RəBİYYƏt aslanova qloballaşma və



Yüklə 396,29 Kb.
Pdf görüntüsü
səhifə29/64
tarix30.09.2017
ölçüsü396,29 Kb.
#2482
1   ...   25   26   27   28   29   30   31   32   ...   64

114
Q LO BA LLA ŞM A  VƏ M Ə D Ə N İ M Ü X T Ə L İFL İK
ərazi, tarixi və sosial baxımdan həmişə müəyyən hədlərə- 
sərhədlərə  malik  olmuşdur.  Mədəniyyətin  hədləri  və 
sərhədləri  aşaraq ümumbəşəri  zaman və məkanda mədəni 
vəhdət  təşkil  etməsi  qarşılıqlı  təsirin  ən  yüksək 
səviyyəsidir.
Ümumbəşəri,  universal  səviyyə  -   elə  bir  başlan­
ğıcdır  ki, 
burada 
dünyada 
mövcud 
olan 
bütün 
mədəniyyətlər özlərinə  xas  olan cizgilərdən əlavə,  bütün 
dünya mədəniyyətini səciyyələndirən cizgiləri daşıyır.
Mədəniyyətdə  ümumbəşərilik  müxtəlif  cür  ifadə 
oluna  bilər:  məs:  bu  elə  bir  ideya,  təlim  və  s.  mənəvi 
dəyər  forması  ola  bilər  ki,  onun  əhəmiyyəti,  əhatəsi 
istənilən  etnik,  sosial  sinfi,  siyasi  və  iqtisadi  birliklərin 
çərçivəsini 
aşır, 
yaxud 
cəmiyyətinin 
təşkilinin 
strukturunda,  təməl  prinsiplərində  bütün  bəşəriyyətin 
məqbul  hesab  etdiyi  ümumi  mədəni  müddəaların 
dəstəklənməsi;  universallıq  prinsiplərinin  reallaşması  və 
bərqərar  olmasına  əməldə  xidmət  edən  mənəvi- 
intellektual  elitanın  fəaliyyəti  bütün  bəşəriyyətə  xidmət 
edir,  yalnız  öz  mədəniyyətinin  deyil,  ümumbəşəri 
mədəniyyətin xəzinəsini zənginləşdirir.
Mədəniyyətdə  bəşəri  müstəvinin  təşəkkül  taparaq 
daim  inkişaf  etdirilməsi,  bir-birini  əvəz  edən  saysız- 
hesabsız  nəsillərin  səy  və  əməyini  tələb  edən  çox  çətin 
və mürəkkəb prosesdir.
Ümumbəşəri  səviyyə  ictimai  şüurun  ən  yüksək 
qatlarında elə prinsip və simvolların yer almasına nail olur 
ki,  bu  prinsiplər  bütün  lokal-məhdud  təsəvvür,  yanaşma 
və  tərzlərin  fövqündə  duraraq  müxtəliflikləri  təmin  edən 
ali  vəhdət  və  başlanğıcdır.  Bəşərilik  və  universallığın 
formalaşmasında dünya dinləri  çox  böyük rol  oynamışdır. 
Burada  bütün  nisbi,  keçəri  olanlar  üzərindən  yüksələrək 
əbədi,  mütləq  olan  İlahi  banun  və ya Allahın mövcudluğu 
ideyası,  dünyanı  birləşdirən  fövqəlbaşlanğıcın  vurğulan- 
ması bəşəri səviyyənin anlaşılmasına dərk edilməsinə çox 
böyük kömək etmişdir.
Fəsil I. Qloballaşma. Mədəniyyət fenomeni qloballaşma kontekstində  11S
Mədəniyyətin  bəşəri  səviyyəsi  ilə  ümumdünya  mə­
dəniyyəti  anlayışları  məzmun  və  mahiyyətcə  yaxındırlar. 
Yeni dövrdən  etibarən əsasən  qərb  mənşəli, qərb  anlamlı 
ümumdünya mədəniyyəti  formalaşmaqdadır.  Lakin zaman 
özü  də  mədəniyyətin  məzmun  və  mahiyyətinin  sintezə- 
ahəngə  əsaslanmalı  olduğunu  aşkara  çıxarır.  Qloballaşma 
gedişində  sintezə  -  Şərq  və  Qərb  mədəniyyətlərinin  qar­
şılıqlı  bəhrələnməsinə  dayaqlanan  ümumdünya  mədə­
niyyəti  təşəkkül  tapmalıdır.  “Ümumdünya  mədəniyyəti” 
mövzusuna  “beynəlxalq  mədəniyyət”  mövzusunda  ye­
nidən qayıdacağıq.
Bəşərilik,  universallıq  müstəvisində,  mədəniyyət,  ən 
müxtəlif etnik-milli-dini  qruplar arasındakı  ziddiyyətlərin 
aradan  qaldırılmasında  çox  mühüm  rol  oynayır;  yaxud 
inkişaf  etmiş  sayılan  ölkələrlə,  inkişaf  etməmiş  ölkələr 
arasında,  zəngin  mədəni  mərkəz-paytaxtla,  əyalət- 
periferiya  mədəniyyəti  arasında  və  s. •  ortaya  çıxan 
problemlərin  ağrısız  həllinə  kömək  edir.  Mədəniyyətdə 
bəşərilik  həmçinin  tarixilik  meyarını  da  özündə 
birləşdirərək  dünənin,  bu  günün  və  sabahın  əlaqəsini 
-  yəni varisliyi təmin edir.
Mədəniyyətlərarası  ünsiyyətin  təmin  edilməsində 
bəşərilik  və  universallıq  müstəvisinin  “vasitəçi-körpü” 
rolunu  oynaması  çox  böyük  əhəmiyyətə  malikdir. 
Qloballaşma 
prosesində 
mədəniyyətlərin 
qarşılıqlı 
təsirinin  hansı  müstəvilərdə  getməsini  təhlil  etməklə, 
onun  meyllərini  da  sezmək  mümkündür.  Bu  sahədə 
mövcud  olan  qanunauyğunluqları  nəzərə  almadan  ciddi 
təhlil 
aparmaq 
qeyri-mümkündür. 
Onların 
nəzərə 
alınmaması,  ahəngdar  məcraya  yönəldilməməsi  daha 
dərin  böhran  vəziyyətini  şərtləndirə  bilər.  Hazırkı  siyasi, 
ideoloji,  mədəni,  dini  və  s.  plyüralizm  şəraitində  bu 
meyllərin izlənilməsi mümkündür.
Məlumdur  ki,  sonuncu  Sovet  imperiyasının  dağılması 
ilə, həm də nəhəng bir ideoloji-mədəni nizamlama sistemi 
yox  oldu.  Belə  şəraitdə  mədəni-milli  identikliyin  ən  ilkin


116
QLOBALLAŞM A   VƏ M Ə DƏ Nİ  M Ü X T Ə LİFLİK
səviyyodə,  zaman  və  məkanca  daha  məhdud-lokal 
çərçivədə bərpası sürətlənir.  Etnik və milli dirçəliş “siyasi 
müqəddərat”  problemi  ilə  əlaqələndirilərək  çox  hallarda 
ifratçılıqla 
birləşir,  mövcudluğun  separatist  ölçülərdə 
qavranılmasına  gətirib  çıxarır.  Azərbaycan  bu  problemin 
ən 
ifrat 
təzahürlərini 
yaşamış 
və 
yaşamaqdadır. 
İdentikliyin 
mədəni 
müstəvidə 
ifrat 
və 
məqbul 
formalarının  təhrif  olunması,  qarışdırılması  milli-etnik 
münaqişələrin  haqsız  qurbanlarının  sayını  XX  əsrin 
sonuna doğru daha da artırdı.
Bütün  keçid  dövrlərində  olduğu  kimi  bu  dövrdə  də 
sosial-mədəni  inteqrasiya forma və tiplərinin kortəbii, çox 
hallarda  da  düşünülmüş  şəkildə  maraqlı  olan  tərəflərin 
rəvac  verməsi  və  dəstəyi  ilə  nəzarətsiz  prosesə 
çevrilməsini  şərtləndirdi.
Bütün 
postsovet 
məkanında 
olduğu 
kimi, 
Azərbaycanda  müstəqillik  əldə  edən  respublikanın  siyasi, 
iqtisadi,  mədəni,  hüquqi  təşkilatlanması  milli  müstəvidə, 
sürətlə getdi və prosesin daşıyıcısı, subyekti kimi müstəqil 
milli dövlət formalaşdı.
Digər  tərəfdən  tarixin  təcrübəsini  deyil,  öz  məhdud 
“şovinist”  maraqlarını  üstün  tutan  bədnam  “ideoloq”lanp 
köməyi  ilə  millətin  fövqündə  duran,  identiklik  for­
malarının 
dialektikasma 
zidd 
olan 
“muxtariyyət”, 
“müstəqillik”  və  s.  formalarına  iddia  edilməsi,  on  ildən 
çox  davam  edən  münaqişə  olacağının  Dağlıq  Qarabağ 
probleminin  yaranmasına  səbəb  oldu.  Problemin  bu  gün 
də  həll  olunmaması  məhz  bu  səviyyələrin  nəzərə 
alınmayaraq  “ikili  standartlar”  siyasəti  ilə  ört-basdır” 
edilməsinin nəticəsidir.
Sosial-mədəni  milli  identikliyin  ən  aşağı,  ilkin 
pilləyə,  səviyyəyə  müncər  edilməsi,  dünyada  sonrakı- 
milli  və  bəşəri  səviyyələrin  formalaşdığı  mərhələlərdə 
arzuolunmaz  nəticələrə  gətirib  çıxarır. 
Belə  ki,  etnik 
oriyentasiyalar nə  iqtisadi,  nə  də  ümumbəşəri  siyasi  prin­
siplərlə  uyğunlaşa  bilməyərək,  daha  yüksək  müstəvidə
Fəsil I. Qloballaşma. Mədəniyyət fenomeni qloballaşma kontekstində  117
inteqrasiyanın  “imperiyanın  təzahürü”,  “yerli  identikliyə 
qarşı  yönəlmiş  siyasət”  hesab  edir,  görünməmiş  fəlakətə 
gətirib  çıxarır.  İnteqrasiya  və  konsolidasiyanın  yalnız 
etnik-identikliyə  dayaqlanması  prinsipindən  əl  çəkməyən 
etnosentrizm,  millətçiliyin  qatı  forması  kimi,  ən  müxtəlif 
mədəni  (genetik  və  linqvist  qrupların)  milli  və  bəşəri 
prinsiplər  əsasında  birləşmək  arzusuna  və  tələbatına 
daban-dabana  zidd  olaraq,  bütün  dünyada  gərginlik  və 
münaqişələrin  əsas  səbəbi  kimi  çıxış  edir,  hərbi 
toqquşmalara 
gətirib 
çıxarır. 
Bu 
münaqişələrin 
“vasitəçilər”  variantı  ilə  həllinə  cəhd  etmək  müsbət 
nəticə  verə  bilmir.  Buna  görə  də  həm  qlobal,  həm  də 
lokal  səviyyələrdə  uzunmüddətli  sülh  və  sabit  mədəni 
münasibətlərin  bərqərar  olması  üçün,  beynəlxalq  elmi 
ictimaiyyət fundamental  fovqəlmilli  və bəşəri  prinsiplərin 
müəyyən  edilməsi  və  bu  prinsiplər  əsasında  identikliyin 
müvafiq  təşkilatlanmasını  təmin  etmək  üçün  çox 
çalışmalıdırlar”.1
İdentikliyin  milli  səviyyədə  formalaşması  yalnız 
mono-etnik,  linqvistik  qruplar  səviyyəsində  məhdud­
laşmayıb  iqtisadi,  siyasi,  hüquqi  məkanın  ümumiliyinə, 
müxtəlif  həyat  tərzlərinin,  ümumi  dil  və  simvolikanın, 
milli  dövlətçiliyin  mənafe,  maraq  və  tələbatlarına  uyğun 
gələn 
insan 
birliyinin 
formalaşması 
kimi 
başa 
düşülməlidir.  Burada  separatizm  inteqrativ  potensiyanı 
üstələyirsə,  məhz  o  məqamdan  milli  və  etnik  olanın 
nisbəti  ciddi  müəyyənləşdirilməlidir.  Etnik  və  millinin 
nisbətini 
kim  isə,  başqalarını 
sıxışdırmaq,  yaxud 
“təmizləməklə”  qaydaya salmaq  kimi  başa  düşür,  kim  isə 
lokal  məhdud  çərçivə  və  sərhədləri  aşaraq  ümumbəşəri 
dəyərlərə  qarşılıqlı  qovuşmaq  kimi  təsəvvür  edir. 
İdentikliyin belə  başa  düşülən  forması  dünyada baş  verən 
inteqrasiya  probleminin  həllində  sivil-məqbul  sayılan 
metod və yanaşma kimi qəbul edilir.
Müasir  dünyada  millətlərarası,  mədəniyyətlərarası
1 Современные концепции кризиса.  M.  1991. c.103.


Yüklə 396,29 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə