RəBİYYƏt aslanova qloballaşma və



Yüklə 396,29 Kb.
Pdf görüntüsü
səhifə11/64
tarix30.09.2017
ölçüsü396,29 Kb.
#2482
1   ...   7   8   9   10   11   12   13   14   ...   64

42
Q LO B A LLA ŞM A  VƏ M Ə D Ə N İ M Ü X T Ə L İF L İK
kimi  qəbul  etdiyi  şey,  başqa mədəniyyətlər üçün  hörmətli 
və  nüfuzlu  bir  şəxsiyyətin  səlahiyyət,  səriştə  və 
hüquqlarının  tanınması,  qəbul  edilməsi  kimi  başa  düşülə 
bilər.  İndividualizmə,  yoxsa  həmrəylik  və  birliyə 
dayaqlanmaq  Qərb  və  Şərq  mədəniyyətlərini  xeyli 
fərqləndirir”.1
Hər  bir  mədəniyyətin  özəyini  təşkil  edən  dəyərlərin 
təsiri  mexanizmi,  cəmiyyət  üçün  daha  vacib  olan  adət, 
ənənə  və  normaları  özünə  tabe  etdirərək  daha  çevik, 
təsirli  nizamlama səviyyəsini  formalaşdırmaqda üzə  çıxır. 
Cəmiyyət  mürəkkəbləşdikcə  ona  xas  olan  mədəni 
dəyərlər  sistemi  də  differensiasiyaya  uğrayır.  Bu  da 
mədəniyyətin 
çoxçalarlığım, 
məzmun 
və 
forma 
müxtəlifliyini  şərtləndirir.
Mədəniyyətdə  çoxçalarlığm  müxtəlif  mənbələri 
mövcuddur. Onlardan bəzilərini yada salaq:
- cəmiyyətin  sosial  müxtəlifliyi  (elita-xal, zadəganlıq- 
ruhanilik,  şəhər-kənd,  siyasətçi-ziyalı  və  s.)  mədəni 
dəyərlərə müxtəlif münasibətlər doğurur;
-  hər  bir  sosial-mədəni  birliyin  fəaliyyətinin  məzmu­
nunda  mövcud  olan  fərqlər  (müxtəlif  etnik  qruplar, 
konfessiyalar, təbəqələr və s.);
-  dəyərlərin  səviyyə  və  sferalar üzrə  funksional  fərqli 
aspektləri.  Məsələn,  belə  fərqlərin  simvolik  ifadəsi 
müəyyən  metaforik  deyimlərdə  əksini  tapır:  Rusiya 
mədəniyyəti  üçün  bu  “ikona  və  balta”,  yaponiya  üçün 
“xrizantema  (payız  gülü)  və  “qılınc”,  Azərbaycan  mə­
dəniyyəti  üçün  “qılınc  və  qələm”  və  s.  Bunlarda  hər  bir 
mədəniyyətin  dəyərləri  yaradan  kreativ  qüdrət  və 
potensialla  bərabər,  bunların  qorunması  və  mühafizə 
olunmasını  təmin  edən  amillərin  funksional-dual  təbiəti 
əks olunmuşdur.
Yalnız  simvolik  -   metaforik  deyil,  praktiki  məzmuna 
malik  olan  “ikili”  dəyərlər  sistemi  də  mövcuddur.
1  Bax:  Б.С.Ерасов.  Культура,  цивилизация,  религия  на  Востоке. 
Очерки общей теории. -  M,  1990.
Fosil I. Qloballaşma. Modoniyyat fenomeni qloballaşma kontekstində  43
Məsələn:  varlı  olmaq,  yoxsa  var  olmaq  (E.Fromun 
məşhur  eyniadlı  əsəri  də  buna  həsr  olunmuşdur,  elmli  ya 
əxlaqlı  olmaq  və  s.  və  i.a.  Bu  və  ya  başqa  dəyərlər 
müxtəlif  mədəniyyətlərdə  qəbul  edilərək  sosial  nizama 
və  qarşılıqlı  anlaşmaya  dəstək  verir.  Lakin  bəzən,  yaxud 
tarix  boyu  əksər  hallarda  bu  fərqlər  ideoloji  müstəviyə 
keçirilmiş,  insanlara  olmazın  fəlakət  və  məşəqqətlərini 
gətirmişdir.
Dəyişikliklər  və  keçid  dövründə  mədəni  dəyərlərdə 
əbədi  və  müqəddəs  sayılan faktorlar münasibət  önə  çıxır. 
Buna misal kimi yalnız dağıdılmış qədim məbədləri deyil, 
müxtəlif  kult,  simvol  və  qanunları  və  s.  də  göstərmək 
olar.  Sosial  sarsıntılar zamanı  dəyərlər  intellektual  tənqid 
süzgəcindən  keçirilir.  “Sabit”  və  “qocaman”  mədəniy­
yətlərdə  ən  müxtəlif dəyər  oriyentasiyalarının  ziddiyyətli 
münasibəti  aydınlaşdırmaq,  problemi  həll  etmək  üçün 
özünəməxsus üsul  və  mexanizmlər mövcud olur ki,  bu da 
fəlakətli  qarşıdurmaların  baş  verməsi  ehtimalını  aradan 
qaldırır”.1  Fikrimizcə  sovetlər  imperiyasının  dağıdılması 
və  müstəqilliyimizin  əldə  edilməsi  ilə  mənəvi-mədəni 
dəyərlərimizə  yenidən  diqqət  və  qayğının,  qayıdışın 
müşahidə 
olunması, 
Azərbaycanda 
da 
dəyərlər 
probleminin  ağrısız  həllini  nümayiş  etdirməklə,  bu 
mədəniyyətin  də  dünyanın  ən “qocaman” mədəniyyətləri 
sırasında olduğunu bir daha təsdiq etdi.
Cəmiyyətdə  sabit  və  çoxçalarlı  dəyər  oriyenta­
siyalarının  məcmuyu,  onun  mənəvi  həyatının  vəhdətini, 
bütövlüyünü  təmin  edir.  Bu  dəyərlər  cəm  şəklində,  hər 
bir  dövlətin  və  cəmiyyətin  bütövlükdə  mədəniyyətinin 
ortaq  mədəniyyətini  -   nüvəsini  təşkil  edir  ki,  bu  da 
müxtəlif mədəni dəyərlərin arasında baş verən gərginliyin 
səngiməsinə  imkan  verir,  cəmiyyətdə  parçalanma  və 
radikal  çevrilişlər  təhlükəsini  aradan  qaldırır.  İnsanların 
həyatında uzunmüddətli  dövr üçün əsas hesab edilən  sabit 
mənəvi-mədəni  ideallar  məhz  ortaq  mədəniyyət  çər­
1 Культурные ценности:  Прошлое и современность.- М,1988,с.91.


44
Q LO B A LLA ŞM A   VƏ  M Ə D Ə N İ M Ü X T Ə L İF L İK
çivəsində  bərqərar  olur.  Maraqlıdır  ki,  “klassik  Şərq 
sivilizasiyalarında  ortaq  mədəniyyət  və  mədəni  “özək” 
vahid  dini  sistem  çərçivəsində  formalaşmışdır,  industrial 
cəmiyyətdə  isə  belə  mədəniyyət  təsərrüfat  sistemi  və 
bazar  amili,  onların  formalaşdırdığı  orta  sinifin  birliyinə 
dayaqlanır.  Bu  baxımdan  modernləşmə  gedişində  ortaq 
mədəniyyətin  məzmununda  mürəkkəb  proseslər  baş 
verir”.1
Ortaq  mədəniyyətin  formalaşması  dəyişikliklər 
adlanan  dövrlərdə  hər  bir  cəmiyyətdə,  eləcə  də 
bəşəriyyət  miqyasında  ən  aktual  problemlərdən  biri  olur. 
(Biz bu  mövzuya  bir qədər sonra qayıdacağıq).
Belə  ki,  cəmiyyətdəki  sosial  təbəqə,  etnik,  milli  və 
konfessional birliklərin qarşılıqlı anlaşması  müxtəlif növlü 
mədəni  strukturların  sintezi  reallaşdırılır,  mərkəz  və 
periferiya  funksiyaları  ortaq  mədəniyyət  vasitəsi  ilə 
müəyyənləşdirilir.
Ortaq  mədəniyyət  adi  mədəniyyət,  gündəliyin 
mədəniyyəti,  yaxud  da  “güzəran”  mədəniyyəti  adlan­
dırılan,  əsasən də  adət və normalar vasitəsi  ilə  formalaşan 
mədəniyyətə nüfuz edir.
Son  onillərdə  gündəlik,  adi  həyat  bir  sıra  elm 
sahələrinin  ciddi  predmetinə  çevrilmişdir.  Həmçinin 
fəlsəfə,  sosiologiya,  sosial  psixologiya,  tarix  və  s.  kimi 
kompleks  elmi  fənnlər  tərəfindən  “gündəlik,  adi  həyat” 
mövzusu  tədqiqatçıları  cəlb  etmişdir.  Mövzuya  müraciət 
edənlər insanın daim qərq  olduğu və təbii,  məxsusi həyatı 
kimi  başa  düşdüyü,  qayğılarla  dolu  real  gerçəkliyin 
mahiyyətini  aşkara çıxarmağa  çalışırlar.
Adi  və  ya  “güzəran”  mədəniyyətinin,  ən  müxtəlif 
sivilizasiyaların  materialları  əsasında  ciddi  elmi  təhlilini 
ilk  dəfə  məşhur  fransız  alimi  Fernan  Brodel  özünün 
“Gündəliyin  strukturları.  Mümkün  və  qeyri-mümkün
1  Бах:  Б.С.Ерасов.  Культура,  цивилизация,  религия  на  Востоке. 
Очерки общей теории. -  М,  1990.
Fasil I. Qloballaşma. Mədəniyyət fenomeni qloballaşma kontekstindo  45
olan”1  əsərində  vermişdir.  Fransız  tarixçisi,  filosof  və 
sosioloqu  F.Brodel,  XV-XVIII  əsrlərdə  ən  müxtəlif 
xalqların,  ən  müxtəlif həyat tərzləri, yaşayış,  geyim, qida, 
pul  və  s.  kimi  aspektlərini  ciddi  təsvir  və  təhlil  edərək 
güzəran mədəniyyətinin çoxçalarlığmı əks etdirir.
Alimin  fikrincə  məhz  gündəlik  mədəniyyətdə  sabit, 
təkrarolunan  həyat  tərzi,  sosial-mədəni  mikronizamın 
təşkilində,  dəstəklənməsində  mühüm  rol  oynayır.  Burada 
insan,  etnik  qrup,  yaxud  başqa  birliyin  üzvləri  öz 
fəaliyyətlərini  qura,  təşkilatlandıra,  energetik  və  psixoloji 
potensiallarını  sərf edə  bilirlər.  Bu  güzəran  mədəniyyəti 
rəsmi  təsisatlar  tərəfindən  nizamlanmanın  təsirinə  ən  az 
məruz qalan sahədir.
Gündəliyin  mədəniyyətini  mənimsəməklə  insan  hələ 
uşaq  yaşlarından  zəruri  ünsiyyət  təcrübəsinə  malik  olur, 
mədəniyyətin “böyük dünyası”na daxil  olmağa qabil  olur. 
Adi  həyatda  özünü  nə  qədər  azad  hiss  etsə- də,  bu  azadl­
ığın 
çərçivəsi 
məhdud 
olur. 
Ancaq 
gündəliyin 
mədəniyyəti  insana  sonralar  bütün  həyatı  boyu  davranış 
və  fəaliyyətini  müşayiət  edəcək,  onun  maraq  və 
tələbatlarım  təmin  edə  biləcək  mikromühiti,  ab-havanı 
aşılayır.
Bu  mühit  isə  iyerarxik  olaraq  ev,  ailə,  təhsil,  iş  yeri, 
yaşayış  məkanı,  ölkə,  bəşəriyyət,  dünya  müstəvilərinə 
qədər variasiya edir.
Yüksək  mədəniyyətlə,  güzəran  mədəniyyəti  arasında 
uçurum,  “Çin  səddi”  yoxdur.  Yüksək  mədəniyyətin 
element  və  fraqmentləri  tədricən,  yeri  gəldikcə  adi 
səviyyəyə  keçir.  Yüksək  ideyalar,  ideallar  və  s.  carçısı 
olan  insanlar  camaatın,  adi  insanların  fikrinə,  “adi 
həqiqətlərə” nə qədər biganə olsalar da məhz gündəlik və 
güzəran  səviyyəsində  yeni  ideyaların,  innovasiyaların 
taleyi  həll  oluna  bilər.  Digər  tərəfdən  məlumdur  ki,  adi 
mədəniyyət  bəzən  qarşısına  çıxan  problemləri  müstəqil
'  Ф.Бродел.  Структуры  повседневности.  Возможное  и  невозмож­
ное. М,  1986.


Yüklə 396,29 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə