RəBİYYƏt aslanova qloballaşma və



Yüklə 396,29 Kb.
Pdf görüntüsü
səhifə51/64
tarix30.09.2017
ölçüsü396,29 Kb.
#2482
1   ...   47   48   49   50   51   52   53   54   ...   64

2 0 2
Q LO B A LLA ŞM A  V Ə  M Ə D Ə N İ M Ü X T Ə L İF L İK
papalar  hər  vəchlə  dəstəkləyirdilər.  1066-cı  ildə  papalıq 
İngiltərənin  fəthi  üçün  də  Vilhelmə  xeyir-dua  və  bayraq 
təqdim  etdi.  Səlib  yürüşləri  konsepsiyası  üç  ideyanı- 
xristian  kral,  xristian  cəngavər  və  xristian  mömin- 
ziyarətçi  özündə  birləşdirirdi.  Buradan  görünür  ki,  xaç 
yürüşlərinin  məntiqi  onu  dəstəkləyənləri  Qüdsə  doğru 
cəzb  edirdi.  Uğur  qazanmağın  əsas  səbəbi  müsəlmanlar 
arasında  mövcud olan  ixtilaflar  idi.  1169-cu  ildə  Misir və 
Suriyanı  öz  hakimiyyəti  altında  birləşdirən  Səlahəddin 
tarix  səhnəsinə  çıxdı,  1187-ci  ildə  Qüdsü  fəth  etdi.  3-cü 
və  4-cü  Səlib  yürüşləri  zamanı  müvəqqəti  uğurlara 
baxmayaraq,  Yerusəlimin  qaytarılması  cəhdi  xristianlığın 
səylərinin tam  iflası ilə nəticələndi.
Bütün  bu  hadisələr  nəticəsində  Avropa  bütövlükdə 
müsəlman  dünyasının  qüdrətini  aydın  təsəvvür  etməyə 
başladı.  Digər  tərəfdə  Avropada  belə  hesab  edirdilər  ki, 
müsəlmanlar 
dünyanın 
“yarısını” 
fəth 
etmişlər. 
“Müsəlmanlarla  bilavasitə  tanış  olanlar,  onların  mədəni 
üstünlüyünü,  dinlərinə  müdrikcəsinə  əminliyini  adi  gözlə 
belə  duyur,  hiss  edirdilər,  hətta  belə  hesab  edirdilər  ki, 
ərəblərin  coğrafi  və  maddi  baxımdan  rifahla  yaşaması, 
onlara ilahi rəğbət bəslənməsindən xəbər verir”.1
Şərqin  din,  mədəniyyət  və  sivilizasiyasının  elmi, 
tədqiqi  Avropada  uzun  tarixə  malikdir.  Şərq  tarixi  ilə 
bahəm,  Şərq  mədəniyyəti  də  avropalıların  diqqət 
mərkəzində  ona  görə  yer  tutmuşdu  ki,  müqayisəli  təhlil 
nəticəsində  onlar  bir  tərəfdən  özlərini  “gendən”  görə 
bilir,  digər  tərəfdən  də  özlərindən  “bənzərsiz”  cəhətlərə 
malik  üsul,  tərz  və  elementləri  əxz  edirdilər.  “Avro­
palıların  axtarışda  olan  ruhları,  şərqli  ruhunun  intəhasız 
zirvəsinə  boylanırdı.  Bu  Şərq  dünyasının  ecazkar  və 
əsrarəngsizliyi,  həyatımızı  mənalandıran  gözəllik  və 
müdrikliyinə  ehtiyacdan  doğan  və  dünya  qədər  qədim
1  У.Монтгомери  -   Уотт,  П.Какиа.  Мусульманская  Испания.  М 
1976.  с.58.
Fəsil П.  Q loballaşm a və  m ədəniyyətlərin  dialoqu
203
olan bir hissin təzahürü idi”.1
Şərqin, o cümlədən islamın klassik təhlilini Avropada 
əksər  tədqiqatçılar  tərəfindən  yalnız  “qızıl  keçmişi  heç 
vaxt  təkrar  olunmayacaq  mədəniyyət,  incəsənət  və 
memarlıq  şedevrlərinə,  bəşəriyyətin  gələcəyi  üçün 
əhəmiyyətini  itirməyəcək,  keçilmiş  bir  fenomen  kimi, 
dinamika  və  inkişafdan  məhrum  bir  mədəniyyət  kimi 
qənaətlərə 
gəlmək 
məqsədinə 
xidmət 
edirdi. 
İslamşünaslıq  sahəsində klassik tədqiqatlar, islamın statik, 
donuq  deyil,  inkişafda  olan  mənzərəsini  görməyə  imkan 
verən  mövqedən  “akademik  distansiya”da  durmağı  üstün 
tutur,  siyasi-ideoloji  kolonial  idarəçilik  praktikası  da belə 
mövqeyi  dəstəkləyir  və  ona  tənqidi  yanaşmanı  qeyri- 
mümkün edirdi.
Bu vəziyyət islamşünaslıq, şərqşünaslıq və s. elmlərlə 
bahəm  mədəniyyətşünaslığa  dair  elmlər  sisteminin 
formalaşdığı  XX  əsrin  əvvəllərinə  qədər  davam  etdi. 
İslamın uzun əsrlər təhrif edilmiş obrazım, “avrosentrizm” 
yanaşma  nə  qədər  “həvəslə”  və  ciddi-cəhdlə  davam 
etdirsə  də,  cəmiyyət  haqqında  elmlər  qarşısında  duran 
tələblər  baxımından  onların  səbatsızlığı,  yanlış  elmi 
metod  kimi  təhrif  olunmuş  nəticələrə  gətirib  çıxarması 
aydın oldu.  Klassik tədqiqatlarda  Şərq və  İslama dair əldə 
edilmiş  nəticələr,  ədalətli,  yaxud  da  ədalətsiz  mövqelər 
öz-özlüyündə  tarixilik  baxımından  nə  qədər  dəyərli  olsa 
da  və  bizdə  rəğbət  hissi  doğursa  da,  XX  əsrdə  Şərqə  bu 
cür yanaşma metodunun taleyi həll olundu.
Avropanın ictimai  şüurunda islamm yeni, mahiyyətinə 
müvafiq  olan  obrazı,  XX  əsrdə  dünyanı  bürüyən  sistemli 
qlobal  böhranların  tədqiqi  prosesində,  Şərq  ruhu, 
mənəviyyatı və  onun təməl və özəklərindən ən qüdrətlisi 
olan  islamın  nüfiız  və  rolunun  dərk  olunmasına  müvafiq 
olaraq  çox  çətinliklə  də  olsa,  yüksələn  xətlə  bu  gün  də 
davam edir.
1  Восток-Запад.  Исследования.  Переводы.  Публикации.  M,  1982. 
с.79.


204
Q LO BA LLA ŞM A  VƏ M Ə D Ə N İ  M Ü X T Ə L İFL İK
“Qərbdə  çoxları,  o  cümlədən  prezident  V.Klinton  və 
C.Buş  da  belə  hesab  edirlər  ki,  ziddiyyət  və  qarşıdurma 
ümumiyyətlə  İslam  və  Qərb  arasında  deyil,  barışmaz 
İslam ekstremistləri  və  terrorçuları arasındadır.  Tarixin on 
dörd  əsri  isə  bunun  əksini  deyir.  İslam  və  xristianlığın 
münasibətləri  çox  gərgin  olmuşdur.  Biri  o  birinə  “özgə” 
kimi  baxıb.  Qərbin  hakimiyyət,  torpaq  və  insan  qəlbləri 
uğrunda  mübarizəsində  bu  din  ən  başlıca  rəqib 
olmuşdur”.1
İslam  aləmində  daim  yüksələn  “demoqrafik  part­
layış”,  mövzusu  da  İslama  bəslənən  qərəzli  münasibət 
tərəfdarlarının çox sevdiyi mövzudur.  “Məhəmməd böyük 
hesab  fərqi  ilə qalib gəlir.  Xristianlıqla müqayisədə bu din 
həm  də  artımın  yüksəkliyi  hesabına  genişlənir.  Dünyada 
xristianların  faizlə  götürülən sayı  XX  əsrin  80-ci  illərində 
ən  yüksək  nöqtəyə  -   30%-ə  çatmışdı.  Hazırda  azalma, 
enmə  prosesi  gedir.  Əsrlərin  qovuşuğundakı  müsəl­
manların  20%-lik  nisbəti  hədsiz  artım  hesabına  2025-ci 
ildə 30-%-ə bərabər olacaqdır”.2
Müasir Qərbdə və  Avropada  “islam  dirçəlişi”,  “islam 
intibahının  həqiqi  səbəblərini  anlamaq  səyləri  bizə  elə 
gəlir  ki,  yenə  də  siyasi-ideoloji,  geopolitik  təsəvvürlərin 
təzyiqinə  məruz  qalır.  İslam  haqda  yanlış  stereotiplər 
ictimai  elmə  bu  intibahın  təbii,  həyati,  mənəvi  mahiyyət 
amillərinə bələd olmağa maneə kimi ortada durur.
“İslam  intibahı”  sözünü  əsərində  böyük  hərflərlə 
göstərən  müəllif qeyd  edir  ki,  oxucular buna  təəccüblənə 
bilərlər.  Sonra  o  izahat  verir  ki,  belə  fərqli  yazılan 
anlayışlarla  bəşər  tarixində  müstəsna  dərəcədə  vacib 
hadisələri  ifadə  edirlər.  Bu  hadisələr ən  azı  bəşəriyyətin 
beşdən  ikisini  özünə  cəlb  edir.  “İslam  intibahı”  da 
Amerika,  Fransa  inqilabı,  Rusiya  inqilabı,  yaxud  Qərbdə 
protestant Reformasiyası  adlı hadisələrdən az əhəmiyyətli
1 C.Хантингтон.  Столкновение  цивилизаций,  c.327.
2 Yenə orada,  s.90.
Fəsil II.  Q loballaşm a və m əd ən iy y ətlərin   dialoqu
205
olmadığı üçün, onlar kimi böyük hərflərlə yazılır.”1
Yuxarıda  adı  çəkilən  S.Xantinqton  yazır  ki,  İslamın 
intibahında  siyasi  təzahürlər  hardasa  marksizmlə  -   öz 
müqəddəs  mətnlərində  ideal  cəmiyyətə,  fundamental 
dəyişikliklərə  səy  göstərdiyinə,  millətçiliyə  və  milli 
dövlət ideyasını  xüsusi  vurğulamadığına  görə  səsləşir.  Bu 
proses  mövcud  böhran  və  rüşvətxorluq  təzahürlərinə 
cavab  olaraq  daha  kamil  və  pak  yaşam  tərzinə  dair  öz 
dininin  tələblərini  reallaşdırmağa  cəhd  edir.  Bu  yalnız 
mədəni və dini deyil, həm də siyasi prosesdir.
Digər  müəllif  yazır  ki,  XX  əsrin  sonunda  İslam 
intibahının  təsirinə  biganə  qalmaq,  XVI  əsrin  sonunda 
Refonnasiyanın  Avropa  siyasətinə  necə  təsir  etdiyinə 
biganə  qalmaq  deməkdir.  Onların  fərqi  yalnız  ondadır  ki, 
Reformasiya  yalnız  Şimali  Avropa  ilə  məhdudlaşdısa, 
İslam  intibahı  simvolu,  əqidə  və  inancları,  qurumları 
Mərakeşdən  İndoneziyaya,  Nigeriyadan  Qazaxıstana  qə­
dər bir milyarddan çox  adamı özünə cəlb edir. İslamlaşma 
əvvəlcə  dini-mədəni  müstəvidə  gedir,  sonra  ictimai  və 
siyasi sferaya keçir.”2
Ədalət  naminə  qeyd  edək  ki,  avrosentrizm  nüm a­
yəndələrinin,  o  cümlədən  M.Veberin  Şərq  dinlərinin 
müasirlik, inkişaf və modernləşmə prosesində yararsızlığı, 
bu  dinlərin  siyasi  və  iqtisadi  reformalara  qabil  olmaması 
kimi və s. konsepsiyalar fonunda indicə misal gətirdiyimiz 
müəlliflərin  fikirlərinin  tamamilə  əksini  sübut  edir. 
Sadəcə  müasir  Qərbdə  də  İslam  obrazının  onun  həqiqi 
simasının  ifadəsi  olmaqdan  uzaqlığı  problemi  əlbəttə 
aydındır.  Biz  arzu  edərdik  ki,  bir yanlışlığın  yerinə  digər 
yanlışlıq  gəlməsin.  İslamın  modernləşmə  və  ya  inkişafa 
qabil  olmaq  əzəməti  və  qüdrəti  yalnız  demoqrafik 
səbəblərə  və  ya  "Marksizmə  bənzəməsi”(?!)  ilə  izah
1  John.  Esposito.  The  Islamic  threat:  Myth  or  Reality.  N.Y.,  1992, 
P-12.
2  W.Richard.  The  Culture  of  Islamic  Movement  //  Foreign  Afbairs. 
1993, №72.


Yüklə 396,29 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə