RəBİYYƏt aslanova qloballaşma və



Yüklə 396,29 Kb.
Pdf görüntüsü
səhifə52/64
tarix30.09.2017
ölçüsü396,29 Kb.
#2482
1   ...   48   49   50   51   52   53   54   55   ...   64

206
Q LO B A LLA ŞM A   VƏ M Ə D Ə N İ  M Ü X T Ə L İF L İK
olunmasın.  Qismən  də  olsa,  Avropa  və  Qərb  dünyası 
İslama subyektiv, mənfi qiymətlə bərabər, bəzən obyektiv 
qiymət də verməyi bacarmışdır.
“XIX  əsrdə  və  XX  əsrin  əvvəllərində  Avropa 
islamşünaslığı  islam  dini  və  mədəniyyətinin  tarixinin 
öyrənilməsi  işində böyük iş görmüşdür. Nəticədə mənasız 
miflər  dumanı  dağıdıldı,  xristian-ortodoksal  ədəbiyyatın 
yaratdığı olaylara aydınlıq gətirildi”.1
Yuxanda  misal  gətirdiyimiz  ən  müasir  müəlliflərin 
tədqiqatlarından  parçalara  əsasən  belə  deyə  bilərik  ki, 
Qərb-Avropa  tədqiqatçıları,  islam  obrazı  haqqında  heç  də 
az  maraqlı  olmayan  yeni  “miflər”  yaratmaq  işinə  son 
qoymaq barədə hələlik düşünmürlər.
İslam  obrazı  və  Avropa  mövzusundan  söz  düşərkən, 
peyğəmbər  Məhəmmədin  şəxsiyyəti  və  həyatına  dair 
yazılmış,  ən  məşhur  yazıçı,  alim,  filosof və  başqalannın 
əsərləri və onların mövqeyi də diqqətə çəkilməlidir.
Müsəlman  peyğəmbəri  haqqında  yazılan  əsərlər 
cəfəngiyyat  və  ideologiya  ilə  elmi  maraq  arasında 
tərəddüd  edirdisə  də,  peyğəmbərin  ucalığı  müqabilində 
bu əsərlər formalaşmış stereotiplərə xidmət edirdi.
Ümumiyyətlə,  Avropa  ictimai  şüurunda  XX  əsrin. II 
yarısında  islamın  ikili  obrazı  yaranmışdı:  “bir  tərəfdən 
(panislamizm  əsasında)  Avropa  sivilizasiyasına  qarşı 
duran  “barbarların  fanatizmi”  təhlükəsi  kimi,  digər 
tərəfdən  islam  dininə  “sabitlik yaradan din”,  hakimiyyətə 
çatmaq vasitəsi kimi baxılırdı”.2
Avropa  fikrində  İslama  münasibətdə  romantik-ek­
zotik,  imperiyaçılıq  və  elmi  yanaşmalar  geniş  yayılmışdı; 
xristian  din  xadimlərinin  müəllifləri  olduqları  əsərlər 
“dini  ehtirasın”  təsiri  altında,  islam  həqiqətinə  tam 
etinasızlıqda qələmə alınmışdır.
1  M.А.Батумский.  Западно-Европейская  исламистика  и  колониа­
лизм.  Современные  идеологические  проблемы  в  странах  Азии  и 
Африки.  М,  1970, с.171.
2 N.Daniel.  Islam. Evrope and Empire. Edinbourgh,  1966, p.467-468.
Fəsil II.  Q loballaşm a və  m əd ən iy y ətlərin  dialoqu
207
XX  əsrdə  formalaşmış  yeni  tarixi  şərait  nəticəsində 
islam  dininə  və  mədəniyyətinə  münasibətdə  əsrlərlə  for­
malaşmış  stereotiplərin  inkar  edilməsi  meyli  for­
malaşmağa  başladı.  Şərq  və  Qərbin  dini,  mədəni,  irqi 
qarşıdurmasına  dair  konsepsiyalar  öz  yerini  vahid  Aralıq 
dənizi  bölgəsinin  eyni  monoteist missiyasını  daşıyan  dini 
təlimlərini  ayıran  deyil, bir-birinə  oxşar olan  cəhətlərinin 
təhlilinə  üstünlük  verən  tədqiqatlara  verməyə  başladı. 
Bunların  təsiri  kimi,  1965-ci  ildə  Vatikan  kilsəsi  İslamın 
Allaha, onun qüdrət və əzəmətinə, İsa Məsihə, Məryəmə, 
peyğəmbərlərə  dair  həqiqətlərin  bəşəriyyətə  çatdırıl­
masında xidmətini rəsmi şəkildə etiraf etdi”.1
Müsəlman  mədəniyyətinin  Avropaya  təsiri,  əsasən, 
ərəblərin  İspaniya  və  Siciliyada  hökmranlıq  çağlarından 
başlayır.  Müsəlman  İspaniyası  keçmiş  imperiya  əya­
lətindən  müstəqil  dövlətə  çevrildi,  onun  ən  çiçəklənmə 
dövrü  Əmir  III  Əbdürrəhmanın  hakimiyyət  illərinə 
təsadüf edir.  Müsəlman  mədəniyyəti  ilə  bağlı  ilk  təsəv­
vürlər  iqtisadi  ticarət  əlaqələri  sahəsində  formalaşırdı. 
Müsəlmanların  bu  ölkələrə  gəlişi  yalnız  siyasi  və iə rb i 
deyil, mədəni fakt və reallıq kimi də təzahür edirdi.
“İslam  mədəniyyəti  ilə  Qərb  arasında  mədəni 
mübadiləyə ilk səbəb olanların yalnız xaçpərəstlər olduğu 
barədə yayılan fikirlər təkzib edilməlidir.  Aralıq dənizinin 
müxtəlif  sahilləri  arasında  münasibətləri  aydınlaşdırmaq 
üçün  dini-mədəni  və  iqtisadi-siyasi,  ticarət  və  hərbi 
fəaliyyət  sərhədlərini  dəqiqləşdirmək  lazımdır.  Səlib 
yürüşləri  nifrət  və  düşmənçilik  duyğusu  yaydığına  görə 
bu iki aləm arasında qarşılıqlı təsirə sədd çəkilmişdi”.2
Ərəb  İslam  mədəniyyətinin  avropalılar  üçün  cazibəsi 
daha əyani şəkildə müsəlmanların saray, geyim, incəsənət 
və  s. 
haqqında 
formalaşan  “gözəl 
həyata”  dair 
təsəvvürləri  idi.  Hərbi,  siyasi,  ticarət  əlaqələri  ilə
1  У.Монтгомери  Уотт,  П.Какиа.  Мусульманская  Испания.  М, 
1976. с. 13.
2 Yenə orada.


208
Q LO BA LLA ŞM A   VƏ M Ə D Ə N İ M Ü X T Ə L İF L İK
başlanan  müsəlman  təsiri  mədəniyyətin  təsiri  mərhə­
ləsinə qədəm qoydu.
Qustav  Lc  Bon  yazır  ki,  Avropa  zamanın  qatı 
qaranlığında  tənəzzül  etdiyi  vaxtda  islam  bölgəsində 
Bağdad  və  Kürtubə  mədəniyyət  və  elm  ziyasını  bütün 
dünyaya  yayan  iki  mədəniyyət  mərkəzi  idi.  Yunan  və 
Şərq  elm  və  fəlsəfəsinin  varisi  olmaq  etibarilə  müsəl­
manlar bu xəzinələri Qərbə-Avropaya nəql etdilər.
İslam  mədəniyyətinin  Avropaya  təsirinin  erkən 
çağları 
barədə 
A.Şampolor 
“Səlahəddin 
islam 
qəhrəmanlarının  möhtəşəmi”  əsərində  belə  qənaətdədir: 
“Əcdadımız  Venetsiya  tacirlərinin  çoxlu  qazanc  əldə 
etdiyi  toxuculuq  sənətini  ərəblərdən  öyrəndi.  Bu  sənət 
sonra  transız  millətini  zənginləşdirdi.  Venetsiya  şüşə  və 
güzgü  istehsalı  üçün  Şərqin  texnoloji üsullarına borcludur. 
Avropalılar  kağız  istehsalını  da  onlardan  öyrənmişlər. 
Sənaye  təkcə  bir  milləti,  bütün  qitəni  tamamilə  işğal 
etmişdi”.1
Doğrudan  da,  800-cü  ildə  Harun-ər-Rəşidin  vəziri, 
Yəhya  Barmakid  Bağdadda  dünyada  kağız  istehsal  edən 
ilk  dəyinnan  tikdirmişdi.  XII  əsrdə  Fransa  ziyarətçiləri 
buradan 
evlərinə 
kağız  vərəqlərini 
möcüzə  kimi 
əzizləyərək  aparırdılar.  Kağız  dəyirmanları  İtaliya  və 
Almaniyada yalnız XIV əsrdə işə salınmışdı.
Ərəblər  Avropaya  malik  olduqları  minillik  şəhər 
mədəniyyəti  təcrübəsini  də  gətirib  gəldilər.  Onların 
“gözəl  həyat”  kimi  təsəvvür  etdikləri  şəhər  mədəniyyəti 
musiqi,  incəsənət,  kulinariya,  geyim-dəb  və  s.  əhatə 
edirdi.  IX  əsrdə  yaşamış  musiqiçi  və  müğənni  Ziryab 
Avropaya  yayılan  “şəhərli  zövqü”nün  meyarı  ola  biləcək 
ənənələrin  banisi  sayılır.  “Ağır  çəkili  formasız  qızıl 
qablarla  müqayisədə  zərif çini  qablarda  yemək  verilməsi, 
musiqi  məclisləri,  hər  fəslin  öz geyimini  geymək,  bu  gün 
ən  kübar  məclislərdə  yeməklərin  verilmə  sırası  və  s.
1 A.Champolor.  Saladin. Je fur heros islam. Paris,  1956, p.97.
Fasil  II.  Q loballaşm a  və  m əd ən iy y ətlərin  dialoqu
209
bütün bunların müəllifi Ziryab sayılır”.'
İslam  mədəniyyətinin  Avropaya  təsiri  elm,  fəlsəfə, 
təbabət,  bədii  ədəbiyyat,  incəsənət,  memarlıq  və  s.  kimi 
müstəvilərdə  daha  nüfuzlu  görünür. 
1974-cü  ildə 
İngiltərədə  M.Edvards  tərəfindən  nəşr  olunmuş  “İslam 
irsi” adlı məcmuədə yazırlar:  “Ərəblər elmdə, xüsusilə də 
riyaziyyatda 
misilsiz 
uğurlar 
qazanmışlar. 
Onlar 
rəqəmlərdən  istifadə  edərək  müasir  riyaziyyatın  baniləri 
oldular.  Cəbri  dəqiq  elmə  çevirdilər,  analitik  həndəsənin 
təməlini  qoydular.  Yunanlarda  yerli-dibli  olmayan  səthi 
və  sferik  triqonometriyanın  yaradıcıları,  astronomiyada 
dəyərli kəşvlərin müəllifləri oldular”.2
Yunan  elmi  və  fəlsəfəsinin  tərcümə  edilərək, 
dünyaya məlum  edilməsi  sahəsində  islam  mədəniyyətinin 
xidmətləri  o  dərəcədə  danılmaz  və  təsəvvürə  gəlməzdir 
ki,  hətta  qərəzli  tədqiqatçılar  bu  faktı  vurğulamaq 
zərurətində  olmuşlar.  Bəşər  mədəniyyətinə  İslamın 
təsirini  yalnız  antik  dəyərlərin  ötürücü  həlqəsi  kimi 
səciyyələndirən  məhdud  baxışlar bu  gün  avropalı  alimlər 
tərəfindən daha qətiyyətlə yenidən qiymətləndirilir. 
j
Təbabət  sahəsində  islam  mədəniyyətinin  uğurları, 
tibbi  biliklər  sahəsində  ensiklopediyalar  yaradan  loğman 
və  həkimlər,  ər-Razi,  əl-Məcusi,  ibn-Sina,  Əl-Zəhrəvi, 
Xali  Abbas  və  s.  kimi  dühaların  bu  gün  də  dəyərini 
saxlayan 
əsərləri 
avropalılar 
üçün 
örnək 
rolunu 
oynamışdır.
XIII  əsrdə  Bağdadda bünövrəsi  qoyulmuş “Şəva evi”, 
1784-cü  ildə  Qahirədə  açılmış  Mənsuri  xəstəxanası 
(deyilənə  görə  8  min  çarpayılıq  yeri  və  mükəmməl  ava­
danlığı  var  idi)  və  s.  kimi  səhiyyə  ocaqlarının  təcrübəsi 
bütün dünyaya yayılmışdır.
İslam  mədəniyyətinin  inkişaf  etdirdiyi  ən  mühüm 
istiqamətlərindən  biri  də  kimya  idi.  Məşhur  alim  Cabir
1 У.Монтгомери-Уотт.  Влияние  ислама  на средневековую Европу. 
М,  1976. с.45.
2 M.Edwards. The legacy of Islam.  Oxford,  1974.


Yüklə 396,29 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə