RəBİYYƏt aslanova qloballaşma və



Yüklə 396,29 Kb.
Pdf görüntüsü
səhifə18/64
tarix30.09.2017
ölçüsü396,29 Kb.
#2482
1   ...   14   15   16   17   18   19   20   21   ...   64

70
Q LOBALLAŞM A  VƏ M Ə D Ə N İ  M Ü X T Ə LİFLİK
tuturdu.  Lakin  bu  təsəvvürlərə  qarşı  lokal  mədəniy­
yətlərdə  rast  gəlinən  sabit  müqavimət,  “geri  qalmış” 
cəmiyyətlərin  kökündən  dəyişməsi  kursunun  özünü 
doğrultmaması  və  s.  proseslərin  təhlili  göstərdi  ki,  bu 
sabit,  dayanıqlı  müqavimət,  “tezliklə  qərbləşmə”  arzu­
sunda  olmamaq  dəyişikliklərin  və  mədəni  dinamikanın 
müqəddom  şərtlərindəndir.  İnsanların  həyat  fəaliyyətini 
onların  ruhuna uyğun, onlar üçün  məqbul  sayılan formada 
dəstəkləyən,  təmin  edən  bu  sabitlik,  baş  verən 
dəyişikliklər  yönündə  prosesini  uğurla  başa  çatdıra  da 
bilər.
Bütün  elmi  müşahidələr  yeni  inkişaf  ideyasını,  “en- 
dogen”  -   yəni  hər  bir  mədəni  birliyin,  cəmiyyətin  öz 
daxili  potensiallarına  dayaqlanan,  onun  özünəməxsus­
luğuna  xələl  gətirməyən  müstəqil,  “avtonom”  inkişaf 
yolunun olması qənaətinə gəlməyə əsas verdi.
“Ənənə  sözünün  çoxçalarlı,  həddən  çox  “yüklənmiş” 
məzmun  və  mənası:  spesifika,  mədəni  nüvə,  mentalitet, 
cndogenlik,  irs,  özünəməxsusluq  kimi  anlayışlar  arasında 
bölünmüş  oldu.  Bu  da  öz  növbəsində  mədəniyyətin  ma­
hiyyətinə  dair  daha  əhatəli  konsepsiyaların  formalaş­
masına imkan verdi.
XX  əsrin  sonlarına  doğru  “yüz  faiz  modernləşmiş” 
ölkələrdə  qarşıya  çıxan  sistemli  (mədəni,  siyasi,  iqtisadi, 
demoqrafik,  ekoloji,  mənəvi  və  s.  sahələrdə)  qlobal 
böhran,  “ənənə”  mövzusunu  yenə  də  tam  ciddiliyi  ilə 
qabartdı. Cəmiyyətin “yenicə” kəşf edilən layihə və rəsmi 
qaydalarla 
nizamlanmasının 
arzuolunmaz 
nəticələrə 
gətirib  çıxarması,  burada  “sosial  eksperiment”lərin 
təhlükəli  metod  olması  fikri,  zamanın  sınağından  çıxmış” 
dayanıqlı  mənəvi  konstruksiyanın  mədəni  müxtəlifliyin 
daşıyıcılarından  biri  olan  ənənələrin  ciddi  elmi  çözül- 
məsini gündəmə qaytardı.
İstər  lokal,  istərsə  də  qlobal  səviyyələrdə  nizam  və 
sabitliyin  mədəni  amil  və  dayaqlarının  araşdırılması  kon­
kret  nəticə  verdi.  Ənənə  “müstəqillik”  və  “baxımsızlıq”
Fasil I. Qloballaşma. Modoniyyət fenomeni qloballaşma kontekstində  71
kimi anlayışlarla bir sıraya düzüldü.
Ənənələr  mədəniyyətin  (istər  maddi,  istərsə  də 
mənəvi) varisliyini, nəsildən-nəslə ötürülməsini, beləliklə 
də  keçmiş,  indi  və  gələcək  arasında  görünməyən  tellərlə 
bağlı  olan  əlaqə  və  vəhdətin  təmin  olumasında  əsas, 
təməl  rolunu  oynayır. 
Daha  dəqiq  deyilsə,  ənənə 
mədəniyyətin  əbədi  və  nisbi,  sabit  və  dəyişkən  tərəfləri 
arasında  dinamikanın,  fasiləsizliyin  həyata  keçirilməsi 
mexanizmidir.
Ənənələr  tarixi  təcrübə  və  xalq  yaddaşı  süzgəcindən 
keçirilmiş  mədəni  irsi  sərvətdir.  Onların  dəyəri  zamansız 
və  əbədidir.  Hətta  deyə  bilərik  ki,  ənənələrin  əzəməti, 
onların  zamanın  fövqündə  durması  ilə  şərtlənmişdir. 
Bəzən zorakılıq və təzyiqə  məruz qalaraq sıxışdırılmasma 
baxmayaraq  ənənələr  yaşadılır.  Mənəvi,  mədəni,  siyasi, 
ideoloji  sahələrdə  qoyulan  qadağalar  götürülən,  dəf 
olunan  kimi  ənənələrin  “sönmüş  vulkanı- püskürməyə” 
başlayır.  Xalqımızın  tarixi  təcrübəsində  bu  kimi  faktlar 
çoxdur.  Sovet  dövründə  Azərbaycan  xalqının  üç  nəslinin 
böyüməsi,  mənəvi  yaddaş  və  ənənələrin  ötürülməsində 
böyük  fasilə  yaranmasına  baxmayaraq  bu  gün  ənənə 
mövzusuna  ziyalıların,  dövlətin  və  ictimaiyyətin  marağı, 
diqqəti və qayğısı göz qabağındadır.
Elmi  ədəbiyyatda  ənənənin  ictimai,  mədəni,  siyasi 
təsisatların  cəmiyyətin  nizamlanması  prosesində  topladığı 
təcrübə,  mənəvi  mədəniyyətin təkrar istehsalı -   keçmişin 
uğurlu, əzəmətli  nümunələrinin daim yenidən yaradılması 
kimi  başa düşülən -  mexanizmi  kimi  də  izahı  mövcuddur. 
Çox  hallarda  milli,  mədəni,  dini  və  s.  ənənələrin  daimi 
sosial qayda və  normalar kimi qeyd-şərtsiz qəbul  edilməsi 
təcrübəsi  mövcuddur.  Mədəniyyətdə,  həyatda  baş  verən 
hər  bir  yenilik  ənənələr  tərəfindən  çox  ciddi  qarşılanır. 
Cəmiyyətdə  ünsiyyət  və  dialoqun  təmin  edilməsində 
hüquqi-siyasi,  rəsmi  praktiki  vasitə  və  amillərlə  yanaşı 
ənənələrin  bu  prosesdə  rolu  böyükdür.  Onların  tarixi  çox 
qədimlərə  gedir.  Hələ  mənəvi-milli  tarix  və  yaddaşın


72
Q LO BA LLA ŞM A  VƏ M Ə D Ə N İ  M Ü X T Ə L İFL İK
ötürülməsi  və  varisliyinin  “yazı”  kimi  üsulları  lcəşf edil­
məmişdən,  ənənələr  şifahi,  qeyri-verbal  kommunikasiya 
yolu ilə də ötürülə bilirdi.
Məşhur  mədəniyyət  tarixçisi  və  etnoqraf  M.Eliade 
yazır  ki,  kollektiv  yaddaşda  ən  əhəmiyyətli,  ibrətli, 
cəmiyyətin  dayanıqlı  olması  üçün  zəruri  olan  prinsipləri 
əks  etdirən  ictimai  təcrübə  iz  buraxır.  Birliyi  və  vəhdəti 
parçalamağa  gətirib  çıxaran  hadisələr,  “tarix  və  yaddaşın 
məhkəməsinə”  verilir.1  Ənənələrə  dair,  nobelçi  alim 
Avstriya-Amerika  iqtisadçısı  F.A.Hayekin  fikirləri  də 
maraqlıdır:  “Cəmiyyətdə  nizam  üç  şey:  ağıl,  instinkt  və 
iradə  arasında,  ənənələr  tərəfindən  tarixən  forma­
laşdırılmış  nə  isə  ortaq  bir  şeydir.  İnsanlar  ona  görə 
davranış  qaydalarına  əməl  etmirlər  ki,  onlar  şüurla,  ağılla 
hərəkət  edirlər,  əksinə  insan  ənənələrə  tabe  olduğu  üçün 
tarixən ağıllanıb, ağıllı olub”.2
Mədəni  ənənələr  mənəvi  həyatın  formalaşmış 
spesifikanı  əks  etdirir  və  mənəvi  nizamlama  sisteminin 
hər hansı sahələrinin sabitliyini təmin edir.
Ənonalor qlobalLaşmapxosesiııdə.
Biz  bilirik  ki,  müasir  mürəkkəb  cəmiyyət  yalnız 
adətlərlə  hüdudlanmır.  Tarixən  insanlar  tərəfindən,  kon­
kret  şəxsiyyətlər  tərəfindən  irəli  sürülərək  düşünülmüş 
dünyəvi,  hüquqi,  rəsmi  norma  və  qaydalar  sistemi  də 
bəşəri mədəniyyətinin dəyərli hissəsini təşkil edir.
Bu  baxımdan  ənənələrin  daha  bir başlıca  xüsusiyyəti 
ondadır  ki,  ideoloji,  rasional-praktiki,  siyasi-hüquqi  ni­
zamlama  strukturları  onlara  dayaqlanır,  onları  tamamlayır 
və  zənginləşdirir.  Bu  sistemlər  çərçivəsində  tətbiq  və 
şərh oluna bilir.
“Ənənə  və  müasirlik”  problemi  xüsusi  olaraq  XX 
əsrin  60-70-ci  illərindən  elmi  mübahisə  və  tədqiqatların 
pıedmetinə  çevrilmişdir.  O  zamana  qədərki  təsəvvürlərə
1 Бах:  Элиадс M.  Космос  и история.  M,  1987.
2 Ф.А.Хайек.  Общество свободных. Лондон.  1990. с.239.
Fəsil I. Qloballaşma. Motləniyyot fenomeni qloballaşma kontekstindo  73
görə  ənənələr  inkişafa  maneə  törədən,  ikinci  dərəcəli, 
yaxud  vacib  sayılmayan  bir  fenomen  hesab  olunurdu.  Bu 
baxışların  məntiqi  nəticəsi  kimi  “qeyri-qərb”  mədə­
niyyətlər  də  ənənəvi,  müasir  ictimai  nizamlama
mexanizmlərinin 
tətbiqinə 
mane 
olan  kontekstdə
qiymətləndirilirdi.  “Modernləşmə”,  müasirliyə  mütləq 
üstünlük  verilməsi,  keçmişin  mənəvi-mədəni  dəyər  və 
aktuallığa malik olması  faktına biganəliyi şərtləndirmişdi.
Bütün  bunlar  ciddi  təhlil  və  tənqid  süzgəcindən 
keçirildi.  Həqiqətdə  ənənələrin  nizam  və  sabitliyin 
özünəməxsus forması  olduğuna dair fikirlər geniş yayıldı.
“Postmodern”,  yaxud  qloballaşma  kimi  mənalandı­
rılan  indiki  dövrdə  ənənə  mövzusu,  mədəni  müxtəlifliyin 
mühüm  parametri  və  dayanıqlı  cəmiyyətin  əsas  şərt­
lərindən  biri  kimi  yenə  də  ciddi  elmi  təhlilə  möhtacdır.
Bu sahədə  kifayət qədər elmi  ədəbiyyat, ən yaxşı  və uzaq 
ölkələrin təcrübəsinin təhlili də mövcuddur.
Çox  vaxt  Şərq  və  Qərb  kontekstində  Yaponiya  və 
Sakit  okean  ölkələrini  nümunə  gətirirlər.  Bu  ölkələr  j  
qismən deyil, tam modernləşmiş ölkələrdir.
Biz  yaponlara  nə  qədər  oxşayırıq  deyə  bilmərəm. 
Ancaq  türklərə  oxşamağımıza  şübhə  yoxdur.  Buna  görə 
də  Rusiya  ictimai  elminin  çox  ciddiyyətlə  öyrəndiyi 
Türkiyə təcrübəsindən qısaca misal gətirmək istərdim.
“Öz  səhvlərimizdə  öyrənməkdənsə,  başqa  ölkələrin 
səhvlərindən  nəticə  çıxartmağın  düzgünlüyünə”  inanan 
V.Fedotova,  türkiyəli  alim,  filosof,  Bosfor  universitetinin 
professoru  Gürol  İrcikin  “Elmin  fəlsəfəsi  və  Türkiyədə 
intellektual islam” əsərini tərcümə etmişdir.1
Müxtəlif  əsəri  təhlil  edərək  belə  qənaətə  gəlir  ki, 
ənənələrə  söykənən  inkişaf  yolunun  seçilməsi,  əzəldən 
düzgün  startın  götürülməsi,  müəyyən  müddətdən  sonra 
yenidən  “geriyə  atılma”  böhranı  ilə,  yenə  də  “sıfırdan” 
başlama  təhlükəsi  ilə  üzləşməyə  gətirib  çıxarır.  Bunun 
dərk 
edilməsi, 
cəmiyyətdə 
uzunmüddətli, 
latent
1 Вопросы  философии.  1999, №2, c.68.


Yüklə 396,29 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə