RəBİYYƏt aslanova qloballaşma və



Yüklə 396,29 Kb.
Pdf görüntüsü
səhifə59/64
tarix30.09.2017
ölçüsü396,29 Kb.
#2482
1   ...   56   57   58   59   60   61   62   63   64

2 3 4
Q LO B A LLA ŞM A   VƏ  M Ə D Ə N İ  M Ü X T Ə L İF L İK
müqayisədə  çox  yüksək  olduğu  məlumdur.  Digər 
tərəfdən,  hazırda  elmi  tədqiqatlarda  elm  və  din, 
mədəniyyət  və  din,  incəsənət  və  din,  dini  musiqi  və  s. 
kimi  mövzular  ən  çox  təhlil  olunan  mövzulardır.  Milli 
mədəniyyətdə  diqqət  mərkəzində  olan  nəzəri  və  praktiki 
vəzifədir.  Professor R.Əliyevin qeyd  etdiyi kimi,  son  150- 
200  il  ərzində  Azərbaycanın  mədəni  inkişafı  islam 
dünyasının  mədəni  təsirlərindən  daha  çox  Rusiya  və 
Avropanın  təsiri  altında  təşəkkül  tapmışdır.  Bu  da 
şübhəsiz ki, Avropa təfəkkürünü, Qərb həyat tərzini  labüd 
etmişdir.1
Müqayisəli  tipologiya  metodu  ilə  şərq  və  qərb  fəl­
səfəsi  anlayışlarının  təhlili  də  elmdə  özünə  yer  almış  ən- 
ənələrdəndir.  Şərq  və  Qərb  fəlsəfəsi  tiplərini  fərqləndi­
rərkən  coğrafi,  xronoloji,  tarixi,  yoxsa  mədəni  meyarlar­
dan  istifadə  olunmalıdır.  Yaxud bəlkə  tədqiqatçı  N.S.Nars- 
kinin  qeyd  etdiyi kimi,  “şərq” və  “qərb”  anlayışları  qeyri- 
müəyyəndir və heç bir sərhədə malik deyildir.
Xronoloji  parametrdən  yanaşılarsa,  Avropada  inkişaf 
edən  kapitalizm  quruluşunun  formalaşması,  elmi-texniki 
inqilab  həyatın  bütün  sahələrinə  bu  məkanda  irəliləyiş 
impulsu  vermiş,  XVI-XVII  əsrlərdən  başlayaraq,  Avropa, 
sonra  da  Amerikada  fəlsəfənin  digər  fəlsəfələrə  qarşı 
qoyulması  üçün  (ərəbdilli,  çin,  hind  və  s.)  əsaslar 
formalaşmışdır.
Fəlsəfə  ictimai  şüura,  təfəkkür  tərzinə,  dövrün 
mədəniyyətinə  böyük  təsir  göstərir.  Fəlsəfi  bilik 
dünyanın  ümumi  mənzərəsini  formalaşdırmaq,  burada 
insanın  yeri  və  rolunu  müəyyənləşdirmək  üçün  böyük 
əhəmiyyətə malikdir.
Şərq  və  Qərb  fəlsəfi  məktəblərinin  dünyagörüş  para­
metrlərinin  müqayisəsi  üzərində  düşünərkən  tədqiqat­
çıların  fikrincə,  əvvəlcə  fəlsəfənin  missiya  və  vəzifəsinə 
aydınlıq  gətirilməli,  bundan  sonra  fəlsəfi  idrak  meyarı 
müəyyən  edilməli  və  onun  ətrafında  “şərq-qərb”  tipoloji
1  R .Ə liy e v .  İs la m   v ə   A z ə r b a y c a n   m ə d ə n i y y ə t i,  s .1 0 1 .
Fəsil II.  Q loballaşm a  və  m ədəniyyətlərin  dialoqu
235
müqayisələri  aparılmalıdır.  Məsələn,  S.Rubinşteyn  belə 
hesab  edir ki, “varlığa, kainata insanın  düzgün  münasibəti 
-  həqiqi  insanın formalaşması bu meyardan asılıdır”.1
Buradan  belə  bir  qənaətə  gəlmək  olar  ki,  “düzgün” 
sistem  insanın  dünyaya  və  deməli,  həm  də  özünə  və 
başqalarına  düzgün  münasibətini  mümkün  edən  fəlsəfi 
sistemdir.  Bu  cəhətdən  də  məntiqi  olaraq  belə  sual 
yaranır:  dünyada  belə  fəlsəfə  vardırmı  və  bu  şərq,  yoxsa 
qərb fəlsəfi sistemidir?
İnsan-dünya  münasibətlərini  hər  bir  fəlsəfi  sistem 
özünəməxsus  şəkildə  izah  etməyi  üstün  tutur.  Bu 
baxımdan  dünya  fəlsəfəsi  ən  müxtəlif  sistemlərin  cəmi 
kimi təsəvvürə gəlir.
Lakin  bütün  bu  çoxçalarlıqda  dini  fəlsəfi  və  fəlsəfi 
təlimləri  qərb  və  şərq  kimi  iki  böyük  tipə  ayırd  etmək 
qəbul edilmişdir.
Tarixən  fəlsəfənin  formalaşması,  K.Y-aspersə  görə, 
həm  Şərqdə  (Çin,  Hindistan),  həm  də  Qərbdə  (qədim 
Yunanıstan) eyni zamana təsadüf etmişdir.
Müxtəlif  yönlü  sistemlərin  dialoqu  problemindən 
danışarkən,  müasir  fransız  filosofu  E.Vilson  yazır:  “əgər: 
iki  fəlsəfi  doktrina  dünyanı  müxtəlif,  fərqli  şəkildə  başa 
düşürsə,  onlar  arasında  ümumi  heç  nə  yoxdur.”2  Lakin 
fıkrimizcə,  məhz  bu  “müxtəlif’,  “fərqli”  anlamın  nəyə 
əsaslandığı, 
fəlsəfi 
sistemlərin 
müqayisəsi 
üçün 
fundamental faktor kimi çıxış edir.
Şərq-Qərb  dünyaduyum tiplərində bu fərqli  cəhətlərə 
(əvvəlki  fəsil  və  paraqraflarda)  aydınlıq  gətirilmişdir. 
Fəlsəfi  sistemlərə  xas  olan  fərqli  cəhətləri  yada  salmaq 
istəsək,  ontoloji,  qneseoloji  və  aksioloji  müstəvilərdə 
yanaşma tərzlərini göz önündə canlandıra bilərik.
Məlum  olduğu  kimi,  Şərq  fəlsəfəsinə  görə,  ontoloji 
duallıq,  görülən,  hisslərlə  dərk  edilən  və  görünməyən 
ağılla,  idrakla  dərk  edilən  varlıq  səviyyələri  mövcuddur.
1 C.Рубинштейн.  Человек и мир.  M,  1979. с.7.
2 Э.Вильсон.  Философия и теология.  М,  1995, с. 163.


236
Q LO B A LLA ŞM A  VƏ  M Ə D Ə N İ  M Ü X T Ə L İF L İK
Qərb  fəlsəfəsi  isə  yeganə  (görünən)  varlıq  prinsipindən 
çıxış  edir.  Başqa  sözlə,  söhbət  bir  səviyyəli  və  iki 
səviyyəli  varlıq  və  dünyaya  dair  təsəvvürlərdən  gedir. 
Şərq  fəlsəfəsində  “hissə”  kimi  qəbul  edilən  Qərbdə 
“bütöv” kimi çıxış edir.
Mahiyyətinə  görə  bir  olan  dünyanın  müxtəlif fəlsəfi 
mənzərəsi,  mahiyyətcə  eyni  olan  (şərqdə  də,  qərbdə  də) 
insanın  müxtəlif  dünya  anlamı  nəticəsində  “Hər  iki 
fəlsəfə dünyanın bir tərəfini özü üçün itirmiş olur”.1
Lakin  şərq  fəlsəfəsi  üçün  məhz  bir  tərəfli  deyil, 
bütövlükdə  vəhdətdə  olan  dünya  duyumunun  səciyyəvi 
olması,  inam-bilik,  elm-din,  hissi-rasional,  mənəvi-maddi 
və  s.  səpkilərin  ortaq  təhlili  prinsipindən  çıxış  edilməsi 
qərb  alimlərinin  özlərinin  gəldiyi  qənaətdir.  Hər  halda 
Şərq  və  Qərb  fəlsəfi  sistemlərinin  vahid  dünyanın  qlobal 
fəlsəfəsi  mənzərəsində sintezi, onların dialoqu vasitəsi  ilə 
mümkün ola bilər.
Qərb-Şərq  fəlsəfi  dünyagörüşündə mövcud  olan  alter­
nativ  baxışlarındakı  ümumi  cəhətlər  dialoq  və  ünsiyyətin 
real yollarını təmin edə bilər.
Fəlsəfə 
sahəsində  beynəlxalq 
səviyyədə 
təsis 
olunmuş  qurumlarda  şərqli  alimlər  həmkarları  ilə  birgə 
çalışır.  Əsas məsələ - dialoq və  inteqrasiya problemlərinin 
din,  mədəniyyət  və  fəlsəfənin  birgə  səyləri  ilə  həlli 
sahəsində  həm  Şərqdə,  həm  də  Qərbdə  ən  xoş  məramlı 
səy  və  cəhdlər  mövcuddur.  YUNESKO  tərəfindən  təyin 
edilmiş  Ümumdünya  fəlsəfə  gününü  belə  məramlar 
sırasına aid etmək olar.
11.9.  Azərbaycan:  “mədəniyyətlərarası 
dialoqda dinin yeri və rolu ”
Əvvəllərdə  qeyd  etdiyimiz  kimi,  XX  əsrin  son  onil­
liklərində  ictimai  şüura  “islam  təhlükəsi’ nə  dair  təsəv­
vürlərin,  dünya birliyi üçün real narahatlıq doğuracaq amil
1 К.Юнг.  Сознание и бессознательность. СПб,  М,  1997, с.522.
kimi təqdim edən tədqiqatların sayı  çoxalmışdır. Holə XX 
əsrin  80-ci  illərindən  Z.Bjezinski  qərblə  şərq  arasında 
münaqişə  xəttinin  müsəlman  və  xristianlar  arasından 
keçəcəyinə 
dair  baxışlarını 
nəzəri 
əsaslandırmağa 
çalışırdı.  “Mədəniyyətlərin  müharibəsi”  konsepsiyası  ilə
S.Xantinqton  bu  fikirləri  inkişaf  etdirmişdir.  Politoloq
D.Payps  isə  öz  əsərinin  birinə  belə  sərlövhə  vermişdir: 
“Müsəlmanlar gəlir!  Müsəlmanlar gəlir!”
“ 11  sentyabr hadisələrindən  sonra  islam dininə maraq 
görünməmiş  şəkil  aldı.  Quranı  mağazalarda  sadəcə  tapıb 
almaq müşkül məsələ oldu”.  Bu hadisələrə qədər Qərbdə 
dinlərin  tarixi  barədə  heç  nə  bilmək  istəmirdilər. 
Məhəmməd  peyğəmbər  və  islam  dini  haqqında  da 
həmçinin...  Bu  gün  ABŞ-da,  Karolina ştatında universitet 
birinci  kurs  tələbələri  üçün ədəbiyyat  siyahısına  dinşünas 
alim  M.Sellin:  “Quranı  öyrənərkən:  səmavi  dinlər” 
kitabını  daxil  etmişdir.  Lakin  söz və  din  azadlığını  bəyan 
edən  ölkədə  hamı bu  universitetin üstünə  “hücum  çəkib”. 
Sadə  insanların  və  adamların  dinlərlə  tanışlıq  və 
ünsiyyətinə  imkan  yaratmaqdansa,  bütün  KİV-lər  bu^ 
insanları cəzalandırmağa çağırışlar səslənir”.1
Dinlərin  insanları  birləşdirən  deyil,  yalnız  ayıran 
faktorlar  kimi  təhlil  edilməsi  uzun  tarixə  malikdir. 
Kitabda 
geniş 
bəhs 
etdiyimiz 
“sivilizasiyaların 
toqquşması”  ideyasının  yalnız  S.Xantinqtona  məxsus 
olduğunu düşünmək düzgün olmazdı.
Yeri  gəlmişkən  əlavə  edək  ki,  “sivilizasiyaların 
toqquşması”  haqqında  ilk  dəfə  hələ  XX  əsrin  30-cu 
illərindən  ingilis  tarixçisi  Arnold  Toynbi  söyləmişdir. 
A.Toynbinin  elmi  irsi  bütün  nəhəngliyi  ilə  hələ  tam 
tədqiq  olunmamışdır.  “Sivilizasiyalar  tarixin  məhkəməsi 
önündə”  adlı  əsərinin  bir  bölümünü  A.Toynbi  “sivi­
lizasiyaların  toqquşması”  adlandırmışdır.  A.Toynbinin 
“köhnə”  hesab  edilərək,  S.Xantinqtonun  dediklərini  gecə- 
gündüz  təbliğ  etməyin  səbəbləri  vardır.  Artıq  on  illərdir
Fəsil II.  Q loballaşm a 
уз
  m ədəniyyətlərin  dialoqu____________ 237
1 Б.Ключников.  Исламизм, США и Европа.  М, 2003, 316с. -  с.307.


Yüklə 396,29 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə