RəBİYYƏt aslanova qloballaşma və



Yüklə 396,29 Kb.
Pdf görüntüsü
səhifə62/64
tarix30.09.2017
ölçüsü396,29 Kb.
#2482
1   ...   56   57   58   59   60   61   62   63   64

2 4 6
Q LO B A LLA ŞM A  V Ə  M Ə D Ə N İ M Ü X T Ə L İF L İK
liderlərdən  tutmuş  sadə  inananların  təmsil  olunduğu 
infrastruktur və təsisatlar bərqərar olur.
4. 
Danışıqlar prosesi  üçün  ənənəvi  olan  “problemi  in­
dicə  həll  etmək”,  “konkret nəticə”  və  s.  kimi  prinsiplərin 
yerinə dialoq prosesinin özünün dəyərini  anlayan tolerant­
lıq, konsensus və s.  kimi mədəni ünsiyyət formaları təşək­
kül  tapır.
Müasir  Qərbin  tarixi  şüurunda  İslam  köhnə  stereotip­
lərdən  azad  ola  bilməmişdir.  Bu  cür  stereotip  və  miflər 
beynəlxalq  əlaqələr  səviyyəsində  təbliğat  müstəvisində 
birləşir.
İslam  faktorunun  həqiqi  parametrləri  və  mahiyyətini 
stereotip  və  miflərdən  azad  etmək  üçün  onun  tarixi-mə­
dəni  yanaşma  kontekstində  geniş  təhlilə  ehtiyacı  vardır. 
Siyasət,  mədəniyyət,  milli təhlükəsizlik və  s.  kimi obyek­
tiv,  ümumbəşəri,  milli,  fərdi,  qrup,  birlik  müstəvisindəki 
subyektiv  amillərlə  kompleks  qarşılıqlı  təsirdə  götürülə­
rək  təhlil  edildikdə,  “islam  faktoru”  elmi  nəzəri  problem 
kimi  düzgün  təhlilini  tapır.  Burada  dini-mədəni-siviliza- 
sion,  iqtisadi-demoqrafik, hərbi-siyasi parametrlər sezilir.
Dini-mədəni  müstəviyə  gəldikdə  istənilən  peşəkar 
tarixçi  təsdiq  edi  bilər  ki,  mədəni  sistemlər  arasında 
ziddiyyətlərin  min  illər  yaşı  vardır.  Bu  gün  dünyanın 
mövcudluğu  faktı  dünya  birliyi  və  mədəniyyətlərinin 
yanaşı yaşaya bilmək potensialının olmasına sübutdur.
İqtisadi  demoqrafik  parametrlər  Qərbə  və  Avropaya 
immiqrasiya problemi  ilə  əlaqədardır.  Qərbi  Avropada  15 
milyon  müsəlman yaşayır.  Fransada  islam “ikinci  din” ad­
landırılır,  burada  4  milyon  müsəlman  miqrant  fəaliyyət 
göstərir.  Fransada  5  came,  1500  adi  məsid  mövcuddur. 
2000  dini-mədəni  assosiasiya  fəaliyyət  göstərir.  Fransa 
müsəlmanları  milli  federasiyasının  sədri,  fransız  ziyalı 
alimi, 
müsəlmanlığı 
qəbul 
etmiş 
Deniel 
Yusif 
Leklerkdir.”1
1 А.Кудрявцев.  Мусульмане во Франции.  M, 2002, с. 15.
Fəsil  И.  Q loballaşm a vo m adəniyyətlərin  dialoqu
2 4 7
Fransa  həyatında  yaşamağı  islam  və  identikliklə 
uzlaşdıran müsəlmanlar haqqında fransalı alim Olivye Rua 
yazır:  “Qərbsayağı  islam  yoxdur,  Qərbdə  yaşayan
müsəlman icması vardır”.
İngiltərədə,  rəsmi  statistikaya görə,  1,5  milyon,  islam 
təşkilatlarının  göstəricilərinə  görə,  4-5  milyon  müsəlman 
yaşayır.  Hər  il  müsəlman  kvartallan  30  min  nəfər  artır. 
Məşhur biznesmen Məhəmməd  əl-Fayed  az qala Vindzor 
kral  ailəsi  ilə  qohum  olmuşdu,  şahzadə  Diananın  ölümü 
buna mane oldu.1
2000-ci  ildə  5000  nəfər  ingilis  müsəlmanlığı  qəbul 
etmişdir. Londonda 70 məscid fəaliyyət göstərir.
İtaliyada  müsəlmanların  sayı  1  milyona  çatır.  Ölkədə 
350  məscid  mövcuddur.  “İtaliya  müsəlmanları”  ifadəsi 
çox  qəribə  səslənir.  Çünki  Vatikan  Roma  katolik 
kilsəsinin mərkəzi olan şəhər dövlətdir.”2
İslam  faktorunun  real  qüvvə  kimi  mənzərəsini  göz 
önündə canlandırmaqla, mədəniyyətlərarası  dialoqda qərb 
şüurunda  yer tutmuş  fenomenin deyil,  həqiqi  islami, dəyər 
və  normalara  dayaqlanan  bir  fenomenin  potensialını 
təsəvvür  etmək  olar.  Müasir  qərbin  “mədəni  ekspansiya 
və  hegemoniya”  siyasəti  kimi başa düşülən dialoqdan çox 
şey gözləmək mümkün deyildir.
Dialoqa  açıq  və  hər  zaman  hazır  olmağı  şərq-islam 
dövlətləri  yeni  minilliyin  başlanğıcında  bir  daha  sübut 
etmişlər.  2001-ci  il  məlum  olduğu  kimi,  S.M.Hatəminin 
təşəbbüsü  ilə  BMT  yanında  “sivilizasiyalararası  dialoq” 
qrupu fəaliyyət göstərir.
“Xüsusilə  vacibdir  ki,  dünya  birliyi  tərəfindən 
rəğbətlə  qarşılanan  dialoq  ideyası  müsəlman  ölkəsi 
tərəfindən  irəli  sürülmüşdür.  Bu  onu  göstərir  ki, 
müsəlman  ölkələri  öz  qüvvələrinə  və  mədəniyyətlərinə 
əmindirlər.  Dialoqa  dəvət  edən  müsəlmanlar özləri  də  ən
1 Р.Ланда.  Мусульманская диаспора и исламоэсктремизм  в Вели­
ко Британии. М, 2002, с.110.
2 Мир Ислама. 2000.


248
Q LO B A LLA ŞM A  VƏ M Ə D Ə N İ  M Ü X T Ə L İF L İK
zəngin  mədəni  irsə  malikdirlər.  Onlar  insanlararası 
münasibətləri  güc  və  zorakılıqla  deyil,  ağıllı  dialoqa 
əsaslanmaqla qurmağı üstün tuturlar. Bu bizə dinimizin və 
tariximizin verdiyi dərslərdəndir.
Qərb  ölkələrini  fəlsəfə  tarixi  Və  dövlətçilik  elmi  ilə 
müsəlmanlar  tanış  etmişdir.  Qədim  yunanların  müdriklik 
və  elm  sahəsində  təcrübəsi  avropalıların  müsəlman 
mədəniyyəti  ilə  tanışlığı  nəticəsində  mümkün  olmuşdur. 
Dialoq  qarşılıqlı  hörmət  və  bərabərliyə  əsaslanmalıdır. 
Tərəflər  bunu  qəbul  edirsə,  bu,  bəşəriyyətin  böyük 
nailiyyətinə çevrilir.”1
Azərbaycan  dünya  mədəniyyətinə  inteqrasiya,  mə­
dəni-milli  identiklik  və  sivilizasiyalararası  dialoqda  ən 
yaxından  iştirak  edir.  Müsəlman  ruhaniliyi,  Dini  qurum­
larla  İş  üzrə  Respublika  Komitəsi,  Mədəniyyət  Nazirliyi 
və  Azərbaycan  “Simurq”  Mədəniyyət  Assosiasiyası  mə­
dəni  əməkdaşlıq  məsələlərində  əlaqəli  fəaliyyət  gös­
tərirlər.  Dövlətimiz  mədəni  sərvətimizin  və  mədəni 
siyasətin  himayəçisi  və  qarantıdır.  Avropa  Şurası  və 
Almaniyanın  Bonn  şəhəri  ilə  birlikdə  “Avropanın 
mədəniyyət  siyasəti:,  əsas  faktlar  və  istiqamətlər” 
kompendiumu  üçün  Azərbaycanın  “Mədəniyyət  siyasəti 
üzrə  milli  icmalı”  layihəsi,  18  başqa  dövlətin  icmalı  ilə 
birgə  təqdim  olunur.  Bu  icmal  MDB  ölkələri  sırasında 
Rusiyadan  sonra  qlobal  informasiya  şəbəkəsində  yer  alan 
2-ci  icmaldır.  Hər  gün  600  nəfər  internet  vasitəsilə  bu 
səhifə  ilə  maraqlanır.  Beynəlxalq  mədəniyyətə  inteqra­
siya,  mədəniyyət  siyasətinin  milli  layihələrdə  özünə­
məxsusluğu nəzərə alınaraq əlaqələndirilir.”2
Bakıda  keçirilmiş  “İslam  sivilizasiyası  Qafqazda” 
mövzusunda beynəlxalq simpoziumda  (9-11  dekabr  1998- 
ci  il)  Heydər  Əliyev  islam  dini  və  milli-mənəvi 
dəyərlərimiz  barədə  söyləmişdir:  “Azərbaycanda  islam
1 С.М.Хатами. Ислам. Диалог и гражданское общество. М, 2001, с.5.
2  P.Bülbüloğlu.  İnsan.  Zaman.  Mədəniyyət.  //  Mədəni-maarif  işi. 
2001, №718, s.10-16.
Fəsil  II.  Q loballaşm a və  m ədən iy y ətlərin  dialoqu
249
dini milli-mənəvi dəyərlərimizin əsasını təşkil edir.  Azər­
baycanın  islam  mədəniyyəti  ilə  bağlı  olan  insanları  -  
Nizami,  Füzuli, Nəsimi, Tusi,  Qətran Təbrizi  və başqaları 
dünya  mədəniyyətinə  böyük  töhfələr  vermişdir  və  islam 
mədəniyyətini zənginləşdirmişdir... Başqa dinlərə dözüm­
lülük,  başqa  dinlərlə  yanaşı  yaşamaq,  qarşılıqlı  əməkdaş­
lıq islam dəyərlərinin xüsusiyyətidir”.1
Mədəniyyətlərarası  dialoq  qlobal  miqyasda  münasi­
bətlərin  qurulmasının  yeni,  etibarlı  prinsipidir.  Dialoq 
ümumi,  universal  dəyərlərin  mövcudluğunu  nəzərdə 
tutur.  İslam dini özünün ümumbəşəri dəyərləri ilə mədəni 
inteqrasiya və ünsiyyətin təminatçısı kimi çıxış edir.
II.  10. Azərbaycan  və Azərbaycançılıq: 
mədəniyyətlərdaxili
və mədəniyyətlərarası dialoq müstəviləri
"Biz Azərbaycan deyəndə onun sərvətini, onun 
gözəl  təbiətini  nəzərdə  tuturuq.  Lakin  bütün 
bunlarla yanaşı,  respublikanın  ən  başlıca  sərvəti 
qədimlərdən  bu  torpaqda yaşayan,  öz  taleyini,  öz 
həyatını  bu  torpağa  bağlayan,  m üxtəlif  millət­
lərdən  olan, 
m üxtəlif  dinlərə  etiqad  edən 
adamlardır.  Ölkə  nə  qədər  çox  xalqı  birləşdirsə, 
bir o qədər də zəngin olar ”.
"... 
Mən 
görüşlərimi 
m illi 
azlıqların 
nümayəndələri  ilə görüş  adlandırmaq  istəməzdim. 
Bu,  Azərbaycanın,  Azərbaycan  xalqının  nüma­
yəndələri ilə görüşüdür..."
H eydər Əliyev.
Qədəm qoyduğumuz XXI yüzillikdə Azərbaycanın bu 
gününə  və  gələcəyinə  dair  düşüncələrin  ana  xəttini,  və­
tənimizin  daxili  bütövlük  və  vəhdətinin  möhkəmlənməsi 
ideyası təşkil edir, - desək, yanılmarıq.
Dini Qurumlarla  iş Üzrə Dövlət Komitəsinin Bülleteni  2002  №4 
s.3. 
’  '   ’


Yüklə 396,29 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə