RəBİYYƏt aslanova qloballaşma və



Yüklə 396,29 Kb.
Pdf görüntüsü
səhifə28/64
tarix30.09.2017
ölçüsü396,29 Kb.
#2482
1   ...   24   25   26   27   28   29   30   31   ...   64

по
Q LO BALLAŞM A  VƏ M Ə D Ə N İ M Ü X T Ə L İFL İK
;
sahədə  müxtəlif rəqiblər  deyil,  elə  eyni  həmkarlar ortaya 
çıxarır.  Bu  iki  tərəf  arasında  qütbləşmə,  məqsəd  və 
vasitələrin  konsentrasiyası  elə  həddə  gətirib  çıxarır  ki, 
“biz  hətta  deyə  bilərik:  gözümüzün  önündə  “azadlığın” 
bir  əldə  konsentrasiyası  prosesi  gedir”.1  “Azadlıq  elə  bir 
“istilik sistemi -  istixanadır ki, burada var-dövlət daha tez 
boy  atır”.  Əgər  yoxsul  mədəniyyətlər  onlara  da  “pay 
düşəcəyinə  ümid  edirlərsə”  bu  boş  xəyaldır.  Əvvəlki 
varlılar daha da  varlanmaq  üçün  kasıblara möhtac idi.  İndi 
bunun üçün kasıb mədəniyyət lazım deyil.
Dövri  qədimdən  “varlı-kasıb”  qarşılıqlı  asılılıqda  idi. 
İndi  artıq  belə  deyil.  Hətta  təsəvvür  etmək  belə  çətindir 
ki,  “varlı,  zəngin  qloballarla yoxsul  lokallar” hansı  şərtlər 
barədə  söhbət  apara  bilərlər.  Bu  ona  bənzəyir  ki,  müasir 
şəhərlərin  ən  yaxşı  yollarından  istifadə  edən  varlılar, 
“sınıq-salxaq,  əyri-köndələn”  əyalət  yollarından  həmişə 
yan keçirlər.
Z.Baumanın  mədəniyyət  və  qloballaşma  probleminə 
münasibəti  barədə  təsəvvür  yaratmaq  üçün,  biz  ona  bir 
qədər  geniş  yer  verdik.  Burada  əlbəttə  ki,  tutqun, 
pessimist 
əhvalı 
görməmək 
mümkün 
deyildir. 
Qloballaşma  gedişində  “udanlarla”,  “uduzanlar”  arasında 
heç  bir  qarşılıqlı  münasibətin  olmayacağına  isə  inanmaq 
mübahisəli  məsələdir.  Əgər  bu  iki  tərəf  müxtəlif 
planetlərdə  yaşasaydı  buna  inanmaq  olardı.  Bir  halda  ki, 
insanlar  bir “evdə” -  yer kürəsində  yaşayırlar və  bunların 
“vəhdətin  fövqündə” durması  ağlabatmazdır.  Qloballaşma 
prosesində qarşılıqlı  formalaşan yeni təsisat, qurum, sintez 
mədəniyyətləri  nəzərə  almamaq  bədbin  ssenarilərin  əsas 
qüsurudur.  Bu  baxımdan  Z.Baumanın  baxışları,  lokal 
mədəniyyətləri  -   “yoxsul”  mədəniyyətlə  eyniləşdirmək 
cəhdi daha geniş təhlilə möhtacdır.
Mədəniyyət  aləminin  sehrini,  mozaik  çoxçalarlığını 
yalnız  iki  rəngə  -   yoxsul  və  varlıya  bölmək  düzgün 
deyildir.  Müxtəliflikdə  yalnız  “ağ  və  qara”  deyil,  dünya
1 Z.Bauman.  Yenə orada.
Fəsil I. Qloballaşma. Mədəniyyət fenomeni qloballaşma kontekstində  111
mədəniyyətinin  bir-bir  rəngləri  bərq  vurur.  Burada  “bir 
istiqamətli  gedən  proses”  anlayışı  natamamdır,  çünki  əks 
təsir  və  meylləri  -   lokal  mədəniyyətlərin  nüfuz  və  təsiri 
nəzərə  alınmır.  Qərb  mədəniyyətində  qarşılıqlı  bəhrə­
lənmənin  yalnız  sintez  kimi,  milli-lokal  süzgəcdən 
keçirilərək  qəbul  edilməsi  faktı  kənarda  qalır,  nəticədə 
“üçüncü” -  sintez mədəniyyətin -  hər iki  tərəfin cizgiləri­
ni  daşıyan yeni  fenomenin  formalaşmasına  biganə qalmır. 
Hegemon  sayılan,  “varlı-Qərb”  mədəniyyətinin  özünün 
ən müxtəlif mədəniyyətlərin sintezi olduğu unudulur.
Belə  yanaşma,  yəni  mədəniyyət  və  qloballaşma 
problemlərinə mədəni dinamikanın prinsip, mənbə,  faktor 
və  formaları  ilə  bələd  olmadan  qərarlar  vermək,  nə­
ticələrin birtərəfli  olmasını  şərtləndirir.  Buna  görə  də  biz 
mədəniyyətlərin  qarşılıqlı  təsir  formalarının  dinamikası, 
mədəni  bəhrələnmə  probleminin  mexanizmlərinə  dair ən 
mühüm konsepsiyalara toxunmalıyıq.
Bu  baxımdan  mədəniyyətlərin  qarşılıqlı  təsirinin 
müstəviləri,  strukturu,  mexanizmləri  tfə  prinsipləri  ilə 
tanış olaq.
1.11.  Mədəni müxtəliflik və qarşılıqlı təsirin 
subyektləri və müstəviləri
Bəşəriyyətin  mövcud  olduğu  on  minillər  boyu 
topladığı  (əgər  neolit  dövrü  inqilabından  başlasaq)  bütün 
nailiyyət və  sərvətləri  bir sözlə  ifadə  etsək -  mədəniyyət 
sözünü  almış  olarıq.  Burada  bir-birini  əvəzləyən  dünya 
sivilizasiyalarının  və  lokal  sivilizasiyaların  vahid  çox­
çalarlı  mədəni  irsindən  formalaşmış,  bəşər  mədəniyyəti 
çələngini görmək çox da çətin deyildir.
Mədəniyyət  bütün  dövrlərdə  yer  üzündəki  xalqların 
ən  çox  qarşılıqlı  ünsiyyət,  qarşılıqlı  anlaşma  və  zən­
ginləşmə  prosesinin  getdiyi  meydan  olmuşdur.  “Qılınclar, 
top-tüfənglər 
danışanda 
mədəniyyətlər 
susmuşdur” 
deyilsə də, bu müvəqqəti olmuşdur.


112
Q LO BALLAŞM A   VƏ M Ə D Ə N İ M Ü X T Ə L İFL İK
Mədəniyyətlərin  qarşılıqlı  təsirinin  iştirakçıları,  sub­
yektləri kimlər olmuşdur?
Biz  yuxarıda  mədəni  birliklərin  əsas  tiplərinin  etnik, 
milli  və  ümumbəşəri  müstəvilərdə  qərar  tutduğunu 
göstərdik.  Mədəniyyətlərin  qarşılıqlı  təsiri  məhz  bu 
müstəvilər  arasında  baş  verir.  Uzunmüddətli  tarix  boyu 
müxtəlif mədəniyyətlər arasında qarşılıqlı  təsirin regional 
-   bölgə  üzrə  tipi  də  fonnalaşa  bilər;  ümumi  cəhətlərin 
birləşdirdiyi  mədəniyyəti  geniş  yayıla  bilər.  Məs: 
tarixdən  məlum  olan  Aralıq  dənizi,  Yaxın  Şərq,  Şimali 
Amerika və s. mədəni bölgələrini göstərmək olar.
Mədəni  qarşılıqlı  təsirlərin  etnik  müstəvisində, 
ünsiyyət  və  dinamika  lokal  etnoslar,  mədəni  təsərrüfat 
quruluşuna  görə  bənzər  olan  (maddi  mədəniyyətin 
ümumiliyi),  tarixi-etnoqrafık  bənzərliyinə  görə  (mənəvi 
mədəniyyətin  ümumiliyi),  etnokonfessional  və  s.  mədəni 
birliklər arasında baş verir.
Bu  müstəvidə  mədəniyyətlərin  qarşılıqlı  təsirində 
ikili  ənənələr  baş  verir.  Bir  tərəfdən  mədəniyyət 
elementlərinin  qarşılıqlı  mənimsənilməsi  inteqrasiya 
proseslərinin, 
qarşılıqlı 
zənginləşmənin, 
mübadiləin 
güclənməsinə  şərait  'yaradır,  digər  tərəfdən  etnik 
milliözünüdərk  şüurunun  yüksəlməsi,  etnik  spesifikanın 
güclənməsi ilə müşayiət olunur.
Öz-özlüyündə,  etnik-milli  mədəniyyət  yalnız  bir 
sistem  kimi  sabitliyini  və  inteqrasiyasını  təmin  etməklə 
kifayətlənmir.  Etnik  mədəniyyətin  ikinci  həyatı  özündən 
fərqli  olan  mədəniyyətlə  qarşılıqlı  anlaşmaya  nail  olmaq 
fəaliyyətində əksini  tapır.
“Başqa”  mədəniyyətə  münasibət  müxtəlif  dahili  və 
xarici  faktorlardan  asılı  olaraq  dəyişə  bilər;  maraq  oyada, 
lakin  qarşılıqlı  təsirə  aparmaya  da  bilər.  Burada  ya 
qarşılıqlı,  ya  da  birtərəfli  münasibət  yarana  bilər, 
müəyyən  mədəniyyət  elementlərindən  istifadə  olunsa  da, 
qarşılıqlı  müstəqillik  və  müxtəliflik  olduğu  kimi  qala  da 
bilər., Məsələn,  etnik  birliklərarası  dillərin  istifadəsi  belə
Kasil I. Qloballaşma. Modoniyyat fenomeni qloballaşma kontekstində  113
mədəni qarşılıqlı  təsirə  misal  ola bilər, müxtəlif fəaliyyət 
sahələrində istifadə oluna bilər.
Lakin  digər  tərəfdən  qarşılıqlı  təsirin  bu  səviyyəsi 
müxtəlif mədəniyyətlərin  intensiv  bəhrələnməsini  təmin 
etmək üçün  zəruri yetkinlik səviyyəsinə malik olmur. Hər 
hansı  düşmənçilik  və  zorakılıq  üçün  bəhanə  ola  biləcək 
fikir müxtəlifliklərinin mövcudluğu,  qarşılıqlı təsirin daha 
dayanıqlı, sabit formasına ehtiyac yaradır.
Bu  forma  növbəti  müstəvidə  -   milli  müstəvidə 
formalaşır.
Milli  müstəvi  məlum  olduğu  kimi  həm  monoetnik, 
həm  də  polietnik  əsasda,  ümumi  təsərrüfat  fəaliyyəti  və 
dövlətin  siyasi  nizamlayıcı  funksiyasında  formalaşır.  Bu 
da  dil,  ideologiya,  norma,  adət  və  s.  kimi  müvafiq 
mədəniyyətin  təşəkkül  tapması  ilə  tamamlanır.  Milli 
birlik  səviyyəsi  bir  tərəfdən  yanaşılmış  tarixi  tale  və 
təcrübəyə  dayaqlanaraq  formalaşa  bilir.  Digər  tərəfdən 
milli birlik dövlətin məqsədəuyğun siyasətin nəticəsi  kimi 
də  ortaya  çıxa  bilər.  Mədəniyyət  və  mədəni  siyasət 
sahəsində  dövlətin  birləşdirici  və  nizamfeyıcı  funksiyası 
milli-mədəni  birliyin  möhkəmlənməsində  ən vacib  vasitə 
rolunu oynayır.
Bu  proses  də  daxili  mürəkkəblikdən  azad  deyildir  və 
öz növbəsində  müxtəlif ziddiyyətlərə  gətirib  çıxara bilər. 
Hər halda milli birliyin təmin  olunmasının  sosial-mədəni 
amillərini  nəzərə  almaqla,  lokal  maneələri  dəf  edən 
dövlətin  rolu  və  funksiyasının  əhəmiyyəti  əvəzedil­
məzdir.
Etnik  və  milli  müstəvilər  mahiyyətcə  çox  yaxın 
olsa  da,  qeyd  olundu  ki,  etnik  birliyin  mənbəyi- 
genetik-təbii  qaynaqlara  dayanır;  milli  müstəvi  daha 
mürəkkəb,  səviyyəcə  daha  sonrakı  pillədir,  etnik 
mədəniyyət daha  qədim  və  uludur,  milli  mədəniyyət - 
Yeni 
dövrün 
millətlərin 
formalaşdığı 
vaxtdan 
formalaşır.
Mədəniyyətin  həm  etnik,  həm  də  milli  müstəvisi


Yüklə 396,29 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə