 
həssaslıqla yanaşmağa başlayır.
“İslamın  dialoji  potensialı”  mövzusunu  belə  ümu­
miləşdirmək olar:
1.  Müasir  dövrdə  bəşəriyyətin  qlobal  vəhdəti  for­
malaşmaqda,  prinsipial  baxımdan  yeni  dünya  nizamı 
təşəkkül 
tapmaqdadır. 
Vahid 
bəşəri 
tale, 
bəşəri 
məsuliyyət  və  bəşəri  mədəniyyət  problemi  bir  tərəfdən 
müxtəlif xalqların  özünütəsdiqi  və  mədəni  müxtəlifliyinə 
hörmətlə  yanaşmağı,  digər  tərəfdən  onların  dialoquna 
kəskin zərurəti şərtləndirmişdir.
2.  Hər  bir  xalqın  mədəniyyətinin  spesifik  xüsu­
siyyətləri  olduğundan  bütün  zamanlar  və  bütün  xalqlar 
üçün  eyni,  yekcins  olan  mədəniyyətin  olması  qeyri 
realdır.  Mədəniyyətdə özəl  spesifikliyi  təmin edən başlıca 
faktorlardan biri də dindir.
3.  Din  və  mədəniyyətin  təşəkkülü,  inkişafı  və  di­
namikası  probleminin  düzgün  tədqiqi,  müxtəlif dövrlərdə 
siyasi  məna,  ideoloji  və  subyektiv  motivlərin  təzyiqinə 
məruz qalmışdır. Mədəniyyətin dini və dünyəvi tərəflərin 
sintezində  təcəssümü  nəzərə  alınmamışdır.  Bu  və  ya 
digər tərəfin rolu ya şişirdilmiş, ya da kölgədə qalmışdır.
4.  İslam  mədəniyyəti  VII  əsrdən  başlayaraq  təşəkkül 
tapmış,  islam  dininə  dayaqlanan  mənəvi-mədəni,  sosial- 
siyasi,  hüquqi  və  s.  dəyərlər  sistemidir.  İslam  mədəniy­


Yüklə 396,29 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə