RəBİYYƏt aslanova qloballaşma və



Yüklə 396,29 Kb.
Pdf görüntüsü
səhifə56/64
tarix30.09.2017
ölçüsü396,29 Kb.
#2482
1   ...   52   53   54   55   56   57   58   59   ...   64

2 2 2
Q LO B A LLA ŞM A   VƏ M Ə D Ə N İ  M Ü X T Ə L İF L İK
edən  Azərbaycan  türkləri  üçün  birləşdirici-inteqrativ 
faktor kimi çıxış etmişdir.
Orta  əsrlər,  xüsusilə  də  XII  əsr Azərbaycan  tarixi  və 
mədəniyyətinin 
“qızıl 
yüzilliyi” 
adlanır. 
Dünya
mədəniyyətinin  antik  dövrə  təsadüf  edən  dalğası  orta 
əsrlərdə 
Azərbaycan 
mədəniyyətinin 
möhtəşəm
yüksəlişində  əks  səda  verir.  Şərqin  üç  böyük  dilində  -  
ərəb,  fars  və  türk  dilində  yazaraq  İslam  dinini  və 
mədəniyyətini 
bütün 
istiqamətlərdə 
zənginləşdirən 
Azərbaycanın  fikir  dühaları  öz  zamanları  üçün  dünya 
mədəniyyətinin qlobal məkanını formalaşdıra bilmişdilər.
Orta  əsrlərdə  elm  dünyəvi  və  dini  sahələrə  ayrılırdı. 
Dünyəvi  elmlərə  “əl-ülum  əl-əqliyyə”,  dini  elmlərə  “əl 
ülum  əl-nəqliyyə”  deyilirdi.  Qurani-Kərim  yalnız  dini 
deyil,  hüquqi,  fəlsəfi,  ictimai-siyasi,  mənəvi,  mədəni, 
etik,  estetik  və  s.  dünyagörüş  və  prinsiplərin  təməli, 
müasir terminlə deyilsə, “nəzəri mənbəyi” idi.
İlk  islam-türk  ədəbiyyatı  ilk  islam-türk  dövlətində 
yarandı.  X  əsrdən  etibarən  Qaraxanlılar  çağında  Y.Ba- 
lasaqunlunun  “Qutadqu  bilik”  (Xoşbəxt  edən  bilik) 
(1069),  M.Kaşğarlınm  “Divani  lüğət-it-türk”  (1072), 
Əhməd  Yəsəvinin  “Divani  hikmət”  (XI),  Əhməd 
Yüğnəkinin  “Ətabətül  həqayiq”  (XII),  Əlinin  “Qisseyi- 
Y usif’  (XIII  əsr),  Xarəzminin  “Məhəbbətnamə”  (XIV 
əsr),  Qütbünün  (Xosrov  və  Şirin”  (XIV  əsr),  Qazi 
Bürhanəddinin “Divanı” (XIV əsr) yarandı.
Y.Balasaqunlu  özünün  “Qutadqu  Bilik”  (Xoşbəxtlik 
elmi)  əsərində,  cəmiyyət,  əxlaq  və  siyasət  məsələlərinə 
dair  üç  vəzir  arasında  gedən  dialoqla,  türk-islam  ha­
kimiyyət  üsulunun  əxlaqi-hüquqi  prinsiplərinə  toxun­
muşdur.  Ədalət,  ağıl  və  xoşbəxtlik  ideyalarına  dair  bu 
əsərlə  o,  avropalı  filosofları,  Volteri,  E.Rotterdamlını, 
C.Svifti  yeddi  əsr əvvəl  qabaqlayır,  ümumfəlsəfı  maarifçi 
didaktikanın ənənəsini  qoyur.
İslamın  ən  böyük  müqəddəs  kitabı  Qurani-Kərimin 
əxz  etdiyi  bütün  ümumbəşəri  mənəvi  prinsiplərin  tən­
Fəsil  II.  Q loballaşm a və  m ədəniyyətlərin dialoqu
223
tənəsi  kimi  Azərbaycan xalqının  çeşmə kimi  çağlayan dü­
halarının qələmindən süzülən neçə-neçə kitablar, indi xal­
qımızın tarix, millət və mədəniyyət kitabları  sayılan neçə- 
neçə əsərlər orta əsrlə islam mədəniyyətinin töhfəsi  idi.
XI  əsrdə  türk  səlcuqlann  simasında  bütün  müsəlman 
dünyasına  hakim  kəsilir.  Hegemon  sosial-siyasi  qüvvə 
olmağa  başlayır  ki,  türklərin  müsəlman  aləmində 
hökmranlıq missiyası XX əsrə qədər davam edir.
IX-X  əsrlərdə  bədii  və  elmi  əsərlərin  demək  olar  ki, 
əksəriyyəti  ərəb  dilində,  Quran  dilində  yazılırdı.  İbn 
Qüteybənin  (828-889)  “şer  və  şairlər”,  Ə.İsfahaninin 
(897-966)  “nəğmələr  kitabı”,  İbn  Yəsarın  (?-748),  M.Şə- 
havat  və  Ə.Əbülabbas  kimi  azərbaycanlı  şairlərin  əsərləri 
o  dövrün  şer  antologiyalannda  əksini  tapmışdır.  “VIII-X 
əsrlər türkdilli  azərbaycan xalqının  fəallığının yüksəlməsi 
ilə  bahəm,  çoxdilli  alban,  ərəb,  iran,  fars,  tat,  talış  və  s. 
mədəniyyət  nümunələrinin  də  mövcud  olduğu  dövrdür. 
Azərbaycan  xalqı  öz  mənəvi  mədəniyyətinin  zəngin  irsi­
nin  çoxçalarlığı  ilə  fərqlənərək  bu  sərvəti  uzun  əsrlər 
yüksəliş  illərini  yaşayacaq  elmi,  bədii,  fəlsəfi  əsərlərin 
yaradılmasına sərf etməyə hazır idi.  VIII-X əsrlərin Azər­
baycan  mədəniyyəti  ən  müxtəlif tarix,  xalq  və  ərazilərin 
mədəni 
dəyərlərini 
sintezdə 
birləşdirərək 
dünya 
mədəniyyətinin potensial faktoru olmaq iqtidarında idi".
XIII  əsrdən  etibarən  ilk  azəri-türk  şer  məktəbi 
formalaşır:  Həsənoğlu,  Q.Bürhanəddin,  İ.Nəsiminin  əsər­
ləri  yaranır.  “Tək  Tanrılı,  ikidilli  islam  böyüyüb  “üçdilli 
islama çevrilir”.1
Orta  əsrlər  Azərbaycan-islam  mədəniyyətinin  ən 
böyük  inciləri  fəlsəfə  və  bədii  ədəbiyyat  sahəsində 
yaradıldı.
Müsəlman hüququ  ilə bərabər ilahiyyat, metafizika və 
fəlsəfə  çox  geniş  inkişaf  edirdi.  Ərəb  sxolastika 
məktəblərinin  mərkəzi  olan  Bəsrə  və  Kufədə  islamın 
fəlsəfi  əsasları  müəyyənləşdirildiyi  kimi,  Azərbaycanda
1 Y.Qarayev. Göstərilən əsəri, s.70.


224
Q LO B A LLA ŞM A   VƏ M Ə D Ə N İ  M Ü X T Ə L İF L İK
da  eyni  məsələlər  ilahiyyatçılar  qarşısında  dururdu.  Bu 
dövrün  məşhur  ilahiyyatçılarından  Z.M.əl-Baba,  M.A.əl- 
Bərdəi,  İ.C.əl-Babi,  H.R.əl-Bədici,  M.Səlmasi,  S.Təbrizi, 
Məkki  Bərdəi  və  başqaları  Azərbaycanın  ən  böyük 
ilahiyyatçıları  idilər.
İslam  sxolastikası  müxalifətçi  və  ortodoksal  qolları 
arasında mötəzililik və əşərilik seçilirdi.
Mötəzililik  islamın  şərhində  rasionalizm  və  zəka 
kultu  nümayəndələri  kimi  insanın  iradə  azadlığı,  ağlın 
inama  qarşı  qoyulması  və  s.  kimi  prinsiplərdən  çıxış 
edirdilər.
VIII-X  əsrlərdə  Azərbaycanda  ismaililik  və  sufizm 
fəlsəfi  cərəyanı  kimi  istiqamətlərin  başlanğıc  mərhələləri 
idi.  Bu  cərəyanlar  ideya  baxımından  bənzərliyə  malik 
idilər,  hər  ikisi  panteizm  və  zəruri,  mümkün  varlıq  kimi 
vahid  Allah  prinsipini  əsas  sayırdı.  “Sufizmdə  panteist 
dünyagörüşə,  dərindən  işlənilmiş  fəlsəfi  kateqoriya  kimi 
“məhəbbət”lə,  ismaililərdə-real  və  mistik  idrakı  ifadə 
edən “ağıl” kateqoriyası ilə yanaşılırdı”.1
Bu  dövrdə  sufilər  Ə.Vərəsani  Təbrizi,  Ə.Həmədani, 
Ə.Bərdəi,  Ə.Abhari  və  b.  müsəlman  şərqində  geniş 
tanınmışdı.  Baba  Kuhi  Bakuvinin  sufilik  fəlsəfəsini  ifadə 
etdiyi  poetik  Divanı,  Şərqdə  fəlsəfi  poeziyanın  ilk 
nümunələrindən idi.
Orta  əsrlərin  mədəniyyətinə  “Saflıq  qardaşları”  gizli 
cəmiyyətinin  hazırladığı  52  cildlik  elmi-fəlsəfı  traktatı 
dövrün  problemlərini  əks  etdirməsi  baxımından,  onun 
yaradıcıları  “Şərqin  ensiklopedistləri”  adlandırılmışlar. 
Cəmiyyətin  ideoloqu  və  təşkilatçısı  məşhur  Azərbaycan 
mütəfəkkiri Əbülhəsən Zəncani  idi.
“Saflıq  qardaşları”nın  təlimi  artıq  XI  əsrin  ortalarında 
İspaniyaya-Andaluziyaya  gətirilmiş  və  geniş  yayılmış,  bu 
təlim  nəinki  Şərqdə,  həm  də  Qərbdə  elm  və  fəlsəfənin 
inkişafına böyük təsir göstərmişdir.
1  История  Азербайджанской  философии.  Том  1.  Отв.ред.  д.ф.н. 
З.А.Кулизаде -  Баку, 2002, с.77.
Fosil  П.  Q loballaşm a vo m odoniyyotlərin dialoqu
225
Orta  əsrlərdə  Azərbaycanda  mədəniyyət  sahəsində 
qarşılıqlı  əlaqə  və  əməkdaşlığın  möhkəmlənməsində 
Azərbaycanla  Orta  və  Kiçik  Asiya,  İran,  Suriya,  Misir, 
Zaqafqaziya,  Rusiya  və  Uzaq  Şərqlə  aparılan  iqtisadi 
əlaqələr  xüsusi  rol  oynayırdı.  Azərbaycan  Avropa  və 
Yaxın  Şərq  arasındakı  böyük karvan yolunun üstündə  idi. 
Dünyanın  hər  yerindən  gələn  tacirlər  və  müxtəlif  peşə 
adamları  özləri  ilə  mədəniyyətləri  barədə  məlumatlar  da 
gətirirdilər.  Ölkədə  bütün dünyanın elmi, fəlsəfi,  təbabət, 
tarix, ədəbiyyat və s.  haqqında biliklər mövcud idi.
Şəhərlər xüsusi  vüsətlə  inkişaf edirdi.  Ölkənin  siyasi- 
iqtisadi  həyatı  ilə  birgə  mədəni  həyatı  da  sürətlə  inkişaf 
edirdi.  Məşhur  həkim  və  ədib  Ə.Abdan,  hüquqşünas 
Ə.B.Şirvani,  astronom  F.F.Şirvani,  filosof,  alim  və 
məntiqçi  Bəhmənyar,  filosof  Eynəlqüzat  Miyanəçi, 
işraqilik  fəlsəfəsinin  banisi  İşhabəddin  Sührəvərdi  və 
başqaları  bu  dövrdə  yaşayıb  yaratmışlar.  Azərbaycan 
mədəniyyətinin  möhtəşəm  simalan  demək olar ki,  hamısı 
Şərqin  ən  böyük  mədəni-elm  mərkəzlərində  təhsil 
almışdılar.
Azərbaycan  mədəniyyəti  memarlıq  və  arxitektura 
sahəsində  də  şedevr  nümunələr  yaradılır.  Şirvan, 
Naxçıvan  və  Arran  türbəsi,  Ə.Əcəminin  Möminə  xatun 
türbəsi,  Şamaxı  yaxınlığındakı  Gülüstan  sarayı,  memar 
Əbubəkrin  yaratdığı  komplekslər  tarixin  qızıl  fondunu 
təşkil  edir.  Bu  dövrdə  həmçinin  memar  Möhsün  (XI, 
Bakı),  memar Əmirəddin Məsud (XII əsr, Naxçıvan),  usta 
Əbu  Mənsur  ibn  Musa  (XII  əsr  Urmiya)  və  s.  memarlıq 
incilərini yaratmışlar.
XI-XII  əsrlərdə  Azərbaycan  ədəbiyyat  və  incəsə­
nətinin parlaq nümunələri yaradılmışdı.
Bu  dövrdə  Azərbaycanın  görkəmli  şairləri,  Ə.Mi­
yanəçi,  Ömər  Gəncəvi,  Qətran  Təbrizi,  Fələki  Şirvani, 
Məhsəti  Gəncəvi,  dünya  şöhrətli  Xaqani  və  Nizaminin 
misilsiz əsərləri də mədəniyyətimizi zənginləşdinnişdir.
Şərqin  poeziya  günəşi  N.Gəncəvi  XII  əsrdə  bəşər


Yüklə 396,29 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə