RəBİYYƏt aslanova qloballaşma və



Yüklə 396,29 Kb.
Pdf görüntüsü
səhifə44/64
tarix30.09.2017
ölçüsü396,29 Kb.
#2482
1   ...   40   41   42   43   44   45   46   47   ...   64

174
Q LO BA LLA ŞM A   VƏ M Ə D Ə Nİ  M Ü X T Ə L İFL İK
normalar  və  həqiqət”  mövzusu  mübahisə  mövzusu  ola 
bilməz,  birdəfəlik  hamı  üçün  birmənalı  şəkildə  müəyyən 
edilmişdir.  Həqiqi  olduğu  mübahisəsiz sübut və müəyyən 
edilə  bilinməyən  hadisələr  -   dini  baxışlar,  metafizik 
mülahizələr,  müxtəlif mədəniyyətlərin  spesifik  dəyərləri, 
xüsusi  etnik  inanc  və  təlimlər,  bəzi  şəxsi  təsəvvür  və 
anlam  tərzləri  -  tolerantlıqla  qarşılanmalıdır.  Burada 
dözümlü olmaq onunla əsaslandırılır ki, əsas əxlaqi norma 
və  həqiqət  məsələlərinə  aid  olmayan  baxış  və  mövqelər 
bəşər  sivilizasiyasının  əsas  dəyərlərinin  mənafeyinə  to­
xunmur,  təhlükə  gətinnir  və  deməli  nonnal  birgə  yaşayış 
qaydalarına  maneə  yaratmır.  Həm  dünyada,  həm  də  cə­
miyyətdə  müxtəlif mədəniyyətlərin  qarşılıqlı  münasibət­
lərinin  sivil-ahəngdar  inkişafı  üçün  a)  əsas-təməl  əxlaqi 
normalara  və  b.)  idrakda  (o  cümlədən  elmdə)  ümumən 
qəbul  edilmiş,  sınanmış  qaydalara  münasibətdə  razılıq 
əldə edilməsi mühüm prinsip hesab edilir.
Mövqe və  baxışlar plüralizmi -  insanların bəzi  sosial- 
psixoloji  özəlliklərinin  təzahürünün  nəticəsidir.  Yeri 
gəlmişkən,  bu  özəllik  həm  hər bir  fərdin,  həm  də  hər bir 
özünəməxsus  mədəniyyətin  identikliyə  ekzistensial  meyl­
liyində  də  özünü  binizə  verir.  Mədəni  müxtəliflik  və  to­
lerantlıq  problemini  aktual  edən  daha  bir səbəb  də  budur. 
Tolerantlığa bəhs  edilən  yanaşma nümayəndələri  belə  he­
sab edir ki, bu plyüralizm sivilizasiyanın inteqrativ inkişafı 
gedişində  səngiyəcək,  azalacaqdır.  Dini,  metafizik  və  s. 
baxışlara münasibətdə mübahisələr apannaq mənasızdır.
Yəni  başqa  sözlə,  tolerantlıq  -  bu baxışlara biganəlik 
göstərilməsi  kimi başa düşülməlidir.
2.  Digər  tədqiqatçılara  görə,  bu  və  ya  digər  mədə­
niyyətə  mənsub  olan  spesifik  dəyərlər,  dini,  metafizik 
baxışlar,  istər  cəmiyyət,  istərsə  də  insanın  həyatı  üçün 
ikincidərəcəli  məsələ  olmayıb,  əslində  həmin  mədəniy­
yətlərin  inkişaf  tərzi ’ və  fəaliyyət  xarakterini  müəyyən 
edən  amildir.  Müxtəlif  baxış  və  dəyərlərin  plyüralizmi 
qaçılmaz,  əbədidir,  çünki  insanın  mahiyyəti  və  gerçək
Fəsil  II. Q loballaşm a və m ədəniyyətlərin dialoqu
175
dünya ilə münasibətlərinin mənası ilə bağlıdır.
Bu  baxımdan  plüralizm  mədəniyyətə  də  daxilən 
xasdır.  Bir mədəniyyətin  digərindən  üstünlüyü  və  ya  ona 
nümunə  olması  kimi  fikirlər  yanlışdır.  Mədəniyyətlər 
sadəcə müxtəlifdir, çoxçalarlıdır, onlar eyniyyət təşkil edə 
bilməzlər.  Buna  görə  də  tolerantlıq  başqa  mədəniyyətə, 
hələlik  tanımadığımız  və  ya  dəyərləndirə  bilmədiyimiz, 
ilk  baxımdan  haqqında  fikir  söyləyə  bilmədiyimiz 
mədəniyyətə hörmətin təzahürü kimi çıxış edir.
3.  Müxtəlif  mədəni  məkanlarda  yaşayan  insanların, 
müxtəlif  baxışlara  malik  olması  fundamental  varlıq 
formasıdır  -   bu,  tolerantlığın  məzmun  və  mənasına  daha 
bir yanaşmadır.  Bir mədəniyyətin digərindən  üstünlüyünü 
çalışıb  nə  iləsə  sübut  da  etmək  olar  və  ya  tənqid  etmək 
olar.  Lakin  bütün  hallarda  öz  təsəvvür  və  baxışlarımızı 
başqa  adamlara,  öz  mədəni-mənəvi  dəyərlərimizi  başqa 
mədəniyyətlərə  zorla  qəbul  etdirə  bilmərik.  Çünki  son 
anda  deyilənləri  qəbul  etmək  başqa  tərəfin  seçimi 
müstəvisindədir.  Belə  hallarda  tolerantlıq  başqa  tərəfə 
güzəştə  getmək  kimi  başa  düşülür.  Tolerantlığa:  belə 
yanaşmanın  digər  tərəfi  də  mövcuddur.  Bəzi  tədqi­
qatçılara  görə  müxtəlif,  başqa  cür  düşünənlər,  hələlik 
olmasa  da  gec-tez  “eyni  cür”,  (məsələn:  “mənim  kimi”, 
“bizim  kimi”)  düşünmə  səviyyəsinə  qalxa  bilərlər. 
Məsələ  vaxt  problemindədir:  Bu  baxımdan  tolerantlıq 
başqa mövqelərə “yuxarıdan aşağı”, “istehza  ilə” baxmaq­
la dərinə getməmək münasibəti kimi təzahür edir.
4.  Tolerantlığın  şərhində  sonuncu  yanaşmaya  görə, 
yalnız  müxtəlif  mədəni,  mənəvi  dəyərlərin  plüralizmi 
deyil,  həmçinin  ən  müxtəlif  baxışların  qarşılıqlı  təsiri, 
tənqidi  və  özünütənqidi  də  mövcuddur.  Bu  qarşılıqlı 
prosesdə  müxtəlif mövqe və  təsəvvürlər qarşılıqlı  dəyişə, 
oıtaq-sintez  baxışlar  formalaşa  bilər.  Buna  görə  də  ən 
müxtəlif  mədəniyyətlərin  dialoqu  və  ünsiyyəti  fasiləsiz 
davam  etməlidir.  Müxtəlif  mədəniyyətlərin  dialoqda 
qarşılaşması  yeni-yeni  forma,  məzmun  və  çalarlann


176
Q LO BA LLA ŞM A  VƏ M Ə D Ə N İ M Ü X T Ə L İFL İK
aşkara  çıxmasına  imkan  yaradır.  Bu  baxımdan  plüralizm 
maneə,  əkslik  kimi  deyil,  bütövlükdə  bəşər  mədəniy­
yətinin  səmərəli, mütərəqqi  dialoq yolu  ilə zənginləşməsi 
və inkişafının əsas şərti kimi qəbul edilir.
Qloballaşmanın  “total”  xarakteri  ilə,  müxtəlif mədə­
niyyətlərin  özünəməxsus,  fərqli  inkişaf  meyli  arasındakı 
ziddiyyətin  həlli  mexanizmləri  içərisində  -  tolerantlığın 
müstəsna  əhəmiyyətə  malik  olması  qəbul  olunmuş 
fikirdir.  Həm  də  yuxarıda  qeyd  etdiyimiz  kimi  dünyanın 
əksər  ölkələrində  tolerantlıq  mərkəzləri,  institutları  və  s. 
qurumların  yaradılması  da  problemin  diqqət  mərkəzində 
olmasına  işarə  edir.  “Müasir  sivilizasiya,  mədəniyyət  və 
tolerantlıq” mövzusu son illər keçirilən bir çox beynəlxalq 
konfransların mövzusudur.  Xüsusilə  də,  11  sentyabr terror 
hadisələrindən  sonra, tolerantlığın, bəşəriyyətin sağ qalıb- 
qalmaması,  gələcəyini  həll  edən  əsas  dəyər olduğu bütün 
qabarıqlığı  ilə üzə çıxdı.
Tolerantlıq  mövzusunu  tədqiq  edənlə,  qlobal  siviliza­
siyanın  modelini  bəzən  internetlə  də  müqayisə  edir,  onun 
virtual  məkanını  “özümüzünkü”  və  “özgələrinki”nə 
bölməyin  qeyri-mümkünlüyünü  qeyd  edirlər.  Yəni  bu 
vaxta qədərin təfəkkür stereotipləri  qloballaşma gedişində 
“işləmir”,  öz-özünə  qarşı  çıxır,  ziddiyyətlər  yaradır. 
Burada  rus  yazıçısı  F.Dostoyevskinin  bir sözü yada düşür: 
“Hünəriniz  varsa,  ayırd  edin,  sizin  həyatınız  harada 
qurtarır və başqasının həyatı harada başlayır”.
Qloballaşmanın  daha  bir  gerçəkliyi  də  odur  ki,  ən 
müxtəlif  mədəniyyətlər  “sıxlaşıb”,  üz-üzə  durmuşdur. 
Burada  imperiya  və  kolonializm  dövrünün  qarşılıqlı  təsir 
formaları  işləmir.  Məs.:  Parisdə  əhalinin  yarısı  müsəl­
manlardır,  yaxud  belə  misalların  sayını  artırmaq  olar. 
Mədəniyyətlərarası  dialoq  necə  olmalıdır  sualına  alma­
niyalı  alim  belə  bir  misalla  cavab  verməyə  çalışır: 
“İspaniyadan  gəlmə konkistadorlar Yeni  Dünyaya başdan- 
ayağa  silahlanmış  şəkildə  qədəm  qoyur,  buranın  yerli
Fəsil II.  Q loballaşm a və  m ədəniyyətlərin dialoqu
177
əhalisi  ilə  belə  danışığa başlayırlar:  “Biz buraya,  yanınıza 
gəlmişik  ki,  sizinlə  həqiqət,  Allah  və  sivilizasiya 
haqqında  söhbətlər  aparaq”.  Yerli  əhali  bir  qədər 
fikirləşib  cavab  verir:  “Əlbəttə,  əlbəttə.  Siz  hansı 
məsələləri  öyrənmək  istərdiniz?”  Müəllif davam  edərək 
bildirir  ki,  sonra  vəziyyət  dəhşətli  münaqişə  ilə 
nəticələnir.  Burada  əsas  fikir,  qarşılıqlı  anlaşma,  “dialoq” 
mövzusunun başa düşülməməsindən  söhbət gedir.  “Silah- 
yarağı  ilə  cingildəyən”  Qərb  imperializmi  öz  niyyətini 
“mədəniyyətlərarası  dialoq”  pərdəsi  ilə  örtməyə  çalışır. 
Fəth  edilmiş  biçarə  insanlar  isə  vəziyyəti  doğrudan  da 
dialoqa  dəvət  kimi  başa  düşür  və  öz  mədəniyyətləri  ilə 
bölüşməyə  hazırlaşırlar.  Lakin  onlann  nəsibi  başqa  şey 
olacaq:  əvvəlcə  “özgə  həqiqətlərlə”  (milad bayramı  üçün 
kəsilən”  ördək  kimi)  doyuzdurub,  sonra  başlarını 
kəsəcəklər”.1
Müəllifin  fikrincə,  dialoq  və  tolerantlıq  anlamına 
müxtəlif  yanaşmalar,  qloballaşma  prosesinin  qeyri- 
müəyyənliyi 
qarşılıqlı 
təsirlərə 
bir 
paradoksallıq: 
faciəvilik  və  komizm  verir.  Bu  paradoksallıq  mtn  illər 
boyu  davam  edən,  lakin  həmişə  süquta  uğrayan 
“dözümsüz  mədəniyyətlərarası  dialoqun”  aqibətindən 
irəli gəlir.
Tolerantlıq -  hər bir mədəniyyətin qəbul  etdiyi,  iden- 
tikliyini  təmin  edən  bütün  tərz,  norma  və  üslublardan 
fərqli  olan  “başqa  cür”,  “yad  olan”,  müxtəlif olan  mədə­
niyyətlərə  münasibətdə  dözümlülük nümayiş etdirməkdir. 
Başqa  sözlə  demək  olarsa,  ən  yüksək  mədəniyyət 
nümayiş etdirməkdir.
YUNESKO-nun  qəbul  etdiyi  (1995)  Tolerantlıq  prin­
siplərinə  dair  bəyannamədə  “Tolerantlıq”  -   dözümlülük 
anlayışına dair verilmiş birinci maddədə deyilir:
“Maddə  1. Tolerantlıq anlayışı.
1  У.Бек.  Что  такое  глобализация?  (Перевод  с  немецского  языка) 
М. 2 0 0 1 ,3 0 4 с .-с . 139.


Yüklə 396,29 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə