RəBİYYƏt aslanova qloballaşma və



Yüklə 396,29 Kb.
Pdf görüntüsü
səhifə27/64
tarix30.09.2017
ölçüsü396,29 Kb.
#2482
1   ...   23   24   25   26   27   28   29   30   ...   64

106
Q LO BALLAŞM A  VƏ M Ə D Ə N İ M Ü X T Ə L İFL İK
deyil,  həm  də  onların  yeni  prinsiplərlə,  daha  yüksək 
səviyyədə formalaşması deməkdir.
Heç  kim  “qlobal”  istehsal  edə  bilməz.  Qlobal  miqyas 
və  gücə  malik  firmalar  məhz  lokal  əlaqə  və  fəaliyyəti 
inkişaf  etdirməyə,  öz  istehsalım  burada  reallaşdırmağa, 
qlobal  simvolların  lokal  “süzgəclərdən”  keçirilərək  daha 
parlaq,  canlı,  yaxın  hesab  edilməsi  ilə,  “iokallaşdırmağa” 
maraqlı və məcburdurlar.
Əgər,  “normal”  dilə  tərcümə  edilərsə,  “qlobal”  sözü 
“bir  çox  məkanlarda  eyni  zamanda”,  yəni  “lokal”  baş 
verən  -   mənasını  verər.  Belə  qlobal-lokal  qarşılıqlı 
asılılığı  çox  böyük  əhəmiyyətə  malikdir.  Dünyanın  ən 
böyük  transmilli  korporasiyalarının  fəaliyyətini  “qlobal 
lokalizasiya”  prosesi  adlandırmaq  olar.  Eyni  mənanı 
mədəniyyət  sahəsinə  də  aid  etmək  olar.  Dünyanın  hər 
yerində  tikilən  iqtisadi  və  s.  obyektlər,  nümayiş  etdirilən 
mədəniyyət  məhsulları,  bu  və  ya  digər  lokal  mədəniy­
yətin 
tərkib 
hissəsinə 
çevrilir. 
Buna 
“lokalizm” 
strategiyası da demək olar.1
Müəllif  fikrini  izah  etmək  üçün  mədəni  qloballaş­
manı,  dünya  miqyasında  gedən  “makdonaldizasiya’nı 
nümunə  gətirir.  O  yazır  ki,  unifikasiyaya',  yekcinsliyə 
aparan  proses  kimi  mövcud  olsaydı  makdonaldizasiya 
bazarın  və  mənfəətin  sonuna  gətirib  çıxarardı.  Dünya 
bazarındakı  problemlərlə  üzləşən  nəhəng  firmalar  lokal 
çoxçalarlıq  və  müxtəlifliyi  ciddi  “öyrənməyə”  nəzərə 
almağa  məcburdurlar.  Belə  olmazsa,  innovasiyalardan 
məhrum  olaraq  rəqabətə  tab  gətirə  bilməzlər:  “Şərait 
dəyişmişdir, 
“lokal” 
məsələnin 
əhəmiyyəti 
çox 
böyükdür”.2
Digər mühüm  cəhət  budur ki,  lokal mədəniyyətlər də 
öz  növbəsində,  bütün  qalan  dünyaya  qarşı  durmaqla, 
yaxud 
təcrid 
olunmaqla 
mövcudluqlarını 
saxlaya
1 Bax: R.Röbertson.  Globalization.  Sosial Theory and Global  Culture. 
-L o n d o n ,  Sage,  1992.
2 Yenə orada.
Fəsil I. Qloballaşma. Modoniyyət fenomeni qloballaşma kontekstində  107
bilməzlər.  Belə  mövqenin  -   “ənənənin  ənənəvi  yollarla 
əsaslandırılması”  vaxtı  keçmiş  olur.  Lokal  cəhət  və 
xüsusiyyətlərin  qlobal  məkanlaşdırılması  mümkün  olsa, 
lokal  səviyyənin  intibahı  baş  verəcəkdir.  Əvvəllər 
parçalanmış,  “pərakəndə”  görünən  dünyanın  modeli, 
transmilli  qarşılıqlı  asılılıqlar  modeli  ilə  əvəz  olunur. 
Müşahidə  olunan,  “görünən”,  real  qloballaşma  ilə  kütləvi 
informasiya  vasitələrinin  “təqdim”  etdiyi  qloballaşma 
eyni prosesin iki tərəfidir.
Bu  baxımdan  elmin  və  KİV-nin  əsas  vəzifəsi, 
qloballaşmaya  adekvat  mədəni-simvolik  refleksiyanın 
formalaşmasıdır.  Qlobal və  lokal — bir-birini  istisna etmir. 
Əksinə “lokala” -  qlobalın aspekti kimi baxmaq  lazımdır.
R.Robertson  mədəniyyətin  qloballaşmasında  əsas 
anlayışı  “qlokalizasiya”  sözü  ilə  -   qloballaşma  və 
lokal laşma 
sözlərini 
bir 
araya 
gətirən 
anlayışla 
əvəzləməyi  təklif  edir.  Bu  “sintetik”  söz  birləşməsi 
mədəniyyətşünaslığa 
tətbiq 
edilərsə, 
baş 
verən 
hadisələrin  mahiyyətinə  nüfuz  etməyş  imkan  verər. 
Qlobal  mədəniyyəti  statik-donuq  təbiətli  hadisə  kimi 
deyil,  müxtəlifliyin  vəhdəti  kimi,  “qlokal 
mədə­
niyyətlərin  paradoksları  kimi təşəkküldə  olan  proses kimi 
qəbul  etmək  lazımdır.  Qloballaşma  -   nə  isə  nəhəng,  sel 
kimi  gəlib  hər  şeyi  “ağuşuna”  qərq  edən  və  bütün 
konkret-kiçik 
çalarlarda, 
yerlərdə,  ^  şəxsi 
həyatda, 
mədəniyyət  simvollarında  “qlokallıq 
əlamətləri  kəsb 
edən bir prosesdir.
“Mədəniyyət  və  qloballaşma”  problemi  A.Appa- 
durayın  əsərlərində  öz  sonrakı  inkişafını  tapmışdır. 
“Qlokal”  mədəniyyətlər  nəzəriyyəsini  əsaslandıraraq 
A.Appaduray  onun  nisbi  müstəqilliyini,  lokallığuu  və 
daxili  məntiqini  təhlil  edir.  A.Appaduray  qloballaşmaya 
“landşaft”  sözünü  tətbiq  edir.  “Landşaft”  dedikdə  o, 
maraqlıdır ki,  insan birliklərini  nəzərdə tutur.  Həm də elə 
insan  birliklərini  ki,  bunlar  yaşadığımız  dünyanın 
dəyişkən,  narahat  və  gərgin  xarakterini  şərtləndirən:


108
QLO BA LLA ŞM A   VƏ M Ə D Ə N İ  M Ü X T Ə L İFL İK
turistlər,  immiqrantlar,  qaçqınlar,  xaricdən  gələn  fəhlələr 
və s.  hərəki  qruplardır,  müəllif “landşaft” deyəndə,  məhz 
“etnoscapes”  -   yəni  insanları  nəzərdə  tutur.  Sosial 
mobilliyi  şərtləndirən  belə  insanlar  dünyadakı  ölkələr 
arasında  siyasi,  iqtisadi,  mədəni  sahədəki  dəyişikliklərə 
səbəb olan əsas qruplardır.
“Etnoscapes”  -  landşaftla  birgə  qlobal  mədəniyyətin 
simasını  müəyyənləşdirən  cizgilərdən  yalnız  biridir. 
Qalanlar  Appadurayın  fikrincə  bunlardır:  “technoscapes” 
-   dövlət  sərhədlərinin  nə  olduğunu  bilməyən  -   inkişaf 
etmiş  yeni,  yaxud  köhnə,  mexaniki  yaxud  informasiya 
texnologiyalarının  qlobal  hərəkətidir;  “financescapes”  -  
çox böyük  miqdarda pul  kütləsinin,  çox  sürətlə sərhədsiz, 
“ora-bura”  axınıdır;  “mediascapes”  -   elektron  kartoçka- 
ların  istehsalı  və  yayılması  imkanlarının  genişlənməsidir; 
“ideoscapes”  -   hələ  maarifçilik  dövründən  qaynaqlanan, 
müxtəlif  ideya  və  ideologiyaların  doğurduğu,  forma­
laşdırdığı “surətlərin”, dünya mənzərəsinin yaranmasıdır.1
A.Appaduraya  görə  bu  axın  və  “landşaft  -  məkan”lar 
ənənəvi  mövcud  olan “mərkəz-periferiya”  ayrı-seçkiliyini 
sual  altında  qoyurlar.  Bunlar  “təsəwürdəki  (virtual-R.A.) 
dünyanın  tikilməsi  üçün  əsas  “material-kərpic”lərdir. 
Siyasi-coğrafi  xəritələrdə  dövlət  sərhədləri  olduğu  kimi 
qalır.  Lakin  mədəni  mübadilə,  informasiya  axınları  və  s. 
bunların  dəf olunması  üçün  var  qüvvəsi  ilə  çalışır.  Elm, 
birlik  üzərində  monopoliya  bu  vaxta  qədər  dövlətlərə 
imkan  verirdi  ki,  adamlara  təsir göstərsinlər,  onları yanlış 
yola  yönəldə  bilsinlər,  onları  nəzarətdə  saxlaya  bilsinlər. 
Lakin  bu  gün  hər  kəs  öz  istədiyi  biliyi,  informasiyanı 
dünyanın  hər  hansı  nöqtəsindən  ala  bilər,  mənimsəyə 
bilər.  Bu yolla  formalaşan “qlokal” mədəniyyət,  hər hansı 
məkan və ya zaman məhdudiyyətinin nə olduğunu bilmir.
Müəllif  öz  yanaşmasında,  əlbəttə  ki,  “təsəvvür 
olunan-mümkün  dünya”  ilə,  virtual  dünya  ilə,  real-lokal
1 Bax:  A.Appadurai. Culture and Globalization.  1998.
Fəsil 1. Qloballaşma. Mədəniyyət fenomeni qloballaşma kontekstində  109
dünya  arasındakı  dərin  ziddiyyət  probleminə  də  toxunur, 
burada  optimizm  üçün  böyük  əsas  olmadığını  qed  edir. 
“Mədəniyyət-şou-biznes”  industriyasınm  “səyləri”  nəti­
cəsində  “lokal-qlobal”  arasındakı  fərq  və  özgələşmənin 
daha  da  dərinləşməsini  vurğulayır.  Bu aspekt mədəniyyət 
və qloballaşma probleminə toxunan daha bir qərb aliminin 
Z.Baumanm tədqiqatında xüsusilə geniş təhlil olunur.
Belə  təsəvvür  etmək  olar  ki,  qərb  alimləri  dünyanın 
başdan-başa  “bir”  mədəniyyətə  qərq  olması  “makdo- 
naldizasiya”sı  barədə  narahatlıq  üçün  əsas  olmadığını, 
prosesin  mədəni  unifikasiya  və  “qlobal  mədəniyyət”in 
formalaşacağına  doğru  getmədiyini  çatdırmaq  istəyirlər. 
İlk  baxışda  hamının  gözünə  çarpan  “qlokal”  variantlar, 
qlobal  və  lokallığın,  identikliyin  mozaik  “kolleksiyasını” 
formalaşdırır.
Adı  çəkilən  Ziqmunt  Bauman  “sərvətin  qloballaş­
ması”  “yoxsulluğun  lokallaşması”  kimi -müddəa  irəli 
sürür,  bunu  qloballaşmanın  “şərti,  məhsulu  və  nəticəsi” 
kimi  səciyyələndirir.  Qloballaşma  -   lokal  mədəniyyətlər 
bir  medalın  iki  üzü,  iki  məqamı  olmaqla  həm  də  eyni 
prosesin iki  hərəkətverici  qüvvəsidir.  Bu planet əhalisinin 
yeni  qütbləşməsi  və  stratifikasiyası,  “qlobal  varlıları  və 
lokal  yoxsulları”  parçalanmasının  yeni 
ifadəsidir.' 
Planetin  əhalisi  yer  kürəsinin  müxtəlif  tərəflərində 
yaşayır,  lakin  yalnız  bir  tərəfini  görürlər.  Bu  Yerdə 
yaşayan  adamların  Ayın  yalnız  bir  tərəfini  görmələrinə 
bənzəyir. 
Bir 
qisim 
adamlar  bütün 
planetə 
öz 
mədəniyyətlərini  yaya,  hər  yerdə  yaşaya  bilərlər;  digər 
qisim  isə  konkret  məkana  “pərçim”  olunmuş  haldadırlar. 
“Buna  görə  də  demək  olar  ki,  qloballaşma  yeni 
ümumdünya  təbəqələşməsi  prosesidir,  gözümüz  önündə 
öz-özünü  genişləndirən  yeni  “sosial-mədəni  iyerarxiya” 
təşəkkül  tapır.  Bir tərəf üçün “seçim  azadlığı”, digər tərəf 
üçün  amansız  “tale  qisməti”  var.  Qloballaşma  mədəni
1  Bax:  Global  Culture:  Nationalizm,  Globalization  and  Modernity. 
London,  1990.


Yüklə 396,29 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə