RəBİYYƏt aslanova qloballaşma və



Yüklə 396,29 Kb.
Pdf görüntüsü
səhifə48/64
tarix30.09.2017
ölçüsü396,29 Kb.
#2482
1   ...   44   45   46   47   48   49   50   51   ...   64

190
QLO BA LLA ŞM A   VƏ M Ə D Ə N İ M Ü X T Ə L İF L İK
yətinin  təkamülü  çox  çətin  mərhələlərdən  keçmişdir, 
onun  dinamikliyi  və  varisliyində  islamı  qəbul  edən  bütün 
xalqların müştərək mədəniyyəti iştirak etmiş və etməkdədir.
5.  İslam  mədəniyyəti  ailəsinə  mənsub  olan  xalqlar 
həm  bu  sistem  çərçivəsində  öz  milli  mədəniyyətlərini 
inkişaf  etdirmiş,  həm  də  milli-dini-dünyəvi  müstəvidə 
onu zənginləşdirmişlər.
6.  İslam  mədəniyyətinin  dünya  və  Avropa  mədə­
niyyətinə  təsiri  bütün  istiqamət  və  səviyyələri  (siyasət, 
iqtisadiyyat,  ticarət,  elm,  fəlsəfə,  ədəbiyyat,  incəsənət, 
arxitektura  və  s.)  əhatə  etmişdir:  fəlsəfə  sahəsində 
məntiq,  dialektikanın  yeni  səviyyədə  inkişafı,  “latın 
averroizmi”  adlı  böyük  cərəyanı,  İbn  Sinanm  fəlsəfəsinin 
avqustinçilərə  təsiri,  sufizm  və  panteizmin  təsiri;  elm 
sahəsində  astronomiya,  təbabət  və  riyaziyyatın  bütün 
antik elmi  irsin tərcümə edilərək dünyaya çatdırılmasında; 
ədəbiyyat  sahəsində  provansal  lirikada,  trubadurlarm 
poeziyasında;  dünyəvi  zövq  və  etika,  məişət  mədəniyyəti 
sahəsində;  beynəlxalq  humanitar  hüquq  sahəsində  və  s. 
danılmaz təzahürləri ilə mövcuddur.
7.  İslam  mədəniyyətinin  ümumbəşəri  mədəniyyətə 
təsirini  qiymətləndirməyə  gəldikdə  deyə  bilərik  ki,  qərb 
elmi  öz  mövqeyində  konfessional  istisnaçılıq  və  əxlaqi- 
dini  patemalizmdən,  obyektiv  ciddi  elmi  şərhlərə  doğru 
uzun və çətin  bir tarixi  yol  keçmişdir,  “romantik-ekzotik”, 
“kolonial-işğalçı”  qiymətləndirmələrdən  elmi  yanaşmaya 
irəliləyiş əldə edilmişdir.
8.  Azərbaycanın  mədəniyyət  tarixinin  dindən  ayrı 
təsəvvür edilməsi  qeyri-real  və qeyri-elmi fikir kimi qəbul 
edilə  bilər.  İslamaqədərki  qədim  Azərbaycan  mədə­
niyyətindən  tutmuş  müasir  müstəqil  reallığımıza  qədər 
islamın  mədəni  mentalitetimizi  formalaşdıran  əsas  amil 
olması göz qabağındadır.
9.  Qloballaşma,  dünya  mədəniyyətinə  inteqrasiya, 
dinlər  və  mədəniyyətlərarası  dialoq  prosesinə  cəmiyyəti­
mizin  sosial-mədəni  reaksiyası,  mənəvi-əxlaqi  dəyərləri­
mizin  dirçəldilməsi  kimi  qanunauyğun  bir  meyli  doğur­
muşdur.  İslamın  yalnız  zahiri  görünən  və  qəbul  edilən 
atributları  ilə  paralel  olaraq,  onun  həqiqi  mədəni-mənəvi 
normalar  sistemi  kimi  mahiyyətinin  dərk  edilməsi, 
dinimizin  əsrlərin  və  ölkələrin  sərhədlərini  hansı 
dəyərlərin  əzəməti  ilə  aşa  bilməyə  qadir  olması  haqda 
aydın təsəvvürlər yaradılmasını aktual məsələyə çevirir.
10. 
Ümumbəşəri,  qlobal  dəyərlərin  və  prinsiplərin 
reallaşdırılmasında  “islam  faktorunun”  Qərbdə  formalaş­
mış  yanlış  stereotip  kimi  deyil,  dialoq,  tolerantlıq,  əmək­
daşlıq, kompromis kimi  təməl müddəaları mənasında başa 
düşülməsi  qlobal  ünsiyyətin  potensial  mexanizmi  kimi 
qiymətləndirilməsinin vaxtı çatmışdır.
11.7.İslam dini və mədəniyyətinin 
tarixi dinamizmi
"Məhəmməd peyğəmbər öz vahid ALLAH təli­
mini,  islam  dinini  ürəklərə  ünvanlamağa  başla­
yanda  minlərlə bütlər həm Kəbənin  içində,  həm  də 
ətrafında  durmuşdu.  Ancaq  o  tələsmədi.  23  il 
ürəklərə və ağıllara müraciət etdi.  Heç bilirsiniz,  o 
bütlər nə vaxt aradan çıxdı?  Yalnız onun müqəddəs 
rəsulluğunıtn  21-ci  ili! Əgər o  bütlərə  belə dözüm­
lü  yanaşmışdısa,  onda  heç  kəs  islam  dininin  dö­
zümlülük nümunəsi olduğuna şübhə  edə bilməz.  O, 
bütlərə  belə  dözümlü  yanaşmışdısa,  onda  bütün 
müsəlmanlar  da,  bütün  insanlar  da  başqa,  "yad" 
hesab  etdikləri  şeylərə  onun  nümunəsində  yanaş­
malıdırlar ".
(Misir alimi, filosof M.Əl-Qəzali)
İslam  dini  və  mədəniyyəti  tarixin  sınaqlarından  çıx­
mış,  bəşəriyyətə  mənəvi  rəhbər  ola  bilmək  potensialını 
dəfələrlə  sübuta  yetirmiş  XXI  əsrə  dünyanın  hər  yerində 
yayılaraq,  lokal-ərazi  hüdudlarını  dəf  edən  təlim  kimi 
daxil olmuşdur.
Fasil II.  Q loballaşm a və  m ədən iy y ətlərin  dialoqu_____________191


192
Q LO BA LLA ŞM A  VƏ  M Ə D Ə N İ M Ü X T Ə L İF L İK
Qərb  üçün  təhlükə  kimi  qələmə  verilən  “islam 
intibahının”,  islamın  təsir  gücünün  nədən  ibarət  olmasını 
aydınlaşdırmağa bu gün çox səy göstərirlər.
Bu  səy  və  cəhdlərin  cavabı  islamın  yarandığı  dövrün 
sosial,  mədəni,  mənəvi,  siyasi-iqlisadi  və  s.  ovqatının 
dərk edilməsindən xeyli dərəcədə asılıdır.
Dünyanın  bütün  dinləri  kimi  islam  da  öz  xalqının 
mədəniyyətinin  formalaşmasında  əvəzsiz  rol  oynamışdır. 
Bu  müqəddəs  kitabın  mətnində  istər  dindarlar,  istərsə  də 
bütün  təbəqələrdən  olan  insanlar üçün  ümumbəşəri  əxlaq 
və  mədəniyyətin  əbədi  dəyərləri  həkk  olunmuşdur.  Bu 
dəyərlər hər bir mədəniyyətin özəyi, təməlidir.
İslam  aləmi  və  İslam  mədəniyyəti  VII-XII  əsrlərdə 
bərqərar olmuş,  islam dininə  dayaqlanan mənəvi-mədəni, 
sosial,  siyasi,  hüquqi  və  s.  dəyərlər  sistemidir.  Avrasiya 
və  Amerikanın,  Şimali  və  Cənubi  Amerikanın  bütöv 
xalqlarını  və  ayrı-ayrı  müsəlman  icmalarını  bir  mənəvi 
məkanda birləşdirən fenomendir.
Bu  gün  “İslam  aləmi”  dünyanın  120  ölkəsində  yaşa­
yan  860  milyon  müsəlmanı  əhatə  edir.  İslam  təşki­
latlarının  statistik  göstəricilərinə  görə  isə  müsəlmanların 
sayı  “ 1  milyard  350  milyon  nəfərə  çatmışdır.  Avrasiyanın 
28  ölkəsində İslam rəsmi dövlət dinidir”.1
İslam 
dininin 
təşəkkülü 
ərəfəsində 
Ərəbistan 
yarımadasının  cənub  hissəsində  inkişafda  olan  şəhər 
dövlətlər  mövcud  idi.  Bu  məkanın  coğrafı-iqtisadi 
mövqeyinə 
müvafiq 
olaraq, 
burada 
məskunlaşan 
insanların  mənəvi  aləmi  də  çoxçalarlı  və  ziddiyyətli  idi. 
Ərəblər  arasında  ictimai  və  ideoloji  dəyişikliklər 
müşahidə  olunurdu.  I-VII  əsrlərdə  Ərəb  qəbilələrinin 
mənəvi  təkamül  meyli  politcizmdən  monoteizmə  doğru 
istiqamətlənmişdi. 
Bu 
təkamül 
bütün 
faktorların 
çulğaşması  və  tarixi  inkişafın  müvafiq  mərhələsinin 
tələbləri  baxımından  təbii  bir  proses  idi.  Belə  bir  ab- 
havada 
“Ərəb 
yarımadasında 
VI-VII 
əsrlərdə
1 Ислам.  Энциклопедический словарь.  M,  1991.
Fəsil  П.  Q loballaşm a  və  m ədəniyyətlərin  dialoqu
193
özünəməxsus dini  inqilab başladı”.
“İstənilən  din, mədəniyyət və sivilizasiyanın təşəkkül 
qanunauyğunluqlarını  hansısa “bir” konkret səbəbdən  izah 
etməyin  mümkünlüyü  haqqında  təsəvvürlər,  müasir  elmi 
tədqiqat  metodları  və  hadisələrin  təhlilinə  yanaşma 
baxımından  çox  məhdud  və  təhrif  olunmuş  fikirdir”. 
İslamın  yarandığı  dövrün  ümumi  vəziyyətini  əks  etdirən 
əsas  xüsusiyyətlərdən  biri  “insanların  öz  əcdadları  ilə 
mənəvi  bağlılıq  hisslərini  itirdiyi,  mənəvi  varislik 
tellərinin  üzülmək  üzrə,  hətta  məhv  olmaq  təhlükəsində 
mövcudluğu  idi".  “Tarix  islama  işləyirdi.  Həqiqət  sözün 
hərfi  mənasında  zəfər  çalırdı...  İslamın  üz-üzə  gəldiyi 
“qədim  sivilizasiya  dağınıq,  fraqmentar  vəziyyətdə 
mövcud idi.”1
Əlbəttə  islamın  yaranması  və  qüdrəti  yalnız  bu 
faktlara  müncər  edilə  bilməz.  Buna  ikinci  paraqrafda 
aydınlıq gətiriləcəkdir.
Məhəmməd  Peyğəmbər  islama  qədərki  məkanda 
mövcud  olan  bir  sıra  funksiyaları:  qəbilə  başçısı  -   seyid, 
yürüş  başçısı  -   koid,  dəstə  rəhbəri  -   rəis,  qəbilədaxili 
məsələləri  həll  edən  -   hakim,  dini  ayinləri  icra  edən  -  
kahin 
vəzifələrini 
cəmləşdirməyə 
müvəffəq 
oldu. 
Teokratik  idealın  yaranmasına  zəmin  yarandı.  640-cı  ilin 
Ramazan  ayından  bəşəriyyətə  hələ  məlum  olmayan  yeni 
mənəvi-düşüncə  tərzinin  yaranış  tarixi  başlayır.  İslam 
yayıldığı  məkanda etiqad  çərçivəsində ən  müxtəlif ənənə, 
mərasim,  ideoloji  və  fəlsəfi  baxışların  yanaşı  yaşamasına 
imkan verirdi.  Bu müxtəliflik də qarşılıqlı zənginləşmə və 
bəhrələnməyə 
xidmət 
edirdi. 
Əlbəttə 
ki, 
proses 
ziddiyyətlərdən məhrum,  ideal səviyyədə getmirdi.
İslamın  görünməmiş  sürətli  tarixi  təkamülü  “bəşəri 
potensialın  misilsiz  yüksəlişi”  (Q.Şpenqler)  kimi  nadir 
hadisə  olaraq  qalır.  Bu  İslam  mədəniyyətinin  də 
tərəqqisinə  güclü təkan verirdi.  VI-XIII əsrlərdə Yaxın və
1  Г.Э.фон  Грюнебаум.  Основные  черты  арабо-мусульманской 
культуры .-М ,  1981, с.ЗО.


Yüklə 396,29 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə