RəBİYYƏt aslanova qloballaşma və



Yüklə 396,29 Kb.
Pdf görüntüsü
səhifə10/64
tarix30.09.2017
ölçüsü396,29 Kb.
#2482
1   ...   6   7   8   9   10   11   12   13   ...   64

38
Q LO B A LLA ŞM A  VƏ  M Ə D Ə N İ M Ü X T Ə L İF L İK
qabiliyyəti kimi  başa düşülür.1
XX  əsrdə,  necə  deyərlər,  mədəniyyətin  “klassik” 
modelinin  formalaşması  başa  çatır.  O,  insanın  amansız, 
sərt  təbii  determinasiyadan  azad  olmasının  nəticəsi  kimi 
qəbul  edilir. 
Mədəniyyətin  hesabına  insan  yalnız 
təbiətdən  təcrid  olunmur.  Mədəniyyət  həm  də  onun 
yüksək  səviyyədə  inkişafının  təminatçısı  rolunda  çıxış 
edir.
Həqiqi  mədəniyyətin,  ümumbəşəri  sərvət  səviy­
yəsinə  yüksəlmiş  bu  fenomenin  əsasında  humanizm, 
rasionalizm  və  tarixilik durur.  Mədəniyyət  insanı  və  onun 
yaratdıqlarını  tarix-sosial  baxımından  şərtləndirir.  Mədə­
niyyət  təbii  və  sosial  şəraitin  mənimsənilməsinin  ölçüsü 
rolunda  çıxış  edir.  Əlbəttə,  mədəniyyətin  bu  cür 
anlamının  qüsurlu  olması  göz  qabağındadır.  Onun 
insanların  öz  ehtiyaclarını  ödəmək  üçün  tarixi  fəaliy­
yətlərindən  yaranan  bir  nemət  olduğunu  söyləmək  azdır. 
Burada  təbii  və  süni  dünyanın  zəngin  və  mürəkkəb 
dialektikasmı  da  nəzərə  almaq  lazımdır.  Mədəniyyətdə 
subyekt-obyekt nisbəti fəlsəfi yozumda klassik inversiya -  
(yerdəyişmə)  kimi ortaya çıxır.  Mədəniyyətdə “inversiya- 
təsir”  istiqamətinin  daimi  və  dialektik  dəyişməsidir. 
Məhdud  mənada,  mədəniyyətin  “subyekt-obyekti”  -  
adamların  məqsədli  fəaliyyətidir.  Bu  fəaliyyət  isə 
fərdlərin  mənəvi,  cismani  meyllərinin  nəcibləşdirilməsi, 
onların  anadangəlmə  qabiliyyətlərinin  və  təbii  vərdiş­
lərinin təkmilləşdirilməsidir.
Ümumiyyətlə, 
mədəniyyət 
hadisəsini 
çoxsaylı 
konkret  elmlər,  o  cümlədən,  arxeologiya,  etnoqrafiya, 
tarix,  sosiologiya,  incəsənət,  etika,  din  və  s.  öyrənir.  Bu 
elmlərdən  hər  biri  mədəniyyətin  konkret  tərifini  verir, 
onu  xüsusi  tədqiqat  predmeti  kimi  öyrənir.  Fəlsəfi  fikrin 
qarşısında  olduqca  çətin  bir  vəzifə:  -dövrlərin,  xalqların, 
ölkələrin,  dünyanın,  adamların  həyat  fəaliyyətinin  bütün 
sahələrini  əhatə  edən  mədəni  ənənələrin  öyrənilməsi
1 Г.Г.Гадамер.  Актуальност прекрасного.  M,  1991. с.96.
Fosil I. Qloballaşma, Madanjyyat fenomeni qloballaşma kontekstində  39
durur.  Burada, hər şeydən əvvəl, humanitar dəyərlərə yol 
verilir.
Mədəniyyət  sosial  hadisə  kimi  bəşər  tarixinin 
məhsuludur  və  ikinci  təbiətdir.  L.Vitgenşteyn  yazırdı  ki, 
mədəniyyət  nəhəng  bir  təşkilat  olub,  hər  kəsə  mənsub 
olduğunu  göstərir.  Mədəniyyətin  yox  olması  bəşər 
dəyərlərinin yox  olması  deyil, həmin dəyərləri  ifadə edən 
bəzi  vasitələrin  yox olmasıdır.  Fəlsəfə  və həyatın  özü bir 
daha sübut edir ki,  insanın  və  bəşəriyyətin inkişaf meyarı 
kimi  mədəniyyəti  götürmək olar.  Bu, konkret cəmiyyətin, 
sosial  qrupun  və  hər  bir  ayrıca  fərdin  yaradıcı 
fəaliyyətinin  üsulu,  daha  dəqiq  demək  üslubudur.  Bu, 
tənqidi  və  reflektiv  təfəkkürün  obrazı,  üsuludur.  Bu, 
etiqad  üslubudur,  ictimai  davranışın  xarakteri,  xalq  adət- 
ənənələridir.  Nəhayət,  bu,  dilin  forma  və  üslubu,  dil  və 
təfəkkürün,  təfəkkür  və  gerçəkliyin  qarşılıqlı  təsirindən 
yaranan 
dialektik  vəhdətin 
ifadəsi, 
şəxsiyyət  və 
cəmiyyətin yaradıcı həyat prinsipidir.
Mədəniyyətin  inkişafı  və  dinamikasında  qloballaşma 
prosesinin  yeri  və  rolunun  aydın  sezilməsi  üçün, 
mədəniyyətə  daxilən  xas  olan  spesifik  cəhətləri  göz 
önünə gətirmək vacibdir.
1.4.  Mədəniyyətin daxili quruluşu
Mədəniyyət 
haqqında  elmlərin  formalaşmasının 
mədəniyyətin  müstəsna  rolu  və  əhəmiyyətinin  dərk 
edilməsinin  nəticəsi  olduğunu  qeyd  etdik.  Bu  elmlər 
sistemində  mədəniyyətin  mahiyyət  xüsusiyyətlərinə  də 
ayrıca  diqqət  verilir.  Mədəniyyətin  ilkin  təşəkkül 
dövrlərində  sinkretik  mahiyyətli  olub,  vaxt  keçdikcə 
differensiasiyaya 
uğraması, 
müxtəlif 
mədəniyyət 
sferalarının  formalaşması  məlumdur.  Mədəniyyət  sistemi, 
onu təşkil edən siyasi, hüquqi, mənəvi, bədii, dini,  iqtisadi 
və s. və i.a.  Sahə-elementlərin vəhdətindən ibarətdir.
Mədəniyyətin  daxili  quruluşunda  “nüvə”,  özək,  kod


40
Q LO BA LLA ŞM A  VƏ M Ə D Ə N İ M Ü X T Ə L İF L İK
və  s.  adlandırılan  təməllə,  innovasiyalara  həssas, 
dinamikliyə  meylli  dəyişkən,  “üst-qat”  kimi  tərəfləri 
fərqləndirirlər.
“Mədəniyyətin  nüvəsi”  -   aparıcı  dəyər  oriyenta­
siyalarının  ziddiyyətsiz,  sabit  bütövlüyüdür.  Bu  baxımdan, 
mədəni-mənəvi  dəyərlər  sistemin  mədəniyyətdə  xüsusi 
çəkiyə  və  statusa  malikdir.  Mədəniyyətin  nüvəsi,  onu 
təşkil  edən  elementlərin  əsas,  mahiyyət  cizgilərinin 
vəhdətində  təzahür  edən  təməldir.  Aparıcı  dəyər  ori­
yentasiyaları  iyerarxik mahiyyətə malikdir.1
Aparıcı,  əsas  dəyərlərin  iyerarxiyası,  mədəniyyətin 
nüvəsinin özünəməxsusluğunu şərtləndirir.
Mədəniyyətin  nüvəsi  mədəniyyətin  bütün  sahələ­
rində  (elm,  incəsənət,  din,  əxlaq,  hüquq  və  s.)  özünü 
biıoızə verir və mədəniyyətin daşıyıcılarının həyat tərzi və 
mentaliteti  qismində çıxış edir.
Mədəniyyətin  təməlinin,  nüvəsinin  dəyərlər  anlayışı 
ilə  bağlı  olduğu  xüsusi  vurğulandığı  üçün,  “Dəyərlər” 
probleminə toxunmaq vacibdir.
Dəyərlər.  Mədəniyyətin  saysız-hesabsız  təriflərinin 
mövcud  olması,  onun  əsasən  üç  aspektini  ayırmağı 
mümkün edir;  mədəniyyət -  1) azad yaradıcılıq, 2)  insanın 
düşüncəsi  və  əlləri  ilə  yaradılmış  süni  təbiət,  və  3) 
gerçəkliyə  dəyərlər  prizmasından  münasibət  bəslə­
məkdir.2  Gerçəkliyə  uzun  zaman  ərzində  formalaşmış 
dəyərlərlə  yanaşmaq,  elmin  gəldiyi  qənaətə  görə  ictimai 
proseslərin  istiqamət  və  dinamikasını  müəyyənləşdir­
məyə  kömək  edir.  Mədəniyyətin  dəyər  aspektinin  dərk 
edilməsi  sübut  etdi  ki,  iqtisadi  və  ya  siyasi  amillərini 
mütləqləşdirilməsi  yanlış  bir  mövqe  olmuşdur.  Həm  də 
siyasət  və  iqtisadiyyat  özü  xeyli  dərəcədə  mədəniyyətin 
xüsusiyyətləri  ilə şərtlənmişdir.  Eyni  iqtisadi, siyasi  həyat 
formaları, 
müxtəlif 
mədəniyyət 
tiplərinə 
malik
1  Краткий  словарь  культурологических  терминов  понятий  и  тер­
минов.  М, 2000.  с. 179.
2 С.М.Михайлова.  Социология культуры.  М,  1999, 232с.  -с.76.
Fosil I. Qloballaşma. Madoııiyyot fenomeni qloballaşma kontckstintlo  41
cəmiyyətlərdə  müxtəlif  şəkildə  özünü  biruzə  verir. 
Üstəlik  də  məhz  mədəniyyətin  xüsusiyyətlərindən  asılı 
olaraq  iqtisadi  və  siyasi  həyatın  bu  və  ya  başqa  forması 
bərqərar  ola  bilir.  Konkret  bir  cəmiyyətin,  başqa 
cəmiyyətdən 
müxtəlif  təşkilatlanma 
və 
inkişaf 
formalarını 
mənimsəməsi 
mexanizmi 
də 
məhz 
mədəniyyətin  xarakteri ilə  müəyyən  olunan  hadisədir. 
Bütün  bunların  kökündə  hər  hansı  bir  mədəniyyətin 
gerçəkliyə  dəyərlər  baxımından  münasibəti,  dəyər  və 
ideallara  dair  təsəvvürləri  durur.  Bu  baxımdan  dəyər 
və  idealların  mənşə  və  mənbəyi  kimi  çıxış  edən  din 
mədəniyyətin  başlıca  sahələrindən  biri  kimi  cəmiyyətin 
təşkilatlanmasında çox mühüm əhəmiyyət kəsb edir.
Cəmiyyətdə  insanların  fəaliyyətinin  mədəni  nizam­
lanması  dəyərlər  sistemi  vasitəsi  ilə  həyata  keçirilir. 
Mövcud  olan  norma,  adət  və  ənənələrdən  fərqli  olaraq 
dəyərlər  bu  və  ya  digər  obyektin,  vəziyyətin,  məqsədin, 
tələbatın  və  s.  seçimini  nəzərdə  tuturlar.  Dəyərlər  insan­
lara və cəmiyyətə yaxşını pisdən ayırmağa, həqiqət yaxud 
yalanı,  gözəllik  ya  eybəcərliyi,  ədalətlini  və  ədalətsizi 
ayırd etməyə kömək edirlər.1
Dəyərlərin  “maraq”,  “borc”,  “ideal”,  “motivasiya” və  s. 
kimi  anlayışlardan  fərqi  budur  ki,  bunlar  hamısı  insan 
tərəfindən  mənimsənilmiş  dəyərlərə  dayaqlanır,  onun 
şüur  və  davranışını  yönəldən  dəyər  oriyentasiyalarını 
təmsil  edirlər.  Dəyərləri:  vital-həyati,  sosial-ictimai,  si­
yasi,  əxlaqi,  mənəvi-dini,  estetik  və  s.  kimi  təsnif­
ləşdirirlər.
Bütün  mədəniyyətlərdə  dəyərlərə  az  və  ya  çox 
dərəcədə  hörmət  və  ya  rəğbət  mövcuddur  ki,  bu  da  öz 
əksini  insanların  həyat  tərzində  tapır.  Məsələn,  insanlar 
arasında  münasibətlərdə  bərabərlik  və  ya  iyerarxiya 
meyarlarına 
əsaslanmaq 
müxtəlif 
mədəniyyətlərdə 
müxtəlif cür təzahür edir. Avropalının tabeçilik, itaət və s.
1 Ценности:  прошлое и современность.  M,  1988. с. 106.


Yüklə 396,29 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə