RəBİYYƏt aslanova qloballaşma və



Yüklə 396,29 Kb.
Pdf görüntüsü
səhifə33/64
tarix30.09.2017
ölçüsü396,29 Kb.
#2482
1   ...   29   30   31   32   33   34   35   36   ...   64

130
Q LO BA LLA ŞM A   VƏ M Ə D Ə N İ  M Ü X T Ə L İF L İK
statusunun  simvolu  kimi  təqdim  olunan  kütləvi  mədə­
niyyət  ictimai  və  bəşəri  maraqlarla  nisbətdə,  fərdi,  şəxsi 
maraq  və  mənafelərin  üstünlüyü,  birinci  dərəcəli  rola 
malik olmasına dair təsəvvürlər formalaşdırır.
Qloballaşma dövrü, həm də informasiya cəmiyyətinin 
formalaşması  dövrü  kimi  adlandırılır.  Müasir  informasiya 
-  telekommunikasiya  vasitələrinin  böyük  imkanları  da 
mədəni  hegemoniyanın  tətbiqində  istifadə  edilə  bilər. 
Hətta  elmi  ədəbiyyatda  “informasiya  imperializmi”  sözü 
çoxdan  dövriyyəyə  gətirilmişdir.  İnformasiya  məkanı  və 
bazarına  daxil  ola  bilməyən  ölkələr  dünyanın  nəzərindən 
sanki  “itir”.  Böyük  dövlətlərin  informasiya  dəstəyi  və  ya 
əksinə  informasiya  blokadası  ictimai  rəyin  hər  hansı  bir 
hadisəyə  ya yönəldə,  ya  da biganə  edə  bilər.  Biz  Dağlıq 
Qarabağ 
münaqişəsinin 
gedişində, 
xüsusilə 
də 
başlanğıcında bu proseslə üz-üzə gəlmişik.
Müasir dünyada mədəniyyət yalnız real aləmdə  deyil, 
həm  də  virtual  aləmdə  inkişaf  edir,  yaşayır.  Qlobal 
informasiya  məkanında  mədəniyyətlərarası  ünsiyyət  və 
inteqrasiyayın təhlilinə birmənalı  yanaşmaq,  bu baxımdan 
qeyri-ciddi  mövqe  olardı.  Bir  tərəfdən  mədəni  qapalılıq 
və  təcrid  olunma  təhlükəsi  mövcuddursa,  digər  tərəfdən 
də  dünyanın  mədəniyyət  ailəsinə  daxil  olmaq  üçün,  öz 
mədəniyyətini  bütün  dünyaya  tanıtmaq  üçün  nadir 
imkanlar  yaranmaqdadır.  Bu  istiqamətlərin  optimal 
balansını  təmin  etmək  qloballaşma  dövründə  dövlətin 
mədəniyyət siyasətində diqqət mərkəzində olmalıdır.
Mədəniyyətlərin  qarşılıqlı  təsir  forma və  meyllərinin 
nəzərdən keçirilən tipləri  (konflikt-şok, simbioz, sintez və 
s.),  ünsiyyət  və  inteqrasiyanı  şərtləndirən  bir  çox 
amillərdən: başqa mədəniyyəti qəbul etməyə hazır olmaq, 
siyasi-mədəni  mühit,  əlaqələrin  xarakteri  və  s.-dən 
asılıdır.  Bütün  hallarda  başqa  mədəniyyətə  mənfi 
münasibəti  aradan  qaldırmağın  yolları  mümkündür. 
Mədəniyyətlər  arasında  həqiqi  ünsiyyət  və  qarşılıqlı 
anlaşma  -   çox  mürəkkəb  və  uzun  müddət  davam  edən
Fast] ı. Qloballaşma. Mədəniyyət fenomeni qloballaşma kontekstində  131
prosesdir.  Müasir dövrdə mədəniyyətlərin yaxınlaşmasına 
şərait 
yaradan 
informasiya 
məkanı 
beynəlxalq- 
ümumdünya  mədəniyyəti  adı  ilə  səciyyələndirilən 
fenomenin daha sürətlə təşəkkülünü təmin edir.
Müxtəlif  mədəni  sistemlər  arasında  körpü  salmağı 
asanlaşdıran,  beynəlxalq  mədəniyyət  kimi  formalaşan 
kontekstə nəzər salmaq zəruridir.
Mədəniyyətin  qloballaşmasında  müxtəlif  ziddiyyətli 
mövqelərin  mövcudluğunu  şərtləndirən  səbəblərdən  biri 
kimi,  mədəniyyətin  mahiyyət  strukturuna  dair  təd­
qiqatlarda  onun  sabit  (nüvə)  və  dəyişkən  (çevik)  tərəf­
lərinin  fərqləndirilməməsi  olduğunu  yuxarı  da  vurğu- 
lamışdıq. Milli-mədəni identikliyin meyarı və təməli  kimi 
mövcud  olan  mədəni  nüvəni,  hər  bir  mədəniyyətdə 
innovasiya  və  dəyişikliklərlə  çevik  münasibətdə  olan 
mədəni “kosmos” əhatə edir.
Bunlar mədəniyyətin sakral (müqəddəs, sabit) və pro- 
fan (dünyəvi, dəyişkən) kontekstləri kimi də məlumdur.
Müasir  dünyada  “beynəlxalq  mədəniyyət”  adı  ilə 
əhatə  olunan  müştərək  dünya  mədəniyyəti  formalaş­
mışdır.  Bu  mədəniyyətin  nailiyyətlərinin əldə  olunmasın­
da  dünyanın  bütün  xalqları  iştirak  etsə  də,  onun  təşkilat­
lanması  və  geniş  yayılması,  əsasən,  Qərb  məkanında  baş 
verir.
Beynəlxalq  mədəniyyət  anlayışına  elm,  təhsil, 
informasiya, beynəlxalq  hüquq, iqtisadi mədəniyyət və 
s.  sahələr  daxildir.  Bundan əlavə  texnoloji-sənaye  şəhər 
mədəniyyəti  kimi  fərqləndirilən  kütləvi  mədəniyyət 
məhsulları,  məişət  mədəniyyəti  formaları  (geyim,  qida, 
mənzil-avadanlıq),  asudə  vaxt  mədəniyyəti  (beynəlxalq 
turizm), idman və s.-də bu qrupa aid edilir.
Beynəlxalq  mədəniyyətin  müasir dünyada ən  mühüm 
struktur  elementlərindən  biri  -   elmdir.  Elmin  intellektual 
və  texnoloji  nailiyyətləri  milli-lokal  sərhədləri  aşaraq


132
Q LO BA LLA ŞM A   VƏ M Ə D Ə N İ M Ü X T Ə L İFL İK
bütün  dünyanın  sərvəti  olur.  Elm  bəşəriyyətin  kollektiv 
idrakının  ifadəsi  kimi  onun  maraq  və  mənafeyinə, 
tərəqqisinə  xidmət  edir.  Lakin  digər  tərəfdən  unutmaq 
olmaz  ki,  alimlər  həm  də  dünyanın  varlığı  üçün  təhlükə 
yaradan  innovasiyaların yaradıcılarıdır.  Bu baxımdan elmi 
yeniliklər  mədəniyyətlər  arasında  həm  inteqrasiya,  həm 
də dezinteqrasiya meyllərini  şərtləndirə bilər.
Beynəlxalq  mədəniyyətin  digər tərkib  hissəsi  -  təhsil 
sistemidir.  Nəsillərin  taıixi-elmi  təcrübəsinin  bir-birinə 
ötürülməsi  demək  olar  ki,  bütün  dünyada  ümumi 
prinsiplərə  dayanaraq  həyata  keçirilir.  Bu  baxımdan 
tədqiqatçılar “beynəlxalq  təhsil  mədəniyyəti”  mövzusunu 
təhlil  edirlər.
Müasir  infonnasiya  -  telekommunikasiya  texnolo­
giyalarının  tətbiqi  təhsilin  beynəlmiləlləşməsi  meylini 
daha da sürətləndirir.
Beynəlxalq  hüquq  -   dövlətlər,  ölkələr,  xalqlar  ara­
sında  müxtəlif  münasibətləri  nizamlamaqla  ümumbəşəri 
hüquq  mədəniyyətini  formalaşdırır.  Beynəlxalq  hüquq 
funksiyalarını  icra  edən  qurumlar,  mədəniyyətlərin 
qarşılıqlı 
təsirinin 
hüquqi 
əsas 
və 
prinsiplərinin 
müəyyənləşdirilməsi kimi nəcib missiyaya  xidmət edirlər 
(BMT, YUNESKO və s.).
Beynəlxalq  hüququn  əsas  prinsipləri, 
müxtəlif 
xalqların  və  mədəniyyətlərin  konfliktlərdən  yan keçərək, 
dialoqa 
əsaslanan 
münasibətlərinin 
qurulmasını 
dəstəkləməkdir.  Mənəvi  dəyərlərin,  maddi  mədəniyyət 
abidələrinin  mühafizəsi,  milli  azlıqların  hüquqlarına 
hörmət  edilməsi,  qarşılıqlı  anlaşma,  “Mədəni  plüralizm” 
və s.-dir.
Məzmununa,  çoxçalarlığıria,  əzəmət  və  məramına 
görə  vahid  olan  ümumdünya  mədəni  irsinin  keşiyində 
duran  YUNESKO  2001-ci  ildə  mədəni  müxtəlifliyin  qo­
runması  və  mühafizəsi  haqqında  Bəyannamə  -   Deklara­
siya imzalamışdır.
Ümumdünya  informasiya-telekommunikasiya  vasitə-
pəsjl x. Qloballaşma. Modəniyyat fenomeni qloballaşma kontekstində  133
lərinin  şəbəkəsi,  bir  tərəfdən  dünyanın  mədəni- 
informasiya  məkanını  genişləndirir,  bir  araya  gətirir,  hər 
cür  maneə  və  “pərdələrin”  aradan  götürülməsini  şərt­
ləndirir,  digər  tərəfdən  ən  müxtəlif  mədəniyyətlərin 
bütün dünya arenasına çıxmasına yollar açır.
Mədəniyyətin  qloballaşmasından  söhbət  gedərsə, 
məhz beynəlxalq məzmunlu  mədəniyyəti  nəzərdə  tutmaq 
olar.  Lakin  beynəlxalq  mədəniyyətlə,  hər  bir  xalqın 
özünəməxsusluğunun,  bənzərsizliyinin  ifadəsi,  məhz 
fərqli  xalq  kimi  mövcudluğunu  şərtləndirən  cizgi  və 
çalarların  daşıyıcısı  olan  milli  mədəniyyət  müxtəlif 
müstəvilərdir.


Yüklə 396,29 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə