RəBİYYƏt aslanova qloballaşma və



Yüklə 396,29 Kb.
Pdf görüntüsü
səhifə55/64
tarix30.09.2017
ölçüsü396,29 Kb.
#2482
1   ...   51   52   53   54   55   56   57   58   ...   64

218
Q LO B A LLA ŞM A   VƏ M Ə D Ə N İ M Ü X T Ə L İF L İK
mühüm  amillərdən  sayırdı:  “Ruh  üçün  qanmazlıqdan 
böyük cəza ola bilməz!”.
Artıq  X  əsrin  əvvəllərində  islamın  ən  inkişaf  etmiş 
mədəniyyətə  malik  dinamik  sivilizasiya  olduğu  dövrdə 
sufi  təlimi  haqda  Qərbdə  məlumatlar  yaranmağa  başladı. 
Qərbin  fəlsəfı-dini  təlimlərinə  onun təsiri  barədə  belə bir 
misal  gətirmək  olar  ki,  ilk  ən  böyük  və  klassik  sufi 
məktəbi  Avropada  1000  il  bundan əvvəl,  İspaniyada təsis 
olunmuşdu.  Bu  yeni  ərazilərdə  hakimiyyəti  möhkəm­
ləndirmək üçün deyildi. Sadəcə harda islam vardısa, orada 
sufilik  vardı,  islam  və  sufizm  arasında  ciddi  daxili 
ziddiyyət  yox  idi.  “Bu  günün  özündə  sufi  məktəblərinin 
sayı  durmadan  artır.  Belə  hesab  olunur  ki,  40  milyona 
qədər insan bu məktəblərin üzvləridir”.
“Sufi  ordenlərinin  Avropada  yayılmış  geniş  şəbə­
kələri  içərisində  Nəqşbəndilər  ordeni  xəlifə  Əbu- 
Bəkrdən, qalanlar hamısı Əlidən rişələnən sayılırlar”.1
Sufilərə 
yalnız 
mistiklər 
kimi 
baxmaq 
Şərq 
tədqiqatçılarına  da  xas  olan  cəhətdir.  Mənəvi,  fəlsəfi, 
dini,  psixoloji,  fizioloji  kamilliyə  vəhdətdə  nail  olmaq 
yollarının  sufi  “mexanizmi”  Avropa  elminin  mühüm 
istiqamətini  təşkil  edir.  Amerikalı  R.Nikolson  sufizmi 
Qərbə  tanıtdırmaq  üçün uzun  illər  tədqiqat  aparmışdır.  O 
yazır  ki,  sufizm  dinlərdən  biri  deyil,  bəşəri  bir  dindir. 
Sufizmdə  ağıl  azad  olmadan  kamilliyə  gedə  bilməz. 
Mistika  və  praktika  sözün  əsil  mənasında  birgədir. 
C.Rumini  tərcümə  edən  Nikolsona  görə,  sufizmin  bu 
qədər  geniş  yayılmasının  səbəbi  “islamdakı  dözümlülük 
və  vəhdət  prinsipləridir.  İslam  əvvəlki  dinlərdən  fərqli 
olaraq deyir ki, həqiqət hamıya açıqdır”.2
İntellekt  və  intuisiyanın  vəhdətinin  təməlində  mə­
həbbət durur -  vəhdət məhəbbəti;  sufi  mistik ən müxtəlif 
istiqamətlərdə  işləyə  bilir,  materialist,  yaxud  da  idealist- 
dirsə fərqi yoxdur, yalnız bir istiqamətə yönəlmişdir.
1  Фредди Боллаг. Имя Аллаха и число 66. Пер. с немецк. М, 2003. с.14.
2 Лео Яковлев.  Суфии,  с.599.
Fəsil II.  Q loballaşm a 
у э
 
m ədoniyyətlərin dialoqu
219
Sufilər bəşəriyyətə yalnız mistik-fılosoflar deyil, həm 
də  çox  böyük  dahi  alimlər  bəxş  etmişlər.  “XX  əsrin  bəzi 
alimləri  inana  bilmirlər  ki,  Eynşteyndən  1000  il  əvvəl 
dərviş  Hücviri  sufi  təcrübəsi  əsasında  zaman və  məkanın 
eyniliyi barədə problemlər irəli sürmüşdü.”1
İdris  Şahın  yazdığına  görə,  müasir  psixologiyanın 
sufizmə  müraciət  etməsi  təqdirəlayiqdir.  Lakin  Z.Freyd 
və K.Yunqun Qərbə təqdim etdikləri psixoloji  təlimlərdə 
sufilər  üçün  təzə  heç  nə  yox  idi.  Qəzali  900  il  əvvəl, 
“xoşbəxtlik  əl  kimyası”nda  Freydin  “libido”  nəzəriy­
yəsinin müddəalarını daha səviyyəli təhlil etmişdir.
Professor  Tom  Landau  “İbn  Ərəbinin  fəlsəfəsi”  əsə­
rində  göstərir ki,  arxetiplər nəzəriyyəsinin banisi  K.Yunq 
deyildir,  bu,  İbn  əl-Ərəbi  təlimində  əhatəli  müəyyən­
ləşdirilib.  K.Yunqun  öz sözləri  misal  gətirilir:  “Qərb  psi­
xologiyası  Şərqlə  müqayisədə  ilk  addımlarını  atır”.  Eyni 
fikri digər məşhur alim S.Qroff da təsdiq edir.2
Alim,  filosof,  ilahiyyatçı,  şair,  musiqiçi  və  s.  kimi 
məşhur  olan  sufilər  bir  çox  ənənələrin  başlanğıcını 
qoymuşlar.
Sufilər  içərisində  Qərbə  ən  böyük  təsir  göstərən  və 
ən  çox  tərcümə  olunan filosof M.C.Rumidir.  Hazırda ona 
maraq daha da artmışdır.
İdris  şah  “Sufizm”  kitabında  yazır:  “Bizim  içdiyimiz 
kofeni  ənənəyə  görə  ilk  dəfə  sufilər  istifadə  etmişlər, 
geyimimiz,  musiqimiz,  rəqslərimiz,  sözlərimiz  (“həqiqət 
anı”,  “insan  ruhu”,  “ideal  insan”  və  s.)  onların  dövründən 
qalmışdır.
“İnsan-təbiət-kainat  miqyaslı  bəşəri  qayğılarla  bütün 
digər  təlimlərdən  çox  sufilik  fəlsəfəsi  məşğul  olmuşdur. 
Onların kamil “mən” ideyası ilə kamil cəmiyyət və dünya 
yaratmaq  axtarışlan  Qəzali,  Sənayi,  Əttar,  Həllac,  Rəbiə 
əl-Ədəviyyə,  Cami, Nəvai,  Nəqşbəndi, Xəyyam, Nizami,
1 Лео Яковлев.  Суфии,  s.601.
2 С.Грофф.  За пределами мозга.  М, 2000, с.500.


2 2 0
Q LO B A LLA ŞM A  VƏ M Ə D Ə N İ M Ü X T Ə L İF L İK
Fizuli,  Nəsimi,  Nəimi  və  b,  əsərlərindən  bütün  dünyaya 
yayılmışdır.
II.8.  Azərbaycan  və islam mədəniyyəti
Hər  hansı  bir  xalqın  etnik  və  mədəni-mənəvi  birlik, 
bütövlük  kimi  formalaşması  prosesi  min  illər boyu  davam 
edir  və  hər  bir  xalqın  milli-mədəni  mənşəyi  və 
mənsubluğu  onu  başqa  xalqlardan  fərqləndirir.  İdentiklik 
və mənsubiyyət bildirən əsas əlamətlərdən biri də dindir.
“Azərbaycan  xalqının  formalaşmasının  etnik-ideoloji 
əsasını  məhz  islam  dini  təşkil  edir”.'  VII-VIII  əsrlərdən 
başlayaraq  Azərbaycan  mədəniyyətinin  də  inkişafında 
İslam həlledici rol oynamışdır. 
'
“İslamsız  türk  tarixindən,  türk-islam  tarixinə  keçiddə 
barışmaz  qütbləri  aradan  götürən,  təzadı  tarazla  əvəz 
edən,  bununla da eralar,  inamlar arasında varisliyi, nizamlı 
keçidi  təmin  edən əsas  meyar vahid tanrıçılıq  dini  ilə, “bir 
olan”,  mütləq  Allah  ideyası  arasında  harmoniya  və  ahəng 
idi.  “İslam  tək Allahlı  fəqət  iki  dünyalı  dini  əxlaqi  sistem 
və  fəlsəfi  dünyagörüş,  türk  tanrıçılığı  da  -  tək  tanrılı  və 
tək dünyalı  inanc, monoteist məfkurədir.  Burada nizam və 
ahəngi  cəmiyyətin öz əməl, rəftar və davranış kodları  həll 
edir.
Hətta  Haqla  vəhdətə  Hegelin  dediyi  “rasional 
atributlarsız”,  çarmıxsız,  iztirabsız  və  göylərlə  “izdivac- 
Məryəmsiz” və  İsasız nail  olan İslamın  fəlsəfəsi  və  inamı 
ilə  tanrıçılıq  dünyagörüşünün  bir-birinə  məhz  bu  kodlar 
məhrəmləşdirir” *
 2  Həm  tanrıçılıq  yaddaşından,  həm  də 
islamdan  gələn  Allah-Tanrı  ifadələri  dilimizdə  bu 
vaxtacan qoşa işlədilir.
Qədim  və  ənənəvi  dinlərə  etiqad  göstərən  Azər­
baycan  türkləri  islam  dininin  yaradılması  və  xilafətin
'  N.Cəfərov. Azərbaycanşünaslıq  məsələləri,  s.21.
2  Y.Qarayev.  Azərbaycan  ədəbiyyatı:  XIX-XX  yüzillər,  Bakı,  2002, 
s.70.
Fəsil II.  Q loballaşm a və m ədəniyyətlərin  dialoqu
221
fəthləri  ilə  islam  dinini  qəbul  etmişlər.  İslamın 
Azərbaycanda  yayılması  ziddiyyətsiz  proses  olmasa  da, 
“İslam  Azərbaycanın  iri  şəhərlərində,  xüsusilə  tacirlər 
arasında  sürətlə  yayılırdı.  Muğan  və  Kaspi  dənizi  sahili 
vilayətlərdə islam nisbətən daha tez qəbul edilmişdi”.'
Artıq  VIII  əsrin  30-cu  illərindən  Azərbaycan  başdan- 
başa  xilafət  tərkibinə  qatılmışdı.  Azərbaycanın  vahid 
dövlətdə -  xilafətdə birləşdirilməsi  onun  iqtisadi, ictimai- 
siyasi, mədəni həyatı üçün əhəmiyyətə malik idi.  Ölkənin 
ayrı-ayrı  bölgələri  arasında  əlaqələrin  yaranması  ilə 
bahəm  Azərbaycanın  xarici  ölkələrlə  qarşılıqlı  əlaqəsinin 
genişləndirilməsinə  real  imkanlar  yaranırdı.  Maddi 
sərvətlərin bolluğu bazarların  inkişafına və xarici ticarətin 
genişlənməsinə səbəb olurdu.
Azərbaycanın  yalnız  ipəyi,  boyaq  və  kənd  təsərrüfatı 
məhsulları  deyil,  nefti,  Təbriz  xalıları  və  s.  ixrac  edilən 
sərvətləri  deyil,  zəngin  mədəniyyəti  də  orta  əsrlərin  ən 
müxtəlif peşə  adamlarını,  səyyahları,  alimləri  və  s.  cəlb 
edirdi.
İslam  dininin  təkcə  Azərbaycanda  deyil,  bütün  Türk 
dünyasında  qəbul  edilməsi  böyük  təbəddülat  yaradırdı. 
Mərkəzi  Asiya,  Ural  Volqaboyu,  qafqaz-Kiçik  Asiya 
bölgələrində  İslam  türk  xalqlarının  vahid  dini  olmaqla 
mədəniyyətlərdəki  etnik  ümumiliyi  bəşəri  ümumiliklə 
zənginləşdirir.  İslamın  Azərbaycanda  yayılmasına  müna­
sibətdə  zorakılıq  yaxud  könüllülük  prinsiplərinin  nisbəti 
məsələsində  tədqiqatçılar belə  qənaətə  gəlirlər:  1)  Azər­
baycanlılar  üçün  təkallahlılıq-monotcizm  ideyası,  Tanrı- 
çılıqla  islamın  əsas  müddəalarının  üst-üstə  düşməsi 
tipoloji  oxşarlıq  təşkil  edir,  2)  İslamın  yayılmasında  türk 
toplumlarının  böyük  rolu  olmuş,  türklər  islam  dinini 
qoruyan  “qılınc”  olmuşlar.  Peyğəmbərin  “türklərə  dəy­
məyin”  kəlamı  məlumdur,  3) İslam  qaydaları  Azərbaycan 
türklərinin  adət-ənənələri  ilə  əkslik,  ziddiyyət  təşkil 
etməmişdir,  4)  İslam VII  əsrədək  müxtəlif dinlərə  sitayiş
'  Z.Mommədov. Azərbaycan fəlsəfəsi tarixi,  s.22.


Yüklə 396,29 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə