RəBİYYƏt aslanova qloballaşma və



Yüklə 396,29 Kb.
Pdf görüntüsü
səhifə58/64
tarix30.09.2017
ölçüsü396,29 Kb.
#2482
1   ...   54   55   56   57   58   59   60   61   ...   64

230
Q LO B A LLA ŞM A   VƏ  M Ə D Ə N İ M Ü X T Ə L İF L İK
nüfiız qazanması sübut olunmuş faktdır.
Eyni  sözləri,  əlbəttə,  dini  mədəniyyət  sahəsində 
söyləmək  çox  çətindir.  Üstəlik  də  Azərbaycanda  milli- 
mənəvi  dəyərlərə  dayaqlanan,  islami  dəyərlərdən  çıxış 
edən  nurlu  ziyalılar  və  intellektual  elita  nümayəndələri 
müdhiş  repressiya  illərində  məhv  edildi.  Direktiv 
“qırmızı”  ateizm  siyasətinin  nəticələri  nə  qədər  ağır  olsa 
da, Azərbaycan ruhaniləri xalqın dini-mənəvi  dəyərlərdən 
uzaqlaşmaması üçün çalışırdılar.”1
Qısa  şəkildə  deyilərsə,  sovet  hakimiyyəti  illərində 
Azərbaycanda  da  mədəniyyətin  dini  və  dünyəvi  tərəfləri 
bir-birinə  tərs  mütənasib  olaraq  inkişaf etmişdir.  Müsəl­
man ruhaniliyi  və  dini təsisatların  fəaliyyəti  çox məhdud­
laşdırılsa  da,  mövcud  olmuşdur.  İslami  dəyərlər  ən  ciddi 
qadağalara  baxmayaraq,  xalqın  dini  bayram  və  məra­
simlərində,  sözün  əsl  mənasında  qəlbinin  dərinliklərində 
yetmiş ildən çox qorunub saxlanmışdır.
Bir  cəhəti  də  qeyd  etmək  istərdik  ki,  X1X-XX  əsrdə 
Azərbaycan  mədəniyyəti  türk-islam  müstəvisinə  Avropa 
müstəvisini  də  əlavə  etmişdir.  Azərbaycanın  böyük 
ictimai  xadim  və  maarifçiləri  dünyəvi  mədəniyyət 
sahəsində  Avropa  və ’ qərb  dəyərlərinə  münasibət  və 
inteqrasiya  problemlərini  çox  geniş  müzakirə  və  təbliğ 
etmişdir.  Bütün  bunlar  dünyada  baş  verən  siyasi-hərbi 
hərəkatlar 
fonunda 
qanunauyğun 
yer 
tuturdu. 
Azərbaycanda  elm  və  mədəniyyətin  inkişafında  misilsiz 
xidmətləri  olan  maarifçilərin  dinə,  islama  münasibətini 
akademik  F.Qasımzadənin  qeyd  etdiyi  kimi,  “yenidən, 
obyektiv  həqiqətə  uyğun  izah  etməliyik.  Dinə  münasibəti 
ən  çox  təhrif  olunan  M.F.Axundovdur.  Akademikin  son 
tədqiqatlarından 
məlum 
olur  ki, 
“M.F.Axundovun 
cəhaləti,  mövhumatı  tənqid  etməsi  heç  də  dinin,  islamın 
tənqidi  deyil”.  O,  Azərbaycan  maarifçilərinin,  eləcə  də 
görkəmli  klassiklərimizin, yaradıcılığında  islam  mövzusu
1 A.Əhədov. Azerbaycanda din və dini təsisatlar. B.  1991.
Fəsil  II.  Q loballaşm a və  m ədən iy y ətlərin  dialoqu
231
“Klassiklərimiz və  islam” adlı tədqiqatda bizim üçün yeni 
olan problemlərə aydınlıq gətirir.
Azərbaycan əhalisinin 70 il ərzində  islam  dinindən və 
islami  dəyərlərdən  təcrid  edilməsinin  nəticələri:  1)  dini 
mahiyyətin və din haqda biliklərin,  dini təhsilin çox aşağı 
səviyyədə  olması;  2)  dini  təsisatların  zəif  inkişafı;  3) 
islamın  mənəvi  kök  və  dəyərləri,  ümumbəşəri  islam  hü­
quq  mədəniyyəti  ilə  ünsiyyətin  itməsi  kimi  səciyylən- 
dirilə bilər.
Azərbaycanın  dövlət  müstəqilliyi  bərpa  olunduqdan 
sonra  respublikada  dini  durum  ciddi  surətdə  dəyişdi. 
Ateist  təbliğat  nəticəsində  çox  çətinliklə  dindən 
uzaqlaşdırılan  xalq  tezliklə  də  dinə  qayıtmağa  başladı. 
Dini  bayramlar  və  müqəddəs  şəxsiyyətlərə  həsr  olunmuş 
mərasimlər,  kütləvi  ziyarət,  dini  turizm  geniş  vüsətlə 
inkişaf etməyə  başladı.  “Qafqaz  Müsəlmanları  İdarəsinin 
sədri 
şeyxülislam 
A.Paşazadənin 
dediyinə 
görə,
Azərbaycanda  100-dən  çox  dini  icma  rəsmi  qeydə 
alınmışdır.  Əgər  Sovet hakimiyyəti  illərində  ölkədə  cəmi 
17  məscid  var  idisə,  2000-ci  ilin  əvvəlində  onların  sayı 
1300-ə çatmışdır”.1 Azərbaycanda istənilən siyasi  struktur 
və  ya  siyasi  lider  öz  fəaliyyətində  dinə  xüsusi  diqqət  və 
yer ayırır.
Müstəqillik  dövründə  Azərbaycanda  mədəniyyətin 
dini  və  dünyəvi  tərəfləri  ahəngdar  inkişafını  bərpa 
etmişdir.
Azərbaycanda  bu  gün  dinə  qayıdış  prosesi  gedir.  Bu 
ziddiyyətli  və  mürəkkəb  prosesdir.  Din  bu  gün  etik  mə­
nəvi  normaların,  idealların  mənbəyi  və  milli  mə­
dəniyyətin  ayrılmaz  tərkib  hissəsi  sayılır.  Dəyişikliklər 
ictimai  şüur  səviyyəsində  gedir.  Xalq  öz  dininin  mahiy­
yətinə  dair biliklərlə  maraqlanır,  nəinki  ilahiyyatçılar,  adi 
vətəndaşlar  da  dinimizin  əsas  müddəalarına  dair 
mühakimələr yürüdürlər.
Azərbaycanda  dini  və  mədəni  adət  və  ənənələr
1 Россия и мусульманский мир. 2002, №12, с.61-62.


232
Q LO B A LLA ŞM A   VƏ M Ə D Ə N İ M Ü X T Ə L İF L İK
intellektual,  siyasi-ideoloji,  milli  təsəvvürlər  labüd  olaraq 
vəhdət  təşkil  edir  və  qarşılıqlı  əlaqə  və  inkişaf 
prosesindədir.  Mədəni  varislik  prinsipinə  əsasən  dini- 
islami  dəyərlər  dövlət  atributlarında  əksini  tapmışdır. 
Rəsmi  tədbir  olan  prezidentin  andiçmə  mərasimində, 
vətəni  müdafiə  edən  əsgərlərin  andiçməsi  zamanı  mü­
qəddəs  Qurana  and  içilir.  Dini  bayramlar  müəy­
yənləşdirilmişdir.
1988-ci  ildə  ilk  dəfə  Qafqaz  müsəlmanları  idarəsi 
nəzdində  mədrəsə  təsis  olunmuşdur. 
1991-ci  ildə 
mədrəsə  Bakı  İslam  İnstitutuna,  daha  sonra  4  illik  təhsil 
müddətli  Universitetə  çevrilmişdir.  1992-ci  ildə  BDU-da 
öz  məscidi  olan  ilahiyyat  fakültəsi  yaradılmışdır.  Xəzər 
və  Qafqaz  Universitetlərində  də  ilahiyyat fakültələri  təsis 
olunmuşdur. 
Dünya 
islam 
ölkələrinin 
ali 
təhsil 
müəssisələrində  oxuyan  çoxlu  gənclər  də  respublikaya 
qayıdırlar.
Dinə  qayıdışın  reallığa  çevrildiyi  şəraitdə  islam  dini 
təsisatlarının,  müsəlman  ruhaniliyinin  üzərinə  böyük  iş 
düşür.  Azərbaycanda  müsəlman  ruhaniliyinin  forma­
laşması,  onların  ictimai-siyasi  həyatda,  dövlətçilik  ənənə­
lərinin  yaranmasında,  mədəniyyətin  inkişafında  rolu,- 
müsəlman  ruhaniliyinin  tarixi  təkamülünün  izlənilməsi 
bizim elmi marağımız dairəsindədir.1
Şəriət  qanunları  içərisində  ən  yüksək  rütbə  olan 
Şeyxülislamlıq  ənənəsi  həm  də  islam  dünyasında 
ruhaniliyi bir təşkilat altında birləşdirən sistemdir.
Şeyxülislamlıq  X  əsrin  ikinci  yarısından  təsis  olunan 
şərəf ünvanı  kimi  böyük  islam  üləma  və  sufilərinə,  dahi 
fəqihlərə rəsmi və qeyri-rəsmi  olaraq da ünvanlanırdı.
Çarizmin  işğalı  zamanı  1823-cü  ildə  şeyxülislamlıq, 
1832-ci ildə müfti vəzifəsi təsis olunmuşdu.
Azərbaycan  Xalq  Cümhuriyyəti  dövlət  bayrağında 
islamın  simvolunu  bərpa  etməklə  yanaşı,  Maarif və  Dini
1  R.Aslanova.  Müsəlman  ruhanilərinin  tarixinə  baxış.  //  “Qanun” 
jurnalı,  1997, №15, s.12-15.
Fəsil  II.  Q loballaşm a və m ədəniyyətlərin dialoqu
233
Etiqad Nazirliyi  yaratmış,  şeyxülislam  və müftini Türkiyə 
təcrübəsinə  əsasən  “Məşixət”  adlı  vahid  dini  idarədə 
birləşdirmişdi.  Sovet  hakimiyyəti  illərində  də  fəaliyyət 
göstərmiş  on  bir  nəfər  vəfat  edənə  qədər  ömürlük 
şeyxülislamlıq  edib.  Hal-hazırda  sonuncu  şeyxülislam 
A.Paşazadə  də  2003-cü  il  iyulun  29-da  keçirilmiş  Qafqaz 
müsəlmanlarının 
qurultayında 
ömürlük 
şeyxülislam 
seçilmişdir.
Respublikamızda  müasir  dünyəvi  dövlət  şəraitində 
mənəvi  sərvətlərimizin  potensialından  istifadə  edilmə­
sində,  mədəniyyətimizin  dünya  miqyasında  tanınmasında 
islami  dəyərlərin  iştirakı,  səmərəli  və  məqsədəuyğun 
yönəldilməsi  ictimai  elm  qarşısında  duran  mühüm 
vəzifələrdəndir.  Keçid  dövründə  mədəni-mənəvi  dəyər­
lərin  mübadiləsində  milli  şüur  və  islama  zidd  olan,  yad 
oriyentirlər  mədəniyyətimizin  gələcəyi  baxımından  nara­
hatlıq  doğurmaya  bilməz.  Mədəni  irs  və  varislik 
prinsiplərində  orta  həddin  gözlənilməsi,  ifratçılığa 
uymamaq kimi meyllərə diqqət artırılmalıdır.
Xüsusilə  də  gənc  nəslin  dünyagörüş  və  təsəvvür­
lərinə  böyük  təsir  göstərən  yabançı  “mədəniyyət”  nü-j 
munələri,  şou-biznes, bazar iqtisadiyyatı  və  mədəniyyətin 
kommersializasiyası kimi meyllər mənəviyyatımıza böyük 
ziyan  gətirə  bilər.  Tədqiqatçılar  postsovet  islam  dinli 
respublikalar  arasında  Azərbaycanı  xüsusi  fərqlərə  malik, 
Avropa  yönümlü  ölkə  kimi  səciyyələndirirlər.'  Müəllif 
yazır ki, Azərbaycanda islama dini  irs kimi hörmət olunur, 
islama  doqma  kimi  deyil,  genetik  din  kimi  pərəstiş  edilir, 
onu  əməldə  rəhbər  tutmurlar;  dinə  nisbətən  digər 
faktorlar:  dil, ənənə və  mədəniyyət yüksək tutulur.  Yəqin 
müəllif mədəniyyət  dedikdə,  yalnız dünyəvi  mədəniyyəti 
nəzərdə  tutur.  Hər  halda  islami  dəyərlərin  müasir 
həyatımızda  və  mədəniyyətimizdə  rolu  göz qabağındadır. 
İslamda  elmə  verilən  əhəmiyyətin  başqa  dinlərlə
1  Д.Малышева.  Постсоветский  Восток  в  поисках  религиозной 
идентичности.  М. 2002, с.76.


Yüklə 396,29 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə