RəBİYYƏt aslanova qloballaşma və



Yüklə 396,29 Kb.
Pdf görüntüsü
səhifə21/64
tarix30.09.2017
ölçüsü396,29 Kb.
#2482
1   ...   17   18   19   20   21   22   23   24   ...   64

82
Q LO BALLAŞM A  VƏ M Ə D Ə Nİ M Ü X T Ə LİFLİK
1.8.  Mədəni müxtəliflik və mentalitet.
(mədəni unikallıq və universallıq,  mədəni arxetip, 
əcdad “mədəniyyət-sim vol”.
Mədəni müxtəlifliyi  şərtləndirən,  onu rövnəqləndirən 
amillərdən  biri 
mədəniyyətin 
“nüvəsinə”,  nüvə 
strukturuna  aid  olan,  daha  doğrusu  bu  nüvəni  təşkil  edən 
“mentalitet” anlayışıdır.  Mentalitet barədə bəhs  etməzdən 
əvvəl  Hind  fəlsəfəsində  məlum  olan  bir  dialoqu  yada 
salmaq istərdik:
“Müdrik  Uddalaka  oğluna  başlanğıcın,  kökün  mahiy­
yətinin  mənasını  başa  salmaq,  diqqətini  yönəltmək  üçün 
ona deyir:
- Buraya bir nyaqrodha (banan növü) gətir.
- Gətirdim, atacan.
- Kəs onu.
-Kəsdim, atacan.
- Nə görürsən orda?
- Xırdaca toxumlar görürəm, atacan.
- O, toxumlardan da birini böl.
- Böldüm, atacan.
- İndi nə görürsən?'
- Heç nə, atacan...
-  Hə  ....  Əzizim,  bax  sən  o  zərifdən  zərif başlanğıcı 
gönnürsən ki, bu böyük nyaqrodha ondan əmələ gəlib. Bu 
elə  bir  zərif  başlanğıcdır  ki,  bütün  varlıq  ondan  əmələ 
gəlib”.
Mədəniyyət  və  sivilizasiya,  mədəniyyət  və  qlobal­
laşma  problemlərinin  təhlilində  “mentalitet”  problem­
lərinə  toxunulmadan tədqiqat aparmaq, “kökdən”, “toxum 
və  nüvədən”  danışmadan,  meyvə,  budaq  və  çiçəkdən 
söhbət açmağa bənzəyir.
İstənilən  keçid  dövrü  qeyri-müəyyənlik  və  dra­
matizmlə  müşayiət  olunur.  Belə  hallarda  hər  bir 
mədəniyyət  özünün  mənliyini  və  simasını  təşkil  edən  ən 
dərin,  “görünməz”  qatlarına  və  qaynaqlarına  çox  həssas
Fəsil I. Qloballaşma. Mədəniyyət fenomeni qloballaşma kontekstində  83
olur.  Öz növbəsində  bu  da  mədəni  inkişaf və  təşəkkülün 
yeni  səviyyədə  irəliləməsinin  yollarına  və  variantlarına 
təsir göstərir.
Hər  hansı  bir  millətin,  xalqın  yaxud  da  insanların 
özünəməxsus  daxili  aləminin  sabit  tərəflərini,  sosial- 
mənəvi  tarixi  təcrübənin  ümumiləşdirilmiş  simvolunu, 
dünyanın  məxsusi  anlam  tərzi  ilə  mənalandırılmasını, 
insanların  min  illər boyu  yaşadığı  və  fəaliyyət  göstərdiyi 
yaşayış  mühitinin  xüsusiyyətlərini  özündə  əks  etdirən 
mentalitet,  xüsusilə  keçid dövrlərində  və ümumiyyətlə  də 
bütün  tarixi  fəaliyyət  prosesində  sosial-mədəni,  mənəvi 
fəallığı şərtləndirir.
“Mentalitetin  dərk  olunması,  tədqiq  çeşidli  yeniliklər 
və unifıkasiya təhlükəsinə məruz qalan plyuralist dünyada 
bizim  mədəniyyətimizin  canlı  ruhunun  rəngarəngliyinin 
mühafizə  olunması  üçün  çox  vacibdir.  Belə  şəraitdə 
mentalitetin  itməsi  qorxusu  mövcud  olur,-  Hətta  bizim 
özümüz  üçün  də  o  qədər  aydın  olmayan,  mentallığımızı 
müasir  dünyanın  total  cəzbedici  hadisələrinə  qurban 
vermək məntiqsiz bir iş olardı”.1
Mədəniyyət  və  sivilizasiya,  mədəniyyətin  təkamül 
dinamikası  və  s.  kimi  problemlərin  təhlilində,  qeyd 
etdiyimiz  kimi  mədəniyyətin  fərqləndirilməsi,  mədəni 
bəhrələnmə və  qarşılıqlı  təsir prosesində  onların  funksiya 
və  rolunun  aydın  sezilməsi  qeyri-obyektiv  nəzəri 
ümumi ləşdirmələrə  gətirib  çıxarır.  Bu  öz  növbəsində 
qlobal  keçid  və  transformasiya  şəraitində  mədəniyyətin 
lokal  və  qlobal  səviyyələrinin  dinamikası,  inkişaf 
modellərinin  strateji  və  taktiki  müstəvilərinin  natamam 
qalmasını şərtləndirir.
Mədəniyyətdə  müxtəlifliyə,  identikliyə  qida  verən 
amillərdən  biri  kimi  mentalitet,  mentallıq  anlayışının  da 
mədəniyyətşünaslığa  dair  tədqiqatlara  cəlb  edilməsi  son 
illər daha çox müşahidə olunan istiqamətlərdəndir.
Г.Гулиев.  Архетипы  Рода  Коркута.  (В  лабиринтах  менталите­
та). Баку,  1999, с.7.


84
QLO BALLAŞM A   VƏ M Ə D Ə N İ M Ü X T Ə LİFLİK
Qərb  ədəbiyyatında  “multikulturalizm”  adı 
ilə 
təşəkkül  tapan  tədqiqatlarda  mədəniyyətin  məhz  bu 
cəhətinin -  onun  müxtəlifliyi  və  çoxçalarlığının daşıyıcısı 
kimi,  mədəni  mentalitet  məsələlərinə  diqqət  ayrılır. 
“Multikulturalizm”  konsepsiyası  qloballaşma,  müasir 
düyada  baş  verən  mədəni  universalizasiya  və  unifıkasiya 
meyllərinə  əks  olaraq  mədəni  müxtəlifliyin  ifadəsi  olan 
bütün  fenomenlərin  (dil,  din,  adət-ənənə,  sənət  və  s.  ) 
mühafizə  və  qayğısını  bəşər  mədəniyyətində  harmoni­
yanın  əsas  şərti  hesab  edir.  Uzun  illər  nümayiş  etdirilən 
biganəlik  mövqeyi  tədricən-yerli-lokal,  immiqrat  mədə­
niyyətlərinə  diqqət  və  qayğının  beynəlxalq  qurumlar 
(BMT  və  YUNESKO)  səviyyəsində  dəstək  almasına  qə­
dər təkamül etmişdir.
Qərbdə  mədəniyyətin  texniki-texnoloji  aspektinin  in­
kişafı,  onun  bütün  dünyaya  yayılaraq  texnosivilizasiya 
kimi  təzahür  etməsi  biz  bilirik  ki,  mədəniyyətin  “məhvi, 
sonu,  qürub  fəlsəfəsi”  kimi  (xüsusilə  Şpenqlerdə  və  s.) 
konsepsiyaların  ortaya  gəlməsini  haqlı  olaraq  şərtlən­
dirmişdi.  Bu  başa düşülən,  dərk edilmiş  bir narahatlıq  idi. 
Bu 
istiqamət 
modernləşmə 
dalğasında 
bir 
daha 
aktuallaşdı.  Elmi  tərəqqisi  ilə,  maddi  bolluqla,  mənəvi 
kasadlıq  və  “qıtlıq”  arasındakı  uçurum  genişləndikcə, 
elmin  özünə  də  şübhə  ilə  yanaşan  irrasionalizmə  meylli 
mövqelər çoxalmağa başladı.
Bütün  bunlar mədəniyyətdə  idrak və  dəyər,  maddi və 
mənəvi,  dini  və  dünyəvi,  sakral  və  profan  və  s.  kimi 
aspektlərin  birtərəfli  inkişaf  və  təhlili  nəticəsi,  başqa 
sözlə  Qərb  anlamlı,  Qərb  təməlli  mədəniyyətin  inkişafı 
nəticəsi  idi.  Rasionalizm  və  praqmatizmin  ictimai  şüurda 
dərin  kök  salması,  mədəniyyətin  utimtarizm,  şou-biznes, 
kommersiya  və  s.  məqsədlərin  ifadəçisi  səviyyəsinə 
endirilməsi,  bu  meyllərin  ağlagəlməz  nəticələrə  gəlib 
çıxacağından  narahatlıq,  mədəniyyətin  kökü  və  nüvəsinə 
daha ciddi yön  almış araşdırmalar “mentalitet” fenomenini 
də diqqət mərkəzinə çəkdi.
Fəsil I. Qloballaşma. Modoniyyat fenomeni qloballaşma kontekstində  85
Mentalitet - latınca mens-ağıl, təfəkkür, düşüncə tərzi, 
anlam  ruhu  və  s.  mənalarını  verir  -   fərdi  və  kollektiv 
şüuru  və  təhtəlşüuru  da  əhatə  edən,  onların  ən  dərin, 
təmas  səviyyəsini  səciyyələndirən  anlayışdır.  Elmi  lüğət 
və ədəbiyyatlarda onu məhz belə təqdim edirlər.
Mentalitet -  insanın,  fərdi və ya sosial qrupun dünyanı 
müəyyən  -   məhz  onların  özünəməxsus  şəkildə  anlamaq, 
qavramaq,  duymaq,  dərk  etmək,  fəaliyyət  göstənnək 
tərzlərinin,  üsullarının  və  meyllərinin  məcmuyudur. 
Burada  biz  identiklik  və  mentalitet  arasında  nə  qədər 
yaxınlığın mövcud olduğunu görürük.
Psixologiyada  identiklik  anlayışı  Z.Freyd  sayəsində 
(Edip  kompleksi)  diqqəti  cəlb  etmişdir.  Uşaqların  özlə­
rinin 
valideynlərinə  oxşatmaq  səyi,  Freydə  görə
əcdadların  dəyər hesab  etdikləri  cəhətləri  mənimsəmə  və 
bu yolla da “Supereqo”nun formalaşmasına gətirib çıxarır.
Sosial  psixologiyada  identiklik  əsasən  şəxsiyyətin 
sosiallaşması  prosesində,  onun  “mən”inin  fasiləsiz inkişaf 
və dinamikasının kontekstində geniş tədqiq olunur.
Məsələn:  bəzi  tədqiqatçılara  görə  gənclik  dövründə 
identiklik  böhranı  baş  verir.  Məhz  bu  mərhələdə  gənclər 
bütün əhatəsinin, ailəsinin yaxın dostlarının həyat tərzi və 
təcrübələrini  sınaqdan  çıxararaq  identiklik  axtarışında 
olur.  Gəncliyin  sonuna  doğru,  belə  demək  olarsa 
identiklik  axtarışı  prosesi  stabilləşir və  insan  özünü  məhz 
“bu” identikliyə mənsub olduğunu “yəqinləşdirir”.
Biz bu misalı ona görə gətirdik ki, insanın psixoloji və 
mədəni  identiklik  axtarışları  bir-birinə  əks  proseslər 
deyildir.  Bunlar  bütün  hallarda  sosial  mühit,  mədəni 
ünsiyyət  və  dialoq  prosesində  formalaşır.  Cəmiyyətdə, 
istər  lokal  səviyyədə  olsun,  istərsə  də  qlobal, bu ünsiyyət 
yoxdursa,  özgələşmə  və  yadlaşma  prosesi  gedirsə, 
xüsusilə  də  işsizlik,  yaxud  etnik-milli  fərqləri  ayrıseçkilik 
səviyyəsinə  qədər  şişirdilərsə  identikliyin  sağlam  proses 
kimi  getməsi  böyük  təhlükə  altında  olur.  Mədəni,  istər


Yüklə 396,29 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə