RəBİYYƏt aslanova qloballaşma və



Yüklə 396,29 Kb.
Pdf görüntüsü
səhifə50/64
tarix30.09.2017
ölçüsü396,29 Kb.
#2482
1   ...   46   47   48   49   50   51   52   53   ...   64

198
Q LO B A LLA ŞM A  VƏ M Ə D Ə N İ M Ü X T Ə L İF L İK
İslam  mədəniyyəti  həqiqi  orijinallığı  ilə  dünya 
mədəniyyətinin  nadir hadisəsidir.  Burada islami  dəyərlər, 
Qurani  Kərimin  dili,  bir  olana  inam  universalizmi  və 
Şərqin  ən  qədim  mədəni  irsi  sintezdə  birləşərək,  min 
illərdir ki, bu  mədəniyyətin cazibəsinə  düşənlərin  sayının 
yüksələn  xətlə  getməsini  şərtləndirir.  İslam  mədəniyyəti 
müxtəliflikdə  (milli  formalar),  vəhdət  -  vahid  islam 
mədəniyyəti 
yarada 
bilmişlər. 
İslam 
mədəniyyəti 
ailəsinin  üzvləri  müxtəliflikdə  (milli  formalar),  vəhdət- 
vahid 
islam 
mədəniyyəti 
yarada  bilmişlər. 
İslam 
mədəniyyəti  şedevrləri  milli  hiss  və  məramların,  bəşəri 
ifaya  və  dəyərlərə  qovuşmasını  təmin  etmişdir  və 
etməkdədir,  əqli  mükəmməllik  və  əxlaqi  kamillik  və 
vəhdət  ideyası  bu  mədəniyyətin  mahiyyət  cəhətlərindən 
birini təşkil edir.
“Tarixi  tale,  milli  ənənə  və  ictimai  həyatın 
müxtəlifliyinə  baxmayaraq,  çox  əsrlik  qarşılıqlı  təsir 
prosesində  islam mədəniyyəti orbitinə daxil olan xalqların 
sintezi  bir  sıra  müsəlman  xalqlarını  birləşdirən  ümumi, 
vahid  mədəniyyət  formalaşdırmışdır.  Bu  da  həmin 
xalqların  dünyagörüşünü,  ənənələrini,  həyat  tərzini, 
mənəvi  norma  və  ideallarını,  psixologiyasını,  ictimai 
təsisatlarını, davranış modellərini müəyyən etmişdir.”1
Milli  mədəniyyətdə  dini  və  dünyəvi,  bəşəri  tərəflər 
birləşir.  Dini  dəyərlər  olmadan  milli  mədəniyyət  təsəv­
vürə  gəlməzdir,  öz  növbəsində  bəşəri  mədəniyyətin  də 
dolğunluğu,  qüdrət  və  əzəməti  millilikdən  qaynaqlan- 
masmdadır.
İslama  dair  avropalıların  təsəvvürlərindən  söhbət 
düşəndə  yəqin  ki,  ilk  növbədə  xaç,  səlib  yürüşləri  yada 
düşür  və  belə  bir  sual  yaranır:  səlib  yürüşlərinin  mənəvi- 
dini  təminatçıları  olan  insanlar  islamın  mahiyyətinə  nüfuz 
etmədən,  bu  günümüzə  qədər  islam  haqqında  təhrif 
olunmuş,  “xəstə”  təsəvvürlərin  təsiri 
altına  necə
'  И.М.Фильштинский,  Б.Л.Шидфар.  Очерки  арабо-мусулманской 
культуры.  М,  1971, с.9.
Fəsil II.  Q loballaşm a va  m əd ən iy y ətlərin  dialoqu
199
düşmüşlər?  Bu  müvəqqəti  bir  hadisədir,  yoxsa  dəyişməz 
məkr və qərəz siyasətidir?
Sualların  cavabı  Şeyxülislam  A.Paşazadənin  əsərində 
öz  əksini  tapmışdır:  “İslam  mədəniyyətinin  Avropa 
mədəniyyətinə  göstərdiyi  təsirə  baxmayaraq,  Avropa 
ictimai  rəyində  uzun  müddət  islama  qarşı  qərəzli  mövqe 
tutulmuşdur.  Həmin  mədəniyyətin  əlçatmazlığı,  ərəb 
mənbələri  ilə  tanışlığın  çətinliyi  və  zəifliyi, tarix  elmində 
hamılıqla  məqbul  sayılan  tədqiqat  üsullarının  naqisliyi, 
tarixçilərin  əsas  diqqəti  xristian  Avropasına  vermələri  və 
qədim  dünya  tarixində  onun  yerini  şişirtmələri  də  bu  cür 
təsəvvürlərin yaranmasında az rol oynamamışdır.
“Gerçək  tarixi  hadisələrin  obyektiv  əks  etdirilməsi 
vicdanlı  tədqiqat,  qərəzsiz nəticələr  çıxarmaq  istəyindən, 
bacarığından asılı  idi”.1
Təhrif  edilmiş  islam  obrazı  avropalı  şüurunda  ona 
görə  kök salmışdır ki, müsəlman dininin həqiqi  mahiyyəti 
onlara naməlum qalmışdır.
İslam  haqqında  orta  əsr  təsəvvürlərini  araşdıranlar  üç 
elementi  -   mifoloji,  teoloji  və  rasional  elementləri  xüsusi 
vurğulamışlar.
İslama dair orta əsr ədəbiyyatı ən müxtəlif peşə müəl­
lifləri  tərəfindən, ən müxtəlif məramlarla yazılmışdır.  Bu­
rada  dini,  siyasi-ideoloji  motivlər  üstünlük  təşkil  edir. 
“Bunların  ideya  dayağı  isə  çox  hallarda  “xristian  ruha­
niliyi idi”.2
Xristian ruhaniliyi  islamı təriqət və  bidət kimi təqdim 
edirdi.
İslam  haqqında  Qərbi  Avropa  təsəvvürləri  XII-XIV 
əsrlərdə  formalaşmışdır.  İslamın  Avropada  ilkin  təd­
qiqatçılarından  biri  İohann  Damaski  (750-ci  ildə  vəfat 
etmişdir)  olmuşdur.  Onun  tədqiqatı  sırf  teoloji  xarakter 
daşıyır.  İ.Damaski  islamı  xristianlığın  təriqəti  hesab 
edirdi.
1 Şeyxülislam A.Paşazada. Qafqazda  islam.  Bakı,  1991. s.28-29.
2 А.В.Журавский.  Христианство  и ислам.  M,  1990, с.27.


2 0 0
Q LO BA LLA ŞM A   VƏ M Ə D Ə N İ M Ü X T Ə L İF L İK
Avropada  müsəlman  dininə  və  mədəniyyətinə 
müsbət  qiymət  verən  alimlər,  onu  obyektiv  şərh  edən 
şəxsiyyətlər  də  olmuşdur.  Həm  də  bu  insanlar  dünyanın 
ən  dahi  şərqşünas  alimləri,  böyük  mütəfəkkirləri 
sırasındadırlar.
O  cümlədən  L.Masinyon,  H.Lammens,  L.Kastani, 
A.Çampolor, 
C.Riesler, 
E.Renan, 
M.Uott, 
E.Levi- 
Provansal,  Q.G.fon  Qrünebaum,  N.Daniel  və  başqaları 
həqiqi  elmlə məşğul idilər.
Səlib  yürüşləri  Şərq  və  Qərb  arasında  uçurum 
yaratdısa,  digər  tərəfdən  Avropa  alimləri  arasında  islam 
dininə  marağı  artırdı.  Bu  yürüşlərə  qədər  də  islama dair 
bəzi  təsəvvürlər  mövcud  idi  və  bunlar  çox  dağınıq  və 
yanlış  idi.
İslama  dair  orta  əsrlərin  avropalı  təsəvvüründə, 
“islamın  “zorakılıq  və  qılınc  dini”  olmasına  dair  baxışlar 
“xüsusi”  yer  tutu:-.  Hələ  Foma  Akvinski  bu  mövqedə 
duranlardan  biri  idi.  Lakin,  məlumdur  ki,  “Ərəbistandan 
kənarda  qılınc  çox  nadir  tətbiq  olunur,  “islam,  yoxsa 
qılınc?”  seçimi  heç  bir  millət qarşısında  durmurdu.  Bütün 
əsərlərdə  bol-bol  təsvir  olunan,  müsəlmanların  hərbi 
aktivliyi  yalnız  siyasi  müstəvidə  gedirdi,  islama  iman 
gətirmək isə könüllü surətdə -  moizə, yaxud ictimai qınaq 
üsulu ilə aparılırdı”.1
İslamla  müqayisədə  xristianlıq  könüllü  inandırma 
yolu  ilə  cəlb  edən  bir  təlim  hesab  olunurdu.  “Çox 
təəccüblüdür  ki,  səlib  yürüşlərində  iştirak  edən  adamlar 
öz  dinlərinin  sülh,  islam  dininin  isə  zorakılıq  dini  olduğu 
fikrini  necə  qəbul  edirdilər?”.2  Xristianlıq  naminə 
mübarizə  ideyası  hələ  imperator  Konstantinə  gedib 
çıxırdı.  Hətta  güman  etmək  olar  ki,  hələ  Əhdi-Ətiq  də 
belə  məzmunlu  ideyalar  var  idi.  Bütün  bu  ideyaların
1 У.Монтгомери-Уотт.  Влияние ислама на средневековую  Европу. 
М,  1976.  с.ЮО.
2 Yenə orada,  s.101.
Fəsil  II. Q loballaşm a və  m ədən iy y ətlərin   dialoqu
201
zaman keçdikcə vahid Xaç yürüşləri timsalında birləşməsi 
XI  əsrin  II  yarısından,  papa  Levin  reformatorluq  siyasəti 
ilə əlaqəli  idi. Papalıq, xristian cəbhəsindəki çəkişmələrin 
üçüncü tərəfə, “özgələrə” yönəlməsində maraqlı idi.
Orta  əsrlər  Avropası  üçün  ən  müxtəlif,  xüsusilə  də 
siyasi  və  ideoloji  müstəvilərdə  gedən  müharibələri 
xristian-müsəlman  düşmənçiliyi  kimi  qələmə  vennək 
səciyyəvi  hal  idi.  Bunun  nəticəsində,  həqiqi  xristian 
dininə  qəsd  edən  şeytan  əməllərinin  daşıyıcısı  kimi 
müsəlman  obrazı  hələ  T.Tassonun  traktatında  əksini 
tapmışdır.
“ 1453-cü  ildə  türklərin  fəthi  nəticəsində  Konstanti­
nopol  süqut etdikdən  3  il və Afina ələ  keçirildikdən sonra 
Avropada yeni  antimüsəlman  dalğası  qabardı.  Bu  vaxtdan 
etibarən  müsəlman  obrazı-türk  obrazının  eyni  kimi  başa 
düşülməyə,  islam dininə (Avropa mədəniyyətinin beşiyini 
Afinanı)  işğal  edən  din  kimi  nifrət  bəslənilməyə  başladı. 
Bu  yanlış  stereotipin  yayılması  kitab  çapının  kəşfi  ilə  bir 
vaxta  düşdü  və  1454-cü  ildə  Qutenberqin  çap  dəzgahın- 
dan  Bizansın  “Osmanlı  imperiyası  ilə  mübarizəsinə  həsr 
olunmuş  kitabçanın  nəşri  ilə  XVI  əsrdə  görünməmiş 
səviyyəyə  çatası  antitürk  ədəbiyyatı  axınının  başlanğıcını 
qoydu”.1
Belə  mövzulu  əsərlərə  “nümunə”  kimi  Lüterin 
“Türklərlə  müharibə”  əsəri  göstərilə  bilər;  burada  Quran 
zorakılıq kitabı, türk hərbçiləri isə qatil və cani kimi təsvir 
olunur.  Sözü  gedən  dövrdən  etibarən  kitab  çapının  kəşfi 
avropalıların 
təsəvvürlərini 
ideoloji 
manipulyasiya 
obyektinə  çevirmək,  Avropa  dövlətlərinin  Yaxın  Şərq 
siyasətini  sərf  edən  istiqamətə  yönəltmək  vasitəsinə 
çevrildi.
Müsəlmanlara  və  başqalarına  qarşı  törədilən  əməlləri
1 А.Сагадеев.  Наследие  ислама:  История  и  современность. // Пре­
дисловие  к  книге.  У.Монтгомери-Уотт.  Влияние  ислама  на  сред­
невековую Европу.  М,  1976. с.5.


Yüklə 396,29 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə