RəBİYYƏt aslanova qloballaşma və



Yüklə 396,29 Kb.
Pdf görüntüsü
səhifə54/64
tarix30.09.2017
ölçüsü396,29 Kb.
#2482
1   ...   50   51   52   53   54   55   56   57   ...   64

214
Q LO B A LLA ŞM A   VƏ M Ə D Ə N İ M Ü X T Ə L İF L İK
qiymətləndirilmişdir.
İbn-Rüşdün iki  həqiqət təlimi  əhəmiyyət və  dəyərinə 
görə  çox  geniş  mübahisə  və  tədqiqatlara  təkan  vermişdir. 
Mütəfəkkir  belə  hesab  edirdi  ki,  “fəlsəfə  islamın  əsas 
qanunlarına  zidd  deyildir.”1  Müasir  təbiətşünaslığın 
fəlsəfəsi 
baxımından  filosofun  əsrlərdən  boylanan 
təliminin 
müddəalarının 
dəstəklənməsi 
İbn-Rüşdün 
dahiliyinə daha bir sübutdur.
XIV-XV  əsrlərdə  İbn-Rüşdün  təsiri  ən  yüksək 
zirvəyə  çatmışdı.  Onun  əsərləri  bu  zaman  Qərb  universi­
tetlərində  dərs  kitabları  kimi  öyrənilirdi.  Burada  Aristotel 
əsərləri  ilə  İbn-Rüşdün  əsərlərinin  ayrı-ayrılıqda  mü­
qayisəli  tədrisi  onu  sübut  edirdi  ki,  İbn-Rüşd  Aristotelin 
sadəcə  şərhçisi  deyil,  orijinal,  yeni  fəlsəfi  sistemin 
banisidir.
Aristotelin  əsərlərini  (İbn-Rüşd  sayəsində)  əldə 
etdikdən  sonra,  onun  və  davamçılarının  ən  iyrənc  şəkildə 
təqib edilməsi,  filosofun müstəqil fəlsəfi təlim yaratdığına 
daha bir sübutdur.
Avropada islam mədəniyyətini təhlil etmək istəyənlər 
əvvəlcədən  belə  bir  məhdud  fikrə  aydınlıq  gətirmək 
istəyirdilər: 
yunan-ellin 
fəlsəfəsi 
nə 
dərəcədə
islamlaşdmlmışdır  və  ya  islam  ideyaları  nə  qədər 
ellinləşdirilmişdir?
Dini-fəlsəfi  sistemlərdə  “islam  fəlsəfəsinin”  yerini 
bilmək üçün onun düha”larının elmlər təsnifatında islamın 
nə  kimi  yer  tutduğuna  diqqət  yetirmək  vacibdir. 
Müsəlman 
alimləri  elmlərin  təsnifatına  böyük  diqqət 
verirdilər.  Bütün  təsnifat  sistemlərində  fəlsəfəyə  xüsusi 
yer  ayrılması  xüsusi  vurğulanmalıdır.  Məntiqçi  İbn 
Tumlus  (1223)  elmlərə  “qədim  elmlərə”  və  “bütün 
xalqlar  və  dinlər  üçün  vacib  olan,  yəni  fəlsəfə”yə 
bölürdü.  Elmlər təsnifmdə  məntiq və kəlamın yerini  təyin 
etmək  mürəkkəblik  yaradırdı.  Çünki  Kəlam  həm  metod, 
həm  də  predmetinə  görə  fəlsəfədən  ayrılmaz  idi.  Fərabi
1 Великие мыслители Востока.  M,  1999. c.600.
Fəsil II.  Q loballaşm a və  m ədəniyyətlərin  dialoqu
215
(950-ci  ildə vəfat etmişdir) onu linqvistik elmlərə aid etdi. 
Dahi  riyaziyyatçı,  müasir  kibernetikanın  ən  mühüm 
anlayışlarından 
olan 
“alqoritm” 
sözünün 
adından 
götürüldüyü  əl-Xarəzmi  (Avropaya  Alqorismus  adı  ilə 
tanışdır)  öz təsnifatında nəinki  dünyanın bütün elmlərinin 
əsas  sahələrini • əhatə  edə  bildi,  ən  vacibi  ərəb-islam 
aləmindən  təşəkkül  tapan  elmlərin  dəqiq  mənşəyini  də 
nəzərə  almaqla  mükəmməl  təsnifat  tərtib  etdi:  1)  dini- 
qanuni  elmlər,  2)  xarici  elmlər fəlsəfə  (nəzəri  və  praktiki 
fəlsəfə).  Əl-Qəzali  dini  və  xarici  elmləri  yox,  “dini”  və 
“qeyri-dini”  elmlər  bölgüsünü  təsdiq  etdi.  İbn  Xaldun 
“ənənəvi”  və  “fəlsəfi  elmlər”  kimi  bölgünü  üstün  tutdu. 
İbn  Sina  “ərəb  və  qeyri-ərəb”,  “yerli  və  xarici”  mənşəli 
elmləri  fərqləndirməyərək  bütün  elmləri  1)  nəzəri 
fəlsəfə-hikmət  və  2)  praktiki  fəlsəfəyə  böldü:  1-ci 
həqiqəti, 2-ci xeyirxahlığı öyrənməli  idi.
Bu  misalları  gətinnəkdə  məqsədimiz  fəlsəfənin 
islamda  xüsusi  statusunu  diqqətə  çəkməkdir.  Bütün 
alimlərin  fəlsəfəyə  ayırdığı  yer  onu  göstərir  ki,  bu  elm  _ 
həm  ən  vacib,  həm  də  inkişafı  və  dəyilməsi  arzu  olunan 
xarici  biliklər  sistemidir.  “İslam  fəlsəfəsi  özünəqədərki 
sistemlərə  xas  olan  tərəddüdlü  və  natamam  cəhətləri 
bitkin  və  kamil  sistemlərə  çevirmək  qərannda  idi”.1 
Fəlsəfə  bütün  idrakın  oxu  hesab  olunurdu,  insan  və 
varlığın  mahiyyəti  fəlsəfədə  aşkar  olunurdu.  Müsəlman 
dini  fəlsəfəsi  Avqustin  və  Anselm  kimi,  F.Akvinalı  kimi 
biliyi  inamla  əvəz  etməkdə  ehtiyac  görmürdü.  Qurani 
Kərimdə  deyilir:  “Allahdan  yalnız  onu  dərk  edənlər 
qorxarlar”, 
yaxud 
“Allah 
hikməti 
yalnız 
sevdiyi 
bəndələrinə  verir”.  Əl-Qəzali  Qurana  isnad  edərək 
yazırdı:  Allah  İbrahimə  dedi:  “Mən  bilən  (dərk  edənəm), 
bilməyə səy göstərən hər kəs mənə əzizdir”.
Müsəlman  fəlsəfəsinin  ən  xarakterik  cəhəti  vəhylə 
ağlı, biliklə inamı qarşı-qarşıya qoymamaq prinsipində idi.
1  Г.Э.фон  Грюнебаум.  Основные  черты  арабо-мусульманской 
культуры.- M ,   1981.С.124.


216
Q LO B A LLA ŞM A  VƏ  M Ə D Ə N İ  M Ü X T Ə L İFL İK
Fəlsəfə  daha  çox  intellektual  mahiyyətli  olub,  praktiki- 
mədəni  ifadəsi baxımından məhdud  idi.
İslam  fəlsəfəsinin  sırf Aristotel  məntiqli  təlimlərə  və 
ya rasional  elementlərə  üstünlük  verməklə  deyil,  anlamın 
bütün  yol  və  üsullarını  vacib  sayması,  onların  vəhdətini 
nəzərdə  tutması  Qərb  fəlsəfəsinə  hələlik  məlum  deyildi. 
Əl-Qəzali  özü  də  fəlsəfə  dedikdə  yalnız  rasional  biliklə 
əldə  olunan 
həqiqəti  nəzərdə  tutan  təlim  təsəvvür 
edildiyindən  bu  fəlsəfəni  təkzib  etmişdi.  Həqiqətin  həm 
inam,  həm  də  ağıl  yollarının  mövcudluğunun  sübut  edən 
İbn  Rüşd  də  “təkzibi  təkzib”  yazmışdı.  Bütün  bunlar 
göstərirdi  ki,  islam  fəlsəfəsi  “fəlsəfə”  anlamına  yeni, 
həqiqi,  mahiyyətə  uyğun  məzmun  vermək  əzmində  idi. 
İbn  Heysəlin  yazdığı  kimi  vəhy  və  dini  qanunun  da, 
fəlsəfənin  də  məqsədi  insan  qəlbinin  kamilləşməsi, 
bunun  üçün  mənəvi-əxlaqi  dəyərlərə  dayaqlanan  həm 
ailənin,  həm  də  siyasəti  əhatə  edən  sosial  nizamın təşkili 
yolu 
ilə 
getməkdir. 
O, 
həmçinin  uzaqgörənliklə 
söyləmişdi  ki,  tarix,  dil  və  s.  elmlər  məkandan  məkana 
dəyişəcək,  fəlsəfə  bütün dövrlər,  bütün millətlər üçün  bir 
və ümumi olacaqdır.
Həqiqətin  rasional  və  mistik  yollan  fəlsəfi  zəka 
tarixində  islam  dini  fəlsəfəsində  vəhdətə  gətirildi.  Bu 
istiqamətdə  sufizm  özəl  yer tutur.  Böyük İbn-Sina sufiləri 
məhz  “həqiqət  qardaşları”,  həqiqət  arayan  həmkar  və 
yoldaşlan”  adlandırmışdı.  Sufizm  və  fəlsəfənin  (rasional 
yunan fəlsəfəsi  mənasında)  münasibətini  Böyük  Şeyx  İbn 
Ərəbi  özü  çox  gözəl  ifadə  etmişdir.  Bir-birinin  müasiri 
olmaq  xoşbəxtliyi  nəsib  olan  İbn  Rüşdlə  İbn  Ərəbi  öz  ilk 
görüşünü  belə  təsvir  edir:  “Atamın  dostu  İbn  Rüşd  məni 
görmək  istəmişdi.  Mən  otağa  daxil  olanda  filosof  ayağa 
qalxdı,  məni  qucaqlayıb,  “Hə!”  dedi.  Mən  onu  başa 
düşdüm  və  cavab  verdim.  “Yox!”.  İbn  Rüşdün  siması 
dəyişdi.  Sonra  soruşdu:  İlahi  vəhy  və  mistik  nurlanma 
nəticəsində  gəldiyin  qərar  necədir?  O,  düşüncə  ilə  üst- 
üstə düşürmü? Mən cavab verdim: “Hə!” və “Yox!”.
Fosil II.  Q loballaşm a və m ədəniyyətlərin  dialoqu
217
“Hə”  və  “Yox”  sufizmlə  fəlsəfə  arasında  eyni  və 
fərqli 
cəhətləri 
göstərirdi. 
Aristotelizmin 
rasional 
yanaşması  ilə,  intuitiv,  daxili  səylərin  nəticəsi  olan 
yaşantı  və  mistik  təcrübə  sufizmdə  əl-ələ  yeriyirdi.  İbn- 
Rüşd  deyirdi  ki,  əgər  bu  fəlsəfədə  “bizə  qədər 
yaşayanların  kitablarında  həqiqətə  gətirən  məqamlar 
varsa,  onların  hamısını  öyrənəcəyik;  əgər  olmasa,  biz 
onları  şərh edəcəyik”.
Dini-fəlsəfi  sistemlərdə  sufizm  təliminin yeri  və  rolu 
bütün  dünya  miqyasında  ona  marağın  hədsiz  artması  ilə 
müqayisədə  dəyərincə  qiymətləndirilməmişdir.  Sufizm 
tarixən  islamla  bağlıdır.  Bu  təsadüfi  deyildi.  Məhəmməd 
timsalında  Vahid  Allah  ziyası  Şərqin  geniş  məkanını 
nurlandırdı,  Şərqlə  Qərb  arasında  körpü  olmaq  missiyası 
islama  nəsib  oldu.  Allaha  qovuşmaq  Yolu  və  bu  Yolun 
adamlan sufilər idilər”.
“Vəhdəti-vücud”  və  “kamil  insan”  konsepsiyaları 
mükəmməlliyi  baxımından  bu  gün  ən  müxtəlif  elm 
sahələri  tərəfindən  səylə  öyrənilir.  Sufizmdə  islamın 
intelektual 
aspektinin 
önə 
çəkilməsi 
əl-Qəzali 
yaradıcılığında  ən  parlaq  nümunə  kimi  ortaya  çıxması 
dünya 
filosoflarının 
diqqətini 
həmişə 
cəlb 
edən 
mövzulardandır.  Hətta ortodoksal  islam  nümayəndələri  də 
əl-Qəzalinin  “dini,  məntiqi  və  psixoloji  amillərin 
mahiyyətcə bağlı olması” fikrinin düzgünlüyünə  inandılar. 
Əl-Qəzali  mistisizm  və  teologiyanı  onların  daxili 
məzmunu  hüdudundan  çıxmadan  bir  sistemə  yerləşdirə 
bildi.  “Sufizm  bütün  dinlərin  daxili  təlimidir”  deyərək, 
Qəzali  Bibliyadan  çoxlu  sitatlar gətirirdi.  Bu fikrinə  görə, 
onun  xristianlığın  təsirinə  düşməsini  də  söyləyənlər 
olmuşdu.
Daimi,  əbədi  həqiqət  axtarışı  sufizmin  fəlsəfi 
rasionalizmin  potensial  müttəfiqi  ola  bilməsinə  heç  bir 
maneçilik  törətmirdi.  “Filosofa  dinsiz  deyə  bilərlər,  lakin 
bu  o  demək  deyil  ki,  filosofun  dediyi  hər  söz  yalandır” 
yazan  İbn  Ərəbi  elm  və  idrakı  ruhun  kamilliyinə  aparan


Yüklə 396,29 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə