RəBİYYƏt aslanova qloballaşma və



Yüklə 396,29 Kb.
Pdf görüntüsü
səhifə12/64
tarix30.09.2017
ölçüsü396,29 Kb.
#2482
1   ...   8   9   10   11   12   13   14   15   ...   64

46
Q LO BA LLA ŞM A   VƏ M Ə D Ə N İ M Ü X T Ə L İF L İK
həll  etməyə  qadir  olmaya  bilir.  Hər  halda  insanlar  və 
ölkələrarası  münasibətlərdə  baş  verən  münaqişələrin 
həlli, 
dəyişən 
həyatla 
ayaqlaşma, 
innovasiyalarm 
reallaşdırılması  və  s.  bütün  bunlar  yalnız  gündəlik, 
güzəran  mədəniyyəti  səviyyəsində  insanların  mühitə 
münasibətini  dəyişməyə  sövq  etməklə,  varlığın  və 
yaşamın  yeni  tələblərini  anlamağa  hazır  olmaları  ilə 
bilavasitə şərtlənmişdir.
1.5.  Mədəniyyətin  “özünəməxsusluq” 
və  “müxtəliflik” aspektləri
Şübhə  yoxdur  ki,  mədəniyyətin  mənası  və  missiyası 
insanı  kamilləşdirmək  və  ülviləşdirmək,  onun  qəlbində 
ən  ali  hiss  və  düşüncələrin  oyanmasını  şərtlən­
dirməkdədir.  Mədəniyyətdə  insan  “necə  olmalı  ki,  insan 
olmalı?”  (İ.Kant)  sualına  cavab  arayır.  Mədəniyyətdən 
kənarda  insan  qəddar  və  ilkin  barbarlıq  səviyyəsinə  enir 
və s. və i.a.
Lakin  biz  bunu  da  bilirik  ki,  mədəniyyət  heç  də  hə­
mişə və hər yerdə öz məna və mahiyyətinə uyğun gəlmir.
O, 
insanın  təbiətinin  “mədəniləşməsinə”  asanlıqla 
nail  ola  bilmir.  Bu  xüsusilə  də  XX  əsrdə  daha  aydın 
şəkildə  dərk  edildi.  Elm  və  texnikanın  ağlagəlməz 
tərəqqisi  və  inkişafı,  elliklə  savadlanma  və  infor- 
masiyalaşdırma,  mədəniyyətin  nailiyyətlərinin  insanların 
çoxuna  müyəssər  olması:  bütün  bunlar  insanlararası 
münasibətlərdə  harmoniya  və  mənəvi  tərəqqini  təmin 
etməli  idi.  Təəssüflər olsun  ki,  hələlik bu  baş vermir.  Elə 
bu  səbəbdən  də  XX  əsrin təcrübəsi  elmi  və  ictimai  idraka 
mədəniyyətin  böhranı  kimi  problemi  gündəliyə  qoymağa 
sövq  etdi.  Özünün  missiya  və  vəzifəsini  yerinə  yetirə 
bilməməsi 
mədəniyyətin 
böhranını 
şərtləndirən 
səbəblərdən  idi. 
Lakin  mədəniyyətin  böhranı  və 
gücsüzlüyü  bir  aspektdə  xüsusilə  qabarıq  və  birmənalı 
şəkildə  özünü  biruzə  verdi:  ən  müxtəlif ölkələr və  xalqlar
Fəsil I. Qloballaşma. Madəniyyot fenomeni qloballaşma kontcksdnclo  47
arasında  münasibət  və  qarşılıqlı  anlaşmanın  prinsipi  və 
vasitələrini təqdim edə bilməmək.
Mədəniyyətin  böhranı  barədə  düşüncələrdə  bütün 
insanları  demək  olar  ki,  bir  sual  düşündürürdü.  Nə  üçün 
tarixəqədərki  min  illər  və  tarixdən  sonrakı  3  min  il 
ərzində  bəşəriyyətin  varlığında  təməl  kimi  çıxış  edən, 
qüdrətli,  əzəmətli  humanitar  potensial  yaradan  mədə­
niyyət  dünya  müharibələrinin  dəhşət  və  fəlakətlərinin 
qarşısını  ala bilmədi,  ölüm  düşərgələrini,  məşəqqətlərini, 
saysız-hesabsız  lokal  (milli-etnik)  münaqişələrin  təh­
lükəsini  mədəniyyət  problemini  yenidən  daha  dərindən 
təhlil  süzgəcindən  keçirməyə  ziddiyyətlərin  səbəblərini 
aşkar  etməyə  sövq  etdi.  Mədəniyyətin  təbiəti,  mahiyyəti 
və  taleyinə  dair  gərgin  və  qızğın  mübahisələr  onun  yeni 
çalarlarını  müəyyənləşdirməyə  imkan  verdi.  “Avropa 
mərkəzçilik”,  “mədəni  determinizm”  kimi  nəzəri  ya­
naşmaların  yanlışlığı  üzə  çıxdı.  Mədəniyyətin  yalnız 
universallıqdan  deyil,  onun  “unikallıq”la  vəhdətindən 
ibarət  olduğu  faktının  əsas  prinsip  kimi  götürülməsi  fikri 
geniş  təhlil  olunmağa  başladı.  Mədəniyyətin  çoxsaylı 
tərifləri  sırasına  daha  biri  əlavə  olundu.  Mədəniyyət 
' dünyanın,  bəşəriyyətin  çoxçalarlığı  və  müxtəlifliyinin 
vəhdətidir.
Mədəniyyətdə  kəşf  edilən  bu  yeni  məzmun  -  
müxtəliflik və  çoxçalarlıq -  bu vaxta qədər mövcud olan, 
“universal  mədəniyyət”  kimi  təsnifləşdirilən,  tərəqqinin 
meyarı  kimi  götürülən  və  bütün  başqa  xalqlara  və 
mədəniyyətlərə  rəhbər  olmaq  iddiasında  bulunan  “Qərb- 
Avropa  mədəniyyəti”  anlayışını  təhlil  müstəvisinə 
keçirdi.  “Yeni  dövr”dən  (XVI-XVIII) etibarən çox  sürətlə 
inkişaf  edən,  bütün  ölkələrə,  eləcə  də  ümumdünya 
tarixinə  çox  böyük  təsir  göstərən  Qərb  mədəniyyətinin 
qeyd-şərtsiz  etalon  kimi  qəbul  edilməsinin  xüsusiyyətləri 
və  nəticələrinə  yenidən  baxılması,  burada  mövcud  olan 
birtərəfli  mövqe  və  təhriflərin  ciddi  təhlil  olunması  bir 
sıra  mühüm  müddəaların  əldə  edilməsinə  imkan  verdi:


48
Q LO B A LLA ŞM A  V Ə  M Ə D Ə N İ M Ü X T Ə L İF L İK
(Müasir qloballaşma  prosesi  ilə  analogiya aparılarsa  tarixi 
şəraitin  fərqli  şəkildə  də  olsa  təkrar  olunduğunu 
söyləmək olar).
•  Universallıq  iddiasında  olan  mədəniyyət  tipinin 
lokal  və  özünəməxsus  mədəniyyətlərə  kölgə  salması, 
onların  mədəni  təkamül  spesifikasını  həssaslıqla  yanaş­
ması -  əldə olunan yeni  elmi qənaətlərdən biri  idi.
•  bəşəriyyətin mədəni  inkişafında universal  meyllərlə 
lokal  meyllər və  istiqamətlər müxtəlif ölkələrdə  müxtəlif 
cür  təzahür  edir.  Hər  bir  mədəniyyətə  özünəməxsus, 
daxili  dinamika  ritmi  xasdır  və  onun  hərəkətverici 
qüvvələri  tamamilə  fərqlidir.  Mədəniyyətdaxili  dinamika 
hər  bir  lokal  mədəniyyətin  tarixən  inkişaf  etmiş 
qanunauyğunluqlarına  tabedir.  Bu  da  öz  ifadəsini  həmin 
mədəniyətin  taleyində  və  timsalında  spesifik  olaraq  əks 
etdirir.
•  mədəniyyətin ən mühüm şərtlərindən biri -  mədəni 
müxtəliflik  və  plyüralizmdir.  Bu  problem  etnik,  milli  və 
ümumbəşəri  miqyaslarda  mədəni  ünsiyyət  və  inteqra­
siyanın təhlili üzərində qurulur.
•  mədəniyyətin  təsiri  və  funksiyaları  müxtəlif 
sivilizasiya  tiplərində  müxtəlif cür  özünü  göstərir.  Bu  da 
mədəniyyətin  daxili  məzmun  və  strukturunda  mövcud 
olan dəyər oriyentasiyalarının fərqliliyindən irəli gəlir.
• 
müasir 
dünyada 
ümumbəşəri, 
beynəlxalq 
mədəniyyət  fenomeni  təşəkkül  tapmaqdadır  ki,  bu  da 
informasiya  inqilabı  və  telekommunikasiya  texnologiya­
larının  görünməmiş  tərəqqisi  ilə  şərtlənmişdir.  Buna 
paralel  olaraq  tarix  boyu  formalaşmış,  etnik  və  milli 
özünəməxsusluq  “mədəni  müxtəliflik  və  ünsiyyət”  prob­
lemini ən mühüm problem kimi gündəliyə çıxarır.
Müxtəliflik  və  çoxçalarlığın  “əkslik”,  “qütbləşmə”, 
“ziddiyyət”  kimi  başa  düşülməsi  tarix  boyu  mövcud 
olmuş, bu gün də davam etməkdədir.
Vəhdətin  immanent  atributu,  ayrılmaz  xüsusiyyəti  və 
şərti  kimi  müxtəlifliyin  mahiyyəti  çox  dövrlərdə  təhrif
Fosil I. Qloballaşma. Mədoniyyot fenomeni qloballaşma kontekstində  49
olunmuşdur.  Hələ  mifik  Babil  qülləsini  inşa  edənlər  “dil 
müxtəlifliyi”,  deməli  “mədəniyyətlərin  müxtəlifliyi” 
problemi  ilə  üzləşmişdilər.  Bu  da  onların  nəzərdə 
tutduqları  məramı,  “layihəni”  başa  çatdırmağa  mane 
olmuşdur. Səbəbi isə, ünsiyyət və anlaşmanın vacibliyinin 
“nəzərə alınmaması” idi.
Tarixdə “Babil həngaməsi” kimi məlum olan bu mifin 
məzmunundan  məlum  olur  ki,  bir  dəfə  insanlar  bir  yerə 
toplaşıb  bir-birinə  deyirlər:  “Yer  üzünə  səpələnməkdən- 
sə,  gəlin  özümüzə  bir  şəhər  salaq,  başı  göylərə  çatan  bir 
qüllə  ucaldaq,  dünyada  ad-san  qazanaq.  “İnsanların  niy­
yətini  görən  Allah(lar)  deyir:  Gəlin  aşağı  düşək,  onların 
dilini  qarışdıraq  ki,  bir-birini  başa  düşməsinlər,  qülləni 
ucalda bilməsinlər”.
“Babil”  əhvalatının  şərhi,  hər  dəfə  mədəniyyətlərin 
inkişafı,  differensiyasiyası  və  inteqrasiyası  problemi 
aktuallaşanda  gündəmə  gəlir  və  onun  birmənalı  yeganə 
şərhi,  “Babil”  sözünün  mənası  da  daxil  olmaqla  hələlik 
mövcud deyildir.
Bəzi  baxışlara  görə  insanların  monoteizmə  cəhdi  və 
meyli,  bütpərəstliyin  ənənələrinə  və  əks-müqavimətinə 
məruz qaldığı üçün belə  olmuşdur.  (Allahlar:  Gəlin,  aşağı 
düşək  ...  deyirlər.)
Digər  baxışlara  görə  əgər  köklü  qlobal  dəyişikliklər 
dövründə  müxtəliflik  və  vəhdət  arasında  optimal  ortaq 
hədd-dil-mədəniyyət-körpü-dialoq və s. tapılmazsa, qüllə- 
bəşər mədəniyyəti  həmişə  yox olan sivilizasiyalar, zənə- 
zərrə  toplanan  mədəni  xəzinənin  məhv  edilərək,  yenidən 
“sıfır’dan  başlanılması  faktı  ilə  üz-üzə  qalacaq,  formalaşa 
bilməyəcəkdir.
Bu  günkü  qloballaşma  dövründə  “qüllə”  probleminin 
aktuallığı  ağlagəlməz dərəcədə kəskin zərurət kimi durur, 
çünki  “məhv  edilmə”  faktı  olarsa,  müasir  texno- 
sivilizasiyanın  hərbi  potensialı  “sayəsində”  mədəniyyətin 
yenidən,  “0”-dan  yaradılması  imkanı  heç  vaxt  olma­
yacaqdır.
I


Yüklə 396,29 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə