RəBİYYƏt aslanova qloballaşma və



Yüklə 396,29 Kb.
Pdf görüntüsü
səhifə63/64
tarix30.09.2017
ölçüsü396,29 Kb.
#2482
1   ...   56   57   58   59   60   61   62   63   64

2 5 0
Q LO B A LLA ŞM A   VƏ M Ə D Ə N İ M Ü X T Ə L İFL İK
Bu  istiqamətdə  görülən  bütün  fəaliyyətin  strukturu, 
məqsədi  və  vasitələrini  müəyən  edən,  cəmiyyətin 
mütəfəkkir  ziyalı  nümayəndələrinin  səyləri  nəticəsində, 
gərgin  ideya-siyasi  müzakirələr  gedişində  formalaşan 
mürəkkəb,  sistemli  intellektual  konsepsiya  kimi  təsəvvür 
edilən milli ideologiyanın təməlində də bu ideya durur.
“Azərbaycan  dövlətinin  milli-ideoloji  əsasları  həm 
“milli  ideya”,  həm  də  “ümummilli 
ideologiya”  kimi 
qəbul  etdiyimiz  “Azərbaycançılıq”dır.  Xalqımızın  tarixi 
keçmişinin,  günümüzün  reallıqlarını,  ümummilli  psixoloji 
yönümlərimizi,  mentalitetimizi,  adət-ənənələrimizi,  sivil 
beynəlxalq  təcrübəni  nəzərə  alan,  Azərbaycanın  sintetik, 
yeniliklərə  açıq,  konstruktiv  rol  oynayan  ideoloji  inkişaf 
konsepsiyası  kimi  “Azərbaycançılıq”  ideologiyasının 
yaranması  və  yayılması  müstəqillik  illərində  H.Əliyevin 
məqsədyönlü 
fəaliyyətinin 
nəticəsi 
olmuşdur”. 
(R.Mehdiyev. “XXI əsrdə milli dövlətçilik”. Bakı, 2003).
Bu  gün  qarşımızda  duran  vəzifələr  və  gələcək 
oriyentirlər  baxımından  Azərbaycançılıq  ideologiyasının 
çağırış və  şüar deyil, hərtərəfli  dərin  elmi-nəzəri  məfkurə 
olmasını  hər  kəs  dərk  etməlidir.  Azərbaycançılığın  əsas 
qayəsini  müstəqillik,  dövlətçilik,  millilik,  dünyəvilik, 
ədalət,  demokratiya,  milli  tərəqqi  və  s.  kimi  anlayışlar 
təşkil  edir.  Azərbaycançılıq  xalqımızın  çətinliklə  əldə 
etdiyi,  ölkəmizdə  yaşayan  bütün  millətlərin  və  etnik 
qrupların  qarşılıqlı  ünsiyyət  və  münasibətini,  ümumi 
taleyini əks etdirən əvəzsiz tarixi sərvətdir.
Yalnız  torpağımızda  yaşayan  müxtəlif  etnik  və  dini 
mənsubiyyətli  insanlara  ünvanlanmaqla  kifayətlənməyib, 
coğrafi  sərhədə  və  məkanların  ayırdığı,  dünyanın 
müxtəlif  ölkələrində  yaşayan  soydaşlarımızı  da  bizimlə 
bir  ideya-fəlsəfi,  mədəni  məkanda  bütövləşdirən  qüvvə 
də  məhz  “Azərbaycançılıq  ideologiyası”dır.  “Azərbay- 
cançılıq”  cəmiyyətimizin  sosial-mədəni  və  siyasi  nizam­
lanmasının,  insanların  mənəvi  səfərbərliyi  və  vəhdətinin 
başlıca amilidir.
Fəsil II.  Q loballaşm a  və  m ədəniyyətlərin  dialoqu
251
İctimai  varlığın  meyl  və  istiqamətlərini  müəyyən 
edən  ideologiya  olmadan  cəmiyyət  “ideya  boşluğuna” 
yuvarlana, nəticədə tənəzzülə uğraya bilər.  İdeologiya elə 
ümumi,  ruhi-mənəvi  təməldir  ki,  onsuz  heç  bir 
mədəniyyət və sivilizasiya mövcud ola bilməz.
“Azərbaycan'çılığ”ın  məfkurəvi  dəyəri  bundadır  ki, 
onun  ətrafında  ölkəmizdə  yaşayan  bütün  xalqlar,  milli- 
etnik qrup və azlıqlar birləşir, “azərbaycanlı” adlanırlar.
Torpağımız  çox  qədimdən  ən  müxtəlif  xalqların  və 
mədəniyyətlərin  vətəni  olmuşdur.  Azərbaycan  dövlətinə, 
tarixinə  və  coğrafiyasına  onların  sürəkli  sadiqliyi  və 
mənsubluğu,  bünövrədən  bütün  dünya  üçün  açıq  olan 
mənəvi-mədəni  dəyərlərimizin  mahiyyətindən  intişar 
tapmışdır.  Azərbaycanın  və  “azərbaycançılığın”  əzəməti 
bu müqəddəs  diyan  öz vətəni  hesab  edən və  onun  adı  ilə 
adlanmaqdan  qürur  duyan  bütün  insanların  maddi  və 
mənəvi  gücündə,  qüdrətindədir.  Bu  səbəbdən  də 
“Azərbaycançılığ”m 
ortaq 
dəyər 
və 
sərvətlərə
dayaqlanaraq doğuracağı potensialın təsir və miqyasım az- 
çox  təsəvvür  edəndə,  yalnız  xoş  məram  və  niyyətlə 
sevinənlər deyil, narahatlıq duyanlar da həmişə olmuşdur.
Xalqımızın  tarixi  kökləri  taleyin  hökmü  ilə  bütün 
dünyaya  səpələnmiş  ümumtürk  etnosuna  gedib  çıxır. 
Bununla  yanaşı,  coğrafi  və  geosiyasi  baxımdan  həmişə 
btün  dünyaya  açıq  olmuş,  ən  müxtəlif  mədəniyyətlər 
arasında sintez-qovşaq missiyasını daşımışdır.
Şərq 
mədəniyyətinin 
dünya 
və 
Avropa
mədəniyyətinə  və  əksinə  keçid  alması  üçün  Azərbaycan 
körpü  rolunu  oynamışdır.  Çoxmillətli,  çoxdinli,  çoxdilli 
Azərbaycan  üçün  bu  ideologiyanı  tarixi  reallığımızın  özü 
irəli  sürmüşdür.  Həqiqətən  ən  müxtəlif  milli-etnik 
qrupların  nümayəndələrinin  yaşadığı  Azərbaycan  unikal 
coğrafi,  geopolitik  və  mədəni  məkandır.  Görkəmli 
alimlərin  etirafı  təsadüfi  deyil:  “Planetdə  başqa  elə  bir 
bölgə  yoxdur  ki,  buradakı  kimi  onlarla  xalq  çox  uzun 
müddətə  və  birlikdə  yaşamış  olsun.  Bu  füsunkar


2 5 2
Q LO B A LLA ŞM A  VƏ M Ə D Ə N İ M Ü X T Ə L İF L İK
çoxçalarlıq  bütün  bəşəriyyətin  dəyərli  xəzinəsi  hesab 
oluna  bilər.  Yəqin  buna  görədir  ki,  bu  ölkənin  ictimai- 
elmi  fikri  millətlərarası  münasibətlər,  əməkdaşlıq  və 
qarşılıqlı anlaşma probleminə dünyanın diqqətini bu qədər 
cəmləşdirməyə  çalışır.  Azərbaycanın  tarixi  təcrübəsi  bu 
baxımdan 
dəyərli 
və 
intəhasızdır. 
(Y.A.Jdanov. 
Avrasiyanın günəş çələngi.  M.  1999)
“Azərbaycançılıq”  ideyası  etnik-milli  və  bəşəri 
müstəviləri  əhatə  etmək  baxımından  yekcinsliyin  təsdiqi 
deyil,  müxtəlifliyin  vəhdəti  kimi  bu  günün  həm  lokal, 
həm də qlobal gerçəkliyinin tələblərinə cavab verir.
Müstəqilliyimizə  döndüyümüz  vaxtdan  tarixi-milli, 
mədəni  yaddaş  və  genimizdə  qoruyub  saxladığımız, 
Azərbaycan  adlı  məkana  vətən  deyən  bütün  xalqların 
mədəniyyətlərinin  bariz  simvolu,  nümunəsi  olan  üçrəngli 
bayrağımız  bütün  dünya  ölkələrində,  Avropa  Şurasında 
dalğalandı.  Ümumi  tarixi  tale  və  yaddaşımızın  bütün 
qatlan  yalnız bayrağımızda deyil,  ölkəmizdə  yaşayan  btün 
xalqların  münasibət  vo  fəaliyyətlərində  də  vəhdət  təşkil 
edərək,  bu  təməllə  də  ümumbəşəri  xalqlar  ailəsinə 
inteqrasiyaya  yön  aldı.  İslamlaşmaq,  türkləşmək  və 
müasirləşməklə  bahəm  Avropa,  özümüzlə  gətirdiyimiz 
Asiya  və  Şərq  dəyərlərinin  qüdsiyyət  və  əzəmətini 
duymaqdadır.
Ölkəmizdə  bir  ailə  kimi  vahid  tarixi  tale,  genetik- 
etnik  yaddaş  və  münasibətlərin  daşıyıcısı  olan  xalqlar: 
talışlar,  ləzgilər,  avarlar,  kürdlər,  tatlar  və  başqaları 
özlərini  azərbaycanlı  adlandınrlar.  Bu  xalqların  mənəvi 
yaddaşı  tarix boyu zərdüştlükdən başlamış dünyanın bütün 
əsas  dinlərinin  ən  ülvi,  bəşəri  dəyərləri  ilə  daim 
zənginləşmişdir.  Mədəniyyət  və  ünsiyyət  tariximiz  bizə 
ruhi-mənəvi 
böyüklüyün 
və 
əzəmətin 
çoxsaylı 
nümunələrini  miras qoymuşdur. Tarixin bütün dövrlərində 
özünün 
rəngarəng 
tərkibli 
olması 
ilə 
fərqlənən 
Azərbaycanda  bu  müxtəlifliyin  etnik-milli  mənbələri 
mövcuddur.  Diyarımızda  yaşayan  onlarla  etnik-dini
Fəsil II.  Q loballaşm a və  m ədəniyyətlərin  dialoqu
2 5 3
birliklərin  qarşılıqlı  münasibəti  və  mədəniyyəti  -  folklor, 
dialekt, adət, məişət tərzi, inam sistemi və s.  müxtəlifliyin 
vəhdətini müəyyənləşdirmişdir.
Azərbaycanın  dövlət  müstəqilliyi  əldə  etməsindən 
sonra  məlum  oldu  ki,  “monolit  sovet  xalqı”  gerçəklikdə 
qeyri-adi  çoxçalarlığa  və  mədəniyyətlərə  malikdir.  Bu 
baxımdan  da  Azərbaycanda  mədəni  münasibətlərin 
müstəqil  dövlətçiliyə  uyğun  inkişaf  mərhələsi  başladı. 
Vətəndaş  cəmiyyəti  və  hüquqi  dövlət  quruculuğu, 
respublikamızdakı 
ayrı-ayrı 
azsaylı 
etnik  qrupların 
bərabər  hüquqlu  Azərbaycan  vətəndaşı  kimi  varlığını, 
siyasi-ictimai  mahiyyətlə  yanaşı,  həm  də  elmi-nəzəri 
əhəmiyyətli  amilə  çevirdi.  Azərbaycan  yalnız türkdilli  və 
çoxsaylı  azərbaycanlıların  deyil,  həm  də  müxtəlif  dil 
ailələrinə  və  dinə  mənsub  olan  azsaylı  udi  və  şahdağ 
xalqlarının, saxur və  ingiloyların, tat və dağ yəhudilərinin, 
talış  və  kürdlərin,  rusların və  s.  də  vətənidir.  Azərbaycan 
dövləti  onların  qarantı  olmaqla  yanaşı  dünyanın  etnik 
xəritəsində  yalnız  Azərbaycan  adlı  məmləkətdə  rast 
gəlinən  -   udi,  buduq,  qnz,  xınalıq,  ingiloy  kimi  etnik 
birliklərin dil  və mədəniyyətini  mühafizə edərək, gələcək 
üçün 
dünya 
sivilizasiyasının 
etnik 
“bankının” 
yaradılmasına kömək etmişdir.
Onların  mövcudluğu  Azərbaycanın  dünyaya  açıq, 
humanist,  insanpərvər  xalq  olduğunun  canlı  sübutudur. 
Belə  olmasaydı,  bəzilərinin  sayı  bir  neçə  mindən  artıq 
olmayan  bu  azsaylı  etnik  birliklər  çoxdan  assimilyasiya 
edilərək  sıradan  çıxardılar.  Bununla  da  dünyanın  etnik- 
milli çələngi, öz naxışlarını itirər, solğunlaşardı.
Azərbaycanda  etnik  çoxçalarlığm  tarixin  sınağından 
çıxaraq  bu  günə  çatması,  bədnam  ermənilərin  xalqımız 
haqqında  yaratmağa  çalışdığı  təsəvvürləri,  böhtan  və 
iftiraları  puça  çıxarır.  Bir  şey  gün  kimi  aydındır  ki, 
çoxmillətli  Azərbaycan  onu  sevənlər,  bu  yurdu  özünə 
vətən  hesab  edənlər  üçün  həmişə  doğma  ocaq  olub.  Bu 
yaxınlarda 
rusiyalı 
müəllif 
S.Eduardov 
postsovet


Yüklə 396,29 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə