RəBİYYƏt aslanova qloballaşma və



Yüklə 396,29 Kb.
Pdf görüntüsü
səhifə43/64
tarix30.09.2017
ölçüsü396,29 Kb.
#2482
1   ...   39   40   41   42   43   44   45   46   ...   64

170
Q LO BA LLA ŞM A   VƏ M Ə D Ə N İ M Ü X T Ə L İFL İK
təhrif  edir.  Din  və  inamı  zorla  qəbul  etdirməyin  bütün 
cəhdləri  yalnız  ikiüzlülük  və  Allaha  biganəlik  hissi 
doğurur. İsanın qəlbi və ağlına məqsədyönlü təsir etməyin 
yeganə  yolu  -   inandırma,  səbirlə  əqidə  yaratmadır. 
Müxtəlif  allahlara  sitayiş  edən  insanlar  da  səmimi  və 
şərəfli  ola  bilərlər.  Yalnız  bu  fərqlərə  dözümlülük 
cəmiyyətə və dünyaya həqiqi sülh gətirə bilər.
F.Volter də “Dini dözümlülüyə dair” əsər yazmışdır.
Tolerantlığın  mənaca  daha  kamil  səviyyəsi  Nikolay 
Kuzanski,  P.de  Mirandola,  E.Rotterdamskinin  və  s. 
əsərlərində  inkişaf  etdirildi.  Dini  dözümlülüyün  əsaslı 
nəzəriyyəsini  müəyyən  etmək  cəhdi  bütün  Protestant 
Reformasiyası  dövrünü  müşayiət  etdisə  də,  yalnız  XVIII 
əsrin  sonlarına  doğru  hərtərəfli  dəlillərlə  zəngin  prinsip 
kimi  ortaya  çıxdı.  Bu  zamandan  etibarən  tolerantlıq 
problemi  O.Didro,  A.Smit,  C.S.Mill,  İ.Bentam,  A.de 
Tokvil, XX əsrdə G.Zimmel, T.Nyukom və bir çox müasir 
fəlsəfi-mədəni  məktəblərin  fəaliyyətində  ifadəsini  tapdı. 
XX  əsrin  sonlarına  doğru  liberalizm  konsepsiyası 
bütövlükdə  və  o  cümlədən  tolerantlıq  dəyəri,  postmodern 
şərhlərdə fərqli dəyişikliklərə uğradı.
Tolerantlıq  və  humanizm  ideyası  Azərbaycanın, 
demək olar,  bütün  fəlsəfi,  ictimai,  ədəbi  fikir tarixində öz 
əksini  tapmışdır.  Bunun  əsas  səbəblərindən  biri,  fikri­
mizə,  həm  etnik-milli,  mədəni  baxımdan  rəngarəng  olan 
coğrafi  məkan,  həm  də  səmavi  dinlərin  sonuncusu,  hər 
hansı  millətə  deyil,  bütün  dünya  xalqlarına  ünvanlanan 
islamın  mahiyyətindən  irəli  gəlir  (İslam  dini,  dialoq  və 
tolerantlıq mövzusundan bəhs ediləcəkdir).
Tolerantlıq  ideyasının  həyata  keçirilməsi  yalnız 
insanların  hüquq  və  azadlıqlarım  bəyan  və  ya  müdafiə 
edilməsi  ilə  məhdudlaşmır.  Bütövlükdə cəmiyyət,  şəxsiy­
yət  və  bəşəriyyətin  mənəvi  dəyər  və  birgəyaşayış 
normalarını,  ictimai varlığı əhatə edir.
Həm  də  tolerantlıq  ideyalarının  mənəvi-əxlaqi  təməl
Fəsil II. Q loballaşm a və  m odaniyyatlorio  dialoqu
171
kimi  cəmiyyətdə  bərqərar  olması  problemi  cəmiyyətdə 
xüsusilə  insanlararası  münasibətlərin  kefıyyətcə  yeni 
səviyyəsinə  yön  alan  köklü  ictimai  dəyişikliklər,  etnik 
münaqişələrin  kəskinləşdiyi,  dövlətlərarası  münasibət­
lərdə  humanist  prinsiplərin  təsdiqləndiyi  keçid  dövr­
lərində  xüsusilə  aktuallaşır.  Bu  baxımdan,  fıkrimizcə, 
qloballaşma  prosesi  və  tolerantlıq  mövzusunun  təhlili, 
tolerantlığın  konkret  təzahürləri,  sosial-tarixi  subyektlər 
(şəxsiyyət,  sosial  qruplar,  siniflər,  cəmiyyət,  dövlət, 
dövlətlərarası  münasibətlərin  subyektləri  və  s.)  arasında 
formalaşma  mexanizmlərinə  toxunmadan  natamam  təsir 
bağışlayardı.
Müasir  dövrdə  tolerantlıq  probleminin  daha  geniş 
araşdırılan  aspektləri  sırasında  tolerantlıq  və  intolerantlıq 
(dözümsüzlük),  qeyri-tolerantlıq,  antitolerantlıq,  tolerant­
lığın başqa fəlsəfi  kateqoriyalarla (həqiqət, əxlaq,  azadlıq, 
mənəvi  seçim  və  s.);  tolerantlıq  şüuru,  onun  növləri  və 
tiplərinin öyrənilməsi və s. qeyd etmək olar.
Müxtəlif  sosial,  mədəni,  iqtisadi,  demoqrafik  və  s. 
göstəricilərin,  xüsusilə  də  təhsil  və  tərbiyə  sahəsinin 
tolerantlığın formalaşması və səviyyəsinə təsiri də bir sıra 
elm  sahələri  tərəfindən  öyrənilir.  Şəxsiyyətin  sosiallaş- 
ması  prosesində  tolerantlığın  formalaşmasına  təsir  edən 
amillər  sosioloq  və  psixoloqlar  tərəfindən  geniş  tədqiq 
olunur.
Cəmiyyətdə,  həmçinin  də  dünyada baş  verən bir çox 
münaqişələrin  əsas  səbəbi  kimi  insanların  dözümsüzlük 
xüsusiyyətinin  çıxış  etməsi  əsas  müddəa  kimi  irəli 
sürülür.
Buna görə  də  tolerantlığın xüsusilə  də  millətlər, döv­
lətlər  və  xalqlararası,  mədəniyyətlərarası  münasibətlərdə 
əsas  prinsip  kimi  rəhbər  tutulması,  qarşıdurma  və 
ziddiyyətlərin  kəskin  nəticələri  ilə  deyil,  səbəbləri 
müstəvisində çox səmərəli vasitə kimi dəyərini artırır.
İnsanlararası  münasibətlərdə  dözümsüzlüyün  təhlili


172
Q LO B A LLA ŞM A  VƏ M Ə D Ə N İ  M Ü X T Ə L İFL İK
sahəsində  aparılan tədqiqatlarda müəyyən  konsepsiyaların 
da  artıq  mövcud  olduğunu  söyləmək  olar.  Məsələn, 
1 .Adorno,  B.Oltmeyer və  başqalarının tolerantlığın  sosial- 
psixoloji  kökləri  və  mexanizmlərinə  dair  tədqiqatları 
“avtoritar şəxsiyyət” konsepsiyasında əksini tapmışdır.  Bu 
konsepsiya  bir  növ  “dözümsüz  şəxsiyyət”  tipi  və  onun 
üçün  səciyyəvi  olan  əsas  xüsusiyyətlərin  əhatəli  təhlilini 
təqdim  edir.  Bu  xüsusiyyətlərdən:  doqmatizm,  stereotip­
lərə  meyllik,  qeyri-müəyyənliklərə,  yeniliklərə  dözüm­
süzlük,  sərt-qapalı  nizam,  müxtəlif  (etnik-milli—
dini) 
azlıqlara  dözümsüzlük,  dünyagörüş  və  şüurun  məhdud 
“çərçivə” prinsiplərə əsaslanması və s.-dir.
Müasir  Qərb  və  Avropada  şəxsiyyətin  sosiallaş- 
masında  tolerantlığın  formalaşması  problemi  xüsusilə 
vurğulanır.  Bunun  əsas  səbəbi  kimi  müasir  dövrün  ən 
böyük  meyli  kimi  “mədəni  müxtəlifliyin”  çox  qabarıq 
şəkildə  diqqət tələb  etməsi  göstərilir.  Bu baxımdan  kiçik 
yaşlarından  uşaqlarda  müxtəlif  və  rəngarəng  dünyada 
yaşamağa  hazır  olmaq  problemini  Qərb  təhsil  sistemində 
həll  etmək üçün  praktiki  addımlar  atılır.  Həmçinin  “multi 
kultur  təhsil”  -   çoxçalarlı,  müxtəlif  mədəniyyətləri 
tanımağa  və  öyrənməyə,  qəbul  etməyə  yönəldən  təhsil 
uğrunda  hərəkat  və  istiqamət  mövcuddur.  Burada  ən 
müxtəlif  dünyagörüş,  zövq,  təsəvvür  və  anlama  malik 
insanların  arasında  dözümlü,  normal  münasibətlərə 
əsaslanan  ünsiyyət  və  birgə  yaşayış  normalarının 
mürəkkəb  həllini  aramaq  üçün  konkret  işlər  görməyə 
çalışırlar.
Tolerantlıq  şüurunun  formalaşması  problemi  milli- 
mədəni  rəngarənglik  baxımından  Azərbaycan  cəmiyyəti 
üçün  də  nəzəri  və  praktiki  əhəmiyyətə  malikdir.  Bu 
sahədə  cəmiyyətdə  insanların  münasibət  və  davra­
nışlarının  “məqsədəuyğun-mümkün”  istiqamətdə  inkişa­
fını  təmin  etmək  üçün  ictimai-birlik-qrup  və  etnik-milli, 
mədəni  identifıkasiya  xüsusiyyətlərinin  dərin  təhlili
Fəsil II. Q loballaşm a və  m ədəniyyətlərin  dialoqu
173
prosesi getməlidir.
Keçid  dövrünü  yaşayan  hər  bir  cəmiyyətdə  çox 
mühüm 
əhəmiyyətli 
ictimai-siyasi, 
mədəni-mənəvi 
problemlər 
həllini 
gözləyir: 
insanların 
rifahı 

iqtisadiyyatın  inkişaf  etdirilməsi,  elm  və  mədəniyyətin 
yüksək səviyyəsinin təmin edilməsi və s.  Bu problemlərin 
həlli  üçün  cəmiyyətin  bütün  təbəqələri  arasında  ahəng, 
dözüm  və  razılığın  olması  dəyişiklik  və  islahatların 
mənəvi-əxlaqi dayağını təşkil edir.
İstənilən  sahədə  islahatlar  kəskin  dönüş  məqamları 
ilə  üz-üzə  qalan  insanların  mənafe  və  maraqları  ilə  bağlı 
problemləri  humanizm  prinsiplərinə  əsaslanaraq  həll 
etdikdə  bəhrəsini  verir.  Yəni  hər  bir  islahat  və  inkişaf 
strategiyalarının 
sosial, 
mənəvi-mədəni 
meyar  və 
aspektləri  də mövcuddur.  Cəmiyyətdə bir qisim insanların 
dəyişikliklərin  sosial  nəticələrinə  tolerantlığı,  digər 
əksəriyyət  təşkil  edən  hissənin  dözümsüzlüyü  kimi 
təzahürlər üz-üzə  durur,  təzad  təşkil  edir.  Sosial  fəallığın 
artmasını  şərtləndirən belə vəziyyətdə, müxtəlif maraq və 
mənafelərin  bir-birini  eşidə  bilmək  xüsusiyyəti  'çox 
gərəkli olur.
Müxtəlif  mədəniyyətlərin  qarşılıqlı  dinamikasını 
təhlil  edərkən  biz  yuxanda  “kultur-şok”  adlandınlan 
mərhələ  haqda  məlumat  verdik.  Tolerantlıq  şüuru  məhz 
bu  mərhələdə,  sonrakı  qarşısıalınmaz  münaqişələrə  yol 
verməmək  üçün  gərginliyin  məqsədəuyğun  məcraya 
yönəldilməsi mexanizmi kimi çıxış edir.
Tolerantlıq  şüurunun  fonnalaşdırılması  üçün  əsas 
sayılan 
prinsiplərə 
dair  müəyyən 
nəticələr 
əldə 
edilmişdir.1  Bu  sahədə  aparılan  tədqiqatlarda tolerantlığın 
izahı və mənasına dörd cür yanaşmanı fərqləndirmək olar: 
1.  Bir qisim tədqiqatçılar belə hesab edirlər ki, “əxlaqi
1  Bax:  Уолцер  M.  О  терпимости.  M.  2000;  Толерантность.  (Под 
ред.  М.Б.Хомякова).  Екатеринбург.  -  2000г., J.Gray. The virtues of 
Toleration. London.  1992.


Yüklə 396,29 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə