RəBİYYƏt aslanova qloballaşma və



Yüklə 396,29 Kb.
Pdf görüntüsü
səhifə19/64
tarix30.09.2017
ölçüsü396,29 Kb.
#2482
1   ...   15   16   17   18   19   20   21   22   ...   64

74
Q LO BA LLAŞM A   VƏ M Ə D Ə Nİ M Ü X T Ə L İFL İK
ziddiyyətlərin  əsas  səbəbidir.  V.Fedotova  onu  da  qeyd 
edir  ki,  Bosfor  universiteti  XIX  əsrin  ortalarında  ABŞ-ın 
xaricdə 
təsis 
etdiyi 
ilk 
elm 
müəssisəsidir 
və 
“Xristianlaşdırma” məqsədi  ilə təşkil  olunmuşdur.  200  ilə 
yaxın  keçməsinə  baxmayaraq  ABŞ  buna  nail  ola 
bilməmişdir.  Bu gün  Türkiyədə milli (ingilis dilli) yeganə 
müəssisə  və  modernləşmənin  dayağı  olmasına  bax­
mayaraq  universitet  çox  mürəkkəb  dövr  yaşayır.  Səbəbi 
isə  Türkiyədə  köklərə  qayıdış  və  bu  təbii  prosesdən  öz 
məqsədləri  üçün  istifadə  edən  müxtəlif  siyasi  radikal 
islamçı  qüvvələrin  sabitliyi  pozan  fəaliyyətdir.  Tələbələr 
yalnız  Qərb  təcrübəsini  aşılayan  və  ölkədə  baş  verən 
proseslərə biganə müəllimləri dinləmək istəmirlər.1
Müasir  dünya,  belə  demək  mümkündürsə,  Ox 
dövründən  mənbəyini  götürən  dörd  mənəvi-dini  ənənə 
üzərində  bərqərar  olub.  Bununla  ənənələrin  konkret 
zaman  kəsiyindən  mövcudluğu, yaxud onların  əsrarəngsiz 
çox  çalarlığım  “dörd”  rəqəminə  müncər  etmək  fikrindən 
uzağıq.  Ənənələr  Kosmosda  inkişafın  mənbə  və  faktoru, 
Kainatın  konstantalarından  biri,  birincisidir.  Universal, 
unikalsız var ola bilməzdi.
Qloballaşma  prosesi  və  ənənə  probleminə  refleksiya 
çox  geniş  və  nəcib  məramlı  mövzudur.  Mən  bu  səpkidə 
fikirlərimi qısa qeyd etmək  istərdim.
Qloballaşma  istənilən  müstəvidə  məkan  və  məsa­
fələrin  sıxılmasını  şərtləndirir, xalqları  və mədəniyyətləri 
bir-birinin  “ağuşuna  itələyir”.  Aydındır  ki,  bu  onun 
“ağuşu”  heç  də  həmişə  və  hamı  üçün  xoşagələn  ola 
bilməz.  Müxtəlif  ənənə  və  mədəniyyətlərin  qarşılıqlı 
kommunikasiyasını  arzu  olunan  məcraya  yönəltmək, 
mədəni  “şok”  və  toqquşma  proseslərindən  sözün  tam 
mənasında  “salamat”  çıxmaq  mexanizmində  ənənələrin 
ayıq-sayıqlığa  səsləyən  potensialı  öz  yerini  tutur.
1 Бах: 
The  crisis  o f Westernization  in  Turkey // Innovation,  v  8.  №4, 
1998; 
həmçinin: 
J.Özel. 
Üç 
məsələ: 
Teknik. 
Mədəniyyət.
Yabançılaşma.  İstambul.  1992.
Fosil I. Qloballaşma. Mədəniyyət fenomeni qloballaşma kontekstində  7 5
Cəmiyyətdə  aydın  və  inandırıcı  yaşayış  ənənələrinə 
biganəlik,  ögey  münasibət  bütün  səviyyələrdə  nizamın 
pozulmasına  səbəb  olur,  nəticədə  qeyri-təbii,  normadan 
kənar  vəziyyət  yaranır.  Bu  vəziyyəti  E.Dürkheym 
“anomiya”  adlandırır.  R.Merton  isə  yazır:  “Qeyri-sabitlik 
əvvəl  cəmiyyətdə,  hər  bir  mədəniyyətə  əzəli  xas  olan 
ruhla  inkişafın,  dəyişikliklərin  reallaşdırılma  cəhdləri, 
yolları arasındakı ziddiyyətlə əlaqədardır.1
“Qloballaşma  və  ənənə”  mövzusunda  mənim  əsas 
fikirlərim belədir:
1. 
Qloballaşma 
prosesində 
mədəniyyətlər 
və 
xalqlararası  dialoqda,  struktur,  dəyər və  idrak aspektlərini 
aydın  sezməklə  beynəlxalq  mədəniyyət  kimi  formalaşan 
fenomendə  (informasiya,  elmi,  hüquq,  iqtisadi  və  s.), 
mənəvi,  əxlaqi,  bədii  səviyyələrə  fərqli  yanaşılmalıdır. 
Mədəniyyətin  sabit (özək) və  dəyişkən  tərəfləri  çevik  və 
yaradıcı siyasət tələb edir.
2.  Qlobal  dəyişiklik  və  təsirlərə,  mənəvi-mədəni 
reaksiyanın  tipləri  son  illər  dünya  elminin  diqqət 
mərkəzindədir.  Bunlar “kulturşok”  (konflikt),  simbioz  və 
sintez  kimi  səciyyələndirilir.  Əlbəttə  ki,  yalnız  arzu 
olunan  deyil,  dünya  və  cəmiyyətin  nizamını  təmin  edə 
bilən  reaksiya  tipi  sintezdir.  Sintezin  əsas  prinsipləri  isə 
yeni 
konservatizm  və  ənənəlikdir. 
Bu  baxımdan 
mütəfəkkir  şəxsiyyət  Y.Qarayevin  əsəri  proqram  sənəd 
rolunu oynayır.2
3.  Qloballaşma  Qərb  sivilizasiyasının  sərhədlərinin 
genişlənməsi  ilə  müşaiyət olunan  qərb  elmində  XX  əsrin 
ortalarında  “siyasi  mədəniyyət”  anlayışını  işləyən  və  ona 
üç  cild  həsr  edən  Qabriel  Almond  yazır  ki,  “siyasi 
mədəniyyət və  siyasi  ənənə  eyni  anlayışdır”.3  Alim bu üç
1 P.Мертон. Социальная теория и социальная структура // Социсс, 
1992, №2.
2  Y.Qarayev.  XXI  əsr.  Qlobal  sivilizasiya  və  Şərq  dəyərləri.  // 
Dirçəliş-XX əsr, 2001, M., N“1-2, s.126.
3 Политические отношение  на Востоке:  Общие и особенное.


76
Q LOBALLAŞM A   VƏ M Ə D Ə Nİ  M Ü X T Ə L İFL İK
cildlikdə  “mədəni  ekspansiya”,  “hegemoniya”  nəzəriy­
yəsinə  dair  mükəmməl  konsepsiya  təqdim  edib.  İndi 
hamımızın  şahidi  olduğumuz:  birtərəfli  informasiya  axını 
(Qərbdən-Şərqə),  qərbpərəst  ziyalı  və  elitaların  forma­
laşması,  ideologiya,  reklam  və  KİV-lər  sahəsində  “tən­
tənə  və  nümayiş”  effektinin  nəzəri  mənbəyi  Q.Almondun 
əsərləridir.
Mədəni  kommunikasiya,  rəsmi  beynəlxalq  müna­
sibətlərdən  fərqli  olaraq  daha  sərbəst,  qarşılıqlı  təsir 
kanalları  çoxtərəfli  olduğu  üçün  “informasiya  təhlü­
kəsizliyi” strategiyasının kompleks işlənilməlidir.
4. 
“Qloballaşma  və  ənənə”  kontekstində  əsas  zid­
diyyət  dəyişiklərə  təbii  meyllilik və  stabilliyin  qorunması 
arasındadır.  Bu nisbətdə  ifrata varmaq “bir addım  irəli,  iki 
addım  geri”  effektini  verir.  O  həm  də  ən  yeni  elmin 
terminləri  ilə  deyilərsə,  “strukturlaşdırılmış”  keçmişlə, 
“qeyri-müəyyən”  gələcək  arasındakı  problemdir.  Orta 
həddin  gözlənilməsi  ortadoksal,  radikal  konservatizm, 
fundamentalizm,  yaxud  ifrat  refonnatorluğa  uymaqdan 
sığorta edir.
Qlobal  siviliyasiyaya  aparan  yol  əsrlərin  sınağından 
çıxmış  nizam  formalarından,  deməli  Şərq  Azərbaycan 
ənənələrindən keçir.  “Xalq  yalnız ruhuna yaxın qanunlara 
etibar  edir,  onları  rəhbər tutur”.  Bu  sözlər azərbaycanlılıq 
fəlsəfəsinin əsas prinsiplərindən biri kimi irəli sürülür.1
6.  Ənənələrin  işlək  mexanizm  kimi  rolu  inkişaf- 
varislik, 
inkişaf-dayanıqlıq, 
bəhrələrunək-inteqrasiya 
səviyyələrinin  etnik-milli-dünyəvi  müstəvidə  vəhdətini 
təşkil  etməkdədir.  Bu  səpki  Qərb  elmində  “yumşaq, 
mülayimə texnologiya” konsepsiyası  kimi də mövcuddur.
7.  Ənənələrin  rolu,  ortaq  mədəniyyət  və  ya 
gündəliyin  mədəniyyəti  (adi),  adı  ilə  məlum  olan 
fenomenlə,  cəmiyyətdə  mikronizamın  makronizama  apa­
rması  kimi  prosesdə  əvəzsizdir.  "Ad“  mədəniyyət hər bir
1  M.Kərimov,  R.Mustafayev.  Azərbaycançılıq  folsəfəsinə  dair./ 
Dirçəliş - XX əsr,  2001, M.„ 2001, №41, s. 106-119.
Fəsil I. Qloballaşma. Mədəniyyət fenomeni qloballaşma kontekstində  77
cəmiyyətin  təməl  daşıdır.  Böyük  seçimlər  kiçik  seçim­
lərdən başlayır".1
Ənənə  anlayışının  məzmununun  çoxçalarlığı  onun 
özünəməxsusluq,  mədəni  irs,  mədəni nüvə,  mentalitet və 
s. kimi anlayışlar arasında bölündüyünü qeyd etdik.
Özünəməxsusluq,  identiklik  daha  çox  tətbiq  olunan 
və  insanların  tarixi  təcrübə  və  mədəni  xüsusiyyətlərinin 
ümumiliyi  və  çoxçalarlığım  ifadə  etmək  üçün  istifadə 
olunan anlayışdır.2
Özünəməxsusluq  hər  bir  cəmiyyətdə  mədəni  sərvət 
və  nailiyyətlərin  elə  məcmuyudur  ki,  inkişafının  yeni 
mərhələlərində  onlara  yenidən  və  yenidən  müraciət 
olunması  funksional  həyati  zərurətə  çevrilir.  İnkişafda 
fasilə  və  keçidlər,  istər  cəmiyyətə  daxilən  xas  olan 
dəyişikliklər,  istərsə  də  xarici  təsirlər  nəticəsində  ortaya 
çıxan  şərait  üzündən  baş  verdikdə,  mənəvi-mədəni 
birliyin həmin cəmiyyətə xas olan prinsipləri üzə çıxır.
Yeniliklərin  mənimsənilməsi,  sabitliyi  zamanın  sına­
ğından  çıxmış  mədəni  simvolların saxlanılması  ənənələrə 
prinsipial  xas  olan  cəhətlərdəndir.  Sabitliklə  yenilik 
arasında  hər  bir  mədəniyyətdə  dinamik  nisbət-tarazlıq 
mövcuddur.  Bunlar  mədəni-milli  sistemin  müxtəlif 
tərəflərini  təşkil  edir,  öz  növbəsində  də  mədəniyyətin 
özünəməxsusluğunu ifadə edir.
İdentiklik  anlayışının  mədəniyyətin  müxtəliflik  para­
metri  kimi  milli  mədəniyyətlərə  tətbiqi  də  elmdə  mü- 
bahisələrsiz  ötüşməmişdir.  İngilis  və  fransız  dillərindəki 
(“identity”)  identiklik  anlayışı  əsasən  sosial  psixologiya 
elmindən  əldə  edilmişdir.  Sosial  psixologiyada  şəxsiy­
yətin  daxili  özünüdərki,  həmçinin  etik,  dini,  sosial,  cinsi, 
yaş  və  peşə  təbəqələrinin  fərqli  cəhətlərini  məna­
1  Ф.Бродел.  Структуры  повседневности.  Возможное  и  невозмож­
ное. М.,  1986.
2 Проблемы  культурного наследования.  1989.


Yüklə 396,29 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə