RəBİYYƏt aslanova qloballaşma və



Yüklə 396,29 Kb.
Pdf görüntüsü
səhifə49/64
tarix30.09.2017
ölçüsü396,29 Kb.
#2482
1   ...   45   46   47   48   49   50   51   52   ...   64

194
Q LO BA LLA ŞM A   VƏ M Ə D Ə N İ M Ü X T Ə L İF L İK
Orta  Şərqdə,  Cənubi  Asiyada,  XIII-XVI  əsrlərdə  Cənub- 
Şərqi  Asiyanın  və  sonralar  dünyanın  bir  sıra  ölkələrində 
islam  bərqərar oldu.  Peyğəmdərin ölümündən yüz il  sonra 
islam  orduları  Paris  divarları  yanında  durmuşdu.  Bəzi 
tədqiqatçılar  islam  mədəniyyətinin  tarixi  təkamülünü  bu 
mərhələlərə  bölürlər:  VII  əsr və  X  əsrin  I  yarısı;  X  əsrin 
II  yarısı  və  XVI  əsr;  XVII-XVIII  əsrlər;  XIX  əsr  -   XX 
əsrin 20-80-ci  illəri və bu günə qədər.”'
İslam  mədəniyyətinin  təkamülü  çətin  və  ziddiyyətli 
mərhələlərdən  keçmişdir.  Bu  təkamülün  başlanğıcında 
aparıcı  rolu  ərəblər  oynamış,  dinamik  inkişafında  və 
varisliyində  onu  qəbul  edən  bütün  xalqların,  o  cümlədən 
türklərin  müştərək  səyləri  və  mədəniyyətlərinin  əvəzsiz 
rolu olmuşdur.
İslam  mədəniyyəti  müqəddəs  Qurani  Kərimin  mətni 
ilə  məhdudlaşmayıb,  islamın  yayılması  və  onun  qəbul 
edilməsində  iştirak  edənlərin  mədəniyyətlərinin  sintezi 
kimi  nadir  bir  fenomendir.  VII-XH  əsrlər  islam 
mədəniyyətinin  inkişaf  zirvəsi  və  dünya  mədəniyyət 
tarixinin  qızıl səhifələrində yazılan dövrdür.  Bu baxımdan 
“ərəb”  və  “islam”  mədəniyyəti  anlayışları  eyni  mənalı 
deyildir.  İslam  mədəniyyətinə  dair təsəvvürlər ziddiyyətli 
məzmuna  malik  olmuşdursa  da,  subyektiv  qərəzdən,  elmi 
obyektivliyə gedən istiqamətdədir.
İslam  mədəniyyətinin  nüvəsində  cazibə  mərkəzi, 
nüvəsi  kimi  Qurani-Kərim  durur.  “İslama  mənsubluq 
xalqa,  tayfaya,  irsə,  dil  ailəsinə  mənsubluqdan  ucada 
durur.  Allah  qarşısında  hamı  bərabərdir.  Sosial  mobillik 
qüvvə  və  qabiliyyətə  malik  hər  bir  dindar  qul,  əmir  ya 
sultan ola bilər.”2
Müsəlman  mədəniyyəti  həqiqi,  səmimi  inama  və  ona 
müvafiq  münasibət  prinsipinə  əsaslanır.  Bir  olan  Allaha 
inam  və  səcdə  -  İslam  bu  mədəniyyətin  ayrılmaz 
xüsusiyyətidir.  Qurani-Kərimin  yazıldığı  ərəb  dili,  o
1 Ислам  и исламская культура в Дагестане.  М, 2001, с.5.
2 Л.Васильев.  История Востока.  В 2-х т. Том.2.  M,  1998. с. 184.
Fəsil II.  Q loballaşm a və  m ədəniyyətlərin  dialoqu
195
zaman  mövcud  olan  20  ərəb  ləhcəsini  cilalayaraq  vahid 
bir  ərəb  dilinə  çevirdi.  Çox  maraqlı  faktdır  ki,  ərəb 
hakimiyyətinin  tənəzzülü  ilə,  müsəlman  mədəniyyətinin 
əsas  dili  olan  ərəb  dilinin  yüksəlişi  müşayiət  olunmağa 
başladı.  IX  əsrin  sonuna  qədər  təbiət  elmlərində, 
ilahiyyatda,  filologiyada  ərəb  dilində  ifadəsini  tapmayan 
bir  əsər  müsəlman  mədəniyyəti  tərəfindən  qəbul  edilə 
bilməzdi.  “İslam  dövründə  yunan  dili  ərəbcə  ilə 
müqayisədə  arxa  plana  keçdi,  onsuz  da  bu  zaman 
Avropada  o  praktiki  olaraq  ölü  dil  vəziyyətində  idi. 
Müsəlman  fəthi  dövründə  latın  dili  də  tədricən  silinib 
gedirdi.  Sarsılmaz,  ən  ciddi  moneteizm  və  universalizmin 
cazibəsi,  F.fon  Humboldtun  fikrincə,  bu  mədəniyyəti 
bənzərsiz edən ən spesifik cəhət idi.”1
“Doğuluşundan  həm  ruhuna,  həm  də  məkanına  görə 
islam  urbanistik  təsisat,  şəhər  səviyyəli  mədəniyyət  idi. 
İslamı  qəbul  edən  ölkələr  üçün  bu  tezliklə  bu  yerlər  də 
urbanistik  mərkəz,  hərbi  və  ya  inzibati  qurum  və  deməli 
mədəniyyət mərkəzinin yaradılacağı  kimi  başa düşülürdü. 
Bizans şəhərinin əsas cizgiləri  olan cıdır və qala divarları, 
müsəlman  şəhərində  məscid,  bazar  və  hamamlarla 
əvəzləndi”.2
“İslam  mədəniyyəti  qədim  Şərqin  bütün  mədəniy­
yətinin  min  illər  boyu  topladığı  dəyərləri  özündə  əks 
etdirmişdi.  Şumer,  Akkad,  Qədim  Misir  kimi  mədəni 
mərkəzlərin  malik  olduğu  nə  qədər  dəyərlər  var  idisə, 
indi ərəb dilində “danışmağa” başladı.”
İslam  mədəniyyətinin  spesifik  xüsusiyyətləri  mü­
səlman  elmi,  fəlsəfəsi,  ədəbiyyatı  və  incəsənətində  hətta 
adi  gözlə  sezilir.  İslam  elmi  mənəvi  ilə  maddinin 
vəhdətini,  elmin  idrak  aspekti  ilə  dəyər  aspektinin 
bağlılığını nəzərdə tutur. İslam elmi və fəlsəfəsində idrak,
1  Г.Э.фон  Грюнебаум.  Основные  черты  арабо-мусульманской 
культуры .-М ,  1981, с.38-39.
2 У.Монтгомери  Уотт.  Влияние  ислама  на средневековую  Европу. 
М,  1976, с.28.


196
Q LO BA LLA ŞM A   VƏ M Ə D Ə N İ  M Ü X T Ə L İF L İK
mədəniyyət  kamilliyə,  mənəviliyə  xidmət  edir.  İslam 
ədəbiyyatının 
poeziyaya, 
təxəyyül 
zənginliyi 
və 
təmtəraqlı  məzmun  və  ifa  üslubu,  ritmik,  mənzum 
nəqletmə tərzi  müqəddəs yazı  modelinə  bənzədilən üslub 
kimi  başa  düşülə,  proza  ilə  nisbətdə  poeziyaya  meyllilik 
“islami” xüsusiyyət hesab oluna bilər”.1
Ərəb  ənənəsinə  sadiqlik  əlaməti  kimi,  müsəlman 
ədəbiyyatında  bədii  “uydurma’ya  yer  ayrılmır.  Çox 
zəngin  məzmun  və  süjet  materialına,  qeyri-adi  mövzulara 
hazırcavablıqla  fərqlənən  Ərəb  ədəbiyyatı  uzun-uzadı 
nəqletmə,  roman  və  drama  çox  az  müraciot  edir,  ya  heç 
etmir.  Aforistik  hikmət,  ibrət  mənalı  kiçik  hekayələr 
istisna olmaqla,  müsəlman  bədii  xülya və uydurma tərzini 
qeyri-məqbul  sayır”.  İslam  ədəbiyyatında poetik  təxəyyül 
vo yaradıcılıq əxlaqi  realizmdən güc alır, ona dayaqlanır.
Müsəlman ədəbiyyatına verilən tələblərdən biri də bu 
idi  ki,  şairdən  ensiklopedizm,  yüksək  intellektual  səviyyə 
tələb  olunurdu.  O,  yazmaqdan  əvvəl  bütün  ənənələrə 
bələd  olmalı,  irsən  ötürülən  ifa  məharətinə  yiyələn­
məlidir.  “Şair  bütün  elmlərdən  xəbərdar  olmalıdır,  çünki 
poeziya  hər  bir  elm  üçün  faydalıdır,  hər  bir  elmin  də 
poeziyaya xeyri dəyir”.2
İslam  mədəniyyətinin  spesifik  cəhətlərinin  kökü  və 
qaynağı olan,  islam dininin ali prinsipləri və ideya-mənəvi 
dəyərlər  sistemi,  islam  mədəniyyətinin  və  ictimai 
şüurunun  bütün  sahələrinə  və  qatlarına  (hüquq,  əxlaq, 
fəlsəfə-estetika,  iqtisadiyyat,  təhsil, tərbiyə, arxitektura və 
memarlıq,  incəsənət,  siyasət  və  s.)  nüfiız  etmiş  onların 
özəlliyini  formalaşdırmışdır.  Çünki  dini  və  mədəni 
prinsiplər  arasında  sarsılmaz  bağlılıq  mövcuddur.  “Məhz 
islam  dini  hər  şeydən  öncə  mədəniyyətin  həm  məzmun, 
həm  də  üslub  xüsusiyyətlərini  -   ən  geniş  başa  düşülən 
mənada  formalaşdırır.  Mədəniyyət  dini-mənəvi  məkanı
1  Г.Э.фон  Грюнсбаум.  Основные  черты  арабо-мусульманской 
культуры .-М ,  1981, с. 177-178.
2 Средневековый ислам. Лекции по культуре.  1953, с.287.
Fəsil  II.  Q loballaşm a vo  m ədən iy y ətlərin   dialoqu
197
“mənimsəyir”,  “doldurur”,  din  də  onun  mahiyyət  və 
məzmununda yaşayır”.1
İslam  mədəniyyətində  dini  və  dünyəvi  dəyərlər 
ayrılmazdır.  A.Mets  yazır  ki,  islam  mədəniyyətinin 
zirvədə  olduğu dövrdə  ən  müxtəlif intellektual cərəyanlar 
dialoqda  idilər, dini və dünyəvinin qarşılıqlı bəhrələnməsi 
hər  ikisinin  zənginləşməsini  şərtləndirirdi,  bunu  fəlsəfə 
və  ortodoksiyaya  da  aid  etmək  olar,  ictimai  fikrin 
müstəqil  ezoterik  axtarışları,  biliklərin  differensiasiyası 
davam edirdi.
“VII-VIII  əsrlərdə  ərəblər  özlərindən  mədəni  səviy- 
yəcə  üstün olan xalqları  da tabe etsələr də,  qarşılıqlı  təsir 
birinin  digərinin  mənlik  şüurunu  məhv  etməyə  yönəl­
mədi.  Yerli  xalqlar  İslam  mədəniyyəti  sisteminə  qoşula 
bilmiş,  bu  sistem  çərçivəsində  öz  milli  mədəniyyətini 
inkişaf etdirmək  üçün  güclü  mənəvi  dəyərlər  kəşf etmiş, 
İslama görkəmli şəxsiyyətlər vermişlər.”2
İslam  və  milli  mədəniyyətin  dialektikası,  milli-dini- 
dünyəvi 
(bəşəri)  müstəvisində,  təkcə-xüsusi-ümumi 
kateqoriyaları  timsalında  daha  aydın  görünə  bilər.  İslama 
mənsubluq  millətə  və  bəşəriyyətə  mənsubluqla  harmonik 
bütövlük təşkil edir.
Müsəlman  dininin  hakim  olduğu  bölgələrdə  “islam 
ruhu”  ilə  “milli  ruh”  arasında  münasibəti  dini  mən­
subiyyət  baxımından  mənəvi  prinsiplərin  birliyini  təmin 
edən  islam  münasibətləri  adlandırmaq  olar.  Bütövlükdə 
isə  islam  yerli,  milli  simada,  milli  cizgilərlə  ifadə  olunur, 
bu  tərzdə  təqdim  olunurdu,  dini  məzmun  milli  formada 
əksini  tapırdı.  İslam  və  milli  mədəniyyət  mövzusu 
dissertasiyanın IV  fəslində daha geniş təhlil olunduğundan 
islam  mədəniyyəti,  onun  xüsusiyyətləri,  milli  və  dini 
təzahürləri barədə qənaətimizi belə yekunlaşdırırıq.
1  Б.С.Ерасов.  Культура,  религия  и  цивилизация  на  Востоке.  М. 
1990. с.173.
2  R.Əliyev.  Azərbaycan  mədəniyyətinin  inkişafında  İslamın  yeri.  // 
İslam sivilizasiyası Qafqazda. Bakı  1998. s.75.


Yüklə 396,29 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə