RəBİYYƏt aslanova qloballaşma və



Yüklə 396,29 Kb.
Pdf görüntüsü
səhifə53/64
tarix30.09.2017
ölçüsü396,29 Kb.
#2482
1   ...   49   50   51   52   53   54   55   56   ...   64

2 1 0
Q LO B A LLA ŞM A   VƏ M Ə D Ə N İ  M Ü X T Ə L İF L İK
Həyyanın  (VIII  əsr)  əsərləri,  bugünkü  kimyanın  diqqət 
mərkəzində  duran  bütöv  problemləri  cavablandırmaqla 
həm  tədqiqat  metodikası,  həm  də  laboratoriya  avadanlığı 
Avropa elminə  və dilinə  “Cabir korpusu” adı  altında daxil 
olmuşdur.  Hindistan  üzrə  mütəxəssis  əl-Biruni  həm  də 
kimya  sahəsində  bir  çox  maddələrin  xüsusi  çəkisini  çox 
dəqiqliklə müəyyənləşdirə bilmişdi.
Bugünkü  beynəlxalq  humanitar  hüququn  təməlinin 
İslam 
mədəniyyətində 
qoyulması 
çox 
az 
adama 
məlumdur.  Müxtəlif  illərdə  Beynəlxalq  Qırmızı  Xaç 
Cəmiyyətinin  prezidenti  işləmiş,  dünyanın  ən  məşhur 
universitetlərinin  hüquq  üzrə  fəxri  doktoru,  Haaqa 
Beynəlxalq  Hüquq  Akademiyasının  peşəkar  hüquq 
professoru,  diplomat  və  ictimai  xadim,  fransız  Jan  Pikte 
yazır:  “İslam kölə və  binəsiblərə  onların  insani  ləyaqətini 
qaytarmaq  sahəsində  xristianlığı  çox  geridə  qoymuşdur. 
1280-ci 
ildə 
tərtib  olunmuş  Vikayət  dövrün  ən 
mükəmməl  müharibə  qaydalarına  dair  qanunlar  toplusu, 
beynəlxalq  humanitar  hüququn  ilk  tarixi  formalarından 
biri  idi.  Bu  qanun  toplusunda  qadınların,  uşaqların,  qoca, 
xəstə  və  parlament  nümayəndələrinin  öldürülməsi  qa­
dağan  edilirdi.  Məğlub' olmuş  xalqı  şikəst  etmək,  döyüş 
oxlarını  və  su  mənbələrini  zəhərləmək  qəti  qadağan 
olunurdu.
Xəlifələrlə 
Şərqi 
Roma 
imperiyası  arasında
bağlanılan  müqavilələrdə  əsirlərə  humanist münasibət və 
onların  azad  edilməsi  şərtləri  xüsusi  vurğulanırdı.  Bu 
humanitar hüququn  formalaşması tarixinə daha bir mühüm 
təsir  idi.  Müsəlman  bağlanmış  müqaviləni  heç  bir  vəchlə 
pozmurdusa,  Avropada  belə  bir  rəy  hökm  sürürdü  ki,  bu 
bütpərəstlərlə 
istənilən  danışıq 
birtərəfli 
qaydada, 
istənilən vaxt pozula bilər.  Bu rəy hər gün,  hər ay həyatda 
tətbiq edilirdi.”1
Harun-ər-Rəşid,  xəlifə  Məmun  dövründə  xilafətin
1  Жан  Пикте.  Развитие  и  принципы  международного  гуманитар­
ного  права.  МККК, М,  1994, с.24.
Fəsil II. Q loballaşm a  və m əd ən iy y ətlərin   dialoqu
211
müxtəlif  yerlərində  11  mindən  çox  kilsə,  yüzlərlə 
sinaqoq,  atəşgah  vardı.  1065-ci  ildə  təsis  olunmuş 
Nizamiyyə  Universiteti  dünyada  yaranan  elmi  mərkəzlər 
üçün  nümunə  oldu.  Elmlərin  tədrisinin  bu  möhtəşəm 
sistemi  ən  müxtəlif  istiqamətləri  əhatə  edirdi.  “X-XI 
əsrlərdə islam dünyasında heç bir başqa sivilizasiyada rast 
gəlmədiyimiz  bir  təzahürlə  rastlaşırıq  -   hara  baxırsan 
kitaba,  elmə  aludəçilik 
görürsən,  minlərlə  məsciddə 
görkəmli  alimlərin səsi  eşidilir, hökmdarların  saraylarında 
şair  və  filosofların  məclisləri  qurulur,  yollarda  elm 
sorağında  olan  coğrafiyaşünas,  tarixçi,  şərqşünaslarla 
qarşılaşırsan.1
İslam 
mədəniyyətinin 
bədii 
ədəbiyyata 
təsiri 
“provansal  lirikası”  kimi  səciyyələndirilən  və  ya 
trubadurlar  poeziyası  timsalında  nümunə  çəkilən  tematik, 
metrik  və  musiqili-ritmik  xüsusiyyətlərin  ərəb  mənşəli 
olması  kimi tədqiqatlarda geniş sübuta yetirilmişdir.
İslam  mədəniyyətinin  Avropaya  təsiri,  bu  bölgənin 
ictimai  şüurunda  uzun  əsrlər  formalaşmış  stereotiplərin, 
çox  dərin  kök  atmış  təsəvvürlərin  ictimai  elmdə:  də 
birdən-birə 
obyektiv 
qiymətləndirilməsinə 
əsassız 
optimizm yarada bilməz.
Hər  halda  XX  əsrdə  islam  mədəniyyətinin  dünya 
mədəni  xəzinəsinə  verdiyi  dəyərlərə  dair  yazılan 
əsərlərin  sayının  çoxalması,  onların  öz  sələflərinin 
“günahını yumaq” işinə xidmət edir.
M.Edvardsın  “Qərb-Şərq  koridoru”,  “İslam  irsi”  kimi 
məcmuələri  qərb  şərqşünaslığının  ən  obyektiv,  ciddi 
tədqiqatlarının davamçıları sırasındadır.
Ərəb-müsəlman mədəniyyəti,  fəlsəfi  fikri və elmi  irsi 
göz  önünə  gələrkən  aydın  olur ki,  bunlarsız  Avropa  elmi 
heç  vaxt  sonrakı  inkişafını  təmin  edə  bilməzdi.  Onlar 
dünya  mədəniyyətinin  yalnız  mühafizəçisi  və  ötürücüsü 
deyil,  ən  vacibi  -   yaradıcısıdır.  “ 1100-cü  ildə  avropalılar 
elmlə  maraqlanmağa  başlayanda,  İslam  mədəniyyətin
1 J.Riesler.  Incil. Malta.  1:21, c.21.


2 1 2
Q LO B A LLA ŞM A   VƏ  M Ə D Ə N İ M Ü X T Ə L İF L İK
çiçəklənmə  zirvəsində  idi  və  irəli  getməzdən  əvvəl 
avropalılar  bunların 
hamısını 
ciddi 
mənimsəməyə 
başladılar”.1
İslam  mədəniyyətinin Avropaya  təsiri  ən çox  “fəlsəfi 
düşüncə  və  istiqamət  sahəsində  nəzərə  çarpdı”  -   desək, 
yanılmarıq.
İslam  fəlsəfəsi  VII  əsrdən  başlayaraq  özünoqədərki 
qədim  Şərqin  mifoloji,  dini,  fəlsəfi  təsəvvür  və 
ənənələrinin  ən  dəyərli  qatlarını  hifz  edərək  cəmləmiş, 
varislik  prinsipi 
ilə  inkişaf  etmişdir.  Bizim  əsas 
məqsədimiz  islami  təfəkkür  tərzinin  təkamülünü  addım- 
addım  izləmək  yox,  Qərbdə  fəlsəfi  düşüncənin  inkişafına 
onun  təsirinə  və  fəlsəfi  sistemlərdə  malik  olduğu  yer  və 
rola aydınlıq gətirməkdir.
Antik  yunan  elmi  və  fəlsəfəsinin  geniş  şərhi, 
tərcüməsi  və  yayılması  sahəsində  göstərilən  xidmət, 
İslam  fəlsəfəsinin  dünya  mədəniyyətinə  göstərdiyi  əbədi 
missiyanın  yalnız  bir  cəhəti  olduğu  halda,  heç  olmasa 
qərəzli  Qərb  düşüncəsi  bu  cəhəti  heç  vaxt  inkar  edə 
bilmədi.  Çünki  bu  adi  gözlə  görünə  bilən  bir  həqiqət  idi. 
“Müasir  dövrdə  xristian  teologiyasının  əsas  prinsiplərinin 
Şərq fəlsəfi  prinsiplərinə  müvafiq təşəkkül  tapdığını  inkar 
etmək  qeyri-mümkündür.  “İslam  elmləri”nin  düşüncə 
tərzi  ilə  yeni  təfəkkür  arasında  əlaqələr  getdikcə 
möhkəmlənir.  Bu  dəyişməz  bir  həqiqətdir  ki,  islam, 
yunan  fəlsəfəsinin  ən  önəmli  sahələri  ilə,  hind  aləmi  və 
Avropa  ilə  Sami  aləminin  Allahın  birliyi  anlayışı  arasında 
birləşdirici  olmuşdur”.2
Müsəlmançılığın  III  əsrində  (Hicr  təqvimi  ilə)  kəlam 
elmi  yarandı.  Məntiq,  metafizika  və  dialektika  islam 
düşüncəsini  və  diqqətini  cəlb  etdi  və  buna  görə  də 
görünməmiş  inkişaf səviyyəsinə  çatdı.  Əsas  səbəb  isə  bu 
idi:  dialektika  və  məntiq  kəlam  elmi  timsalında  islamın
1 У.Монтгомери-Уотг.  Влияние ислама  на средневековую Европу. 
М,  1976. с.65.
2 Yenə orada.
Fəsil II.  Q loballaşm a və m ədəniyyətlərin  dialoqu
213
başlıca  mənəvi  intellektual  məqsədinə  -  təfəkkürün 
məntiqi 
qanunauyğunluqlarının 
öyrənilməsinə, 
fikri 
araşdırma  və  arqumentasiyanın  ən  ciddi  problemlərin 
nəzəri  və  praktiki  həllində  böyük  irəliləyiş  əldə  edildi. 
Kəlam  elminin  Avropadakı  əsas  teoloji  sübut  və 
arqumentasiyadan  fərqi  o  idi  ki, müsəlman  mütəfəkkirləri 
məntiqin  tətbiqini  sırf  dini-idealist,  sxolastik  səpkidən 
azad  edərək,  ictimai,  siyasi,  iqtisadi  həyatda  onun 
əhəmiyyətinin,  ziddiyyətləri  çözülməsində  dəyərini  üzə 
çıxardılar,  reallığa  tətbiq  etdilər.  Avropada  məntiq  və 
dialektika  reallıqdan  tam  təcrid  olunmuş  halda,  yalnız  sırf 
dini sxolastika və kilsənin prinsiplərinin təhlilində istifadə 
olunurdu.
XI  əsr  Avropada  elm  və  fəlsəfənin  vəziyyətini 
təsəvvür etmək üçün misal  çəkilə bilər.  Cəmiyyətin bütün 
həyatı  xristian  ehkamları  çərçivəsində,  təhsil  kilsə 
tabeliyində  məntiq,  fəlsəfə  və  dialektika  da  onların 
diktəsinə  tabe  idi.  Ərəb-islam  fəlsəfəsi  öz  fərqli 
düşüncəsi  ilə avropalılara bütöv bir yeni aləm kəşf etdi.
XVII  əsrə  qədər  Avropa  elm  və  təbabətinin,  islatn 
filosoflarının  təsiri  altında  olması  o  dövrün  kitablarında 
aydın  görünür.  Məsələn:  İbn-Sina  və  ər-Raziyə  1000 
dəfədən  çox  isnad  edilirsə,  Hippokrata  cəmi  100  isnad 
verildiyi bəlli olur.
İslam  fəlsəfi  sistemi  içərisində  İbn-Sinamn  dəyəri 
təbabətdəki  xidmətindən  az  deyildi.  O  Avropa,  istərsə  də 
bəşər  tarixində  bir  neçə  əsr  davam  edən  elmi  ənənə  və 
təsnifat  sisteminin  banisidir.  Tədqiqatçı  A.M.Qoyçon 
(Fransa)  qeyd  edirdi  ki, orta əsrlərdə  hər hansı  bir  filosof 
əsər yazırdısa,  İbn Sinanın ona təsirindən bəhs edirdi.
Qərb-Avropa elm  və  mədəniyyətinə  təsir baxımından 
İbn-Rüşdün  (Averroes)  xidmətləri  xüsusilə  fərqlənir. 
Qərb-Şərq  elmi  və  fəlsəfəsi  arasında varislik və körpünün 
olmasına  ən  bariz  nümunə  İbn  Rüşdün  yaradıcılığı 
olmuşdur.  Mütəfəkkir  filosofun  nəhəng  sistemi  bu  günə 
qədər  əhəmiyyətini  saxlamış,  ən  müxtəlif  mənalarda


Yüklə 396,29 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə