RəBİYYƏt aslanova qloballaşma və



Yüklə 396,29 Kb.
Pdf görüntüsü
səhifə60/64
tarix30.09.2017
ölçüsü396,29 Kb.
#2482
1   ...   56   57   58   59   60   61   62   63   64

238
Q LO B A LLA ŞM A   VƏ M Ə D Ə N İ M Ü X T Ə L İF L İK
ki,  hər  bir  -kiçik  olsun,  ya  böyük  -  terror  hadisəsi  baş 
verən  kimi  S.Xantinqtonun  dediyini  bütün  kütləvi 
informasiya vasitələri təkrar edir.1
“Strateji  oriyentir”  kimi  doğruldularaq  bu  konsepsiya 
hər  cür  tərzyiq  və  müdaxilələrin  “zərurətdən”  irəli 
gəlməsini  əsaslandırır.  Axı  S.Xantinqton  yazır  ki,  “ABŞ- 
ın  hökmranlığı  olmadan  dünya  böyük  zorakılıqla,  hərc- 
mərcliklə  üz-üzə  qalacaq,  burada  iqtisadi  yüksəliş  və 
demokratiya azalacaqdır”.
Tarixçi  və  filosof  A.Toynbinin  “toqquşması”,  başqa 
mahiyyət  və  məzmun  daşıyır:  “Dünyada  yalmz  qərbin 
hökmranlığı 
nizamsızlığm 
yüksəlməsinə 
gətirib 
çıxarmışdır..  Biz başa düşməliyik ki, zorla “qərbləşdirmə” 
əks-reaksiya  doğura,  islam  dinini  əfsanəvi  qəhrəmanlıq 
dövrünün  sədasını  oyada  bilər;  maddi  modernləşmə 
siyasətinə  “dörd  ali  dinin” mənəvi  yaxınlaşması xeyir-dua 
verməlidir.  Bu  dinlər  -   xristianlıq,  islam,  induizm  və 
buddizmin  mahayanist  forması  -   ümumbəşəri  missiya 
daşıyır”.2
A.Toynbiyə  görə,  yalnız  dinlərin  mənəvi  yaxınlaş­
ması,  dialoqu  sayəsində  bəşəriyyət  mənəvi  vəhdətə  gələ 
bilər:  “İnsanların maddi birliyi deyil, mənəvi qardaşlığı  və 
vəhdəti  -   bu,  gələcək  dünyanın  təməli,  məqsədi  ola-  . 
çaqdır”.
Bu  gün  1  milyard  500  milyon  islam  dininə  mənsub 
olan  əhali  dünyanın  50  müsəlman  ölkəsində  yaşayır. 
Dünyanın  120 dövlətində müsəlman icmaları  mövcuddur.
Qloballaşma  və  mədəniyyətlərarası  dialoqda  “islam 
faktoru”  fenomeninin  vurğulanması  müasir  tarixi  və 
sosial-mədəni  tədqiqatların  yeni  problem  mövzusudur. 
Elmi-nəzəri  problem  kimi  “islam  faktoru”nda  bir  sıra 
aspektləri  aşkar  etmək  olar:  1)  empirik;  2)  ideoloji;  3) 
nəzəri.
1  А.Тойнби.  Столкновение  цивилизации.  В  кн:  Цивилизации  пе­
ред судом  истории.  -  СПб,  1996.
1
 А.Тойнби.  Цивилизации перед судом  истории.-СПб,  1996.  с.127.
Fəsil II.  Q loballaşm a və m ədəniyyətlərin dialoqu
239
İlk  növbədə  nəzəri  aspekt  diqqəti  cəlb  edir.  Çünki 
nəzəri  aspekt  bu  və  ya  digər  dərəcədə,  mədəniyyət 
fenomeni  kimi  problemin bütün tərəfləri  ilə  uzlaşır.  Belə 
ki,  hər  bir  insan  və  onun  ictimai  şüuru  dünya  haqqında 
təsəvvürləri 
müəyyən 
mədəni-mənəvi 
formalarda 
mənimsəyir.  İnsanlar  üçün  məhz  insani  reallıq  və 
münasibətlər vacibdir.
Son  illərdə  ictimai  elmdə  “islam  faktorü’na  bütöv­
lükdə  dünyanı  bürüyən  qlobal  sosial-mədəni  böhranın 
tərkib hissəsi kimi baxmaq ənənəsi formalaşmışdır.
İslam  faktoru  qloballaşmaya  keçid  dövrünün  sosial- 
mədəni  reallığının  təzahürü  kimi  ortaya  çıxdı.  Qərbin 
klassik  elmi  anlayış,  yanaşma  və  metodlarının  dünya 
reallığına tətbiqi potensialının tükəndiyi məlum oldu.
Respublikamızın  müstəqil  dünyəvi  dövlətçiliyi  bərpa 
olunduqdan  sonra,  mədəniyyətimizə  təsir  edən  müxtəlif 
amillərdə  Şərq  və  Qərbin  sintezi  və  ahəngini  qoruyub 
saxlamaqda,  islam  və  mədəniyyətin  əsrlərin  sınağından 
çıxmış  qarşılıqlı  tarixi  təcrübəsi  bizim  üçün  böyük 
örnəkdir.
Dinlərarası  dialoq  problemi  dinlərin  tarixi  qədər 
qədimdir, - desək, yanılmarıq.  Dialoq nəyə əsaslanmalıdır 
və onun predmetini nə təşkil etməlidir.  Öz dininin nüfuzu 
və  üstünlüyünə  nail  olmaq  məqsədi  güdən  istənilən 
dialoq  əvvəlcədən  məğlubiyyətə  düçardır  və  bəşər 
tarixində bunu sübut edən istənilən qədər faktlar vardır.
Lakin  bütün  dünya  dinlərində  milli-konfessional 
çərçivədən  kənarda,  yaxud  yüksəkdə  duran  ümumi, 
ümumbəşəri problemlər mövcuddur ki, zənnimizcə, məhz 
bu  problemlər  dinlərarası  dialoqun  predmetini  təşkil  edə 
bilər.  Fəlsəfi  terminlərlə  deyilsə,  belə  problemlər 
qneseoloji,  ontoloji  və  aksioloji  müstəvilərdə  kifayət 
qədərdir.
Müasir  dövrdə  bütün  bəşəriyyətin  ictimai  və  elmi 
idrakını  məşğul  edən mövzulardan  ən  mühümü də  qlobal 
problemlərdir.  Bəşəriyyətin taleyi hicri qəməri  müsəlman


2 4 0
Q LO B A LLA ŞM A  VƏ M Ə D Ə N İ  M Ü X T Ə LİFLİK
təqviminin  XVII  əsrinin,  xristian  təqviminin  XXI  əsrinin 
ilk onillikləri də məhz bu problemlərin həllindən asılıdır.
Bu  baxımdan  dinlərin  dialoqu,  fıkrimizco,  aşağıdakı 
əsas problemlər ətrafında qurula bilər:
1.  Soyuq  müharibənin  bitməsi,  iki  qütblü  dünyanın 
mənzərəsinin  radikal  dəyişməsi  ilə  nəticələnən  müasir 
dünyada  “qaynar  nöqtələr”,  kimyəvi,  bioloji,  informasiya 
(kompüter)  silahlan 
kimi  yeni  texnoloji  “qüdrət” 
nümunələrinin  mövcudluğu,  “qızıl  milyard”  və  yoxsulluq 
problemi,  terrorizmi  doğuran  “ikili  standartlar”  mövqeyi 
kimi  məsələlərdə  hər bir din belə  bir mövzuya münasibət 
bildirməlidir:  qlobal  fəlakət  doğura  biləcək  hadisələri 
Allah  ümidinə  buraxaraq neytral  mövqe tutmaq, yoxsa hər 
bir  dinin  malik  olduğu  potensial  imkanlardan  istifadə 
etmək lazımdır?
2.  Qlobal problemlər sırasında demoqrafik perspektivi 
nccə  müəyyənləşdirməli.  Üçüncü  dünya  ölkələrində 
“demoqrafik  artım”dan  danışılsa  da  hər  İçəsə  məlumdur 
ki,  dünya səviyyəsində  hər yerdə  əhalinin artım səviyyəsi 
aşağı  enməkdədir.  Müasir  ailədə  artım  istər  şərqdə,  istər 
qərbdə  çox  aşağı  templə  gedir.  Alimlər yaxın  onilliklərdə 
dünyada  əhali  artımının  “sıfra”  yaxınlaşacağını  proq­
nozlaşdırmışlar.  Belə  olduqda  dinin  ailə  institutuna  və 
nəsil  artımına  münasibəti  dialoq  mövzusu  olmalıdır.  Qərb 
həyat 
tərzinin 
təsiri 
ailə 
institutunun 
böhranını, 
mənəviyyatın korşalmasını şərtləndirmişdir.
3.  Təbiətin  və  ətraf  mühitin  vəziyyəti  dinlərarası 
dialoqda  öz  əksini  tapmalıdır.  Bütün  dinlərdə  Allahın 
yaratdığı,  xəlq  etdiyi  təbiətə  münasibətə  dair  prinsiplər 
mövcuddur.  Bu baxımdan “Təbiət kultu”nun dirçəldilməsi 
də gündəlikdə duran məsələlərdəndir.
4.  Əlbəttə  ki,  dinlərarası  dialoqda  təxirəsalınmaz 
mövzulardan  biri  mədəniyyətin  vəziyyətidir.  Dünyanın 
həqiqi  mədəniyyətinin  təməli  dünya  dinlərinin  şəfqət, 
xeyirxahlıq,  məhəbbət,  kamillik,  ailədə  hörmət və  s.  kimi 
prinsiplərinə  dayaqlanmalıdır.  Bu  gün  mədəniyyətşünas-
Fəsil II. Q loballaşm a  və m ədəniyyətlərin dialoqu
241
lıqda, mədəniyyət fəlsəfəsində “antimədəniyyət”, “kontr- 
mədəniyyət”  kimi  fenomenlər  geniş  təhlil  olunur.  Zo­
rakılıq,  şəhvət,  instiktlərə  cavab  verən  naqislik,  narkoma­
niya  və  s.  kimi  “şər-şeytan”  mahiyyətli  meyllər “mədəni 
hegemoniya” siyasətinə  uyğun olaraq birtərəfli  (Qərbdən- 
şərqə)  informasiya  axını  ilə  ekranlara  dolaraq,  saflığa, 
mənəvi  kamilliyə  və  s.  dair  dini  prinsiplərə,  xüsusilə  də 
gənclər arasında diqqət yetirilməsinə mane olur.
Dinlərarası  dialoqlarda  “antimədəniyyəf’ə  münasibət 
və  təhsil  və  kütləvi  informasiya  vasitələri  sahəsində 
fəaliyyətə  dair  müvafiq  müddəaların  təqdim  edilməsi 
həllini gözləyən problemlərdəndir.
5.  Dinlərarası  dialoqun predmeti ola biləcək mövzular 
sırasında  informasiya  cəmiyyəti  və  şəxsiyyətin  mənəvi 
mədəniyyəti,  süni  intellekt,  transplantologiya  və  s.  kimi 
aspektlərin 
təhlili, 
hansı 
meyarlara 
əsaslanmasına 
müəyyənlik gətirə bilər.
6.  Dinlərarası  dialoqda  dünyəvi  dövlət  şəraitində 
Konstitusiya  çərçivəsində  böyüyən  nəslin  tərbiyəsi  və 
dini-mədəni  təcrübənin  rolu  və  yeri  problemi,  bilik  və 
inamın  idrakda yeri  və rolu, dərk edilmiş və kortəbii İnam 
mövzuları,  inamsızlığın  nəticələri  kimi  meyllər  geniş 
müzakirə obyekti ola bilər.
7.  Dinlərarası  dialoqlarda  beynəlxalq  siyasətdə  “ikili 
standartlar” 
mövqeyinin 
mahiyyətinə 
münasibət 
bildirilməlidir.  Həqiqi  din  adından  çıxış  edən ən  müxtəlif 
sekta,  qrup  və  birliklərin  əsil  mahiyyəti  və  mənsubiyyəti 
müəyyənləşdirilməlidir.
Dünya  dinləri  arasında  dialoqun  məqsədi  müasir 
dövrdə  bəşəriyyəti  düşündürən  problemlərin  həllində 
dinlərin potensialından istifadə edilməsidir.
Dialoqun  əsas  fonnaları  -   beynəlxalq  konfranslar, 
konqreslər,  simpozium,  kollokvium,  seminar  və  s.  kimi 
məlumdur.  Müasir  informasiya  texnologiyaları  da  bu 
sahədə geniş imkanlara malikdir.
İslam  dinli  ölkə  kimi,  Azərbaycanın  müsəlman  ru-


Yüklə 396,29 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə